Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5869/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı doğum faktının, atalığın müəyyən edilməsinə və alıment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı doğum faktının, atalığın müəyyən edilməsinə və alıment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Abdulmutalimovnanın vəkili və nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (Abdulmutalimovna) Rusiya Federasiyasının vətəndaşıdır. 1999-cu ildə iddiaçı Azərbaycan Respublikasına gəlmiş və 2006-cı ildə Neftçala şəhərində Cavabdehlə tanış olaraq sonuncu ilə ailə qurmuşdur. Tərəflərin faktiki nikahlarından ev şəraitində iki uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Uşaqların doğum faktını iddiaçının tanıyan şəxslər, o cümlədən uşaqların atası cavabdeh təsdiq edə bilərlər. Cavabdeh 2010-cu ildə uşaqlarını atıb getmiş, iddiaçı təkbaşına uşaqları böyütmək məcburiyyətində qalmışdır. Uşaqlarını saxlamaq üçün iddiaçı müxtəlif yerlərdə işləməyə məcbur qalmış və nəticədə o, məcburi əməyə cəlb olunaraq insan alveri qurbanına çevrilmişdir. Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarı ilə iddiaçı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanmış cinayət işində zərərçəkmiş şəxs, yəni insan alveri qurbanı kimi tanınmışdır. Hazırda iddiaçı uşaqları ilə birlikdə Azərbaycan Respublikası DİN-nin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin İnsan alveri qurbanları üçün Sığınacağında yaşayır. İddiaçı ona qarşı törədilən cinayət əməli zamanı, hərəkət azadlığı məhdudlaşdırıldığı üçün, habelə cavabdeh onu tərk edib naməlum yerə getdiyi və ailəsinə baxmadığı üçün, uşaqlara vaxtında doğum haqqında şəhadətnamələr almaq imkanından mərhum olunmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşaqlar tibb müəssisəsindən kənarda, nikahları olmayan şəxslərdən doğulması səbəbindən, uşaqların doğum faktı və cavabdehin uşaqların atası olması faktı tanınmalı, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən aliment tutulmalı və doğum, habelə atalığın müəyyən edilməsi faktları dövlət qeydiyyatına alınmalıdır. Ona görə də xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 Neftçala şəhərində doğulmaları faktının müəyyən edilməsinə, Cavabdeh Neftçala şəhərində anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 atası olması faktının müəyyən edilməklə xx.xx.2007-ci il təvəllüdlü X3 doğum akt qeydlərində atası Cavabdeh, anası İddiaçı, doğum tarixinin xx.xx.2007-ci il, doğum yerinin Neftçala şəhəri yazılmasına, xx.xx.2009-cu il təvəllüdlü X6 doğum akt qeydlərində atası Cavabdeh, anası İddiaçı, doğum tarixinin xx.xx.2009-cu il, doğum yerinin Neftçala şəhəri yazılmasına və azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşağa görə hər ay 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək iddia ərizəsini qəbul etdiyini, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 atası kimi qeyd olunmasına etiraz etmədiyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli 05/q2440/13 saylı məktubu ilə məhkəməyə müraciət edərək iddiaya etiraz etmədiyini bildirmiş, məhkəmə işə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 qanuni nümayəndələri İddiaçı iştirakı ilə tərtib olunmuş və imzaları DİN-in İAQMBİ-nə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün Sığınacağın direktoru G.Səfərova tərəfindən təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onlar anaları İddiaçı qaldırdığı iddianı müdafiə etdiklərini bildirib, Cavabdeh ataları olmasını və onların doğum faktının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin iddia ərizəsinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 017-2560-1220 saylı arayışından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı X2 hazırda övladları – xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X8 ilə birlikdə Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan insan alveri qurbanları üçün sığınacaqda yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Abdulmutalimovna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-2.2.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İnsan alveri qurbanları üçün sığınacağa yerləşdirilmiş insan alveri qurbanı barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı X5 xx.xx.2019-cu il tarixdə sığınacağa daxil olmuşdur. İnsan alveri qurbanları üçün sığınacağa yerləşdirilmiş insan alveri qurbanı barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı X8 xx.xx.2019-cu il tarixdə sığınacağa daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 1.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 53.1.-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2.-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3.-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4.-ci maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 53.5.-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Həmin Məcəllənin 159.1.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 168.1.-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. X10 Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən Neftçala şəhərində xx.xx.2007-ci il tarixdə bir qız övladları, xx.xx.2009-cu il tarixdə isə bir oğlan övladları anadan olmuş, lakin uşaqların doğum akt qeydi və atalıq faktları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 45.1.-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin faktiki nikah münasibətlərindən Neftçala şəhərində xx.xx.2007-ci il tarixdə bir qız övladlarının, xx.xx.2009-cu il tarixdə isə bir oğlan övladlarının doğulması faktı təsdiq olunduğundan, Cavabdeh iddia tələblərini etiraf etdiyindən, valideynlər övladlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından iddia tələbləri tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 xx.xx.2007-ci il tarixdə Neftçala şəhərində doğulması faktı müəyyən edilsin. X6 xx.xx.2009-cu il tarixdə Neftçala şəhərində doğulması faktı müəyyən edilsin. Cavabdeh Neftçala şəhərində doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009cu il təvəllüdlü X6 atası olması müəyyən edilsin. X3 doğum akt qeydində atası Cavabdeh, anası İddiaçı, doğum tarixi xx.xx.2007-ci il, doğum yeri Neftçala şəhəri yazılsın. X6 doğum akt qeydində atası Cavabdeh, anası İddiaçı, doğum tarixi xx.xx.2009-cu il, doğum yeri Neftçala şəhəri yazılsın. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 20 manat dövlət nəfinə tutulsun. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5869/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5869/2020
26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver