Məhkəmə qərarları › İş №2(011)-7297/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7297/2022

28.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7297/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X12 Cavabdeh X2 iştirakı ilə Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 İddiaçı ASC-nin cavabdeh X4 qarşı “istilik xəttinə edilmiş müdaxilənin məcburi qaydada qarşısı alınaraq dik dayaqların digər mənzillərə ötürülməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı ASC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilindən keçən istilik xətlərinə edilmiş müdaxilənin məcburi qaydada aradan qaldıraraq dik dayaqların digər mənzillərə ötrülməsinə şərait yaratması və ödənilmiş100 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 4 saylı yaşayış binası İddiaçı ASC-yə məxsus 6 saylı X3 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Cavabdeh tərəfindən mənzilindən keçən istilik xətlərin tərəfindən edilmiş müdaxilə nəticəsində və eyni zamanda dik dayağın digər mənzillərə ötürülməsinə şərait yaratmadığına görə həmin girişin digər mənzillərinin payız-qış mövsümündə istilik enerjisi ilə təchiz olunması mümkünsüz olmuşdur. Cavabdeh tərəfə dəfələrlə istilik xəttinə edilmiş müdaxilənin aradan qaldıraraq dik dayaqların digər mənzillərə keçirilməsinə şərait yaradılması ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi istilik xəttinə olunmuş müdaxilənin aradan qaldırılmaması sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Tərəflərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X15 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X7 iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasında məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İşə cəlb edilmiş digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 480 №-li arayışdan görünür ki, X8 Bakı şəhəri, Xətai rayonu 82 saylı MKİS-in ərazisində yerləşən Aşıq Ələsgər küçəsi 4 saylı evin 65 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Aşıq Ələsgər küçəsi, ev 4, mənzil 65 ünvanında yaşayan X7 üst mənzillərin istilik xəttinə müdaxilə etmiş və sakinlərlə razılaşmır. Tərtib edilmiş aktı 82 saylı MKİS-in rəisi R.Eldarzadə, 82 saylı MKİS-in mühəndisi R.Xanpaşayev və istilik üzrə sahə rəisi C.Nəzərov öz imzaları ilə təstiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür, X7 mənzilindən keçən istilik xəttinin dik dayağının bərpa olunmasından imtina etmişdir. Tərtib edilmiş aktı 82 saylı MKİS-in rəisi R.Eldarzadə, 82 saylı MKİS-in mühəndisi R.Xanpaşayev, İSİS-in 1-ci sahənin rəisi C.Nəzərov, çilingər A.Bayramov öz imzaları ilə təstiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 289 №-li arayışdan örünür ki, X10 Bakı şəhəri, Xətai rayonu 82 saylı MKİS-in ərazisində yerləşən Aşıq Ələsgər küçəsi 4 saylı evin 79 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 390 №-li arayışdan görünür ki, X5 Bakı şəhəri, Xətai rayonu 82 saylı MKİS-in ərazisində yerləşən Aşıq Ələsgər küçəsi 4 saylı evin 73 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 391 №-li arayışdan görünür ki, X11 Bakı şəhəri, Xətai rayonu 82 saylı MKİS-in ərazisində yerləşən Aşıq Ələsgər küçəsi 4 saylı evin 69 saylı mənzilində qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 1001 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.3-cü bəndinə əsasən Bakı şəhərində istilik təchizatı problemlərinin aradan qaldırılması üçün tədbirlərin görülməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Qeyd edilən Məcəllənin 235.1.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər aiddir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə öz mənzilindən keçən istilik xətlərinin digər qonşulara ötürülməsinə şərait yaratması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh mənzilində istilik xətlərinin digər qonşulara ötürülməsinə şərait yaratmamışdır. Buna görə də İddiaçı ASC mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X2 öz mənzilindən keçən istilik xətlərinin digər qonşulara ötürülməsinə şərait yaratmaması qonşuların istilik enerjisi ilə təmin edilməsinə mane olmaqla onların hüquqlarını pozur. Buna görə də istilik xəttinə edilmiş müdaxilənin məcburi qaydada qarşısı alınaraq dik dayaqların digər mənzillərə ötürülməsinə şərait yaradılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X7 mənzilindən keçən istilik xətlərinə edilmiş müdaxiləni məcburi qaydada aradan qaldıraraq dik dayaqların digər mənzillərə ötrülməsinə şərait yaratsın. X1 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar