Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-858/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “cehiz əşyalarının geri qaytarılması və əmlaka payların müəyyən edilməsi” tələbləri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məmmədov İddiaçı1 Şəfanə İsa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 134 adda (yemək servisi – 2 dəst (31 predmet+48 predmet), Versace yemək dəsti – 1 dəst (23 predmet), bulud – 2 ədəd yekə, lodka – 4 ədəd, sous qabı - 7 ədəd, balaca fincan – 11 ədəd, fincan – 6 ədəd və 3 qaşığı, nəlbəkili çay dəsti – 6 ədəd (Maddona), ağ nəlbəkili çay dəsti – 6 ədəd, əl çaşkası – 6 ədəd, kofe fincanları – hərəsində 6 ədəd olmaqla 4 qutu, tək-tək kofe çaşkası – 2 ədəd, tək-tək kofe nəlbəkisi – 13 ədəd, tək-tək çay nəlbəkisi – 6 ədəd, nəlbəkili armudu çay stəkanı - 6 ədəd, tək-tək armudu stəkan - 7 ədəd, tək-tək armudu nəlbəki - 5 ədəd, sok stəkanı - 9 ədəd, balaca sok stəkanı - 6 ədəd, araq rumkası - 13 ədəd, şüşə fincan - 5 ədəd, balaca sok stəkanı - 3 ədəd, tək çay çaşkası - 2 ədəd, duzqabı - 3 ədəd, çay nəlbəkisi - hərəsində 6 ədəd olmaqla 3 qutu, dəm çayniki - 3 ədəd, meyvəqabı dəsti - 3 dəst, tək-tək meyvə qabı- 2 ədəd böyük, ikimərtəbəli meyvə qabı - 1 ədəd, yarpaq şüşə qab - 2 ədəd, orta tort qabı - 4 ədəd, ləpəqabı - 3 ədəd, masqura şüşə - hərəsində 6 ədəd olmaqla qutu, tərəvəz doğrayan - 3 ədəd, uzun şüşə lodka - 2 ədəd, qozçəkən - 1 ədəd, balaca şüşə lodka - 2 ədəd, şüşə külqabı - 1 ədəd, peçenye qabı - 1 ədəd, dondurmaqabı - 6 ədəd, rəngli sok stəkanı - 6 ədəd, konfetqabı - 2 ədəd (böyük), suvenir kapuçino çaşkası - 1 ədəd, ağ qaşlı lodka - 3 ədəd, plastmas qab - 3 ədəd+ 2 ədəd, göy-qızılı böyük servis dəsti - 76 predmet, qızılı sok bakalı - 12 ədəd, xrustal qrafınli + 6 stəkan - 1 dəst, sarı qrafınli + 6 çaxır rumkası - 1 dəst, ayaqlı araq rumkası - 5 ədəd, tək şüşə çaşka - 2 ədəd, şamdan balaca - 2 ədəd, qəndqabı balaca - 2 ədəd, tək qrafın böyük - 1 ədəd, pesok qabı süzən - 1 ədəd, şüşə salat qabı - 1 ədəd, qab ayaqaltıları - 5 cüt, böyük lodka meyvəqabı - 2 ədəd, dairəvi böyük tortqabı ayaqlı - 1 ədəd, balaca ayaqlı konfetqabı - 2 ədəd, yumru balaca meyvə qabı - 2 ədəd, balaca mürəbbə qabı - 1 ədəd, tac formalı yumru meyvəqabı - 1 ədəd, buzqabı - 1 ədəd (balaca), tək şüşə qapaq - 2 ədəd, balaca güldan - 3 ədəd, tək çaşka - 2 ədəd, qrafın - 1 ədəd, duzqabı – 3 ədəd, qaşlı meyvəqabı - 1 ədəd, qaşlı çaxırqabı - 1 ədəd, gül vazaları - 4 ədəd, suvenirli oyuncaqlar - 6 ədəd, göy gülabqabı - 2 ədəd, göy qəndqabı - 2 ədəd, saxsı ağ meyvə qabı - 2 ədəd, göy lodka meyvəqabı - 1 ədəd, böyük dəm çayniki - 1 ədəd, üçmərtəbəli qab - 1 ədəd, göy balaca vaza - 1 ədəd, göy şəkilli balaca qab - 1 ədəd, xalça, palaz, doroşka - 9 ədəd, yastıqlar - 18 ədəd, kisə yun - 1 ədəd, yorğan - 5 ədəd, yorğan yay - 2 böyük+2 balaca, döşək - 1 ədəd balaca+ 2 böyük taxt, pokrıval+pərdə dəsti - 1 ədəd, pokrıval - 2 ədəd+təzə bağlı 1 ədəd, plastmas qablar - 18 ədəd, diplomat çanta (çəngəl, qaşıq, bıçaq) – 1 ədəd, öz korobkasında süfrə stəkanı - 2 qutu, hobbu qazan dəsti - 1 qutu, qazanlar - 4 ədəd+3 ədəd (balaca), podnoslar-7 ədəd, qaşıq-vilkalar+balta+çömçə+bankabağlayan, aşsüzən - 1 ədəd, ləyən alüminium - 1 ədəd, yastıqüzü - 5 ədəd, yorğanüzü-2 ədəd, cib dəsmalları - 3 paçka, süfrələr - 2 dəst, təzə prostina - 4 ədəd, işlənmiş prostina - 2 ədəd, nevresim takımı- 1 ədəd, mişkalar - 2 ədəd, ev geyimi paltarları, köynək və aksessuarları, çimmək üçün hamam ləvazimatları - 1 ədəd, dəsmallar - 1 ədəd can, 4 ədəd əl-üz, 1 qutu tac əl-üz, 3 çay dəsmalı, 4 ədəd əl dəsmalı, qadın bəzək aksessuarları - 1 sumka, batinka - 2 cüt, tuflilər - 3 cüt (kabluklu), yay ayaqqabıları - 4 cüt, adi tuflilər - 3 cüt, tapıçkalar - 4 cüt, vetnamka-3 cüt, hamam tapıçkası - 2 cüt, şamdan balıq - 1 ədəd, sokçəkən - 1 ədəd, termos böyük - 1 ədəd, duxovka - 1 ədəd, hündür göy güldan - 1 ədəd (içində 5 ədəd uzun gül), televizor Samsung - 1 ədəd, happy-home qazan dəsti - 1 ədəd, taxt yataq - 1 ədəd, şifonyer- 1 ədəd, güzgülü termo - 1 ədəd, qapılı televizor altlığı - 1 ədəd, tumbalar - 2 ədəd, servant böyük - 1 ədəd, servant balaca - 1 ədəd, işıqlı gül reklamı- 2 ədəd, gəlinlik güzgü - 1 ədəd, gəlinlik lampa -1 ədəd) əşyaların onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 19 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6422/2020 saylı 02.12.2020-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin hakimi Aygün Həsənovanın icraatında olan 2(011)- 7047/2020 saylı mülki iş Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan hazırkı mülki işə birləşdirilmişdir. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı 30.11.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 19 saylı mənzildə olan Cavabdeh məxsus əşyaların (qorka, televizor altlığı, taxt matraslı, tumboçkalar – 2 ədəd, uşaq krovatı matraslı, termo, şifoner, çilçıraq – 1 ədəd, çilçıraq xrustal – 1 ədəd, böyük xalça – 5 ədəd, balaca xalça – 5 ədəd, pərdə - 2 dəst, günkeçməz – 2 ədəd, divanüstü – 1 dəst, pokrıval balışlı – 3 dəst, odeyal pokrıval – 6 ədəd, tək odeyal – 3 ədəd, uşaq odeyalı – 5 ədəd, taxt döşəyi - 2 ədəd, tək adamlıq döşək - 3 ədəd, iki nəfərlik yorğan - 3 ədəd, uşaq yorğanı – 2 ədəd, döşəkçə - 2 ədəd, yastıq – 9 ədəd, divanüstü balışla -12 ədəd, pastel 2 nəfərlik 10 dəst, tək nəfərlik pastel – 17 dəst, tək prostin 7 ədəd, 2 nəfərlik prostin – 4 ədəd, can dəsmalı – 16 ədəd, əl-üz dəsmalı 27 ədəd, süfrə 6 ədəd, jurnal stolu üçün süfrə 4 ədəd, çay dəsmalı 15 ədəd, qazanturan 5 ədəd, önlük 3 ədəd, soyuducu üçün süfrə 1 dəst, işlənmiş süfrə 2 ədəd, işlənmiş çay dəsmalı 7 ədəd, işlənmiş tutacaq 1 ədəd, işlənmiş can dəsmalı 7 ədəd, işlənmiş əl-üz dəsmalı 11 ədəd, işlənmiş taxt pasteli 7 dəst, işlənmiş 1 nəfərlik prostin 5 ədəd, işlənmiş balış üzü 8 ədəd, işlənmiş balış uşaq balışüzü 4 ədəd, işlənmiş uşaq pasteli 2 ədəd, plazma televizor – 1 ədəd, sokçəkən 1 ədəd, qozçəkən 1 ədəd, mikser 1 ədəd, duxovka 1 ədəd, epilyator 1 ədəd, tozsoran 1 ədəd, ütüaltı 1 ədəd, qazan 7 dəst, çamadan qaşıq (versace)-2 ədəd, smalik kuxna naboru – 11 ədəd, çömçə nabor dəsti – 1 dəst, aşsüzən – 2 ədəd, xrustal tort qabı – 1 ədəd, xrustal lodka – 2 ədəd, xrustal mürəbbə qabı, - 4 ədəd, xrustal qənd qabı podnosu – 4 ədəd, xrustal güldan – 1 ədəd, uşaq hamam naboru – 2 ədəd, uşaq ətiri – 2 ədəd, uşaq şampunu – 4 ədəd, çeşka 2 ədəd, priqılka 1 ədəd, dəniz jileti 2 ədəd, uşaq sumkası 1 sumka, uşaq güzgüsü 3 ədəd, uşaq darağı 4 ədəd, uşaq kaşloku 5 ədəd, uşaq üçün gün eynəyi – 2 ədəd, abadok 3 ədəd, baş örtüyü 4 ədəd, cib dəsmalı 17 ədəd, pejama 3 ədəd, şəxsi xırda əşyalar – 1 klok, şərf 4 ədəd, apteçka 1 ədəd, mayka 5 ədəd, pünyar 9 ədəd, idman sumkası (böyük)-1 ədəd, maqnitafon 1 ədəd, corab, kalkotka, papış – 17 ədəd, hamam başmağı 2 ədəd, kosmetika dəsti (təzə)- 2 dəst, qış ayaqqabısı 2 cüt, basonoşka 2 cüt, sabo 2 cüt, vetnamka 4 cüt, tufli 4 cüt, ev başmağı 1 cüt, yaxa broşkası 5 ədəd, pulqabı 3 ədəd, əl sumkası 8 ədəd, paltar sumkası 7 ədəd, ətir 2 ədəd, qalın xalat 3 ədəd, darağ 3 ədəd, güzgü 3 ədəd, kolyaska 2 ədəd, uşaq sumkası 8 ədəd, saxsı pul qabı – 2 ədəd, uşaq oyuncağı 8 böyük sumka, uşaq fiquru 2 sumka, top 50 ədəd, uşaq döşəyi 1 ədəd, ayı oyuncağı 2 sumka, uşaq kitabı 5 ədəd, uşaq paltarı 5 sumka, uşaq ayaqqabıları 2 sumka, kalonka 1 ədəd, uşaqların şəkilləri, sənədləri, uşaq yemək qabları – 3 dəst, penal 4 ədəd, dəftər, karandaş, qovluqlar – miqdarsız, qız jaketi 4 ədəd, qız maykası 8 ədəd, qız futbolkası 7 ədəd, qız kalkotkası 11 ədəd, qız corabı 8 ədəd, qız tulumu 3 ədəd, yay koftası 9 ədəd, don 6 ədəd, əlcək 8 ədəd, papaq 12 ədəd, şərf 8 ədəd, şlyapa 4 ədəd, dəniz oyuncağı 2 sumka, uşaq saatı 4 ədəd, uşaq eynəyi 2 ədəd, avtomat kley 2 ədəd, uşaq paltarı 2 ədəd, uşaq kurtkası 5 ədəd, ev başmağı 2 ədəd, ayaqqabı 9 cüt, çəkə 4 cüt, şortik 13 ədəd, qız şalvarı 8 ədəd, oğlan şalvarı 7 ədəd, oğlan koftası 9 ədəd, oğlan maykası 5 ədəd, futbolka 9 ədəd, oğlan jaketi 4 ədəd, oğlan kalkotkası 6 ədəd, oğlan corabı 7 cüt, oğlan jileti 2 ədəd, pencək 2 ədəd (uşaq), oğlan yay koftası 13 ədəd, qız kalkotkası 5 ədəd (qalın), şampun 3 ədəd, duş geli 2 ədəd, krem 6 ədəd, gəlin güzgüsü 1 ədəd, şamdan 2 ədəd, lampa 1 ədəd, veşilka 52 ədəd, yay yorğanı (2 nəfərlik) – 4 ədəd, yay koftası 23 ədəd, kofta qalın – 9 ədəd, karset – 1 ədə, şal ə yaylıq – 25 ədəd, çətir 1 ədəd, dırnaq naboru, laklar, şəxsi sənədlər – bir qutu, disk 4 ədəd, qol saaatı 3 ədəd, qolbaq 5 ədəd, qaşıq (iri)- 1 ədəd, kartof kəsən 1 ədəd, yumurta çalan 1 ədəd, plasmas qaşıq 3 ədəd, kəfkir 2 ədəd, qaşıq 24 ədəd, çəngəl 24 ədəd, planşet İPAD (750 manat) – 1 ədəd, mobil telefon (299 manat ) – 1 ədəd, içində gül olan böyük Güldan – 1 ədəd, güldan – 5 ədəd, tərəzi 1 ədəd, çaynik 9 ədəd, nəlbəki (madonna)-12 ədəd, armudu stəkan nəlbəkisi (madonna)- 12 ədəd, nəlbəki 12 ədəd, nəlbəki şüşə 12 ədəd, pizza qabı – 1ədəd, xəmir kəsən 1 ədəd, duxovka qabı (dəmir)- 1 ədəd, tort qabı 2 ədəd, vedrə 2 ədəd, şüşə kasa 12 ədəd, böyük şüşə kasa 1 ədəd, tort qabı (şüşə)-3 ədəd, dondurma qabı (sadə)-6 ədəd, dondurma qabı (qaşıqlı)-6 ədəd, rozetka 12 ədəd, rozetka (xrustal)- 6 ədəd, xrustal stəkan 6 ədəd, armudu xrustal stəkan 6 ədəd, qrafin 2 ədəd, meyvə qabı 1 ədəd, tərəvəz üçün taxta 2 ədəd, kasa (işlədilmiş)-4 ədəd, nimçə (işlədilmiş)-8 ədəd, dərin nimçə (işlədilmiş)-8 ədəd, bulud (işlədilmiş)-1 ədəd, çaydan (işlədilmiş) 1 ədəd, çaynik (işlədilmiş) 1 ədəd, fincan (işlədilmiş) – 6 ədəd, qəndqabı (işlədilmiş) 1 ədəd, plasmas nimçə 4 ədəd, plasmas çömçə dəsti, taxta qaşıqlar dəsti, podnos 2 ədəd, duzqabı dəstəsi, salfetka qabı – 2 ədəd, çay qabı plasmas 4 ədəd, soyuducu üçün qab 4 ədəd, tava balaca 2 ədəd, üstü plasmas qab 2 ədəd, dərin nimçə 14 ədəd, aş nimçə - 24 ədəd, yağ qabı 1 ədəd, qulplu plasmas aşsüzən 1 ədəd, bakal böyük 24 ədəd, bakal balaca 18 ədəd, plasmas qab böyük 11 ədəd, yemək servisi 60 predmet, pol taxtası, xəkəndaz, nimçə balaca 12 ədəd, xurcun 8 ədəd, saç feni 1 ədəd, saç ütüsü 1 ədəd, süpürgəli xəkəndaz 1 ədəd, gül qabı sadə 3 ədəd, qrafin dəsti 5 ədəd, qrafin xrustal 1 ədəd, üçmərtəbəli qab 4 ədəd, xrustal bakal 2 ədəd, xrustal fujer 6 ədəd, sadə fujer 12 ədəd, rumka 18 ədəd, kül qabı 2 ədəd, versace boşqab 24 ədəd, lodka boşqab 4 ədəd, ədviyyat qabı 6 ədəd, tərəvəz doğrayan qab 3 ədəd, mətbəx üçün yemək servisi, plasmas qapaqlı qab – 24 ədəd, banka açan 2 ədəd, qıf 1 ədəd, fincan 24 ədəd, dörd ayaq 1 ədəd, işlədilmişlər-oxlov – 3 ədəd, çörək qabı 1 ədəd, sürtgəc 1 ədəd, qapaqlı xəmir ləyəni – 1 ədəd, aluminum qazan 4 ədəd, tefal qazan 1 dəst, süd qazanı 1 ədəd, balaca qazan – 3 ədəd, nəlbəki 2 ədəd, aşsüzən 1 ədəd, plasmas qab 4 ədəd, bıçaq naboru 1 ədəd, balaca kasa – 3 ədəd, siyirmə üçün qaşıq qabı – 1 ədəd, zinət əşyaları – 7 qramlıq qırmızı qaşlı üzük (ərəb qızılı), 8 qramlıq tək qaşlı nişan üzüyü (583 əyar), 5 qramlıq setka üzük (585 əyar), 3 qramlıq təkqaş üzük (585 əyar), 4 qramlıq versace üzük (585 əyar), 4 qramlıq halqa sırğa (585 əyar), 2 qramlıq uşaq sırğası (585 əyar), 5 qramlıq ağ qaşlı sırğa (585 əyar), 6 qramlıq setka klon (585 əyar), 2 qramlıq tərəzi bürcü klon (585 əyar), 4 qramlıq ilan sepi (585 əyar), 6 qramlıq ərəb sepi (585 əyar), 15 formalı gel formalı komplekt dəst (üzük sırqa) (583 əyar), 18 qramlıq zəncir sep və qolbaq (583 əyar), 3 qramlıq 2 ədəd uşaq üçün gözmuncuğu (585 əyar), 2 qramlıq halqa qolbaq, qızıl suyuna salınmış qaşlı setka qolbağ, 5 qramlıq iri gül medalyon klon (585 əyar)) cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh iddia tələbinin həcminin artırılması barədə məhkəməyə müraciət edərək iddia ərizəsinə əlavə etdiyi siyahıda qeyd olunmuş, ona məxsus qızıl-zinət əşyalarının, cehiz əşyalarının, o cümlədən saçqurudan və planşetin cavabdehlərdən alınaraq ona qaytarılması, həmin əşyalar olmadıqda isə onların dəyəri məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi, cavabdeh İddiaçı2 ilə birgə nikah dövründə əldə olunan “MERCEDEC BENZ E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı **-HR-*** dövlər qeydiyyat nişanlı avtobobillərin və Xətai rayonu, Sarayevo küçəsində yerləşən 16 mərtəbəli binanın, 16-cı mərtəbəsində yerləşən bir otaqlı mənzilin üzərində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16.05.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək tələb etdiyi qızıl-zinət əşyalarının İddiaçı2 və İddiaçı1 alınaraq ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən 2347/38 saylı mənzilin onunla İddiaçı2 arasında bölünməsi hissəsində müdafiə etmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə iclasında İddiaçı1 Cavabdeh iddia tələbini qismən qəbul edərək, öz iddia tələbini isə müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 7 saylı evin 19 saylı mənzili 1981-ci ildə “Müxbir” jurnalında məsul katib vəzifəsində işlədiyi vaxt iş yeri üzrə, Azərbaycan Jurnalislər İttifaqı tərəfindən ona verilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXnin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən mənzil onun mülkiyyətindədir, Cavabdeh ilə onun oğlu İddiaçı2 2012-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nikahından iki əkiz uşaqları olmuşdur, oğlu və gəlini ailə qurduqları ilk vaxtdan ona məxsus Novxanı qəsəbəsində yerləşən bağ evində yaşasalar da, sonradan, 2017-ci ildə nəvələrinin bağçaya və məktəbə yaxın ərazidə yaşaması və gediş-gəlişdə əziyyət çəkməmələri səbəbindən özü Novxanı qəsəbəsindəki bağ evinə köçmüş, mülkiyyətində olan mənzili müvəqqəti olaraq onların istifadəsinə vermiş, həmin vaxt da Cavabdeh özünəməxsus cehiz əşyalarını özü ilə gətirməklə ona məxsus olan mənzildə yerləşdirmişdir, bu səbəbdən ona məxsus əşyaların mənzildən çıxarılmasını tələb edir, həmçinin Cavabdeh pay hüququ olaraq tələb etdiyi İddiaçı2 məxsus avtomobillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, “KİA CERATO” markalı **-HR-*** dövlər qeydiyyat nişanlı avtobobil digər oğlu Azərə məxsus olmuş, həmişə onun tərəfindən idarə olunmuş, həmin avtomobilə dair oğlu Azərlə Atabank arasında ipoteka müqaviləsi 2014-cü ildə bağlanmışdır, oğlu Azər 1 il müddətinə məcburi psixiatrik müalicəyə göndərilmiş, bu səbəbdən avtomobilə dair ödəmə qabiliyyətini itirdiyinə görə həmin avtomobilə dair oğlu Azadla Atabank arasında 2018-ci ildə yeni müqavilə bağlanmışdır, lakin bütün ödənişlər onun özü tərəfindən aparılmışdır, buna görə də hesab edir ki, Cavabdeh iddia tələbi əsassızdır, ondan tələb olunan digər cehiz əşyaları barədə də hesab edir ki, hər hansı bir mübahisəyə imkan verilməməli, qarşılıqlı razılaşmaya üstünlük verilməlidir. Sonda İddiaçı1 ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin qismən təmin olunmasını, Kia avtomobilə münasibətdə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 Cavabdeh iddia tələbini qismən qəbul edərək, İddiaçı1 isə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 28 noyabr 2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində nikahları rəsmiləşdirilməklə ailə qurmuş və birgə nikahlarından 15 oktyabr 2013-cü il təvəllüdlü X7 və X9 adlı iki əkiz uşaqları doğulmuşlar, 10 aydan çoxdur ki, aralarındakı ailə münasibətləri tam olaraq pozulmuş, aralarındakı nikahın pozulması tələbi ilə Cavabdeh məhkəməyə müraciət etmiş, Xətai rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikaha xitam verilmiş, uşaqların anasının himayəsində saxlanılması qət edilmişdir, hazırda həmin qətnamədən verilən apelyasiya şikayəti Bakı Apelyasiya məhkəməsinin icraatındadır, Cavabdeh 2020-ci ilin iyun ayından onların birgə yaşadıqları evdən çıxaraq öz ata evinə getmiş, hazırda da orada yaşayır, lakin gedərkən özünəməxsus olan əşyaları İddiaçı1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 19 saylı mənzildə qalmışdır, Cavabdeh cehiz əşyalardan savayı digər əşyaların ona məxsus olması və həmin əşyaları tələb etməsi əsassızdır, belə ki, onun tələb etdiyi əşyalar ya ümumiyyətlə həmin mənzildə yoxdur, ya da həmin əşyalar ondan əvvəl mənzilin özündə olmuşdur, o cümlədən tələb olunan şuba və kurtka da ona məxsus deyil, kurtka onun özünün, şuba isə onun keçmiş həyat yoldaşının olub, həmin şubanı bacıları, arada da toya gedəndə Şəhanəyə geyinmək üçün vermişlər, tələb etdiyi kurtka da kişi kurtkasıdır, həmin kurtkanı ona dostu Rusiyadan hədiyyə olaraq göndərmişdir, Cavabdeh tələb etdiyi planşet və saçqurudan isə evindədir, həmin əşyalardan, məsələn planşetdən onun məktəbli olan övladları dərs prosesində olarkən istifadə edir, həmçinin Şəhanə iddia edir ki, 40 min manat dəyərində cehiz əşyaları gətirmişdir, bu tamamilə əsassızdır, onun buna maddi imkanı çatmazdı, amma indi onları tələb edir, guya mənzil tamamilə boş vəziyyətdə olub, halbuki həmin mənzildə onun ataanasının əşyaları olub, ona məxsus əşyalar mənzildədir, istədiyi zaman onları götürə bilər, uşaqlar hazırda öz yanındadır, 10 aydan artıqdır ki, uşaqlara özü tək baxır, uşaqlar indi analarını istəmir, ancaq online görüşürlər, adına olan “Mersedes Bens E350” markalı, **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər, 2017-ci ilədək yeznəsi olan Babayev Elşənə məxsus olmuşdur, sonradan, yəni 20.06.2017-ci il tarixdə aralarında olan köhnə borcun əvəzi olaraq avtomobil Elşən Babayev tərəfindən onun adına rəsmiləşdirilmişdir, həmçinin onun adına olan “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil 2014-cü ildə qardaşı X2 özü tərəfindən, Ata Bankdan götürdüyü borc kredit pul vəsaiti hesabına alınmaqla, avtomobil ilk gündən hal-hazıra qədər qardaşı Azər Məmmədovun istifadəsində olmaqla ona məxsusdur, ölkədə baş vermiş ilk devalivasiya ilə əlaqədar və həmçinin qardaşı Azər Məmmədov 1 il müddətinə məcburi psixiatrik müalicəyə göndərildiyi üçün Ata Bankla aralarında baş tutmuş razılaşma üzrə qardaşının Banka olan faiz borcu dayandırılaraq, onunla yeni, faizsiz kredit müqaviləsi bağlanmış və avtomobil 2018-ci ildə onun adına rəsmiləşdirilmişdir, qardaşı müalicədə olduğu zaman hər ay olaraq bankın borcu, yəni 17000 manat ataları İddiaçı1 tərəfindən, onun öz vəsaiti hesabına banka ödənilmişdir, həmin avtomobil onun adına olsa da, dövlət tərəfindən ödənilən 5000 manat məbləğində kompensasiya da onun adına deyil, qardaşı Azər Məmmədovun adına köçürülmüşdür, həmçinin hal-hazırda da həmin avtomobilə görə Ata Banka 2221 ABŞ dolları məbləğində kredit borcu vardır, yalnız “Mercedes Benz E350” markalı avtomobil onun faktiki istifadəsində olmaqla onundur və həmin maşına dair tərəflərin paylarının müəyyən edilməsinə etiraz etmir. Sonda İddiaçı2, əmlaka paylar müəyyən olunarkən və iddia tələbləri üzrə qətnamə çıxarılarkən qeyd olunanların, həmçinin hazırda uşaqların da onunla qaldıqlarının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İddiaçı1 iddia tələbini qəbul edərək, öz iddia tələbini isə müdafiə edərək izahatında bildirdi ki, onunla İddiaçı2 rəsmi nikaha daxil olmuş, Xətai rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikaha xitam verilmiş, uşaqların ananın himayəsində saxlanılması qət edilmişdir, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 7, 19 saylı mənzilin mülkiyyətçisi qaynatası İddiaçı1dur, halhazırda ona məxsus olan qızıl-ziynət əşyaları və cehiz kimi gətirdiyi əşyalar qaynatasına məxsus mənzildədir, eyni zamanda birgə nikah dövründə bir sıra daşınar və daşınmaz əmlaklar - 20.06.2017-ci il tarixdən “MERCEDEC BENZ E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, 21.06.2018-ci il tarixdən “KİA CERATQ” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri, həmçinin Xətai rayonunda, Sarayevo küçəsində yerləşən 16 mərtəbəli binanın, 16-cı mərtəbəsində yerləşən bir otaqlı mənzil əldə etmişlər, hesab edir ki, həmin əmlaklar üzərində onun mülkiyyət hüququ müəyyən edilməlidir, həmçinin həyat yoldaşı uşaqları ondan zorla alaraq, onu döymüş, aldadaraq onu evdən çıxartmış və gətirib atasıgilin yaşadığı küçədə qoyaraq çıxıb getmişdir, onu döyməyi barədə hətta DİNnin 102 xidmətinə müraciət etmişdir, o, uşaqlarını görmək üçün evə getmək istədikdə İddiaçı2 onu evə qoymamış, hətta həmin mənzilə artıq təzə qadın gətirmişdir, həmçinin bildirir ki, cehizlərinin alınmasında xalaları ona kömək edib, evdən sadəcə ev paltarı ilə çıxmışdır, həyat yoldaşı onu evdən aldatma yolu ilə çıxarmışdır, özünün təqdim etdiyi siyahıda olan bütün əşyalar onundur, mübahisə olunan şuba və kurtka da ona məxsusdur, həmin şubanı nikah münasibətləri dövründə ona almışlar, hazırda tələb etdiyi qızıl-zinət əşyalarının İddiaçı2 və İddiaçı1 alınaraq ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən 2347/38 saylı mənzilin onunla İddiaçı2 arasında bölünməsi hissəsində iddia tələbini müdafiə etmir, bu barədə sübutlar tam əldə edildikdən, o cümlədən polisdən cavab aldıqdan sonra ayrı bir iddia tələbi ilə məhkəməyə müraciət edəcəkdir, İddiaçı1 iddia tələbini qəbul edir və həmin əşyaların mənzildən çıxarılmasına razıdır. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. 04.05.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cavabdeh izahatına uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatlarını və şahıd ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X11 şahid qismində ifadə verərək bildirdi ki, Cavabdeh onun qızıdır, yay ayında kürəkəni Azad maşınla qızını onların yaşadığı evin yaxınlığına gətirərək düşürmüş, qonşusu Azadın Şəfanəni maşından itələyərək söydüyünü eşıtmişdir, qızının nişan üzüyü onda idi, qızı nişan üzüyünü ondan alıb verdi Azada, qızı gələndə üzükdən başqa qızılı olmayib, heç bir cehiz əşyası gətirməmişdir, qızı həmin vaxtdan onlarda qalır, həmin gün qızı həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə müraciət etmişdir. 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X4 şahid qismində ifadə verərək bildirdi ki, Cavabdeh qohumudur, Azad Şəfanəni gecə saat 2 radələrində atasıgilə gətirəndə onlarda olmuşlar, Azad maşını evdən kənarda saxlamışdır, Şəfanə əsəbi idi, gələndə heç bir əşya gətirməmişdir, uşaqlar da yanında deyildir. 16.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X1 şahid qismində ifadə verərək bildirdi ki, Azadın bacısıdır, 2020-ci ilin avqust ayına kimi cehiz əmlakın olduğu atasına məxsus mənzildə yaşamışdır, Cavabdeh iddia etdiyi bütün əşyaları o gətirməmişdir, onun dediyi kimi də mənzil boş olmamışdır, çünki onlar həmin mənzildə əvvəllər də yaşamışlar, həmin mənzildə onların özlərinin də əşyaları olmuşdur və hazırda da vardır, tələb edilən cehiz əşyaların bir hissəsi Şəfanəyə aid deyildir, məsələn şuba Azadın birinci həyat yoldaşına hədiyyə kimi alınmışdır, həmin şubanı o özü, digər bacısı və Şəfanəyə toya gedəndə geyinmək üçün vermişlər, tələb etdiyi kurtka da ona məxsus deyil, qardaşınındır, gətirdiyi cehiz əmlakını özü işlədib, işlətmədiklərini də özü öz otağında saxlamışdır, hal-hazırda da həmin cehiz əşyaları mənzildədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 7, mənzil 19 mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 8161 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 və X13 28.11.2012-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010 sayla qeydiyyat aparılmışdır, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 233927 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X9 15.10.2013-cü ildə Bakı şəhərində doğulmuşdur, onların atası İddiaçı2, anaları isə Cavabdehdır. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin 15.01.2021-ci il tarixli 4715-1221 saylı məktubundan görünür ki, İddiaçı2 adına 20.06.2017-ci il tarixdən “MERCEDEC BENZ E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı və 21.06.2018-ci il tarixdən “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(011)-269/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı2 arasında 28.11.2012-ci il tarixdə Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış və 2010 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan övladları 15 oktyabr 2013-cü il təvəllüdlü X7 və X9 anaları Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı2 15 oktyabr 2013-cü il təvəllüdlü X3 və X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan 07.09.2014-cü il tarixli ticarət çekindən və zəmanət talonundan görünür ki, dəyəri 569 manat olan planşet nəğd şəkildə əldə edilmişdir. İş materiallarında olan 15.02.2015-ci il tarixli ticarət çekindən görünür ki, dəyəri 34 manat olan saçqurudan nəğd şəkildə əldə edilmişdir. İş materiallarından görünür ki, X8 ilə "xxxx" ASC arasında 18.09.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmışdır, ipotekanın predmeti “KİA CERATO” markalı avtomobildir, ipotekanın predmeti tərəflərin qarşılıqlı razılığı ilə 20100 manat məbləğində qiymətləndirilir. İş materiallarından görünür ki, X8 (kredit alan) ilə "xxxx" ASC (kredit verən) arasında 18.09.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır, bu müqavilə üzrə “kredit alan”a 12800 ABŞ dolları məbləğində kredit verilir, “kredit alan” kreditdən yalnız KİA Cerato markalı avtomobilin alınması üçün istifadə edəcəkdir. İş materiallarında olan 18.09.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, X8 ilə "xxxx" ASC arasında bağlanan müqavilə üzrə kredit məbləği 12800 ABŞ dolları, faiz dərəcəsi 17%, 36 ay müddətinə aylıq ödəniş 456,25 ABŞ dollar təşkil edir. İş materiallarında olan LPO Atabank ASC-nin DİN DYPİ-nin qeydiyyat imtahan şöbəsinə ünvanlanan 21.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, LPO Atabank ASC ilə İddiaçı2 arasında bağlanmış 21.06.2018-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ona məxsus “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21.06.2018-ci il tarixli İpoteka müqaviləsi əsasında DİN DYPİ-nin qeydiyyat imtahan şöbəsi tərəfindən ipoteka ilə yüklü edilmiş, borclu öhdəlikləri tam yerinə yetirdiyi üçün ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinin ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv olunması xahiş edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı2 28.11.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah münasibətlərinə xitam verilməsi, uşaqların Cavabdeh yanında saxlanması qət edilmişdir, həmin qətnamədən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti hazırda apelyasiya məhkəməsinin icraatındadır, hazırda uşaqlar İddiaçı2la birlikdə yaşayır, Cavabdeh 2020-ci ilin iyun ayından valideynlərinə məxsus evdə yaşayır, onun cehiz əmlakı İddiaçı1 məxsus ünvan 2 ünvanında qalmış və hazırda da İddiaçı1 və İddiaçı2 ixtiyarındadır, cehiz əmlakının həmin mənzildən çıxarılmasına tərəflər razıdır, “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.06.2018-ci il tarixdə, “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 20.06.2017-ci və tarixdə İddiaçı2 adına rəsmiləşdirilmişdir, qeyd edilənlər işin mübabisəsiz hallarıdır, həmçinin “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh payının bölünməsinə İddiaçı2 etiraz etmir, tərəflər arasındakı mübahisə “KİA CERATO” markalı **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobil, şuba (kürk), gödəkçə (kurtka), planşet və fen barədədir. Məhkəmə, “KİA CERATO” markalı nəqliyyat vasitəsinin 2018-ci ildə İddiaçı2 adına qeydiyyata alınmasının formal olması, həmin avtomobilin Azər Məmmədova məxsus olması, avtomobilin formal olaraq görüntü yaratmaq məqsədi daşıdığını, bunun səbəbi kimi əsl mülkiyyətçi olan Azər Məmmədovun xəstəlikdən əziyyət çəkməsi olması, buna görə də onunla Atabank arasında bağlanmış 2014-cü il ipoteka müqaviləsinin 2018-ci ildə İddiaçı2 adına dəyişdirilməsi, ödənişlərin isə sonuncu tərəfindən həyata keçirilməməsi, ümumiyyətllə həmin avtomobilə Azadla Şəhanənin birgə nikah dövründə qazandıqları vəsait hesabına alınmaması” barədə İddiaçı2 və İddiaçı1 dəlillərinə münasibətdə qeyd edir ki, nə qədər ki, qeyd edilən əmlakın qeydiyyatının ləğv olunması və onun etibarsızlığı barədə mübahisə mövcud deyildir və hazırda da həmin avtomobil dövlət reyestrində İddiaçı2 adına qeydiyyata alınmışdır, belə qeydiyyatın tamlığı və düzgünlüyü prezumpsiyası qüvvədədir. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin avtomobilin İddiaçı2 və Cavabdeh birgə nikah dövründə onların ailə vəsaitləri hesabına alınmamasına dair hallar sübutetmə yükü ilə bağlıdır, İddiaçı2 bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmişdir və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehlərin dəlilləri formal mülahizələrdən ibarətdir ki, bu da iddiaçının birgə nikah dövründə malik olduğu mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasından imtina üçün əsas ola bilməz və buna görə də Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, digər əmlak olan “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə isə hesab edir ki, həmin əmlaka payların müəyyyən olunmasına dair tərəflər arasında hər hansı bir mübahisə olmadığından iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ tanınmalıdır. Beləliklə, məhkəmə hər iki avtomobilə dair iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalı, avtomobillərə tərəflərin bərabər payları müəyyən olunmalıdır. Məhkəmə, Cavabdeh ona məxsus “fen və planşetin ona aid olması və cavabdehlərdən alınaraq ona qaytarılması” tələbinə münasibətdə qeyd edir ki, həmin əşyalara dair qəbzlərin iş materiallarına əlavə edilməsi onların həqiqətən də Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına alınması və şəxsi istifadəsində olan əşya olması barədə nəticəyə gəlmək üçün yetərli deyil. Bundan fərqli olaraq iş materialları əsasında müəyyən olunur ki, həmin əşyalar ailə üzvləri tərəfindən, o cümlədən planşet uşaqların onlayn təhsildə iştiraklarının təmin olunmasında istifadə edilir. Belə olan halda məhkəmə hesab edir ki, həmin əşyalara dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə digər cehiz əmlakının qaytarılması barədə tərəflərin razılığını, bu barədə tərəflər arasında mübahisənin olmamasını əsas gətirərək Cavabdeh məxsus cehiz əşyalarının ona qaytarılmasını mümkün hesab edir. Məhkəmə, Cavabdeh iddia tələbinin “gödəkçənin qaytarılması” hissəsində hesab edir ki, Cavabdeh öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən həmin əşyanın ona məxsus olmasına dair mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən və belə hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə, mübahisələndirilən şubanın (kürkün) Cavabdeh məxsus olmaması barədə cavabdehlərin dəlillərinə münasibətdə hesab edir ki, həmin əşyanın iddiaçı tərəfindən istifadə olunması barədə işdə iştirak edən şəxslərin etirafları və bu halın şahid tərəfindən təsdiqi, həmin əşyaya isə digər, o cümlədən cavabdehlərin əmlak hüquqlarının müəyyən olmaması, iddia tələbinin həmin hissədə təmin olunması üçün yetərlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 314-cü maddəsinə əsasən, ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 iddia tələbi təmin, Cavabdeh iddia tələbi isə qismən təmin edilməli, Cavabdeh məxsus - duş hamam naboru - 1 dəst - 8 manat, duz qabı - 10 ədəd - 20 manat, yataq dəsti -1 dəst- 70 manat, taxt yataq - 1 ədəd 250 manat, pokrıval+pərdə dəsti - 1 ədəd – 150 manat, pokrıval - 2 ədəd+təzə bağlı 1 ədəd – 200 manat, sous qabı - 7 ədəd -10 manat, şüşə balıq qabı böyük-17 manat, yarpaq şüşə qab – 2 ədəd -6 manat, mətbəx üçün yemək servisi - 165 manat, nəlbəkili çay dəsti – 6 ədəd (Madonna)- 15 manat, ağ nəlbəkili çay dəsti – 6 ədəd -10 manat, uzun şüşə lodka – 2 ədəd – 15 manat, balaca şüşə lodka – 2 ədəd – 7 manat, ağ qaşlı lodka - 3 ədəd -25 manat, böyük lodka meyvəqabı - 2 ədəd – 25 manat, dairəvi böyük tortqabı ayaqlı - 1 ədəd -15 manat, nəlbəkili armudu çay stəkanı 6 ədəd - 43 manat, tək-tək armudu nəlbəki – 5 ədəd – 5 manat, limon qaşığı - 3 manat, 1 dəst qaşlı fincan mətbəx dəsti - 18 manat, qab ayaqaltıları - 5 cüt - 7 manat, diplomat çanta (çəngəl, qaşıq, bıçaq) – 1 ədəd – 70 manat, qaşıq-vilkalar+balta+çömçə+bankabağlayan – 50 manat, Versace yemək dəsti – 1 dəst (23 predmet) – 200 manat, meyvəqabı dəsti - 3 dəst -30 manat, tək-tək meyvə qabı- 2 ədəd böyük -15 manat, ikimərtəbəli meyvə qabı - 1 ədəd -20 manat, buzqabı - 1 ədəd (balaca) – 2 manat, yumru balaca meyvə qabı - 2 ədəd -12 manat, rəngli sok stəkanı - 6 ədəd -6 manat, tac formalı meyvəqabı - 1 ədəd -25 manat, çaynik -10 manat, göy lodka meyvəqabı - 1 ədəd – 10 manat, qaşlı meyvəqabı - 1 ədəd – 30 manat, dondurma qabı qaşıqlı 6 ədəd - 27 manat, plastmas qab - 3 ədəd+ 2 ədəd – 10 manat, razetka 12 ədəd sadə -19 manat, aşsüzən - 9 manat, suvenirli oyuncaqlar - 6 ədəd – 20 manat, saxsı ağ meyvə qabı - 2 ədəd – 25 manat, 124 predmet servis - 550 manat, yemək servisi 48 predmet – 180 manat, göy-qızılı böyük servis dəsti - 76 predmet – 250 manat, böyük xalça - 180 manat, xalça, palaz, doroşka - 8 ədəd – 300 manat, pərdə 2 ədəd - 48 manat, döşək - 1 ədəd balaca+ 2 böyük taxt – 80 manat, ayı oyuncaq – 2 ədəd -15 manat, döşəkcə 2 ədəd - 10 manat, təzə prostina - 4 ədəd – 25 manat, işlənmiş prostina - 2 ədəd – 10 manat, batinka - 2 cüt -50 manat, tuflilər - 3 cüt (kabluklu) – 60 manat, yay ayaqqabıları - 4 cüt – 70 manat, adi tuflilər - 3 cüt – 40 manat, tapıçkalar - 4 cüt – 10 manat, vetnamka-3 cüt – 28 manat, hamam tapıçkası - 2 cüt – 10 manat, göy gülabqabı - 2 ədəd – 20 manat, araq rumkası - 13 ədəd - 29 manat, tərəvəz doğrayan - 3 ədəd -25 manat, plastik qapaqlı qab – 3 manat, lodka – 4 ədəd - 30 manat, qrafin büllur 6 stəkan – 1 dəst - 60 manat, sarı qrafınli + 6 çaxır rumkası - 1 dəst – 15 manat, fincan-19 ədəd - 39 manat, qadın bəzək aksessuarları - 1 sumka - 50 manat, qızılı sok bakalı - 12 ədəd 30 manat, ayaqlı araq rumkası - 5 ədəd – 7 manat, qaşlı çaxırqabı - 1 ədəd -20 manat, kofe fincanları 4 qutu - 120 manat, cib dəsmalları - 3 paçka – 15 manat, soba qabı -10 manat, üçmərtəbəli qab - 18 manat, 2 büllur vedrə konfet qabı - 30 manat, salfetka qabı - 6 manat, dərin nimçə - 3 manat, soyuducu üçün qab - 2 manat, soyuducu süfrəsi – 3 manat, saxsı su qabı – 5 manat, taxta qaşıqlar - 47 manat, göy balaca vaza - 1 ədəd – 5 manat, göy şəkilli balaca qab - 1 ədəd – 3 manat, gül vazaları - 4 ədəd – 30 manat, mikser- 38 manat, suvenir kapuçino çaşkası - 9 manat, duş üçün hamam moçalkası – 1 ədəd – 3 manat, duş üçün hamam kisəsi – 1 ədəd – 2 manat, ev geyimi paltarları, köynək və aksessuarları, 2 pencək- 70 manat, 5 qollu don-250 manat, 8 qısaqol don - 245 manat, pünyar 9 ədəd - 182 manat, eynək 1 ədəd - 17 manat, toxunma saç obodoku 2 ədəd - 10 manat, şortik çəhrayı -1 ədəd -13 manat, 3 ədəd şalvar - 85 manat, idman dəsti 1 ədəd - 50 manat, duxovka - 1 ədəd 90 manat, televizor Samsung - 1 ədəd - 250 manat, 3 ədəd ev donu - 30 manat, jaket – 1 ədəd - 56 manat, palto uzun 1 ədəd -210 manat, palto qısa 1 ədəd – 100 manat, priqalka 1 ədəd-8 manat, şal və yaylıq, baş örtüyü, şərf - 16 ədəd - 135 manat, iynə qabı, saplar – 11 manat, qayçı, rezin - 10 manat, qazantutan - 4 manat, happy-home qazan dəsti - 1 ədəd - 80 manat, hobbu qazan dəsti - 1 qutu – 100 manat, qazanlar - 4 ədəd+3 ədəd (balaca) – 100 manat, əlcək - 3 manat, sokçəkən - 1 ədəd – 80 manat, nəlbəki şüşə 10 ədəd - 12 manat, çay nəlbəkisi - hərəsində 6 ədəd olmaqla 3 qutu 15 manat, işlənmiş nimçə 3 ədəd - 6 manat, dərin nimçə işlənmiş 1 ədəd - 2 manat, kofta qalın 7 ədəd - 149 manat, asılqan 7 ədəd - 8 manat, makiyaj dəsti – 15 manat, corab 3 ədəd – 6 manat, kalqotka 2 ədəd - 10 manat, papış 2 ədəd - 6 manat, mayka 1 ədəd- 5 manat, krem 3 ədəd - 33 manat, yay koftası 11 ədəd - 120 manat, karandaş və tuş qabı 2 ədəd - 7 manat, saç broşkası 3 ədəd -12 manat, pərdə sancağı 120 ədəd - 6 manat, xurcun – 1 ədəd – 12 manat, 2 ədəd təmiz göz muncuğu - 4 manat, krem qabı 1 ədəd böyük- 3 manat, şəxsi sənədlər 1 qutu, pijama 3 ədəd - 35 manat, paltar şotkası 1 ədəd-5 manat, güzgü 1 ədəd - 5 manat, daraq 1 ədəd - 5 manat, qalın xalat 1 ədəd - 45 manat, ətir 2 ədəd- 88 manat, paltar çantası 2 ədəd - 32 manat, əl çantası 1 ədəd - 18 manat, pul qabı 1 ədəd-17 manat, yaxa broşkası 5 ədəd - 88 manat, futbolka 3 ədəd-15 manat, qolbaq – 5 ədəd – 20 manat, qol saatı 2 ədəd - 66 manat, kəmər 1 ədəd – 5 manat, ev şalvarı – 2 ədəd – 50 manat, dırnaq dəsti, laklar 6 ədəd - 30 manat, işlənmiş pesok qabı 1 ədəd – 5 manat, podnoslar-7 ədəd – 40 manat, yağ qabı 1 ədəd - 4 manat, 4 ədəd maskura - 8 manat, 6 ədəd böyük kasa - 18 manat, çay qaşığı 4 ədəd - 8 manat, şüşə salat qabı - 1 ədəd, armudu stəkan - 7 ədəd, 4 ədəd bulud - 25 manat, tərəvəz üçün taxta - 5 manat, nəlbəki büllur 6 ədəd – 18 manat, dəm çayniki - 3 ədəd – 15 manat, göy qəndqabı - 2 ədəd – 7 manat, qəndqabı balaca - 2 ədəd – 5 manat, şüşə çaynik 1 ədəd – 10 manat, arsiha 6x6 qaşıq dəsti – 1 qutu – 110 manat, paltar vannası – 1 ədəd – 14 manat, kartof soyan 2 ədəd – 4 manat, çömçə dəsti – 19 manat, kəfkir – 2 ədəd – 11 manat, divan üstü – 1 ədəd – 47 manat, adyal – 3 ədəd – 190 manat, adyal (ağ-qaralı) – 1 ədəd – 50 manat, can dəsmalı – 1 ədəd – 15 manat, çay dəsmalı 5 ədəd - 20 manat, əl-üz dəsmalı 4 ədəd – 20 manat, əl dəsmalı – 6 ədəd – 42 manat, balış üzü – 5 ədəd – 45 manat, işlənmiş çexol – 3 ədəd – 50 manat, yumurta çalan – 1 ədəd – 3 manat, kartof kəsən – 1 ədəd – 3 manat, iri qaşıq – 1 ədəd – 4 manat, iri çömçə - 1 ədəd – 10 manat, şamdan balıq - 1 ədəd – 7 manat, şamdan balaca - 2 ədəd – 10 manat, yastıqlar - 18 ədəd – 150 manat, öz korobkasında süfrə stəkanı - 2 qutu - 25 manat, bıçaqlar (dəst taxta naborda) 1 ədəd – 26 manat, bıçaqlar 6 ədəd – 20 manat, balaca tava – 1 ədəd – 11 manat, siyirmə üçün qaşıq qabı – 1 ədəd – 6 manat, süd qazanı – 1 ədəd – 9 manat, süzgəc – 1 ədəd – 3 manat, oxlov – 3 ədəd – 17 manat, qrafin – 2 ədəd – 13 manat, süpürgə - 1 ədəd – 7 manat, xəkəndaz – 1 ədəd – 8 manat, kisə yun - 1 ədəd 40 manat, böyük dörd ayaq – 90 manat, çörək qabı – 5 manat, qapaqlı xəmir ləyəni – 9 manat, ləyən alüminium - 1 ədəd 30 manat, konfet qabı (şüşə) 1 ədəd – 18 manat, yorğan - 5 ədəd – 200 manat, yorğan yay - 2 böyük+2 balaca -150 manat, balaca ayaqlı konfetqabı - 2 ədəd – 10 manat, konfetqabı - 2 ədəd (böyük) -20 manat, mürəbbə qabı – 1 ədəd – 14 manat, qıf – 3 ədəd – 6 manat, banka açan – 2 ədəd – 15 manat, yolka – 1 ədəd – 25 manat, peçenya qabı – 1 ədəd – 15 manat, dibçək qabı – 1 ədəd – 4 manat, soba üçün şüşəli qab – 1 ədəd – 27 manat, külqabı – 1 ədəd – 5 manat, pol taxtası – 1 ədəd – 6 manat, vedrə - 1 ədəd – 4 manat, taxta qaşıqlar – 2 ədəd – 16 manat, üçlü dəmir saxlama qabı – 5 ədəd – 19 manat, şifonyer - 1 ədəd -400 manat, güzgülü termo - 1 ədəd -250 manat, qapılı televizor altlığı - 1 ədəd – 120 manat, tumbalar - 2 ədəd -100 manat, servant böyük - 1 ədəd - 500 manat, servant balaca - 1 ədəd – 200 manat, epilyator – 45 manat, ütü masası – 45 manat, toz soran - 250 manat, lüstur – 78 manat, saç ütüsü - 55 manat, rəndə qabı – 8 manat, limon sıxan - 6 manat, yumurta şotkası – 2 manat, balaca tort boşqabı – 6 ədəd – 18 manat, sarımsaq əzən – 1 ədəd – 2 manat, çəngəl, qaşıq (işlənmiş) 7 ədəd – 7 manat, əl çaşkası – 6 ədəd – 6 manat, tək kofe çaşkası – 2 ədəd – 3 manat, tək kofe nəlbəkisi – 13 ədəd, sok stəkanı - 9 ədəd – 20 manat, balaca sok stəkanı - 6 ədəd -12 manat, tək çay çaşkası - 2 ədəd – 7 manat, şüşə fincan - 5 ədəd – 10 manat, plastmas qaşıq qoyan – 3 manat, plastmas qablar - 18 ədəd – 25 manat, hündür göy güldan - 1 ədəd (içində 5 ədəd uzun gül) – 40 manat, balaca güldan - 3 ədəd – 18 manat, süfrələr – 2 dəst – 40 manat, böyük dəm çayniki - 1 ədəd -10 manat, masqura şüşə - hərəsində 6 ədəd olmaqla qutu – 15 manat, tək şüşə qapaq - 2 ədəd – 2 manat, ürək suvenir 1 ədəd – 8 manat, qış əlcəyi – 1 ədəd – 4 manat, qozçəkən - 1 ədəd -12 manat, ləpəqabı - 3 ədəd – 12 manat, plastmas qaşıq – 3 ədəd – 5 manat, 1 ədəd canamaz – 26 manat, şuba – 1 ədəd – 3500 manat, uzun plaş – 1 ədəd – 480 manat, mobil telefon – 1 ədəd – 299 manat, quran kitabı – 1 ədəd, şəkil albomu – 1 ədəd – 25 manat, şəkil ramkası – 4 ədəd – 50 manat, möhür – 1 ədəd – 5 manat, işıqlı gül reklamı- 2 ədəd – 10 manat, gəlinlik güzgü - 1 ədəd - 20 manat, gəlinlik lampa -1 ədəd – 20 manat, günkeçirtməz -10 manat, smaylik mətbəx dəsti – 1 ədəd – 1 manat, hamam ayaqaltısı – 1 ədəd – 10 manat, termos – 2 ədəd – 30 manat olan əşyalar İddiaçı1 məxsus ünvan 2 ünvanından çıxarılmalı və Cavabdeh verilməli, Mercedes Benz E350 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı və Kia Cerato markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı2 və Cavabdeh hər birinin bərabər payları müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, hər iki iddia tələbləri təmin edildiyindən, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 iddia tələbi təmin, Cavabdeh iddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus - duş hamam naboru - 1 dəst - 8 manat, duz qabı - 10 ədəd - 20 manat, yataq dəsti -1 dəst- 70 manat, taxt yataq - 1 ədəd 250 manat, pokrıval+pərdə dəsti - 1 ədəd – 150 manat, pokrıval - 2 ədəd+təzə bağlı 1 ədəd – 200 manat, sous qabı - 7 ədəd -10 manat, şüşə balıq qabı böyük-17 manat, yarpaq şüşə qab – 2 ədəd -6 manat, mətbəx üçün yemək servisi - 165 manat, nəlbəkili çay dəsti – 6 ədəd (Madonna)- 15 manat, ağ nəlbəkili çay dəsti – 6 ədəd -10 manat, uzun şüşə lodka – 2 ədəd – 15 manat, balaca şüşə lodka – 2 ədəd – 7 manat, ağ qaşlı lodka - 3 ədəd -25 manat, böyük lodka meyvəqabı - 2 ədəd – 25 manat, dairəvi böyük tortqabı ayaqlı - 1 ədəd -15 manat, nəlbəkili armudu çay stəkanı 6 ədəd - 43 manat, tək-tək armudu nəlbəki – 5 ədəd – 5 manat, limon qaşığı - 3 manat, 1 dəst qaşlı fincan mətbəx dəsti - 18 manat, qab ayaqaltıları - 5 cüt - 7 manat, diplomat çanta (çəngəl, qaşıq, bıçaq) – 1 ədəd – 70 manat, qaşıq-vilkalar+balta+çömçə+bankabağlayan – 50 manat, Versace yemək dəsti – 1 dəst (23 predmet) – 200 manat, meyvəqabı dəsti - 3 dəst -30 manat, tək-tək meyvə qabı- 2 ədəd böyük -15 manat, ikimərtəbəli meyvə qabı - 1 ədəd -20 manat, buzqabı - 1 ədəd (balaca) – 2 manat, yumru balaca meyvə qabı - 2 ədəd -12 manat, rəngli sok stəkanı - 6 ədəd -6 manat, tac formalı meyvəqabı - 1 ədəd -25 manat, çaynik -10 manat, göy lodka meyvəqabı - 1 ədəd – 10 manat, qaşlı meyvəqabı - 1 ədəd – 30 manat, dondurma qabı qaşıqlı 6 ədəd - 27 manat, plastmas qab - 3 ədəd+ 2 ədəd – 10 manat, razetka 12 ədəd sadə -19 manat, aşsüzən - 9 manat, suvenirli oyuncaqlar - 6 ədəd – 20 manat, saxsı ağ meyvə qabı - 2 ədəd – 25 manat, 124 predmet servis - 550 manat, yemək servisi 48 predmet – 180 manat, göy-qızılı böyük servis dəsti - 76 predmet – 250 manat, böyük xalça - 180 manat, xalça, palaz, doroşka - 8 ədəd – 300 manat, pərdə 2 ədəd - 48 manat, döşək - 1 ədəd balaca+ 2 böyük taxt – 80 manat, ayı oyuncaq – 2 ədəd -15 manat, döşəkcə 2 ədəd - 10 manat, təzə prostina - 4 ədəd – 25 manat, işlənmiş prostina - 2 ədəd – 10 manat, batinka - 2 cüt -50 manat, tuflilər - 3 cüt (kabluklu) – 60 manat, yay ayaqqabıları - 4 cüt – 70 manat, adi tuflilər - 3 cüt – 40 manat, tapıçkalar - 4 cüt – 10 manat, vetnamka-3 cüt – 28 manat, hamam tapıçkası - 2 cüt – 10 manat, göy gülabqabı - 2 ədəd – 20 manat, araq rumkası - 13 ədəd - 29 manat, tərəvəz doğrayan - 3 ədəd -25 manat, plastik qapaqlı qab – 3 manat, lodka – 4 ədəd - 30 manat, qrafin büllur 6 stəkan – 1 dəst - 60 manat, sarı qrafınli + 6 çaxır rumkası - 1 dəst – 15 manat, fincan-19 ədəd - 39 manat, qadın bəzək aksessuarları - 1 sumka - 50 manat, qızılı sok bakalı - 12 ədəd 30 manat, ayaqlı araq rumkası - 5 ədəd – 7 manat, qaşlı çaxırqabı - 1 ədəd -20 manat, kofe fincanları 4 qutu - 120 manat, cib dəsmalları - 3 paçka – 15 manat, soba qabı -10 manat, üçmərtəbəli qab - 18 manat, 2 büllur vedrə konfet qabı - 30 manat, salfetka qabı - 6 manat, dərin nimçə - 3 manat, soyuducu üçün qab - 2 manat, soyuducu süfrəsi – 3 manat, saxsı su qabı – 5 manat, taxta qaşıqlar - 47 manat, göy balaca vaza - 1 ədəd – 5 manat, göy şəkilli balaca qab - 1 ədəd – 3 manat, gül vazaları - 4 ədəd – 30 manat, mikser- 38 manat, suvenir kapuçino çaşkası - 9 manat, duş üçün hamam moçalkası – 1 ədəd – 3 manat, duş üçün hamam kisəsi – 1 ədəd – 2 manat, ev geyimi paltarları, köynək və aksessuarları, 2 pencək- 70 manat, 5 qollu don-250 manat, 8 qısaqol don - 245 manat, pünyar 9 ədəd - 182 manat, eynək 1 ədəd - 17 manat, toxunma saç obodoku 2 ədəd - 10 manat, şortik çəhrayı -1 ədəd -13 manat, 3 ədəd şalvar - 85 manat, idman dəsti 1 ədəd - 50 manat, duxovka - 1 ədəd 90 manat, televizor Samsung - 1 ədəd - 250 manat, 3 ədəd ev donu - 30 manat, jaket – 1 ədəd - 56 manat, palto uzun 1 ədəd -210 manat, palto qısa 1 ədəd – 100 manat, priqalka 1 ədəd-8 manat, şal və yaylıq, baş örtüyü, şərf - 16 ədəd - 135 manat, iynə qabı, saplar – 11 manat, qayçı, rezin - 10 manat, qazantutan - 4 manat, happy-home qazan dəsti - 1 ədəd - 80 manat, hobbu qazan dəsti - 1 qutu – 100 manat, qazanlar - 4 ədəd+3 ədəd (balaca) – 100 manat, əlcək - 3 manat, sokçəkən - 1 ədəd – 80 manat, nəlbəki şüşə 10 ədəd - 12 manat, çay nəlbəkisi - hərəsində 6 ədəd olmaqla 3 qutu 15 manat, işlənmiş nimçə 3 ədəd - 6 manat, dərin nimçə işlənmiş 1 ədəd - 2 manat, kofta qalın 7 ədəd - 149 manat, asılqan 7 ədəd - 8 manat, makiyaj dəsti – 15 manat, corab 3 ədəd – 6 manat, kalqotka 2 ədəd - 10 manat, papış 2 ədəd - 6 manat, mayka 1 ədəd- 5 manat, krem 3 ədəd - 33 manat, yay koftası 11 ədəd - 120 manat, karandaş və tuş qabı 2 ədəd - 7 manat, saç broşkası 3 ədəd -12 manat, pərdə sancağı 120 ədəd - 6 manat, xurcun – 1 ədəd – 12 manat, 2 ədəd təmiz göz muncuğu - 4 manat, krem qabı 1 ədəd böyük- 3 manat, şəxsi sənədlər 1 qutu, pijama 3 ədəd - 35 manat, paltar şotkası 1 ədəd-5 manat, güzgü 1 ədəd - 5 manat, daraq 1 ədəd - 5 manat, qalın xalat 1 ədəd - 45 manat, ətir 2 ədəd- 88 manat, paltar çantası 2 ədəd - 32 manat, əl çantası 1 ədəd - 18 manat, pul qabı 1 ədəd-17 manat, yaxa broşkası 5 ədəd - 88 manat, futbolka 3 ədəd-15 manat, qolbaq – 5 ədəd – 20 manat, qol saatı 2 ədəd - 66 manat, kəmər 1 ədəd – 5 manat, ev şalvarı – 2 ədəd – 50 manat, dırnaq dəsti, laklar 6 ədəd - 30 manat, işlənmiş pesok qabı 1 ədəd – 5 manat, podnoslar-7 ədəd – 40 manat, yağ qabı 1 ədəd - 4 manat, 4 ədəd maskura - 8 manat, 6 ədəd böyük kasa - 18 manat, çay qaşığı 4 ədəd - 8 manat, şüşə salat qabı - 1 ədəd, armudu stəkan - 7 ədəd, 4 ədəd bulud - 25 manat, tərəvəz üçün taxta - 5 manat, nəlbəki büllur 6 ədəd – 18 manat, dəm çayniki - 3 ədəd – 15 manat, göy qəndqabı - 2 ədəd – 7 manat, qəndqabı balaca - 2 ədəd – 5 manat, şüşə çaynik 1 ədəd – 10 manat, arsiha 6x6 qaşıq dəsti – 1 qutu – 110 manat, paltar vannası – 1 ədəd – 14 manat, kartof soyan 2 ədəd – 4 manat, çömçə dəsti – 19 manat, kəfkir – 2 ədəd – 11 manat, divan üstü – 1 ədəd – 47 manat, adyal – 3 ədəd – 190 manat, adyal (ağ-qaralı) – 1 ədəd – 50 manat, can dəsmalı – 1 ədəd – 15 manat, çay dəsmalı 5 ədəd - 20 manat, əl-üz dəsmalı 4 ədəd – 20 manat, əl dəsmalı – 6 ədəd – 42 manat, balış üzü – 5 ədəd – 45 manat, işlənmiş çexol – 3 ədəd – 50 manat, yumurta çalan – 1 ədəd – 3 manat, kartof kəsən – 1 ədəd – 3 manat, iri qaşıq – 1 ədəd – 4 manat, iri çömçə - 1 ədəd – 10 manat, şamdan balıq - 1 ədəd – 7 manat, şamdan balaca - 2 ədəd – 10 manat, yastıqlar - 18 ədəd – 150 manat, öz korobkasında süfrə stəkanı - 2 qutu - 25 manat, bıçaqlar (dəst taxta naborda) 1 ədəd – 26 manat, bıçaqlar 6 ədəd – 20 manat, balaca tava – 1 ədəd – 11 manat, siyirmə üçün qaşıq qabı – 1 ədəd – 6 manat, süd qazanı – 1 ədəd – 9 manat, süzgəc – 1 ədəd – 3 manat, oxlov – 3 ədəd – 17 manat, qrafin – 2 ədəd – 13 manat, süpürgə - 1 ədəd – 7 manat, xəkəndaz – 1 ədəd – 8 manat, kisə yun - 1 ədəd 40 manat, böyük dörd ayaq – 90 manat, çörək qabı – 5 manat, qapaqlı xəmir ləyəni – 9 manat, ləyən alüminium - 1 ədəd 30 manat, konfet qabı (şüşə) 1 ədəd – 18 manat, yorğan - 5 ədəd – 200 manat, yorğan yay - 2 böyük+2 balaca -150 manat, balaca ayaqlı konfetqabı - 2 ədəd – 10 manat, konfetqabı - 2 ədəd (böyük) -20 manat, mürəbbə qabı – 1 ədəd – 14 manat, qıf – 3 ədəd – 6 manat, banka açan – 2 ədəd – 15 manat, yolka – 1 ədəd – 25 manat, peçenya qabı – 1 ədəd – 15 manat, dibçək qabı – 1 ədəd – 4 manat, soba üçün şüşəli qab – 1 ədəd – 27 manat, külqabı – 1 ədəd – 5 manat, pol taxtası – 1 ədəd – 6 manat, vedrə - 1 ədəd – 4 manat, taxta qaşıqlar – 2 ədəd – 16 manat, üçlü dəmir saxlama qabı – 5 ədəd – 19 manat, şifonyer - 1 ədəd -400 manat, güzgülü termo - 1 ədəd -250 manat, qapılı televizor altlığı - 1 ədəd – 120 manat, tumbalar - 2 ədəd -100 manat, servant böyük - 1 ədəd - 500 manat, servant balaca - 1 ədəd – 200 manat, epilyator – 45 manat, ütü masası – 45 manat, toz soran - 250 manat, lüstur – 78 manat, saç ütüsü - 55 manat, rəndə qabı – 8 manat, limon sıxan - 6 manat, yumurta şotkası – 2 manat, balaca tort boşqabı – 6 ədəd – 18 manat, sarımsaq əzən – 1 ədəd – 2 manat, çəngəl, qaşıq (işlənmiş) 7 ədəd – 7 manat, əl çaşkası – 6 ədəd – 6 manat, tək kofe çaşkası – 2 ədəd – 3 manat, tək kofe nəlbəkisi – 13 ədəd, sok stəkanı - 9 ədəd – 20 manat, balaca sok stəkanı - 6 ədəd -12 manat, tək çay çaşkası - 2 ədəd – 7 manat, şüşə fincan - 5 ədəd – 10 manat, plastmas qaşıq qoyan – 3 manat, plastmas qablar - 18 ədəd – 25 manat, hündür göy güldan - 1 ədəd (içində 5 ədəd uzun gül) – 40 manat, balaca güldan - 3 ədəd – 18 manat, süfrələr – 2 dəst – 40 manat, böyük dəm çayniki - 1 ədəd -10 manat, masqura şüşə - hərəsində 6 ədəd olmaqla qutu – 15 manat, tək şüşə qapaq - 2 ədəd – 2 manat, ürək suvenir 1 ədəd – 8 manat, qış əlcəyi – 1 ədəd – 4 manat, qozçəkən - 1 ədəd -12 manat, ləpəqabı - 3 ədəd – 12 manat, plastmas qaşıq – 3 ədəd – 5 manat, 1 ədəd canamaz – 26 manat, şuba – 1 ədəd – 3500 manat, uzun plaş – 1 ədəd – 480 manat, mobil telefon – 1 ədəd – 299 manat, quran kitabı – 1 ədəd, şəkil albomu – 1 ədəd – 25 manat, şəkil ramkası – 4 ədəd – 50 manat, möhür – 1 ədəd – 5 manat, işıqlı gül reklamı- 2 ədəd – 10 manat, gəlinlik güzgü - 1 ədəd - 20 manat, gəlinlik lampa -1 ədəd – 20 manat, günkeçirtməz -10 manat, smaylik mətbəx dəsti – 1 ədəd – 1 manat, hamam ayaqaltısı – 1 ədəd – 10 manat, termos – 2 ədəd – 30 manat olan əşyalar İddiaçı1 məxsus ünvan 2 ünvanından çıxarılsın və həmin əşyalar (onlar olmadıqda dəyəri) Cavabdeh verilsin. İddiaçı2 və Cavabdeh Mercedes Benz E350 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı və Kia Cerato markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə bərabər olmaqla ½ hissədə payları müəyyən edilsin. Cavabdeh iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-858/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-858/2021
16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver