Məhkəmə qərarları › İş №2(3-6)-4381/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4381/2026

16.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4381/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Ərizəçi (borclu) Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi (borclu) Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı ilə ona məxus olan Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ** saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 53.4 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı ilə ona məxus olan Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ** saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 53.4 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə həbz qoyulmuşdur. Həmçinin məhkəmənin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ondan 10313 ABŞ dolları pul vəsaitinin (ödəniş gününün valyuta məzənnəsinə uyğun olaraq) və 22000 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz dərəcəsi olmaqla ##.##.2013-cü il tarixdən ##.##.2019-cu il tarixədək olan 6 il müddətində hər il üçün 1100 manat olmaqla cəmi 6600 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamə ərizəçi tərəfindən tam təmin edilmiş və icra şöbəsi tərəfindən icra sənədinə ##.##.2026-cı il tarixində xitam verilmiş və həbsin qoyulması üçün olan əsas aradan qalxmışdır. Bundan sonra tələbkar İddiaçı tərəfindən ##.##.2026-cı il tarixində ərizə təqdim olunaraq hazırki tələbə etiraz etdiyi bildirilmiş, Çingiz Mustafayev küçəsi ** saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 53.4 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qərardadı ilə borclu Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ** saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 53.4 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Tələbkar İddiaçı həmin qərardaddan şikayət verərək, Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Nəsimi rayon Məhkəməsinin icraatında *(*-**)-***/**** saylı iş vardır və həmin iş üzrə cavabdehin borcunun indeksasiyası xahiş edilmiş. İlk əvvəl məhkəmə tərəfindən həmin ərizə təmin edilmiş və cavabdehə yeni borc hesablanmışdır. Lakin hazırda həmin iş üzrə icraat dayandırılmış və iş ekspertizaya göndərilmişdir. Belə olan halda hazırki ərizənin təmin edilərək həbsin götürülməsi üçün əsas yoxdur. Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikаyət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xəzər rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli “icraata xitam verilməsi” barədə qərarından görünür ki, Xəzər rayon məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli icra sənədi üzrə icraata borclu tərəfindən borc tam olaraq ödənildiyindən xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli əmlak üzərindən həbsin götürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə aktının artıq tam icra edildiyi və icra sənədi üzrə icraata xitam verildiyi halda, həmin aktın icrasını təmin etmək məqsədilə əvvəllər tətbiq edilmiş həbsin saxlanılması üçün zərurət qalmamışdır. Şikayətin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında başqa məhkəmə mübahisəsinin olması əvvəlki iş üzrə qoyulmuş həbsi qüvvədə saxlamaq üçün əsas yaratmır. Qeyd edilənlərdən kollegiya belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar