Məhkəmə qərarları › İş №2(011)-5604/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5604/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5604/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, etibarsızlıqla bağlı hüquqi nəticələr istisna olmaqla hüquqi nəticələrinin ləğv edilməsi və Cavabdeh2 Mirbaba oğlunun ictimai birliyin təsisçiliyindən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. 31 yanvar 2007-ci il tarixdə İddiaçı, X6 və Həsənov MirMirintiqam Mirbaba oğlunun təsisçiliyi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1107-Q16- 2298 nömrəsi ilə qeydiyyata alınan Cavabdeh1 yaratmışlar. Bundan sonra İddiaçı ictimai birliyin möhürünü sifariş verərək hazırlatmışdır. Ümimiyyətlə, cəmiyyətin yaradılması üçün lazım olan bütün maddi vəsait onun tərəfimdən qarşılanmışdır. Lakin müəyyən səbəblərə görə onun maddi vəsaiti hesabına yaradılan ictimai birlik bir neçə il ailə vəziyyəti və səhhəti ilə əlaqədar fəaliyyət göstərməmişdir. Bir neçə ay bundan təşkiklatlarının internet səhifəsinə baxarkən layihə verən təşkilatların adlarının arasında Cavabdeh1 adını görmüşdür. Bu barədə Cavabdeh2 Mirbaba oğlundan zəng edərək maraqlandıqda onun dediyindən ona məlum olmuşdur ki, saxta yolla guya ki, Cavabdeh1in ümumi yığıncaqlarının keçmiş tarixlə iclaslarının keçirilməsinə dair qərarlar qəbul etmiş və Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsindən reyestrdən çıxarış almışdır. Bundan sonra ilk dəfə qanuni yolla hazırlanmış möhürün onda olmasına baxmayaraq, o saxta yolla özü üçün qanunsuz möhür düzəltdirmiş və saxta VÖEN-in əldə edilməsinə nail olaraq Vergi Xidmətində vergi uçotuna alınmışdır.

2. İddiaçı Ədliyyə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Ədliyyə Sahəsində Xidmət Baş İdarəsinin X13 ilə iş şöbəsindən Cavabdeh2 Mirbaba oğlunun həmin şöbəyə təqdim etdiyi Cavabdeh1 ümumi yığıncaqlarının qərarlarının surətini ona təqdim etmişlər. Məlum olmuşdur ki, Cavabdeh2 Mirbaba oğlu tərəfindən onun iştirakı olmadan, adından saxta imzalar edərək Cavabdeh1 ümumi yığıncağının 20 sentyabr 2009-cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli iclaslarının keçirilməsi görüntüsünü yaradılaraq saxta qərarlar qəbul edilmişdir. 06 oktyabr 2017-ci il tarixli qərarla isə Cavabdeh2 Mirbaba oğlu onu cəmiyyətin sədrliyindən çıxararaq cəmiyyətin sədri kimi özünü göstərmiş və saxta yollarla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində və Vergi Xidmətində öz adının Birliyin sərdi kimi qeyd olunmasına nail olmuşdur. Onun Cavabdeh1 ümumi yığıncağının yuxarıda sadalanan qərarlarından məlumatı olmamış və həmin qərarlarda onun adından qoyulmuş olan imzalar ona məxsus deyil. Beləliklə hesab edir ki, Cavabdeh2 Mirbaba oğlu onun iştirakı olmadan onun adından imza etməklə saxta sənədlər yaratması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cavabdeh2 Mirbaba oğlunun onun iştirakı olmadan və imzalarını saxtalaşdırmaqla "Təbiət və Cəmiyyət X18 yığıncağının 20 sentyabr 2009-cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013- cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019- cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarlarının qəbul eilməsinə nail olması qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin kobud surətdə pozulması ilə nəticələnmişdir ki, bu da özlüyündə həmin qərarların əhəmiyyətsiz olmaqla məhkəmə tətəfindən etibarsız hesab edilməli olmasını şərtləndirir.

İddiaçıların tələbi:

3. İddiaçı "Təbiət və Cəmiyyət” X18 yığıncağının 20 sentyabr 2009- cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarlarının etibarsız hesab edilməsi, onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrinin ləğv edilməsi, Cavabdeh2 Mirbaba oğlunun Cavabdeh1 təsisçiliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh2 Mirbaba oğlunun əməlində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdehlərin iddia tələbinə qarşı heç bir yazılı etirazı məhkəməyə daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. İddiaçı məhkəmə iclasında öz izahatında qeyd etmişdir ki, ailə vəziyyətində yaranan problemlər səbəbindən fəaliyyət göstərə bilməmişdir. Əlavə 1000 manat pul tələb edildiyindən və maddi vəziyyəti buna uyğun olmadığı üçün fəaliyyət göstərə bilməmişdir. O cavabdehi cəlb etmişdir ki, birlikdə fəaliyyət göstərsinlər. O ictimai birliyin sədri vəzifəsində olan xanımla danışan zaman iddiaçı ona ictimai birliyinin olduğunu bildirmiş, ictimai birliyin adını deyən zaman xanım ona ictimai birliyin adını bir neçə layihədə gördüyünü, fəaliyyətini davam etdirdiyini bildirmişdir. Bu zaman iddiaçının mövcud vəziyyətlə bağlı məlumatı olmuşdur. Həmin xanım cavabdeə zəng edərək cavabdehlə danışmış, lakin daha sonra iddiaçıya danışıqlarının alınmadığını bildirmişdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. O ona 1500 manat hesab açmaq üçün pul lazım olduğunu, daha sonra fəaliyyət göstərməsini bildirmişlər. O maliyyə Nazirliyindən gələn zəngi araşdırdığını, orada onlara hesabının, VÖEN-nin və s. sənədlərin olmadığını bu səbəbdən onları cərimə edə bilməyəcəklərini, eləsələr belə onu edəcəklərini bildirmişdir. Həmçinin özünün Əcəmi yaxınlığından yaşadığını, "xxxx" ASC-nin filialının olmadığını bildirmiş və bu səbəbdən deyilənlərin yalan olduğunu qeyd etmişdir.

7. Cavabdeh2 Mirbaba oğlu məhkəmə iclasında öz izahatında qeyd etmişdir ki, təsisçilərdən Həbibə xanım özü iddiaçının dərslərə gəlmədiyini qeyd etmişdir. O təşkilatın 17 ildir fəaliyyət göstərdiyini, öpzünün sənədləri qayudasına salaraq fəaliyyətini dayandırdığını bildirmişdir. O iddiaçı tərəfindən sənədlərin itirildiyini bildirmişdir. 20 sentyabr 2009-cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli ümumi yığıncağın qərarlarının iddiaçı tərəfindən imzalandığını qeyd etmişdir. O iddiaçı ilə Əcəmi metrosunun yaxınlığında "xxxx" ASC-nin yanında görüşərək danışıqları olmuşdur. 20 sentyabr 2009-cu il tarixli qərarı imzalanması üçün könüllüyə vermişdir. Digər qərarları da eyni qaydada imzalatmışdır. Səhv etmirsə 2016-cı ildə "xxxx"ın qarşısında iddiaçı ilə görüşmüşdür. O iddiaçının ona şər atdığını bildirmişdir. O iddia tələbinin rədd edilməsinin, iddiaçı tərəfindən o təşkilatı satmağa, təşkilatı bağlamağa məcbur edildiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2009-cu il tarixli qərarına əsasən İddiaçı 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

9. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2011-ci il tarixli qərarına əsasən İddiaçı 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

10. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2013-cü il tarixli qərarına əsasən İddiaçı 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

11. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2015-ci il tarixli qərarına əsasən İddiaçı 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

12. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli qərarına əsasən Cavabdeh2 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

13. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən Cavabdeh2 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

14. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh2 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

15. Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh2 2 il müddətinə Cavabdeh1 sədri seçilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixli qərar ilə Cavabdeh2 Cavabdeh1 sədri seçilməsi faktı dövlət qeydiyyatına alınmışdır və Birliyin Nizamnaməsinə əsasən sədrin səlahiyyət müddəti 2 il müəyyən olunduğu qeyd edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh1 Təsisçilərinin Ümumi Yığıncağının xx.xx.2007-ci il tarixlı qərarına əsasən ictimai birliyin təsis edilməsi, birliyin Nizamnaməsinin tədiq edilməsi, İdarə Heyətinin 3 nəfərdən ibarət olmaqla İddiaçı, X3, X1 Heyyətinin üzvü seçilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İctimai Birliyin xx.xx.2024-cü il uçot-baza məlumatlarına əsasən fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2023-cü il tarixdən xx.xx.2043-cü il taarixəıdək dayandırılmışdır.

19. Azərbaycan Respublikası Daxili İşlər Vazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi tərəfindən daxil olmuş xx.xx.2017-ci il tarixli məktuba əsasən Cavabdeh1nə məxsus möhrün tapılması barədə Bakı Şəhəri Pöolis İdarəsinin Tapıntılar Bürosuna məlumat daxil olmamışdır.

20. xx.xx.2017-ci il tarixli Cavabdeh1 maliyyə fəaliyyətinin olmaması barədə arayış.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin dublikatına əsasən Cavabdeh1 xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestrindən Çıxarış.

23. Cavabdeh1 Nizamnaməsi.

24. Cavabdeh1 təsisçisi X6 tərəfindən ərizə.

25. Disk.

26. Digər sənədlər.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyası:

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

28. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya: 6.1 Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər.... 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

30. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”Qanun: 10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. 10.2. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. 10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.... 25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. 25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. 25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. 31.1. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

Məhkəmənin mövqeyi:

33. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.

34. Məhkəmə hesba edir ki, iddia tələbi "Təbiət və Cəmiyyət” X18 yığıncağının 20 sentyabr 2009- cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarlarının etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyənləşdirilir.

35. Birliyin Nizamnaməsinin 6-cı maddəsinə əsasən Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır (6.1.). Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.(6.2.) Birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. (6.3.) Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir (6.5, 6.6.). (§23)

36. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Birliyin üzvlərinə Ümumi yığıncağın keçirilməsinin yeri və vaxtı haqqında bildiriş göndərilməmiş, bu barədə hər hansı məlumat paylaşılmamışdır. Ümumi yığıncağın keçirilməsi ilə bağlı təsisçilərin hər hansı vəsatəti omamışdır. Birliyin üzvlərinin üçdə bir hissəsinin təşəbbüsünü sübuta yetirən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da həm “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu 25.3-cü və 25.6-cı maddələrinin tələbi (§30), həm də Birliyin Nizamnaməsinin 6.2-ci, 6.3-cü maddələrinin tələbləri (§23) pozlmuşdur.

37. Eyni zamanda iddiaçı və Cavabdeh2 məhəkəm iclaslarında verdiyi izah zamanı "Təbiət və Cəmiyyət” X18 yığıncağının 20 sentyabr 2009- cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarlarının İddiaçı tərəfindən imzalanmadığı, orda olan imzaların kimə məxsus olduğunu bilmədiklərini qeyd etmişlər. Məhəkəm qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.

38. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini "Təbiət və Cəmiyyət” X18 yığıncağının 20 sentyabr 2009- cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarlarının etibarsız hesab edilməsi hissəsində əsaslı hesba edir və təmin edir.

39. Məhkəmə iddia tələbini "Təbiət və Cəmiyyət” X18 yığıncağının 20 sentyabr 2009cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarlarının etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrinin ləğv edilməsi hissəsini əsasssız hesab edir. Belə ki, iddia tələbi bu hissədə qeyri-müəyyəndir, məhkəmə həmin sənədlərin hüquqi nəticələrinin dairəsini konkret olaraq müəyyən etmək iqtidarında deyil, iddiaçı isə bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir.

40. Məhkəmə iddia tələbini Cavabdeh2 Mirbaba oğlunun Cavabdeh1 təsisçiliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh2 Mirbaba oğlunun əməlində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini hissələrində də əsasız hesab edir. Belə ki, Cavabdeh2 Mirbaba oğlunun Cavabdeh1 təsisçiliyindən azad edilməsinin qanunvericilikdə prosedur qaydaları fəqrli qaydada nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Cavabdeh2 Mirbaba oğlunun əməlində cinayətin əlamətlərinin aşkarlanması halları aşkarlanmadığında və bu məsələ mülki prosessual qanunvericiliklə iddia tələbi kimi deyil bir başa məhkəmənin səlahiyyətlərinə aid olduğundan məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir.

41. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və "Təbiət və Cəmiyyət” X18 yığıncağının 20 sentyabr 2009- cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarları etibarsız hesab edilməlidir.

42. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. "Təbiət və Cəmiyyət” X18 yığıncağının 20 sentyabr 2009- cu il tarixli, 01 avqust 2011-ci il tarixli, 03 avqust 2013-cü il tarixli, 02 avqust 2015-ci il tarixli, 06 oktyabr 2017-ci il tarixli, 05 noyabr 2019-cu il tarixli, 09 noyabr 2021-ci il tarixli və 08 may 2023-cü il tarixli qərarları etibarsız hesab edilsin.

3. İddia tələbi qalan hissədə rədd edilsin.

4. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar