Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7938/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 350 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Cavabdeh arasında nikahın pozulması, uşaqla görüş vaxtlarının müəyyənləşdirilməsi, əmlak bölgüsü və aliment tələbinə dair xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00695 nömrəli barışıq sazişi bağlanmışdır.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
4. “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
İşə baxan məhkəmənin mövqeyi:
5. Məhkəmə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
6. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər, yəni İddiaçı və Cavabdeh arasında nikahın pozulması, uşaqla görüş vaxtlarının müəyyənləşdirilməsi, əmlak bölgüsü və aliment tələbinə dair xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00695 nömrəli barışıq sazişi bağlanmışdır. AR MPM-nin 34.2-ci maddəsinə əsasən tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi olduqda və müvafiq barışıq sazişi könülü icra edilmədiyi halda tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən müvafiq tələbə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılmalıdır.
7. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya hazırkı ərizə ilə bağlı məhkəməyə xüsusi icraat qaydasında yenidən müraciət etmək hüququnun olması izah olunur.
8. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçı hazırkı ərizə ilə bağlı məhkəməyə xüsusi icraat qaydasında yenidən müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova