Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-870/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, cavabdeh «X1 Mərkəzi» MMC-nin nümayəndəsi Dadaşov Taleh Ağababa Bədəlov oglunun, cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər "X1 Mərkəzi" MMC və "xxxxxxxx" ASC qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "X1 Mərkəzi" MMC və "xxxxxxxx" ASC-yə qarşıiddia ərizəsi ilə məhkəməyə müracəit edərək, “X1 Mərkəzi” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksinin satılması ilə bağlı hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 03/2 protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə "xxxxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixə banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilkdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetİ olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq "xxxxxx" İKB ASC-nə ödənilməsinə, tutmanın İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri. Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/ırı köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsinə, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas. 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləğinin "xxxxxx" İKB ASC-nə ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiymətinin 85.000 manat, Bakı şəhəri. Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 55.000 manat müəyyən olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxx 2018-cı il tarixli, 2(009)-428/2018 saylı icra vərəqəsinə əsasən icra üzrə icraat başlanılmışdır. Səbail rayon İcra və Probasiya Şöbəsi heç bir qiymətləndirmə aparmadan xx xxxxxxx 2019-cu il tarixli, 81228/xx-xx-157364 nömrəli məktubla “X1 Mərkəzi” MMC-yə müraciət olunaraq Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksinin hərraca çıxarılması sifariş olunmuşdur. Bundan sonra həmin əmlak kompleksi açıq hərraca çıxarılmış və xx xxxxxx 2020-ci il tarixli, Y-03/2 saylı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx»a əsasən 35063 manata xxxxxxxx ASC-yə satılmışdır. Keçirlmiş hərraclar qanunsuz olmaqla onlara bu barədə heç bir məlumat verilməmiş, bildirişlər ünvana göndərilməmiş, iş materiallarına bu barədə hər hansı sübut əlavə olunmamışdır. “X1 Mərkəzi” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksinin barəsində hərracın yekunları barədə xx.xx.2020ci il tarixli, 03/2 nömrəli protokolun etibarsız edilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehlərin nümayəndələri isə, məhkəməyə müraciət edərək, mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh «X1 Mərkəzi» MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, ipoteka əmlakın qiyməti qətnamədə müəyyən edilmiş, ona görə də, əmlakın sonradan qiymətləndirilməsinə ehtiyac olmamışdır. Qiymət məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin qiymətlə də, hərraca çıxarılmışdır. Hərrac qanuni şəkildə keçirilib, tərəflərə bu barədə məlumat verilib. Hərrac barədə bildirişlər iddiaçının ünvanına göndərilib, lakin hər dəfə qapı bağlı olduğundan, bildirişlərin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa Market qəzetində hərracın vaxtı və yeri barədə elanlar verilmişdir. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasına cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, ipoteka əmlakın qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin qiymətlə də, hərraca çıxarılmışdır. Hərrac barədə bildirişlər iddiaçının ünvanına göndərilib, lakin hər dəfə qapı bağlı olduğundan, bildirişlərin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa qəzetdə lazımi elanlar verilmişdir. Hesab edir ki, hərrac barədə iddiaçının məlumatı olubdur. Ona görə də, hesab edir ki, iddia əsassızdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclu ilə «xxxxxxxx» ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti 55000 manat müəyyən edilmişdir. İş materiallarında olan 21.01.20-ci il tarixli, Y-03/2 saylı hərracın nəticələri haqqında protokoldan görünür ki, Səbail rayon İcra və probasiya şöbəsinin sifarişi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-428/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonunda Xırdalan yaşayış sahəsin ərazisində yerləşən Xırdalan-Binəqədi şossesi 23 ünvanlı əmlak kompleksi ilkin satış qiyməti 55000 manat olmaqla xxxxxxxx ASC tərəfindən 35063 manata alınmışdır. İş materiallarında olan Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.02.20-ci il tarixli, 16 saylı arayışdan görünür ki, İddiaçı Rəsul Rza küçəsi 7/9 saylı 2 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.02.20-ci il tarixli, 15 saylı arayışdan görünür ki, Məmmədova Dövranə Murtuzəliyev qızı Rəsul Rza küçəsi 7/9 saylı 2 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan Mega Ekspress sürətli poçt xidmətinin 174977 və 174493 nömrəli qaimələrindən görünür ki, X1 Mərkəzi MMC tərəfindən İddiaçı məktublar göndərilmiş, lakin qapı bağlı olduğundan məktublar ona çatmamışdır. İş materiallarında olan X1 Mərkəzi MMC tərəfindən xxxxxx İKB ASC-yə ünvanlanmış 13.12.19 tarixli, 1203 saylı bildirişdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi və Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili üzrə hərracın 25.12.19-cu il tarixdə, saat 11:00-da keçirilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi xxxxxxxx ASC-yə 35063 manat məbləğdə satılmışdır. İş materiallarında olan “Market” qəzetinin xx.xx.2019-xx.xx.2019 tarixli buraxılışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili ilkin satış qiyməti 85000 AZN olmaqla elan olmaqla, ilkin satışın baş tutmadığı, növbəti hərracın 25.12.19-cu il tarixdə keçiriləcəyi elan edilmişdir. İş materiallarında olan “Market” qəzetinin xx.xx.2019-xx.xx.2019 tarixli buraxılışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi ilkin satış qiyməti 55000 AZN olmaqla elan olmaqla, hərracın keçirilməsi 11.12.19-cu il tarixdə həyata keçiriləcəyi elan edilmişdir. İddiaçı hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etdiyindən, məhkəmə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və ləğvi ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 36-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci mad.). Qeyd olunan Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclu İddiaçı və «xxxxxxxx» ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Mübahisəli daşınmaz əmlakların hərracı keçirilən zaman cavabdeh tərəfindən bildirişlərin göndərilməməsi barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyənləşdirilmiş qaydada bildiriş göndərilmişdir. Lakin iddiaçı üzrsüz səbəbdən bildirişi qəbul etməmişdir. Hərracın keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər, o cümlədən iddiaçıya ünvanlanmış bildirişlər onun qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Həəracın keçirilıməsi ilə bağlı “Market” qəzetində müvafiq elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-03/2 saylı protokol tərtib edilmişdir. “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli daşınmaz əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Beləliklə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmeti olan iddiaçıya məxsus əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməklə qətnamədə göstərilmişdir, ona görə də, iddiaçını qeyd olunan dəlili əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbləri əsassızdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneələrin yaradılması məqsədini güdür, ona görə də, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh «X1 Mərkəzi» MMC-nə, Cavabdeh2 ASC-yə qarşı «hərracın nəticələrinin,hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi»tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-870/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-870/2020
26.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver