Məhkəmə qərarları › İş №2(3-9)-895/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-895/2026

24.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-895/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı Məmmədzadə (İbrahimli) Aysel Elçin qızının cavabdeh İbrahimli Kamran Amil oğluna qarşı “aliment” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsindən iddiaçı Məmmədzadə (İbrahimli) Aysel Elçin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh İbrahimli Kamran Amil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ##.##.2024-cü il tarixdə anadan olmuş İbrahimli Mehdi Kamran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində alimentin və həmin uşağın üç yaşına çatanadək ananın uşağı saxlaması üçün uşağa qulluğa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində alimentin tutulub ona verilməsi, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödədiyi 60 manat pul və hüquqi yardım üçün vəkilə ödədiyi 301 manat məbləğində xidmət haqqının cavabdeh İbrahimli Kamran Amil oğlundan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə 2023-cü ilin sentyabr ayında qeyri-rəsmi nikahla ailə qurmuş və nikahlarını ##.##.2023-cü ildə Lənkəran rayon qeydiyyat şöbəsində 520 sayla rəsmiləşdirmişlər. Onların birgə nikahından ##.##.2024-cü il tarixdə İbrahimli Mehdi Kamran oğlu adlı bir uşaqları doğulmuşdur. Hazırda uşaq sağ salamat olmaqla onun himayəsində yaşayır. Cavabdehlə ailə qurduqdan sonra ilk əvvəl münasibətləri yaxşı olsa da, sonradan cavabdehin anasının ailələrinə etdiyi müdaxilədən dolayı münasibətləri korlanmışdır. Cavabdehlə aralarında yaranmış mübahisələrdə hətta anası ilə birgə onu döymüş və işgəncələr vermişlər. O, ailə münasibətlərinin ona edilən təzyiq və işgəncələr altında davam etdirməyin mümkün olmadığını görüb ayrılmaq qərarına gəlmişdir. Cavabdehdən ayrıldıqdan sonra uşağın saxlanmasında cavabdeh ona maddi köməklik etməmişdir. Baxmayaraq ki, cavabdeh “xxxx” QSC şirkətində siqaret satışı, həmçinin Lənkəran bazarında “Damat” və “Bəylik” geyim mağazalarında geyim satışı, avtomobillərin bəzədilməsi ilə məşğul olaraq hər ay yüksək məbləğdə qazanc əldə edir. Cavabdeh könüllü olaraq ona uşağın saxlanmasında yardım etmədiyi və valideynlik borcunu yerinə yetirmədiyi üçün məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh İbrahimli Kamran Amil oğlundan ##.##.2024-cü il tarixdə doğulmuş İbrahimli Mehdi Kamran oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin, ##.##.2024-cü il tarixdə doğulmuş İbrahimli Mehdi Kamran oğlu 3 yaşına çatanadək İbrahimli Kamran Amil oğlundan Məmmədzadə (İbrahimli) Aysel Elçin qızının xeyrinə hər ay 50 manat məbləğində alimentin tutularaq iddiaçı Məmmədzadə (İbrahimli) Aysel Elçin qızına ödənilməsi, alimentin tutulmasının əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, iddiaçı İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyası üçün ödədiyi 60 manat mediasiya xərcinin cavabdeh İbrahimli Kamran Amil oğlundan tutularaq iddiaçıya ödənilməsi, iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 150 manat xidmət haqqı məbləğinin cavabdeh İbrahimli Kamran Amil oğlundan tutularaq iddiaçı Məmmədzadə (İbrahimli) Aysel Elçin qızına ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icraya yönəldilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə müəyyən etmişdir ki, tərəflər ##.##.2023-cü ildə Lənkəran rayon qeydiyyat şöbəsində *** saylı akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və birgə nikahlarından ##.##.2024-cü il tarixdə İbrahimli Mehdi Kamran oğlu adlı bir uşaqları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğu üçün onlar ayrılmışlar və uşaq tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçının himayəsində qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər faktiki ayrıldıqları vaxtdan uşaq iddiaçı ilə qalmış və cavabdehin həmin vaxtdan indiyədək uşağın saxlanması üçün iddiaçıya maddi yardım etməsi halları müəyyən edilməmişdir. Eyni zamanda, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırkı iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazırda daimi iş yerinin olmaması onu iddiaçı ilə birgə nikahından doğulmuş uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşağın maddi ehtiyyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2026-cı ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb cavabdehdən hazırkı vəziyyətdə hər ay uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Məhkəmə uşağın iddiaçının himayəsində olmasını, uşağa ananın qulluq etməsini və bu səbəbdən onun işləməsi və ya gəlir əldə etməsi imkanının uşağın atasına nisbətən məhdud olmasını nəzərə alıb cavabdehdən yaşayış minimumu məbləğində aliment və uşağın doğulduğu gündən 3 il ərzində 50 manat məbləğində alimentin tutulmasını qanuni, əsaslı və ədalətli hesab etmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2, 84.1, 84.2.2, 85.1.1, 100.2-ci maddələri, "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı Məmmədzadə (İbrahimli) Aysel Elçin qızı apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(5-144)- 1041/2026-cı il saylı qətnaməsinin ləğv edilərək onun, yəni iddiaçı Məmmədzadə (İbrahimli) Aysel Elçin qızının cavabdeh İbrahimli Kamran Amil oğluna qarşı aliment tələbinə dair iddiasının təmin edilməsi, yəni ##.##.2024-cü il tarixdə doğulmuş İbrahimli Mehdi Kamran oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İbrahimli Kamran Amil oğlunun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən hər hansı bir araşdırma aparmamış, cavabdehin rəsmi iş yerinin olmasını nəzərə almamış, beləliklə də, uşağın mənafeyini deyil, cavabdehin mənafeyini əsas götürərək sonda hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir ki, həmin məbləğlə də hesab edir ki, bir ay uşağı saxlamaq mümkün deyildir. Belə ki, o, iddia ərizəsində cavabdehin “xxxx” QSC şirkətində siqaret satışı, həmçinin Lənkəran bazarında “Damat” və “Bəylik” geyim mağazalarında geyim satışı, avtomobillərin bəzədilməsi ilə məşğul olaraq hər ay yüksək məbləğdə qazanc əldə etməsini qeyd etsə də, məhkəmə bununla bağlı hər hansı bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. Cavabdeh özü məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə onun iştirakı olmadan işə baxsa da, yenə də onun maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin daimi iş yerinin olub-olmamasını, onun gəlirlərinin stabil olub-olmamasını və əlavə gəlir əldə edib-etməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Azərbaycan Respublikasının Qanunu ilə 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Buradan sual olunur ki, onda uşaqların yaşayış minimumu üzrə müəyyən edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 260 manat pulun qalan 60 manat hissəni o kimdən tələb etsin ki, o heç olmasa, uşağını minimum xərclə saxlaya bilsin. Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bütün bu hallar və qanunvericiliyin yuxarıda qeyd etdiyi tələbləri qətnamə qəbul bərabər hüquq və edilərkən məhkəmə tərəfindən nəzərə alınmamış və ona görə hesab edir ki, vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, məhkəmənin qəbul etdiyi qətnamə ədalətsiz və qanunsuzdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmiş, iddiaçı apellyasiya şikayəti verərək İbrahimli Mehdi Kamran oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İbrahimli Kamran Amil oğlunun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün təfsir edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərkibi ilk olaraq bildirir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, bir uşağın saxlanması üçün tələb olunan sabit məbləğdə aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən ölkə üzrə minimum əmək haqqına bağlı göstəricidən istifadə etmiş, uşağın mənafeyini, caavbdehin vəziyyətini və artım tendensiyalarını nəzərə almışdır. Minimum əmək haqqı 400 manat olduğundan, onun tərəflərin birgə nikahından dünyaya gəlmiş uşağa münasibətdə 0,5 mislinin aliment kimi müəyyən edilməsi həm uşağın əsas ehtiyaclarını ödəmək, həm də cavabdehin gəlirlərinə proporsional yanaşma təmin etmək məqsədinə xidmət edir ki, bu da balanslı, ədalətli və qanuna uyğun həll yoludur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75ci maddəsinə əsasən uşaqların saxlanılması valideynlərin bərabər vəzifəsidir. Bu öhdəlik subyektiv arzu və ya şəxsi imkandan asılı olmamaqla məcburi xarakter daşıyır. Aliment uşağın gündəlik qida, geyim, tibbi xidmət, təhsil, mənzil-məişət şəraiti kimi normal ehtiyaclarının ödənilməsi, sağlam və harmonik inkişafı üçün nəzərdə tutulur. Uşağın inkişafı üçün ən zəruri və vacib şərt onun fiziki, əqli, sosial və mənəvi cəhətdən normal şəraitdə böyüməsidir. Odur ki, alimentin miqdarı yalnız valideynin öz subyektiv vəziyyətinə görə deyil, uşağın real ehtiyaclarına uyğun müəyyən edilməlidir. Məhkəmə tərkibi aliment məbləğin az müəyyən olunması dəlilinə münasibətdə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının apellyasiya şikayətində cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmasını tələb etməsi də əsaslı deyildir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən alimentin məhz cavabdehin qazancının və (və ya) digər gəlirlərinin 1/4 hissəsi miqdarında tutulması barədə tələb irəli sürülməmiş, alimentin sabit pul məbləğində müəyyən edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işə birinci instansiya məhkəməsində irəli sürülmüş tələb və həmin tələbin predmetini təşkil edən hallar çərçivəsində baxır. Birinci instansiyada irəli sürülməmiş yeni tələbə apellyasiya instansiyasında baxılması yolverilməzdir. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılması valideynlərdən yalnız birinin deyil, hər iki valideynin qanunla müəyyən edilmiş vəzifəsidir. Uşağın maddi təminatının tamamilə cavabdehin üzərinə qoyulması və iddiaçının bu vəzifədən kənarlaşdırılması qanunun tələblərinə uyğun olmazdı. Alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyi ilə yanaşı, hər iki valideynin maddi və ailə vəziyyəti də nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, uşağın iddiaçının himayəsində olmasının isə aliment öhdəliyindən azad olunma üçün əsas təşkil etmədiyini, eyni zamanda iddiaçının da uşağın saxlanılmasında iştirak etməli olduğunu nəzərə almış və alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətinə, uşağın mənafeyinə və iş üzrə müəyyən edilmiş digər hallara uyğun olaraq müəyyən etmişdir. Apellyasiya şikayətində uşağın yaşayış minimumunun 260 manat təşkil etdiyi, məhkəmə tərəfindən isə 200 manat məbləğində aliment müəyyən edildiyi göstərilərək aradakı fərqin də cavabdehdən tutulmalı olduğu irəli sürülür. Lakin yaşayış minimumu göstəricisinin müəyyən edilməsi uşağın həmin məbləğdə təminatının yalnız digər valideyn tərəfindən ödənilməsini nəzərdə tutmamışdır. Həmin göstərici uşağın minimum maddi təminat səviyyəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olmaqla, uşağın saxlanılması üzrə valideynlərin hər ikisinin üzərinə düşən vəzifə nəzərə alınmaqla dəyərləndirilməlidir. Belə ki, iş materiallarından və elektron informasiya sistemindən müəyyən olunur ki, cavabdeh İbrahimli Kamran Amil oğlu “xxxx” QSC-də siqaret satış müvəkkili vəzifəsində çalışır. Lakin cavabdehin qeyd olunan iş yerindən əldə etdiyi gəlirdən əlavə hər hansı digər gəlir mənbəyinin, o cümlədən Lənkəran bazarında “Damat” və “Bəylik” geyim mağazalarında geyim satışı, avtomobillərin bəzədilməsi və sair fəaliyyətlərdən gəlir əldə etməsinin mövcudluğu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər və mötəbərliyi şübhə doğurmayan sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin rəsmi əmək haqqından əlavə digər gəlirlər əldə etməsi barədə iddia irəli sürən iddiaçının həmin halları təsdiq edən sübutları təqdim etmək vəzifəsi vardır. Məhkəmə isə tərəfin sübutetmə vəzifəsini onun əvəzinə həyata keçirərək, tərəfin təqdim etmədiyi sübutları onun yerinə toplamaq və ya iddiaçının irəli sürdüyü, lakin sübuta yetirilməmiş halları öz təşəbbüsü ilə müəyyən etmək vəzifəsi daşımamaqdadır. Məhkəmə tərkibi xüsusi olaraq vurğulayır ki, alimentin məbləğinin həddən artıq yüksək müəyyən edilməsi cavabdehin faktiki maddi imkanlarına uyğun gəlmədiyi təqdirdə, qətnamənin icrasını çətinləşdirə və bunun nəticəsində uşaqların mənafeyinin təmin olunmasına da mənfi təsir göstərə bilər. Alimentin mahiyyəti maliyyə sanksiyası və ya valideynlər arasındakı mübahisənin nəticəsi olmayıb, uşağın davamlı və sabit maddi təminatının qorunmasına yönəlmiş mexanizmdir. Bu səbəbdən, alimentin məbləği həm uşağın real tələbatlarını ödəməli, həm də aliment ödəyən valideynin mövcud maddi vəziyyətinə proporsional olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ bu balansı təmin edir, real, icraolunan və ağlabatan xarakter daşımaqla uşaqların maddi təminatının fasiləsizliyinə xidmət edir. Eyni yanaşma iddiaçının uşağın üç yaşına çatanadək saxlanılması üçün öz xeyrinə aliment tutulması tələbinə də münasibətdə nəzərə alınmalıdır. Belə ki, uşağın faktiki olaraq iddiaçının himayəsində olması və uşağa qulluq etməsi cavabdehin uşağın saxlanılmasında iştirak etmək vəzifəsini aradan qaldırmadığı kimi, uşağın saxlanılması ilə bağlı bütün maddi yükün də yalnız cavabdehin üzərinə qoyulmasına əsas vermir. İddiaçı tərəfindən cavabdehin yüksək məbləğdə gəlir əldə etməsi barədə mülahizələr irəli sürülsə də, cavabdehin rəsmi əmək fəaliyyəti istisna olmaqla digər gəlir mənbələrinin mövcudluğu sübut olunmamışdır. Odur ki, iddiaçının həm uşağın saxlanılması üçün, həm də özünün uşağın üç yaşınadək saxlanılması üçün tələb etdiyi vəsaitin müəyyən edilməsində tərəflərin faktiki və sübut edilmiş maddi vəziyyəti nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tərkibinin gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı Məmmədzadə (İbrahimli) Aysel Elçin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar