Məhkəmə qərarları › İş №2(011)-2328/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2328/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2328/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh “Cavabdeh2" İstehsalat Birliyi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X3 Cavabdeh2nə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh2 Nizami rayon X10rşı cavabdehlərdən 300.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 Cavabdeh2 İB tərəfindən verilmiş 242 k nömrəli xx.xx.2010-cu il tarixli əmrə əsasən X18 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcəli usta vəzifəsində işləyib vəzifəli şəxs olmaqla, Cavabdeh2 İB-nin X15 Sahəsinin rəisi tərəfindən xx.xx.2012ci ildə təsdiq edilmiş “X2 X19 Sahəsinin yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın 1.1, 1.2, 2.4-cü, “Qaz Təchizatı, Lahiyələndirmə normaları”nın 8.46, “Qaztəsərrüfatında təhlükəsizlik qaydalrı”nın 3.8.5 3.8.8-ci bəndlərinə əsasən xidmət etdiyi ərazidə yerləşən mənzillərdə qaz cihazlarının quraşdırılmasına, qaz yanacağı istifadəsinə təhlükə yaranacağını aşkar edib həmin cihaza qazın nəqlinin dayandırılmasından ötrü müvafiq tədbirlər görməsi üçün vaxtlı-vaxtında nəzarət etməli, hamam otaqlarının qapıları altında havanın dəyişməsi məqsədilə dəliklə açılmadan, asma tavandan aşağı ventilyasiya kanalı, yaxud pəncərə quraşdırılmadan qazla işləyən axarlı su qızdırıcısından istifadə olunmasının qarşısını almaqdan ötrü baxışlar keçirməli, təbii qazdan təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bəxbəxt hadisələrin baş verməsinə görə qabaqcadan yerinə yetirilən tədbirlərin, abonentlərlə təbii qazdan istifadə qaydaları barədə təlimatlandırma işinə nəzarəti həyata keçirilməsinə cavabdeh olduğu halda öz işinə vicdansız və laqeyid münasibət göstətərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyərək, xidmət etdiyi ərazidə yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində xx.xx.2012-ci il tarixdə texniki baxış keçirərkən səhlənkarlıq edərək, həmin nöqsanları qeyd etməyib, bu barədə xidmət sahəsinin rəisinə məlumat verməmiş və axarlı su qızdırıcısına qazın verilməsinin dayandırılması üçün müvafiq tədbir görməmiş, nəticədə ehtiyatsızlıqdan xx.xx.2012-ci il tarixdə 23.10 radələrində X8 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nğmrəli fərdi yaşayış evində 7,5 m3 az olan 6,2 m3 həcmli, qapısı altında havanın dəyişməsi üçün dəlikləri olmayan asma tavandan aşağı ventilyasiya kanalı pəncərə quraşdırılmayan hamam otağında yuyunarkən tüstü borusu olmayan axarlı su qızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölmüşdür. Buna görə Cavabdeh2 İB-nin X19 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcləi usta vəzifəsində işləyən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(007)-208/2013 nömrəli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehlərin işçisinin cinayət əməlinə görə iddiaçının bacısının həlak olması mənəvi sarsıntı və iztirab keçirtməsinə səbəb olduğundan cavabdehlər tərəfindən iddiaçıya mənəvi zərər vurulmuşdur. İddiaçının bir bacısı var idi. İddiaçının bacısı həlak olarkən 21 yaşında olmuşdur. İddiaçıdan 3 yaş balaca olduğuna görə iddiaçı böyük qardaş kimi ona qayğı və şefqat göstərirdi. İddiaçı ilə bacısı arasında dərin mənəvi bağlar var idi. Onu bir daha görə bilməyəcəyi, bacısı ilə ünsiyyətdən məhrum olması iddiaçını ruhən sarsıldır, iztirablarını dərinləşdirir. Nizami Rayon Məhkəməsinin hökmü ilə cavabdehlərin işçisinin təqsiri sübut olunur. Cavabdehlərin əməkdaşının təqsiri nəticəsində iddiaçının bacısının ölümü ilə nəticələnən hadisə iddiaçının yaşadığı evdə baş vermişdir. İddiaçı hər dəfə evinə girəndə bacısının ölümü yada düşür və bu hissləri davamlı yaşamaq iddiaçının mənəvi hüzurunu pozur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(007)-208/2014 nömrəli hökmü ilə hökm edilmişdir ki: X11 Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Həmin Hökmün surətindən həmçinin görünür ki, X11 Cavabdeh2 İB tərəfindən verilmiş 242 nömrəli, xx.xx.2010-cu il tarixli əmrə əsasən X19 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcəli usta vəzifəsində işləyib vəzifəli şəxs olmaqlaCavabdeh2 İB-nin X15 Sahəsinin rəisi tərəfindən xx.xx.2012-ci ildə təsdiq edilmiş “X2 X19 Sahəsinin yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın 1.1, 1.2, 2.4-cü, “Qaz Təchizatı, Lahiyələndirmə normaları”nın 8.46, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.8.5 3.8.8-ci bəndlərinə əsasən xidmət etdiyi ərazidə yerləşən mənzillərdə qaz cihazlarının quraşdırılmasına, qaz yanacağı istifadəsinə təhlükə yaranacağını aşkar edib həmin cihaza qazın nəqlinin dayandırılmasından ötrü müvafiq tədbirlər görməsi üçün vaxtlı-vaxtında nəzarət etməli, hamam otaqlarının qapıları altında havanın dəyişməsi məqsədilə dəliklə açılmadan, asma tavandan aşağı ventilyasiya kanalı, yaxud pəncərə quraşdırılmadan qazla işləyən axarlı su qızdırıcısından istifadə olunmasının qarşısını almaqdan ötrü baxışlar keçirməli, təbii qazdan təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bəxbəxt hadisələrin baş verməsinə görə qabaqcadan yerinə yetirilən tədbirlərin, abonentlərlə təbii qazdan istifadə qaydaları barədə təlimatlandırma işinə nəzarəti həyata keçirilməsinə cavabdeh olduğu halda öz işinə vicdansız və laqeyid münasibət göstətərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyərək, xidmət etdiyi ərazidə yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində xx.xx.2012-ci il tarixdə texniki baxış keçirərkən səhlənkarlıq edərək, həmin nöqsanları qeyd etməyib, bu barədə xidmət sahəsinin rəisinə məlumat verməmiş və axarlı su qızdırıcısına qazın verilməsinin dayandırılması üçün müvafiq tədbir görməmiş, nəticədə ehtiyatsızlıqdan xx.xx.2012-ci il tarixdə 23.10 radələrində X8 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nğmrəli fərdi yaşayış evində 7,5 m3 az olan 6,2 m3 həcmli, qapısı altında havanın dəyişməsi üçün dəlikləri olmayan asma tavandan aşağı ventilyasiya kanalı pəncərə quraşdırılmayan hamam otağında yuyunarkən tüstü borusu olmayan axarlı su qızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölmüşdür. Hökmdə, həmçinin, qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixli, 134 saylı ekspertiza rəyindən görünür ki, X4 ölümü dəm qazı ilə zəhərlənmədən baş vermişdir. Hökmdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9r. İş materiallarında olan Xİİ-ЖГ seriyalı, 494949 saylı “Doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur, atası X12, anası X5r. Göründüyü kimi, Cavabdeh2 əməkdaşının səhlənkarlığı, yəni işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının bacısı X8 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 əməkdaşının Cavabdeh2 fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan, məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi zərər Cavabdeh2ndən tutulmalıdır. İddia Cavabdeh2 İB-nin Nizami Rayon X13 münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən oğlunun ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 300.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 10.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2ndən mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2ndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar