Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2294/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdehnə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlak üzərində həbsin götürülməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlak üzərində həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11176/2019 saylı, 29.100.2019-cu il tarixli icra sənəndinin icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsininQeydiyyat- İmtahan İdarəsinə göndərilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi və İddiaçı məxsus “Suzuki İntruder VL 1500 BTL3” markalı, 99A109 dövlət nömrə nişanlı motosikl üzərindən həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh orqandan heç bir müstəqil iddia tələbi yoxdur. O, sadəcə olaraq, məhkəmə qərarının icrası qaydasında üzərinə həbs qoyulmuş avtomobil üzərindən həbsin götürülməsini xahiş edir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu tipli müraciətlərə iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icrası qaydasında baxılır. Bu tip icraatda isə tərəflər iddiaçı və cavabdeh deyi, borclu, tələbkar yaxud ərizəçi hesab olunur. Göründüyü kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlak üzərində həbsin götürülməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2294/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2294/2021
02.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver