Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5889/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “barəsində cərrahi əməliyyatın iradəsinə zidd aparıb, könüllü razılığı olmadan aldadıcı mövqe nümayiş etdirib, zorakılıqla onu şikəst etdiyindən 30 000 manat mənəvi ziyan” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, insan hüquqlarına qarşı ciddi hörmətsizlik nümayiş etdirib, qanunları pozan həkim Cavabdeh sifarişli məqsədlərə xidmət edərək, könüllü razılığı olmadan üzərində cərrahiyə əməliyyatını aparmaqla, bir qrup tələblərlə təcrübə mübadiləsini həyata keçirib, səhhətində ciddi problemlər yaratmaqla, hərəkət etməyinə, gəzməyinə və işləməyinə imkan vermədiyindən, iddiaçını bu gün və gələcək müayinə və müalicələrə sövq edərək, ömürlük şikəst etməklə, iddiaçıya mənəvi işgəncə və mənəvi əzab verdiyindən 30 000 məbləğ mənəvi ziyan pulun cavabdeh bu şəxsdən-Cavabdeh alınaraq iddiaçıya ödənilməsini təmin edəcək məhkəmə qətnaməsini çıxarılmasını, “Hipokkrat andı”nın məlum tələbkarlığına ciddi xəyanət edib, üzərində könüllü razılığı olmadan qanunsuz cərrahiyə əməliyyatını həyata keçirib, iddiaçını onu ömürlük şikəst edən həkim Cavabdeh üzərində bu peşə fəaliyyəti ilə bağlı lazımi nəzarəti təmin etməyən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Kliniki-Tibbi Mərkəz” X5 rəhbərliyi barədə müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, gələcək bu kimi halların qarşısını almaq, həm də Cavabdeh barəsində cinayət qanunvericiliyinin məlum tələbləri üzrə ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinə və aidiyyatı ünvanlara göndərilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hippokrat” andının məlum tələbkarlığına ciddi hörmətsizlik nümayiş etdirən həkim Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsi olaraq, məhz iddiaçının razılığı olmadan.,iradəsinə zidd hərəkət edərək, təcili cərrahiyə əməliyyatı keçrilməsi görünməyən və tələb edilməyən anları bəhanə edib, əslində iddiaçıya qarşı praktiki cərrahi əməliyyatını bir qrup tələbələrə nümayiş etdirəetdirə ,bu gün sağlamlığına ciddi xəsarətlər yetirib, iddiaçını ömürlük şikəst etmişdir. İddiaçı bildirir ki, onun bu cür qanuna zidd hərəkətləri barədə çoxsaylı şikayətləri hələ də prosessual davam etməkdədir. Bu barədə tərəfindən Nəsimi rayon prokurorunun köməkçisi X1 ciddi və əhəmiyyətli qanun pozuntuları ilə 06 aprel 2023-cü il tarixdə "Cinayət işi başlanmasının rədd edilməsinə dair" bu məlum qərarının məlum tələbkarlığında "Hippokrat andı"nın məlum tələblərini ciddi pozan həmin həkimin,X3 qanunun həzm edə bilmədiyi ədalətsiz bir müdafiəsinin təşkili və sifarişli üsulla həyata keçrilməsi nəticəsi olaraq, AR-sı CPM-nin 39.1.2-ci maddəsinə istinad edilib, əməlində cinayət tərkibi olmadığı önə gətrilərək, bu həkim barədə sifarişli bir üsulla cinayət işi qaldırılması rədd edilmiş olsa da, bu ədalətsizliyin tərəfindən həzm edilməsi qeyrimümkündür. Çünki sifarişli bir tələbkarlıqla prokurorluğun sifarişli yoğurduğu həmin qərardan məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə prosessual şikayət verməyə məcbur olub, hadisələrin ədalətli və obyektiv öyrənilməklə, həkimə qarşı cinayət işi qaldırılmasının təmin edilməsindən ötrü Nəsimi rayon prokurorluğunun qəbul etdiyi 06aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini tələb etməklə, haqqın və ədalətin bərpa edilməsini prosessual rica edib, səhətti ilə bağlı qanunla qorunan hüquqlarının qorunması və müdafiəsinin önə çəkilməklə, zərurət olmadan cərrahiyə əməliyyatına sifarişli məcbur edilməsi ,sifarişli və təşkili bir hadisə kimi göründüyünə görə hadisələrin prosessual əsaslı öyrənilməsini tələb etsə də, hələ ki, sifarişli məqsədlərə olunan xidmətlər bu gün iddiaçının əleyhinə işləməklə, qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Məhz sifarişli məqsədlər naminə Nəsimi rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli müvafiq qərarı əsasında Nəsimi rayon prokurorluğunun 06 aprel 2023-cü il tarixli qərarı qüvvəsində saxlanılmaqla, "Cinayət işi qaldırılmasının rədd edilməsinə dair" bu məlum qərarın qanunauyğun hesab edilməsi dəhşətli bir ədalətsizlik olub, nəinki həkim Cavabdeh sifarişli bir müdafiəsini həyata keçirmişdir ,hətta, bu həkimi sifarişli müdafiə edən prokuror köməkçisinin də ciddi qanun pozuntuları ilə təşkili bir müdafiəsini gündəmdə edib, əlbəttə, məhz sifarişçi qüvvələrin maraqları naminə ciddi qanun pozuntularına cinayətkarcasına yol verilə-verilə..,bu gün razılığı olmadan üzərində qanunsuz və əsassız cərrahiyə əməliyyatını həyata keçirib, onu şikəst edən bir həkimin, Cavabdeh analoqu olmayan prosessual ciddi müdafiəsinə bu cür önəm verilməsi, iddiaçının qanunlarla qorunan konstitusion hüquqlarının sifarişli pozulması deməkdir. Məhz konstitusion məhkəmə müdafiə hüququmun ciddi və əhəmiyyətli pozulması nəticəsi olaraq, bu gün prosessual ədalətsizliklərə bir daha önəm verilib, qanunauyğun olmayan 06 aprel 2023-cü il tarixli prokurorluğun bu ədalətsiz qərarının müdafiəsi ilə mənim məhkəmə kürsüsündə zəruri olan əsaslı müdafiə hüququm prosessual inkar edilməsi yolverilməz olub, qanunlara qarşı ciddi bir xəyanət olduğundan, Nəsimi rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli bu məlum qərarının prosessual ləğv edilib, Bakı Apelyasiya Məhkəməsində "Məhkəmə Nəzarəti" qaydasında işə baxılaraq, hüquqi qüvvədən salınmasını tələb etməsi ədalətli və qanuni fikri olub, əsaslı prosessual tələbkarlığı olmaqla, iradəsinə zidd, məhz könüllü razılığı olmadan cavabdeh bu həkim Cavabdeh sifarişli cərrahiyyə əməliyyatına yol verməklə, bir qrup tələbələrin gözləri önündə sanki üzərində təcrübə həyata keçrilir deyə , iddiaçıya işgəncə və əzab verilməklə, cərrahiyyə əməliyyatına məruz qoyulub, ədalətsizliklərə məcbur olunmağı " Hippokrat andının tələblərini pozan bu həkimin planllı və sifarişli işlərinin nəticəsidir ki, hələ də cərrahiyə əməliyyatı ilə bağlı prosessual ciddi mübahisələri prosessual davam etdrilməklə, həm də, foto snimkanın iddiaçıya verilməsi təmin etdirilmir...Bu da prosessual müstəvidə barəsində sifarişli yoğrulan çoxsaylı şübhələrdən xəbər verir. Çünki, Cavabdeh bir həkim olaraq, sifarişli olduğu bu cərrahiyə əməliyyatı ilə Konstitusiyanın 46-cı maddəsinin lll-hissəsindəki məlum tələbkarlığa zidd hərəkət edib, iddiaçının səhhətində ciddi problemləri təşkili yaratmaqla, həkimin, Cavabdeh sifarişli məqsədlərə olunan xidmətə yol verdiyini heç də gizlədə bilməmişdir. İddiaçı qeyd edir ki, Nəsimi rayon prokurorluğunun 06 aprel 2023-cü il tarixli onun əleyhinə yoğrulmuş və sifarişli gündəmə gətrilmiş bu məlum qərarında şikayət və tələbkarlığı əyani görünmüş olsa da, hakim Anar İbadzadənin məntiqsiz və mənasız fikirləri üzərində prosessual bu tələbkarlığı məqsədli və sifarişli rədd edilərək: "Bakı şəhəri, Nəsimi rayon prokurorunun köməkçisi X1 06 aprel 2023-cü il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi barədə" bu məlum qərarın prosessual ləğv edilməsi əsası ilə əsaslı prosessual xahişini sifarişli rədd edən ədalətsiz məhkəmə aktının Nəsimi rayon məhkməsində gündəmə gətrilməsi bu gün sifarişli məqsədlərə yönələn xidməti, əlbəttə, göstərməyə bilməz...,ən azı ona görə ki, Konstitusiyanın 46-cı maddəsinin lll-hissəsi tələbkarlığına zidd olan barəmdə cərrahiyə əməliyyatını həyata keçirib, bu gün sifarişli məqsədlərə xidmət göstərən bir həkim Cavabdeh təşkili, planlı müdafiəsi əsassız olaraq, istintaq və məhkəmə kürsüsündə yer almışdır. İddiaçı hesab edir ki, təşkili və planlı şəkildə süni bir görüntünü prosessual yaratmaq məqsədilə, əslində hadisənin mahiyyəti əsaslarını ört-basdır edən faktları rədd edib, avtoqəza hadisəsi nəticəsi baş verən anda maşının içərisində olduğu halda, onu piyada olaraq yoldan keçərkən vurulub xəsarət almağının sifarişli qabardılması ilə bu gün məhkəmənin də bu məlum qərarında aparılmış tibbi ekspartiza sənədinə müraciət edilib; "Komision məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 163/KEŞ saylı müvafiq rəyinə əsaslanıb," bu fikirlər tələbkarlığında da özlərinə haqq qazandıran çoxsaylı qüvvələr birliyi iddiaçının qanunla qorunan müdafiə hüququnu sifarişli yox edib, məlum araşdırmanın sifarişli mahiyyətində; "..İddiaçı X8" PHŞ-də aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur," bu cür sifarişli bir deyilişin prosessual görüntüləri hələ azmış kimi.,,daha sonra da faktiki prosessual bu savaşa ciddi önəm verib; "İddiaçı adına X10 PHŞ-də tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona O.K.B. T müştərək travma, Bədənin bir necə nahiyələrini əhatə edən digər müştərək sınıqları. Baş beyin silkələnməsi diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir," deyib, daha sonra da məhkəmənin bu məlum qərarında: "Diaqnoza uyğun olaraq onun üzərində "sağ bud sınaq oynağın total endoprotezləşməsi" cərrahiyə əməliyyatı icra edilmişdir. Əməliyyat faktiki və texniki cəhətdən düzgün yerinə yetrilmişdir," bu məzmunda sifarişli bir yekunlaşma mövcud reallıqda ədalətin və haqqın müdafiəsini göstərə bilməz....,məhz ona görə ki, iddiaçının üzərində könüllü razılığı olmadan bir qrup tələbələrlə birlikdə savabca kasıb olan və " Hippokrat” andının məlum tələbkarlığını rədd edən Cavabdeh ciddi qanun pozuntuları ilə cərrahiyə əməliyyatını həyata keçirib, bu gün onu ömürlük şikəst etmişdir. Çünki, məhkəmənin bu məlum qərarında da üzərində lazım olmayan və aparılmasına da etiraz etdiyi cərrahiyə əməliyyatının bu gün aparılmasına haqq qazandırıb, özlərinin də bu cür sifarişli maraqları əhatəsində lüzumsuz yerə müdafiə etdikləri səlahiyyətli bu həkimlə cərrahiyə əməliyyatına məruz qoyulduğu vaxt iştirak edilmələri təmin etdirilən və əyani olaraq təcrübələr toplanılmasına nail olan tibbi çoxsaylı tələbələrin də burada görsənməsi əslində üzərində iddiaçıya əzab və işgəncələr verilə-verilə zorakılıqla könüllü razılığı olmadan tibbi, elmi və başqa təcrübələr keçrildiyini əyani göstərib, iddiaçıya qarşı zorakılıqlar edildiyini bəlli etməklə, çoxsaylı sifarişli qüvvələr birliyinin də iddiaçıya məlum olmayan kimsə tərəfindənsə bu barədə ərizə yazılmasına da prosessual önəm verildiyini açıqlayaraq, tibbi cərrahi əməliyyatına etirafedici kimi tərəfindən görünməyən fikiriəri prosessual qabardıb, məhkəmənin bu məlum qərarının mətnində: "Xəstə şöbəyə daxil olanda vəziyyəti ağır olmuş, həmin vaxt ona təcili olaraq əməliyyat icra edilməli olduğundan tərəfindən əməliyyat icra edilmişdir. Xəstə yaxınlarından kimsə onun əvəzinə əməliyyata razılıq ərizəsi yazmışdır," formal xarakterli, özünü müdafiə kimi görünən bir tələbkarlıq əsaslı və qanuni görünüb, qəbul edilən 27 noyabr 2023-cü il tarixli məhkəmə qərarının da ədalətli olduğunu açıqlaya bilməz ,ən azı ona görə ki, üzərindəki bu əməliyyat sifarişli mahiyyət kəsb edib, könüllü razılığı olmadan həyata keçrilmişdir. İddiaçı hesab edir ki, məhkəmə qərarındakı tələbkarlıq həkim Cavabdeh maraqları müdafiəsinə yönəldilməklə, əslində məlum hadisələrin obyektiv öyrənilməsinə xidmət etməmiş, bu cür "Təcili" açıqlanılması vacib olan əməliyyatın dərhal yox dörd gün sonra keçrildiyinə də belə diqqət yetrilmədən ,vacibliyi də önə gətirilib, görünən bu cür tələbkarlıq ədalətsizliklərə olunmuş xidmət kimi dərk olunmalı və ona qarşı olunmuş tibbi haqsızlıqların və ədalətsizliklərin bu cür prosessual sifarişli apanılması da, haqqın və ədalətin müdafiəsinə deyil, bütün halda həkimin qanunsuz müdafiəsi ilə ədalətsizliklərin müdafiəsinə yönələn xidmət kimi dərk olunub, həkim Cavabdeh maraqlarına uyğun yoğrulan məhkəmə aktı kimi görünüb, bu cür də qavranılmalıdır, məhz ona görə ki, AR-sı Konstitusiyasının 46-cı maddəsinin lll-hissəsi bu həkim tərəfindən sifarişli bir zorakılıqla pozulmuş və pna qarşı, səhəttinə qarşı tibbi qanunvericiliyə uyğun əməliyyat keçrilmədiyini bəlli etməklə, ömürlük şikəst olunmağına rəvac verən həkimin prosessual müdafiəsinə məhkəmə kürsülərindən də ciddi önəm verildiyi açıq-aşkar görünməklə, əssassız tələbkarlıq nümayiş etdirilmişdir. Üzərində həyata keçrilən cərrahiyə əməliyyatının qanunsuzluğuna dair şikayətçi olaraq, vətəndaş olaraq, yol-nəqliyyat hadisəsi nəticəsi olaraq baş-beyin hissədən xəsarət alan xəstətələbkarlığım əsas götrülərək, sözügedən bu əməliyyat iddiaçının üzərində aparılmamalı idi. Zorakı aparılmışdırsa da iddiaçının bu gün ömürlük şikəst olunduğunu əyani göstərib, lüzumsuz yerə olunduğunu da açıqlayaraq, məqsədli həyata keçrildiyini, hətta, prosessual göstərməklə, sağlamlığının müdafiəsinə yönəldildiyini yox, sağlamlığına ciddi zərər vurulduğunu rəsmi sənədlərlə bəlli edərək, əyani göstərdiyindən, həkimin bu cür savadsız, təşkili və planlı yoğrulan hərəkətlərinə də hüquqi əsaslı qiymət verilməsi qanuni, hərtərəfli və obyektiv araşdırmaların nəticəsi olaraq, mümkün edilib, göstərilə bilərdi, ən azı ona görə ki, bu əməliyyat qanunsuz olub, xəstənin ömürlük şikəst edib. Konstitusiyanın 41-ci maddəsindəki məlum tələb və tələbkarlıq "Sağlamlığın qorunması hüququ"nu ehtiva etmişdir. Həmin normanın l-hissəsində birmənalı göstərilir ki; "Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Həkim Cavabdeh iddiaçının sağlamlığının keşiyində yox, sağlamlığının pozulmasına xidmət edib, hətta bu gün əməliyyatdan öncə və əməliyyatdan sonrakı məqamları açıqlayan foto snimkaların ona verilməsinə də heç cür imkan vermədən, özünün ədalətsiz həkim müayinə və müalicələrinin mövcud reallıqlarını da iddiaçıya məlum etmək istəmir və ciddi maneçilikləri barəsində yaratmaqla, təqsirli həkim kimi göründüyü halda, qanunsuz istintaq və məhkəmə sənədləri ilə də özünün qanunsuz və ədalətsiz bir müdafiəsini təmin etdirməklə, ona qarşı bu cür ədalətsizlikləri də nümayiş etdirə bilir. Bu, yolverilməzdir. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil isə məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 180 manat dövlət rüsumu ödəmiş və 0.40 manat xidmət haqqı tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cüil tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadğından barəsində Azərbaycan Respubliksaı CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 6(006)-143/2023 saylı qərarından görünür ki, İddiaçı şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi X4 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 aprel 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İş materiallarında olan 008565 nömrəli xəstəlik tarixindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Q.K.B.T baş bəyin əzilməsi, sağ bud sümüyünün boynunun qapalı qəpəli yerdəyişən sınığı, sağ bazu sümüyünün cərrahı boynunun qapalı yerdəyişən sınığı diaqnozu qoyulmuşdur. Onun üzərində cərrahi əməliyyat olaraq “sağ bud-çanaq oynağının total endoprotezləşdirmə” icra edilmişdir. İş materiallarında olan X6 Radiologiya Şöbəsi tərəfindən verilmiş tam abdominal nativ KT-dan görünür ki, müayinə sahəsində sağ bud sümüyündə boyundan və burmalardan keçən qəlpəli yerdəyişmə ilə sınıqlar izlənilir. İş materiallarında olan X6 Radiologiya Şöbəsi tərəfindən verilmiş kəllənin nativ KTdan görünür ki, sağ alın nahiyəsində xətvari subdural hematoma var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Göründüyü kimi, iddiaçı pul tələbini ona cavabdeh tərəfindən maddi və mənəvi zərər vurulması ilə əsaslandıraraq, qeyd etmişdir ki, onun razılığı olmadan Cavabdeh tərəfindən əməliyyat edilmiş, məhz əməliyyat nəticəsində o ömürlük şikəst qalmışdır. İddiaçı bundan əvvəl cavabdeh tərəfindən səhv əməliyyat edilməsi ilə bağlı Nəsimi rayon prokurorluğuna müraciət etmiş və araşdırma aparılan zaman komisyon məhkəmə tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 163/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı “X8” PHŞ-də aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı adına “X8” PHŞ-də tərtib edilmiş tibbi sənədlərindən görünür ki, ona “Q.K.B.T Müştərək travma. Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqları. Baş beyin silkələnməsi” diaqnozu aparılmış müvafiq müayinələr düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “sağ bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Nəsimi Rayon Prokurorluğunun müstəntiqi X2 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasından rədd edilmişdir. Adıçəkilən qərardan iddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(006)-143/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş və cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı qanunauyğun hesab edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-ci məcəlləsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cavabdeh tərəfindən İddiaçı edilmiş müayinələrin və “sağ bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyə əməliyyatının düzgün icra edilməsi bundan əvvəl aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. İddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia tələbinin cavabdeh barəsində xüsusi qərarın çıxarılmasına dair tələbə münasibətdə məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsi ilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Bu səbəbdən iddia tələbi bu hissədə tələb kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı hər hansı bir şəxs barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilməz. Şəxsin əməlində cinayət tərkibinin olmasına şübhələr olduğu halda hər bir fiziki və ya hüquqi şəxs hüquq mühafizə orqanlarına müraciət edə bilər. Mülki məhkəmə icraatı qaydasında hər hansı bir şəxsin əməllərində cinayətin əlamətləri aşkar edildiyi halda isə xüsusi qərardadın çıxarılması məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı artıq cavabdeh barəsində zəruri tədbirlərin görülməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət etmiş və hüquq mühafizə orqanı tərəfindən də həmin məsələyə münasibət bildirilmiş və qanuni qüvvəsini almış cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əməliyyat və müayinə düzgün icra edildiyindən, habelə iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və mənəvi zərər vurulmasını məhkəmədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəm qətetdi: İddiaçı Cavabdeh qarşı “barəsində cərrahi əməliyyatın iradəsinə zidd aparıb, könüllü razılığı olmadan aldadıcı mövqe nümayiş etdirib, zorakılıqla onu şikəst etdiyindən 30 000 manat mənəvi ziyan” barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5889/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5889/2024
18.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver