Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1921/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 1992 - ci il tarixli, 48 saylı Çıxarışla ona məxsus olan 47 saylı bağ sahəsindən 1996-cı ildə çəkilmiş qaz xəttinin, onun həyətindən çıxarılmasını və lazım olan yerdən çəkilməsini “Azəriqaz” İstehsalat Birliyinin üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Məcəllənin:
53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi:
4. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur. Həmçinin müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir.
5. İddiaçı iddia ərizəsində Cavabdeh ünvanını Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 2224/2 qeyd etmişdir. Bu səbəbdən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.
6. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən iddiaçı cavabdeh qismində Departamenti yox X2 qoymalı idi. Həmçinin tələb “cavabdehin üzərinə öhdəlik qoyulması” olduğundan iddiaçı müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməli idi.
7. Beləliklə, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X1 ünvanı ünvan 3i hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddiaçı cavabdeh X1 rəsmi qeydə alındığı yerə görə aidiyyatı məhkəməyə müraciət etməlidir.
8. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır.
Nəticə:
9. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova