Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5571/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixindən hesablanmaqla (mediasiyaya müraciət edildiyi tarixdən) yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsində alimentin və ödənilmiş 60 manat mediasiya rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşdurlar, həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəmişdir. Evliliklərinin ilk vaxtında mehriban yaşasalar da, lakin sonradan fikir ayrılıqları yaranmağa başlamış və faktiki olaraq ayrılmışdırlar, hal-hazırda cavabdeh nikahın pozulması tələbi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir və iş hakim Sahibə xanımın icraatındadır. Cavabdeh artıq uzun müdətdir ki, evdə qalmır, anası ilə yaşayır və uşağın maddi problemlərinə də laqeyd yanaşır. Uşağın bütün maddi xərclərini təktərəfli ödəmək çətindir. Cavabdeh Fövqəladə Hallar Nazirliyində işləyir və 600 manat əməkhaqqı və əməkhaqqısına əlavələr alır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/Q-03/69 saylı Arayışdan görünür ki, Cavabdeh və X2 nikahı haqqında xx.xx.2022-ci il tarixində 103 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Hacıismayıllı” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 835740 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/11/2025-00687 saylı, xx.xx.2025-ci il tarixli “X5 (İMS) İştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etməmiş, İddiaçı isə mediasiya sessiyasında iştirak etmişdir. Mübahisənin predmeti aliment tələbi olmuşdur. İddiaçı tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 60 AZN məbləğində (50 AZN İMS, 10 AZN kargüzarlıq xərci) mediasiya xərci ödənilmişdir. İş materiallarında olan EMİS-dən görünür ki, Xətai rayon Məhkəməsində (hakim S.Hacıyeva) tərəflər arasında nikahın pozulmasına dair mülki iş vardır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı nikahı haqqında xx.xx.2022-ci il tarixində 103 nömrəli akt qeydi tərtib olunmuşdur, onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X4 adında bir uşağı var, iddiaçının izahatına əsasən, Cavabdeh Fövqəladə Hallar Nazirliyində işləyir və onun aylıq əməkhaqqısı 600 manat təşkil edir. Məhkəmə tərəfindən, həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsi vardır, onlar bir ailə kimi yaşamırlar. Bununla belə uşağın saxlanılması üçün aliment tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulmalı aliment miqdarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, bu zaman tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin rəsmi gəlirinin olması və onun aylıq əməkhaqqısı, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olması, uşağın əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar cavabdehdən hər ay əmək haqqı və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən hesablanmaqla, hər ay onun əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır və Cavabdeh mediasiya xərci kimi ödənilmiş 60 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, iddiaçı aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən o, dövlət rüsumunun ödənilməsindən azaddır, cavabdehin dövlət rüsumundan azad olması halı məhkəmə tərəfindən müəyyən olunmadığından, Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci bəndinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən hesablanmaqla, hər ay onun əməkhaqqı və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdehn mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5571/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5571/2025
05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver