Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3072/2026 30.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 qızı, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil/nümayəndə1, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil/nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdehlər iddiaçının qızlarıdır.
2. ##.##.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X6 (əvəzinə etibarnamə əsasında X4 imza etməklə) Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci şimal şitilliyi 80 ünvanında yerləşən, ümumi sahəsi 45.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini cavabdeh1 bağışlamışdır.
3. “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlara əsasən İddiaçı yaşa görə 436.64 manat məbləğində pensiya alır.
4. “Elektron Məhkəmə” Informasiya Sistemindən əldə olunmuş məlumata əsasən cavabdeh cavabdeh2 "xxxx" MMC-də Tibb bacısı vəzifəsində çalışır və onun aldığı əmək haqqı 327 manat, cavabdeh cavabdeh3 “xxxx” MMC-də aptekçi vəzifəsində çalışır və onun aldığı əmək haqqı 400 manatdır. Cavabdeh cavabdeh1 əmək müqaviləsi barədə məlumat müəyyən edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun saxlanması üçün cavabdehlərin hər birindən 285 manat olmaqla, ümumilikdə 855 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi vardır. O, həyat yoldaşı və övladları ilə birlikdə indiyədək həmin evdə yaşamışdır. Həyat yoldaşı vəfat etmişdir. Qızının həyat yoldaşı X4 ona torpaq sahəsi alınması ilə əlaqədar etibarnamə lazım olduğunu bildirmişdir. Qeyd etmişdir ki, onun notariat orqanlarına və Daşınmaz Əmlaka gedib-gəlməsinə ehtiyacı yoxdur, buna görə də ona etibarnamə verərək bu məsələləri özü həll etsin. Bu məqsədlə o, X4 Bakı şəhər * saylı Notariat ofisində ##.##.2016-cı il tarixdə verilmiş **** nömrəli reyestrlə təsdiq olunmuş etibarnamə vermişdir. Etibarnamə torpaq alınması məqsədi ilə verilmişdir. ##.##.2020-ci il tarixdə X4 ona məxsus, hazırda da yaşadığı yaşayış evini həyat yoldaşı, qızı cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri * saylı notariat ofisinin xüsusi X3 tərəfindən 4-445 Reyestr nömrəsi ilə təsdiq edilmişdir. Ona məxsus yaşayış evi də övladı tərəfindən əlindən alınmışdır. Özü pensiyaçıdır, 71 yaşı vardır, tez-tez xəstələnir, müalicə məsrəflərini ödəyə bilmir, övladlarının köməyinə ehtiyacı vardır.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı cavabdeh cavabdeh3 ilə birlikdə yaşayır. Lakin digər cavabdehlər kimi o da anasına köməklik göstərmir. Iddiaçı ciddi xəstəlikdən əziyyət çəkir. Əməliyyat olunmalıdır. Müalicələri üçün vəsait çatışmır. Pensiyası azdır.
8. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, o, 400 manat pensiya alır. Lakin pensiyası ehtiyaclarını qarşılamağa kifayət etmir. Qızı Ülkəri 3 ildir görmür, heç bir əlaqəsi yoxdur. Onun həyat yoldaşı onun fikrini qarışdırıb. Onu aldadaraq evini əlindən alıblar. Çıxarışı da öz adına keçirmişdir.
9. Məhkəmə iclasında cavabdeh cavabdeh3 bildirmişdir ki, atası 2012-ci il tarixdə vəfat etmişdir. 3 bacıdırlar. Özü aptekdə işləyir. 362 manat məbləğində əmək haqqı alır. Iddia tələbinə etiraz etmədiyini bildirmişdir.
10. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddia tələbinə etirazının olmadığını bildirmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia ərizəsi qismən təmin edilmiş, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.1954-cü il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 hər birindən 150 manat olmaqla, cəmi 450 manat alimentin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, ##.##.1954-cü il təvəllüdlü İddiaçı hazırda 71 yaşı var. Yaşa görə əmək pensiyası alır, pensiya məbləği 400 manatdır. Cavabdehlər yetkinlik yaşına çatmış, əmək qabiliyyətli şəxsdirlər. “Elektron məhkəmə informasiya“ sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh3 “xxxx” MMC-də aptekçi vəzifəsində çalışır və 400 manat əmək haqqı alır. cavabdeh2 “xxxx” MMC-də tibb bacısı vəzifəsində çalışır və 327 manat məbləğində əmək haqqı alır. Digər cavabdeh cavabdeh1 ilə bağlı isə məlumat aşkar edilməmişdir.
13. Hazırkı işin halları baxımından müəyyən olunur ki, iddiaçı əmək qabiliyyətli olmayan şəxsdir. Yeganə gəlir mənbəyi pensiya məbləğidir. Belə olan halda iddiaçı məhkəmə tərəfindən Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən aliment almağa hüququ çatan şəxs kimi qiymətləndirilir. Eyni zamanda iddiaçı səhhəti ilə bağlı problemlərdən əziyyət çəkir, mütəmadi tibbi nəzarətə və müalicəyə ehtiyac duyur. Iddiaçının səhhətinin ağırlaşması səbəbindən əməliyyat olunması zərurəti yaranmışdır ki, bu da əlavə vəsait tələb edir. Mövcud maddi vəziyyəti isə həmin xərclərin ödənilməsinə imkan vermir.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər cavabdeh3 və cavabdeh2 iddia tələbinə etiraz etmədiyini, iddiaçıya maddi yardım göstərilməsinə razı olduğunu məhkəmə iclasında açıq şəkildə bildirmişdir. Digər cavabdeh cavabdeh1 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin bu hal cavabdehin iddiaçını saxlamaq vəzifəsindən azad olunması üçün əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, cavabdeh1 ilə bağlı doğum haqqında şəhadətnamə iş materiallarına təqdim edilməsə də, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan, eləcə də iş üzrə digər sübutlardan həmin cavabdehin iddiaçının bioloji qızı olması şübhə doğurmur.
15. Məhkəmə hazırkı işin halları baxımından cavabdehlərin əmək haqqını nəzərə alaraq, alimentin məbləğinin hər bir cavabdehdən, hər ay üçün 150 manat, cəmi 450 manat məbləğdə müəyyən edilməsini ədalətli və ağlabatan hesab etmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin v-ci hissəsinə, Ailə Məcəlləsinin 82.1-82.4-cü, 82.5-ci və 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 17.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən göndərilmiş bildirişlər və məhkəmə sənədləri onun faktiki yaşadığı ünvana deyil, qəsdən iddiaçının yaşadığı ünvana göndərilmişdir. Bu səbəbdən o, məhkəmə prosesindən tamamilə xəbərsiz qalmışdır. MPM-nin 10.3-cü maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı üçün bərabər şərait yaratmalıdır. Onun çəkişmə prinsipindən istifadə edərək öz qanuni etirazlarını və sübutlarını təqdim etmək hüququ kobud şəkildə pozulmuşdur. Iddiaçının özü etiraf etmişdir ki, son 3 il ərzində onunla heç bir əlaqəsi olmayıb, yəni ona məxsus, lakin iddiaçı - anası Cəmilə Isgəndərovanın yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitiliyi küçəsi, ev 80-də yaşamır, belə olan halda bildirişlər və qətnamədən necə xəbəri ola bilərdi, bundan əlavə qəbzə onun yerinə kimin imza etdiyi məlum deyil. Belə bir qətnamənin olduğundan polis orqanları tərəfindən həyat yoldaşına zəng edildikdən sonra xəbəri olmuş, qətnaməni ##.##.2026-cı il tarixdə həyat yoldaşı vasitəsilə əldə etmişdir. Qətnamədə iddiaçının özü etiraf etmişdir ki, son 3 il ərzində onunla heç bir əlaqəsi olmayıb. Bu fakt tərəflər arasında ailə münasibətlərinin və faktiki qarşılıqlı yardımın olmadığını təsdiq edir. Məhkəmə bu halı nəzərə almadan və tərəflərin real münasibətlərini hüquqi qiymətləndirmədən qərar qəbul etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmış övladlardan aliment tələbi yalnız valideynin maddi ehtiyacı (köməyə ehtiyacı olan və əmək qabiliyyəti olmayan) olduğu halda təmin edilə bilər. Iddiaçı ayda 400 manatdan artıq pensiya alır ki, bu da ölkədə müəyyən edilmiş yaşayış minimumundan əhəmiyyətli dərəcədə yüksəkdir. Iddiaçı tərəfindən real maddi ehtiyacın olduğunu təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllə, Ailə Məcəlləsi, o cümlədən Ali Məhkəməsinin Plenum qərarlarının müddəaları nəzərə alınmamış, Mülki Prosessual Məcəllədə və Konstitusiyada nəzərdə tutulmuş qanun və məhkəmə qarşısında bərabərlik, ədalət və qanunçuluq prinsipi tamamilə pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, müvəkkili heç yerdə işləmir, evdar xanımdır, xəstəliyi ilə bağlı işləyə bilmir. Evdə övladlarına baxır. Iddiaçının yaşadığı ev faktiki olaraq atası tərəfindən ona bağışlanmış evdir. Tərəflər arasında münasibətlər cavabdeh3 əri polisə cavabdeh1 əri barəsində şikayət etdikdən sonra korlanmışdır.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırda cavabdeh cavabdeh1 iddiaçını həmin evdən çıxartmaq istəyir, bununla bağlı məhkəmə mübahisəsi var. Məhkəmədə cavabdeh1 telefonuna proseslə bağlı dəfələrlə zəng olunmuşdur.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34. V hissə. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
24. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 232 manat müəyyən edilmişdir.
25. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 245 manat müəyyən edilmişdir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. Iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı iş üzrə qətnamə yalnız iş üzrə cavabdeh cavabdeh1 tərəfindən iddianın ona münasibətdə qismən təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilərək cavabdeh cavabdeh1 tutulmalı olan alimentin məbləği hər ay 70 manat məbləğində müəyyən edilməlidir.
30. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
31. Belə ki, iddiaçının artıq 72 yaşı var və o, 436,64 manat məbləğində pensiya alır. Məhkəmə kollegiyası hesab edir ki, bu vəsait iddiaçının zəruri ehtiyaclarının ödənilməsi üçün kifayət deyil.
32. Kollegiyanın mövqeyinə görə birinci instansiya məhkəməsi cavabdehlərdən iddiaçının xeyrinə alimentin tutulması barədə düzgün nəticəyə gəlsə də, cavabdeh cavabdeh1 münasibətdə alimentin məbləği ilə bağlı səhv nəticəyə gəlmişdir.
33. Belə ki, cavabdeh1 digər cavabdehlərdən fərqli olaraq əmək fəaliyyəti ilə məşğul olmur.
34. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının saxlanması üçün cavabdeh cavabdeh1 tutulan aliment məbləğinin hər ay üçün 70 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 82.3-cü maddəsinin göstərişinə uyğundur.
35. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin vəkili və nümayəndəsi cavabdehin səhhəti ilə bağlı əmək fəaliyyəti ilə məşğul ola bilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
36. Bundan başqa, cavabdeh tərəf birinci instansiya məhkəməsi tərəfindən bildirişlərin onun faktiki yaşadığı ünvanına göndərilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilik cavabdehin üzərinə daimi yaşayış yeri üzrə qeydiyyata düşmək öhdəliyi qoyur. Belə olan halda məhkəmə tərəfindən göndərilən sənədlərin ona çatdırılması mümkün olur.
37. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilsin. ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.1954-cü il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay cavabdeh1 tutulmalı olan alimentin məbləği 70 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
HAKIMLƏR Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova