Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-1063/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən (hakim Yusif Zeynalov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, # ###### 2016-cı il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cavabdeh hər ay 245 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək azyaşlı uşağı # ###### 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 mislində sabit pul məbləğində alimentin tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahlarını Lerik rayon qeydiyyat şöbəsində ## ###### 2017-ci il tarixində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından # ###### 2016-cı ildə X3, ## ###### 2020-ci ildə X2 və ## ###### 2023-cü ildə X4 adlı üç uşaqları olmuşdur. Lerik Rayon Məhkəməsinin *(***)***/**** saylı, # #### 2026-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, yetkinlik yaşına çatmayan övladı # ###### 2016-cı il təvəllüdlü X3 onun, digər övladları ## ###### 2020-ci il təvəllüdlü X2 və ## ###### 2023-cü il təvəllüdlü X4 cavabdeh Cavabdeh himayəsinə verilmişdir. Cavabdeh Cavabdeh himayəsinə verilmiş övladlarına görə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0,45 misli hədində alimentin ondan tutularaq Cavabdeh verilməsi qərarlaşdırılmışdır. Cavabdeh Cavabdeh himayəsində qalan övladlarının aliment məsələsi həll olunsa da, onun himayəsində saxlanılmış # ###### 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məsələsi həll olunmamışdır və o, aliment ödənilməsini tələb edir. Həmin vaxtdan hal-hazıradək cavabdeh valideynlik borcunu yerinə yetirməyib, # ###### 2016-cı il təvəllüdlü X3 adlı uşağına hər hansı bir yardım göstərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, özü işləsə də, ata və anasına baxmaqda belə çətinlik çəkir. Atası və anası hazırda xəstədir və təqaüdçüdür. Anasının aldığı təqaüd ancaq dərmanlarını almağa çatır. Evdə görüləsi işlər olduğu üçün davamlı olaraq işləyə bilmir. Hazırda yanında olan övladının saxlanılması üçün aliment tələb edir. Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, himayəsində iki azyaşlı övladı vardır, birinin 6, digərinin isə 3 yaşı vardır. Himayəsində azyaşlı övladı olduğu üçün heç bir yerdə işləmir. İddiaçı isə işləyir və eyni zamanda anası təqaüd alır. Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Belə ki, özü heç bir yerdə işləmir, İddiaçı iki uşağa görə ödədiyi aliment pulu da uşaqların saxlanması üçün yetərli deyildir, uşaqların saxlanılmasında anası köməklik edir. Anası həm ona, uşaqlarına, həm də xəstə bacısına baxır. Maddi çətinlik içərisində yaşayır. Çünki, anası xadimə işləməklə ayda 300 manat məbləğində əmək haqqı alır. İddiaçı isə bərbər işləyir, yaxşı qazanc əldə edir, onun valideynləri də işləyir. Belə ki, anası yaxşı təqaüd alır, atasının yaxşı təsərrüfatı vardır, təsərrüftla məşqul olmaqla yanaşı, yaxşı təqaüd alır, yaxşı imkanları vardır. Onun heç aliment almağa ehtiyacı yoxdur. O, sadəcə olaraq qisas almaq üçün aliment tələb edir. Lakin məhkəmə bütün bu halları nəzərə almadan və işin bu kimi faktiki hallarını araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən maddi vəziyyətini, diqqətəlayiq olan başqa halları nəzərə almadan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli miqdarında alimentin tutulub iddiaçının xeyrinə ödənilməsini qət etmişdir. Məhkəmə bunun əsası kimi də qətnaməsində qeyd etmişdir ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2026-cı ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumun iddiaçının cavabdehdən tələb etdiyi alimentin miqdarının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə kifayət qədər aşağı məbləğ olduğunu, habelə, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb cavabdehdən hazırki, vəziyyətdə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində aliment tutularaq İddiaçı ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmənin qeyd etdiyi bu hallarla bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etmədiyi halda, məhkəmə hansı meyarlarla və ya sübutlarla maddi və ailə vəziyyətini, birgə nikahlaırndan anadan olmuş yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsini müəyyən edərək, onları da nəzərə alıb alimentin miqdarını təmin etmişdir. Hansı ki, hazırda heç bir yerdə işləmir və heç bir qazancı yoxdur. Əgər heç bir yerdə işləmirsə və heç bir qazancı olmadığı halda qeyd olunan məbləğdə alimenti necə ödəyəcək. Himayəsində iki azyaşlı uşağı var və ancaq onlara baxmaxaqla məşqul olur. Qanunvericiliyin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər və Azərbaycan Respublikasının Qanunu ilə 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qanuna əsasən bir ayda bir uşağın saxlanması üçün ölkə üzrə 260 manat müəyyən edilmişdir. Maddənin tələbinə görə isə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Vəzifə isə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər qarşılamalı, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Bütün bunlara baxmayaraq məhkəmə uşağın saxlanması üçün nəzərdə tutulan 260 manat olan bütün xərci tərəflər arasında bərabər bölməyərək, həmin məbləğin ödənilməsinin çox hissəsini üzərinə qoymuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, kəndlərində bərbər işləyir, qazancı olduqca aşağıdır. Aliment tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi ödənilməli olan alimentlərin əvəzləşdirilməsi olmuşdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görədə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən olunması və alimentin tutulması” tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq tərəflər arasında ## ###### 2017-ci ildə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş # ###### 2016-cı il təvəllüdlü X3 atası İddiaçı, ## ###### 2020-ci il təvəllüdlü X2 və ## ###### 2023-cü il təvəllüdlü X4 analarının yanında qalmaları müəyyən olunmuş, ##.##.2025-ci il tarixdən başlayaraq ## ###### 2020-ci il təvəllüdlü X2 və ## ###### 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin IV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Həmin Qanunun 24.2.-ci maddəsinə əsasən uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin ## ###### 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanunverici tərəflərdən hər biri ilə uşaq qaldığı halda, az təminatlı valideynin xeyrinə alimentin tutulması imkanını tanımışdır və qanuni qüvvəyə minmiş Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə aliment yanında 2 azyaşlı uşağın qalması müəyyən olunmuş Cavabdeh xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Kollegiya işin müəyyən edilmiş faktiki hallarını, həmin hallar üzrə tətbiq edilməli olan yuxarıda sadalanan maddi hüquq normalarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən hüquqi nəticə işin faktiki hallarına uyğun deyildir, maddi hüquq noqrması düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti (400x0,45=180; 180x12=2160) 2160 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş ürə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(3-9)-1063/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1063/2026
30.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver