Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-969/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında qalan yetkinlik yaşlarına çatmayan xx.xx.2019-cu il tarixdə anadan olmuş oğlu X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat, əlavə olaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş qızı X2 3 yaşı tamam olana qədər cavabdehin həyat yoldaşı olaraq ona - İddiaçı hər ay 100 manat, ümumilikdə 570 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikah dövründə 2 uşaqları doğulmuşdur: xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6. Cavabdehlə bir müddət mehriban yaşamışdırlar. Lakin cavabdehin ona qarşı münasibəti dəyişmişdir. O, ailəsinin dağılmasını istəmir, bu səbəbdən də nikahlarının pozulması yox, ancaq aliment tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehlə ailə münasibətləri pozulandan ayrı yaşayırlar. Cavabdeh uşaqlarına heç bir maddi yardım göstərmir. Buna görə də uşaqlarının maddi cəhətdən təmin olunması üçün çox çətinlik çəkir. Çünki onların gündəlik tələbatları, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər onun üzərində qalmışdır. Halbuki, uşaqların saxlanılması üçün onların tələbatlarını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. Buna görə də hesab edir ki, o həm ər kimi ona maddi yardım göstərməli, həm də bir valideyn kimi uşaqlarının saxlanılması üçün ona aliment ödəməlidir. Buna görə də hesab edir ki, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat, əlavə olaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş qızı X2 3 yaşı tamam olana qədər cavabdehin həyat yoldaşı olaraq ona - İddiaçı hər ay 100 manat, ümumilikdə 570 manat aliment tutulub ona ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi təmin edilməklə cavabdeh İddiaçı ilə arasında bağlanan xx.xx.2018-ci il tarixli rəsmi nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını və cavabdehin ona qarşı aliment tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini əsaslandırıldığı hallar. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu ildə Əliyev Amin, xx.xx.2021-ci ildə isə Əliyeva Alisa adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri yaxşı deyil və iki aydır ki, bütün ər-arvad münasibətlərinə son qoyaraq ayrı-ayrı ünvanlarda yaşayırlar. Bunun isə səbəbkarı cavabdehdir. Belə ki, o nə ona, nə də valideynlərinə hörmət qoymamış, valideynlərindən ayrı yaşamaqlarını tələb etmiş, bu zəmində evdə söz-söhbət yaratmışdır. Bu azmış kimi o, uşaqları da ona qarşı pis münasibətə təhrik edir. Uşaqları ilə onun və valideynlərinin ünsiyyət saxlamasına qərəzli şəkildə imkan vermir. Onun bu hərəkəti uşaqlarına və ona çox pis təsir göstərir. Dəfələrlə uşaqlarına görə ailələri dağılmasın deyə iddiaçı ilə münasibət qurmağa cəhd edib, evə qayıtmasını təklif etsə də, lakin o, nəinki təklifini qəbul etmir, hətta onu nalayiq söyüşlərlə təhqir etmişdir. Ona görə də başa düşmüşdür ki, artıq aralarında olan rəsmi nikah qeydi formal xarakter daşıyır. Cavabdeh hazırda ona qarşı aliment tələbinə dair Suraxanı rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddia ərizəsində o, qeyd edir ki, guya o uşaqların saxlanması üçün heç bir maddi köməklik etmir. Halbuki, o uşaqlarına maddi köməklik göstərmək istəyir. Lakin o buna imkan vermir. Belə ki, o, ondan xeyli miqdarda maddi vəsait tələb edir. Bu tələb onun aliment tələbinə dair iddia ərizəsində öz əksini tapmışdır. Həmin iddia ərizəsində o, hər bir uşağa görə ayrılıqda 235 manat, özünə isə 100 manat aliment tələb edir. İddiaçı belə bir məbləğdə alimentin hansı vəsaitindən tutulacağı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun isə iddia tələbində göstərdiyi vəsaiti ona ödəməyə maddi imkanı yoxdur. Belə ki, o "Həsənli MMC”-də satış nümayəndəsi vəzifəsində işləməklə aylıq gəliri 400 manat təşkil edir. Bu məbləğdən başqa digər gəlirləri yoxdur. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən ondan aliment tutularkən həmin əmək haqqı nəzərə alınmalı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin şərtlərini uyğun tutulmalıdır. Ona görə də hesab edir ki, cavabdehin ondan həm uşaqlara, həmdə ki, özünə görə ümumilikdə 570 manat aliment tələb etməsi məntiqsiz və əsassızdır. Belə ki, 2024-cü ilin yanvar ayından qüvvəyə minəcək yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 287 manat müəyyən edilmişdir. Bu isə o deməkdir ki, işləyən şəxsin yaşayışı üçün tək onun özünə minimum 287 manat pul lazımdır. Demək belə çıxır ki, onun 857 manat gəliri olmalıdır ki, ondan 570 manat iddiaçıya aliment ödəsin, 287 manat isə onun aylıq yaşayışına çatsın. Onun isə belə bir gəliri yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçının ərizəsi xx.xx.2024-cü il tarixində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsinə əlavə verərək, boşanmaq fikrindən daşındığını bildirmiş və qarşılıqlı iddiasına baxılmamasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin ərizəsi xx.xx.2024-cü il tarixində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə əlavə verərək, Cavabdeh ilə nikahlarına xitam verilməsini və iki azyaşlı övladı olan X7 və X1 üçün sabit məbləğdə alimentin ödənilməsini, X6 3 yaşına çatana qədər əlavə olaraq ona sabit pul məbləğinin ödənilməsini xahiş etmiş və qarşı tərəfin buna maddi durumunun çatacağını bildirmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı bildirmişdir ki, nikahın pozulmasını və alimentin tutulmasını istəyir. Aylıq gəliri 2000 manatdan çoxdur. Bir ildən artıqdır ayrı yaşayırlar. O, boşanmaq istəyir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh bildirmişdir ki, boşanmaq istəmir. Aliment verəcək. Uşaqların anaya ehtiyacı var. Onun yanında qalmalarına razıdır. Maaşın 50 %-ni ödəməyə razıdır. İş materialları. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2021ci il tarixli, AZ-İV seriyalı, 645796 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) 28 avqust 2021-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 5546 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 364992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) 29 sentyabr 2019-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 7138 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İİ seriyalı, 306502 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4187 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Mediasiya Şurası Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X3 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞB/9/2023- 02426 nömrəli mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X3 İddiaçı iştirak etmiş, Cavabdeh isə X3 iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsi ilə bildirmişdir ki, "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışır. Aylıq 400 manat məbləğində məvacib alır. Aldığı əmək haqqının 50 faizini övladlarına aliment olaraq verməyə hazırdır. Əgər əmək haqqı artarsa əlavə olaraq da verəcəkdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 16. Nikaha xitam verilməsi qaydası. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.... Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;... Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, Cavabdeh İddiaçı ilə xx.xx.2018ci il ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan övladları xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 olmuşdur. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbini irəli sürməmişdir, cavabdeh isə nikahın pozulmasını istədiyini bildirmiş, daha sonra isə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, nikahın pozulması tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin, ilkin iddia üzrə İddiaçı məhkəmə iclasında nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etdiyini bildirmiş və nikahın pozulmasını tələb etmişdir. Tərəflər arasında nikahın pozulması tələbi ilə bağlı razılıq əldə edilmədiyindən məhkəmə tərəflərə barışığa gəlmələri üçün 3 ay vaxt vermişdir. Üç aylıq müddət bitdikdən sonra, məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı nikahın pozulmasında israrlı olmuş, cavabdeh isə nikahın pozulmasına razı olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Nikah pozulduqdan sonra uşaqların hansı valideynin yanında saxlanılması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehlə ailə münasibətləri faktiki olaraq pozulduqdan sonrakı dövr ərzində uşaqlarını saxlamış, onların qayğıları və problemləri ilə məşğul olmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh uşaqların iddiaçının himayəsində saxlanılmalarına razı olduğundan, yəni tərəflər arasında mübahisə yaranmadığından, tərəflərin birgə nikahdan olan uşaqları ilkin iddia üzrə iddiaçının yanında saxlanılmalıdır. Uşaqların saxlanılması üçün aliment tutulması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, tərəflərin nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda ilkin iddia üzrə iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçı hər iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat manat məbləğində aliment tələb edir. Məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü il tarixdə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla, cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutulması məqsədəuyğundur. İddiaçının xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra keçmiş arvadın ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirib, iddiaçının özü üçün ödənilməli olan alimenti və onun məbləğini araşdıraraq, bu nəticəyə gəlir ki, iddiaçı bunu tələb edərkən heç bir əsaslandırma etməmiş, bunula bağlı hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməklə, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 4187 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanılmaları müəyyən edilməli, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 məbləğində sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi müəyyən edilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 76.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 məbləğində sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş 76,4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 4187 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanılmaları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva