Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2217/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X92 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “protokolun etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X64 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ümumi Yığıncağının xx.xx.2023-cü il tarixli 1 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X64 ərizə ilə məhkəməyə müraciət edərək onu əsl iddiaçı ilə əvəz edərək İddiaçı qismində işə cəlb edilməsini, İddiaçı da ərizə ilə müraciət edərək onu iddiaçı qismində işə cəlb edilməsini və Cavabdeh xx.xx.2023-cü il tarixli iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, həmçinin ərizəsinə uyğun izahat verərək bildirdi ki, “mən Cavabdehnə qarşı İctimai birliyin xx.xx.2023-cü il tarixli iclas protokolunun etibarsız hesab edilməsi barədə məhkəməyə iddia ərizəsi vermişəm. Qeyd etmək istəyirəm ki, Cavabdeh bu iclası qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Belə ki, Cavabdeh nizamnaməsinin 6.1. bəndinə görə İctimai X62 və sədrin seçilməsi yalnız İctimai birliyin üzvlərinin Ümumi Yığıncağında səsvermə yolu ilə seçilir. Həmçinin nizamnamənin 6.3. bəndinə görə İctimai birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Lakin qeyd etmək istəyirəm ki, Cəlilov Ziyətxan İsrafil oğlu həmin bu iclası gizli şəkildə İctimai birliyin üzvlərinə həmin bu iclasın keçirilməsi barədə heç bir məlumat və bildiriş vermədən keçirmişdir. Qanunvericiliyin tələblərinə görə İctimai birliyin nizamnaməsinin 6.5. bəndinə görə Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Lakin işin hallarından görsənir ki, bu iclasda cəmi 30 nəfər iştirak etmişdir. Nəzərinizə çatdırıram ki, həmin vaxt Cavabdeh üzvlərinin ümumi sayı 292 nəfər olmuşdur. Bu halda həmin bu iclasda iştirak edən üzvlərin sayı İctimai birliyin üzvlərinin sayının 10%-ni təşkil edir. Bu da Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasın səlahiyyətli olmayan iclas kimi qəbul edilməsinə və həmçinin həmin iclasda qəbul edilmiş qərarların da heç bir qanuni qüvvəsi olmayan və heç bir hüquqi nəticələri də olmayan qərarlar olması nəticəsinə gəlir. Həmçinin bildirmək istəyirəm ki, həmin bu iclas keçirilən gün İçtimai birliyin tam səlahiyyət hüququ ilə sədri olan İlham Abbasovun sədr kimi fəaliyyətinə xitam verilmədiyi halda Cəlilov Ziyətxan İsrafil oğlu həmin bu iclas vasitəsilə özünü qeyri-qanuni olaraq sədr seçmişdir. Ona bu qanunsuz fəaliyyətində hal-hazırda şantaja və hədə-qorxuya məhkum olunaraq cəzaçəkmə müəssisəsində saxlanılan X90, X43, X9, X17, X26, X28, X36, X29, X44, X91, X37, X45, X30, X38, Əliyev Ədalət, Nurullayeva Gövhər, X96 oglu, X46, X47, X31 və başqaları yaxından köməklik göstərmişlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Cavabdeh xx.xx.2019cu ildə X65, Cəlilov Ziyətxan İsrafil oğlu və X72 birlikdə təsis etmişlər. X72 öz xahişi ilə İctimai birliyin üzvlüyündən və sədrliyindən azad edilmisdir. Cəlilov Ziyətxan İsrafil oğlunun sədrliyi və X65nun katibliyi ilə Cavabdeh Ümumi X2 Ümumi Yığıncağın qərarı ilə İctimai Birliyin sədri secilmişdir. Ümumi yığıncağın protokolu təsdiq olunması üçün Ədliyyə Nazirliyinə və Xırdalan məhkəməsinə göndərilmişdir. X73 rəhmətə getmişdir. Cəlilov X24 İlham Yusif oğluna müddətsiz olaraq Cavabdeh uzvü və sədri vəsiqəsini möhurlǝyǝrǝk təqdim etmişdir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq və Cəlilov Ziyətxan İsrafil oğlunu və onunla əlbir olan şəxslərin cinayətkar əməllərinin qarşısını almaq üçün İctimai Birliyin xx.xx.2023-cü il tarixli iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul etmənizi xahiş edirəm. Cavabdeh “X58 İctimai Birliyi”nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X18 şahid qismində ifadə verərək bildirmişdir ki, “mən birliyin üzvüyəm, hər şey bizdə qanuni olmuşdur, bir gün mənə zəng gəldi ki, sizi uzaqlaşdırmışıq, Birlikdən Asim adlı şəxs idi mənə zəng edən, Birliyin sədri hər zaman İlham Abbasov olub, mənə hər zaman dəstək olub İlham müəllim. Mən iclasda da iştirak etmədim, mənə xəbər verilmədi heç. Birliyin içində birlik yaratmağa çalışıblar. Onlar bizim dövlətçiliyimizin əleyhinə işlərlə məşğul olurlar, mən yazıçıyam, belə işlər mənlik deyil, dövlətimiz yolunda hər zaman çalışmışam. Onların möhürü və s. də yoxdur, hər işləri saxtadır”. Məhkəmə iclasında X13 şahid qismində ifadə verərək bildirdi ki, “mən polis orqanlarından pensiyaya çıxmışam ki, ictimai birliklərə dəstəyimi göstərim. Asim Əliyev şər və böhtan xarakterli əməllərlə məşğul olur, mənim foto, videolarımı əsassız yerə dövlətimizi sevməyən, ona qarşı çıxan şəxslərə göndərir, mənim əleyhimə çıxışlar etdirir, mən İlham müəllimə bu barədə məlumat verdim, Ziyadxan və Asim birliyin adına xələl gətirən işlərlə məşğuldurlar. Onlar keçirdikləri iclas barədə mənə şəxsən məlumat da verməmişdilər, o iclasdan digər üzvlərin ona deməsi nəticəsində xəbər tutulmuş və iclasda iştirak etmişdir, iclasda İlham müəllimin sədr vəzifəsindən azad edilməsi məsələsi müzakirə olunurdu, çox az adam iştirak edirdi, nəinki üzvlərin yarısı, heç əlli nəfər olmazdı, dəqiq sayı bilmir, amma barmaqla sayılacaq qədər az adam var idi”. Məhkəmə iclasında X30 şahid qismində ifadə verərək bildirdi ki, Cavabdeh üzvüdür, uzun müddət orda İlham Abbasov ilə birlikdə onun komandasında işləyib, sonrada komandadan uzaqlaşdırılıb bərpa edilmədiyi üçün Ziyətxan Cəlilov və digərlərinin tərəfinə keçib, axırıncı iclasda o da iştirak edib, amma iclas barədə rəsmi bildiriş göndərilməyib, biləndə ki, məqsəd İlham Abbasovu sədr vəzifəsindən kənarlaşdırmaq olub, onda onlardan da uzaqlaşıb, çünki o, İlham Abbasovun sədr vəzifəsindən kənarlaşdırılmasını istəməyib, iclasda ən çoxu 55-60 adam iştirak edib, lakin iştirak edənlər hamının yanında üzv olmayan başqa şəxslər də var idi, üzvlərin heç biri tək gəlməmişdi, üzvlərin sayı təxminən 25-30 nəfər idi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Cavabdeh hazırki hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1sədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərinin qorunmasına kömək etməkdən ibarətdir. İdarə heyətinin sədri- X64, sədr müavini- X90, digər üzvləri Cəlilov Ziyətxan İsrafil oğlu, İddiaçı Adl qızı, X10, X55, X19r. Qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixədək, ictimai birliyin üzvlərinin sayı 115 nəfər, qanuni təmsilçi X64, qeydiyyata alınmanın hüquqi əsasları ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu və digər sənədlər, dəyişikliklərin qeydiyyat tarixi xx.xx.2022- ci ildir. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2019-cu il tarixdə 1119-Q170-3775 nömrə ilə dövlət qeydiyyatına alınmış Nizamnaməsinin surətindən görünür ki, Birliyin əsas məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına kömək etməkdən ibarətdir. (bənd: 2.1). Azərbaycan Respublikasında hər bır fiziki və huquqı şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. (bənd: 5.3) Birliyə üzvlərin qəbulu X88 tərəfindən aparılır. (bənd: 5.4) Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin uzvü seçilmiş hesab edilir. (bənd: 5.5) Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir: könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda (bənd: 5.10) Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. (bənd: 5.12). Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. (bənd: 5.13). Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır (bənd: 6.1). X71 icra orqanının, təsisçilərindən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır (bənd: 6.2). Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir (bənd: 6.3). Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur (bənd: 6.5). Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əalvə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur (bənd: 6.6). İdarə heyətinin sədri, müavinləri və digər üzvləri X61 tərəfindən 2 (iki) il müddətinə seçilir (bənd: 6.11). İş materiallarında olan Cavabdeh üzvlərinin reyestrinin surətindən görünür ki, Birliyin 115 üzvü vardır. Reyestr Birliyin möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan “X58 İctimai Birliyinin xx.xx.2023-cü il tarixli 01 saylı Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, yığıncaqda Birliyin 382 üzvündən 195 nəfər iştirak etmiş, Yığıncağın gündəliyi: Birliyin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Ümumi Yığıncaqlarının qərarlarının ləğv edilməsi; X62 səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; X39, İddiaçı və X32 Birliyin üzvlüyündən xaric edilməsi; X62 və qanuni təmsilçisinin təyin edilməsi; Birliyin hüquqi ünvanının dəyişdirilməsi məsələləri müzakirə olunmuş və səsə qoyularaq, qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh İdarə Heyətinin sədri İlham Abbasovun imzası ilə təsdiqlənmiş və AR Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Ba İdarəsinə təqdim etmək üçün verilən xx.xx.2024-cü il tarixli 8 saylı Arayışdan görünür ki, Cavabdeh hal hazırda 68 nəfər üzvü vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh üzvlərinin reyestrinin surətindən görünür ki, Birliyin 68 üzvü vardır. Reyestr Birliyin möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan “X58 İctimai Birliyinin xx.xx.2023-cü il tarixli 01 saylı Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, yığıncaqda Birliyin 71 üzvündən 42 nəfər iştirak etmiş, İddiaçı və X20 Say Komissiyasının üzvü seçilməsi; YDDİB X25 sədri X64, iclasın katibi X1; İlham Abbasovun YDDİB-nin 2 illik fəaliyyəti haqqında ümumi hesabatın qəbul edilməsi; X55 YDDİB İdarə heyətinin üzvlüyündən, YDDİB-nin üzvlüyündən və NTKnin sədrliyindən xaric edilməsi; X90 və X11 YDDİB-nin idarə heyətindən və üzvlükdən xaric edilməsi; YDDİB idarə heyətinin tərkibinin 5 nəfər üzvdən ibarət olunması; X64, X21, İddiaçı, X40, X4 YDDİB İdarə heyətinin üzvü seçilməsi; X39 YDDİB İdarə Heyətinin sədri seçilməsi; birinci müavin vəzifəsinin ləğv edilməsi; X40, X10, X6 YDDİB İdarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilməsi; İddiaçı Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilməsi məsələləri müzakirə olunmuşdur. Qeyd olunan məsələlər səsə qoyularaq, yekdilliklə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli YDDİB İdarə Heyətinin ümumi yığıncağında iştirak edən üzvlərinin siyahısından görünür ki, iclasda 42 nəfər iştirak etmiş və bununla bağlı imza etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh hazırki hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1sədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərinin qorunmasına kömək etməkdən ibarətdir. İdarə heyətinin sədri- X64, sədr müavini- X90, digər üzvləri Cəlilov Ziyətxan İsrafil oğlu, İddiaçı Adl qızı, X10, X55, X19r. Qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixədək, ictimai birliyin üzvlərinin sayı 292 nəfər, qanuni təmsilçi X64, qeydiyyata alınmanın hüquqi əsasları ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu və digər sənədlər, dəyişikliklərin qeydiyyat tarixi xx.xx.2022-ci ildir. İş materiallarında olan Saatlı rayon Məhkəməsinin 1(055)-3/2025 saylı qərarından görünür ki, hazırda Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum X90 1 ay müddətinə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Saatlı rayon Məhkəməsinin 2(055)-37/2025 saylı xx.xx.2025ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X49 cavabdeh X74 qarşı şərəfin, ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh X56 vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat alınaraq iddiaçı X57 verilməsi, cavabdeh X66 iddiaçı X75 barəsində yaymış olduğu məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar olduğundan cavabdeh X90 tərəfindən eyni üsulla təkzib edilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)- 508/2023 saylı Hökmdən görünür ki, Cəlilov Ziyətxan İsrafil oğlu AR CM-nin 147.1 və 148ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 1000 manat miqdarında cərimə cəzasına məhkum olunması, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cəlilov Ziyətxan İsrafil oğluna təyin edilmiş cəzalar qsmən toplanılmaqla o qəti olaraq 1300 manat miqdarında cərimə cəzasına məhkum olunması, Cəlilov Ziyətxan İsrafil oğlu barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 1(001)-508/2023 saylı Hökmün (məhkəmənin yekun qərarının) icrası barədə Göstərişdən görünür ki, Cəlilov Ziyətxan İsrafil oğlunun AR CM-nin 148 və 147.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-508/2023 saylı hökmünün surəti icra olunması üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1430/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsindən görünür ki, iddiaçılar X5, X66, X22, Cəlilov Ziyətxan İsrafil oğlunun, X14, X27, X7, X12, X23, X8 Cavabdehnə qarşı “Ümumi Yığıncağın protokolunun qanunsuz hesab edilməsi” tələbinə dair iddia təmin edilmiş, Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5845/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən iddiaçı Cəlilov Ziyətxan İsrafil oğlunun, X14, X66, X5, X12, X36 və X8 cavabdeh X48 qarşı Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi yığıncağının protokolunun ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5653/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı X50 Cavabdeh sədri X48 qarşı Ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında Cavabdeh 1119-Q70-3775 saylı Şəhadətnaməsindən görünür ki, Birlik 31 oktyabr 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə X65, Cəlilov Ziyətxan İsrafil oğlu və X72 tərəfindən təsis edilən və əsas məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərinin qorunmasına kömək etməkdən ibarət olan Cavabdehn İdarə heyətinin sədri- X64, sədr müavini- X90, digər üzvləri Cəlilov Ziyətxan İsrafil oğlu, İddiaçı Adl qızı, X10, X55, X19r. Qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixədək, ictimai birliyin üzvlərinin sayı 292 nəfər, qanuni təmsilçi X64, qeydiyyata alınmanın hüquqi əsasları ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu və digər sənədlər, dəyişikliklərin qeydiyyat tarixi xx.xx.2022-ci il göstərilmişdir, Cəlilov Ziyətxan İsrafil oğlunun sədrliyi, İsmayılov İsmayıl Vahib oğlunun katibliyi ilə “X58 İctimai Birliyinin xx.xx.2023-cü il tarixli yığıncağı keçirilmiş, Yığıncada Birliyin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Ümumi Yığıncaqlarının qərarlarının ləğv edilməsi; X62 səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; X39, İddiaçı və X32 Birliyin üzvlüyündən xaric edilməsi; X62 və qanuni təmsilçisinin təyin edilməsi; Birliyin hüquqi ünvanının dəyişdirilməsi məsələləri müzakirə olunmuş və səsə qoyularaq, qəbul edilmişdir, həmin Yığıncağının protokolunda Birliyin 382 üzvündən 195-nın iştirak etdiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən iclasdan xəbərsiz olduğunu, ona heç bir xəbərdarlıq və bildiriş təqdim edilmədiyini, keçirilmiş iclasın səlahiyyətli olmayan iclas kimi qəbul edildiyini, İctimai birliyin tam səlahiyyət hüququ ilə sədri olan İlham Abbasovun sədr kimi fəaliyyətinə xitam verilmədiyi halda iclasın Cəlilov Ziyətxan İsrafil oğlunun sədrliyi ilə qeyri-qanuni keçirildiyini iddia edir və xx.xx.2023-cü il tarixli iclas protokolunun etibarsız hesab edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyənləşdirilir. Birliyin Nizamnaməsinin 6-cı maddəsinə əsasən Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır (6.1.). X71 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.(6.2.) Birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. (6.3.) Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir (6.5, 6.6.). Birliyin Nizamnaməsinin 6.5-ci maddəsinə əsasən Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Hazırkı iş üzrə isə işin müəyyən olunmuş hallarından göründüyü kimi, Birliyin üzvlərinə Ümumi yığıncağın keçirilməsinin yeri və vaxtı haqqında bildiriş göndərilməmiş, bu barədə hər hansı məlumat paylaşılmamış, elan, yazışma aparılmamış, Ümumi Yığıncağın keçirilməsi ilə bağlı təsisçilərin hər hansı vəsatəti olmamış, Birliyin üzvlərinin üçdə bir hissəsinin təşəbbüsünü sübuta yetirən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş, bununla da “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3-cü və 25.6-cı maddələrinin tələbi, həm də Birliyin Nizamnaməsinin 6.2-ci, 6.3-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, Ümumi Yığıncağın mübahisələndirilən 19 mart 2023-cü il tarixli protokolunda Birliyin 382 üzvündən 195-nın iştirak etdiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı bu halın reallığa uyğun olmadığı məlum olmuşdur. Belə ki, həmin tarixdə məhkəmə iclasında iştirak edən şahidlər həmin iclasda az sayda üzvün iştirak etdiyini, belə bir iclasın keçirilməsindən xəbərsiz olduqlarını qeyd edir, cavabdeh tərəf isə iclasda iştirak edənlərin sayına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 19 mart 2023-cü il tarixli Ümumi Yığıncağın keçirilməsi ilə bağlı bildirişlər vaxtında və lazımi qaydada göndərilməmiş, ümumi yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmamış, ümumi yığıncağın harada və nə vaxt keçirilməsini sübuta yetirən mötəbər sübutlar məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, bununla da həm qanunvericiliyin, həm də Birliyin Nizamnaməsinin tələbləri pozulmuşdur ki, bu da Cavabdeh xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının protokolu etibarsız hesab edilməsi üçün əsasdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.5-ci maddəsinə görə, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər.... Həmin Məcəllənin 49.1-ci maddəsinə görə, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 10.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Həmin Qanunun 10.2-ci maddəsinə görə, ictimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. Həmin Qanunun 10.5-ci maddəsinə müvafiq olaraq, qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.... Həmin Qanunun 25.1-ci maddəsinə görə, ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. Həmin Qanunun 25.2-ci maddəsinə görə, İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Həmin Qanunun 25.3-cü maddəsinə müvafiq olaraq, Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Həmin Qanunun 25.6-cı maddəsinə görə İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Həmin Qanunun 25.7-ci maddəsinə görə, Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. Həmin Qanunun 31.1ci maddəsinə görə, Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən dövlət rüsumu qismində 100 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının 01 saylı protokolu etibarsız hesab edilsin. Cavabdehndən 100 (yüz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2217/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2217/2025
20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver