Məhkəmə qərarları › İş №2(036)-3021/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3021/2023

04.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3021/2023 04.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X2, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı azyaşlının təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İmişli Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı nəvəsi X1 açıq tipli xüsusi təlimtərbiyə müəssisəsinə yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında” Nizamnəmənin 1.4-cü maddəsinə əsasən açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi profilaktik müəssisə funksiyalarını yerinə yetirir. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakı şəxslər qəbul edilirlər: on dörd yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə xüsusi pedaqoji yanaşma tələb olunan səkkiz yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar; böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar; valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar; müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan şəxslər. Açıq tipli müəssisədə xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan şagirdlərin şəxsiyyətlərinin inkişafını təmin edən sistem yaradılır. Açıq tipli müəssisə şagirdin reabilitasiyası üçün şərait yaratmadıqda, habelə onun xidməti səmərə vermədikdə, valideynlər, (qanuni nümayəndələr) bu müəssisənin xidmətlərindən imtina etmək hüququna malikdirlər. Həmin Nizamnamənin 3.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar məhkəmənin qərarı əsasında qapalı tipli müəssisədə yerləşdirilirlər. Qapalı tipli müəssisədə 11 yaşından 18 yaşınadək şəxslər yerləşdirilə bilərlər. Açıq tipli müəssisəyə 8 yaşından 18 yaşına qədər şəxslər qəbul edilirlər. Onların qəbulu yaşadıqları yerin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın qərarı, valideynlərin (qanuni nümayəndələrin) ərizəsi və 14 yaşından yuxarı olan yeniyetmənin razılığı əsasında aparılır. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar Haqqında” xx.xx.2002-ci il tarixli Əsasnamənin 9-cu maddəsinin 6-cı bəndinə əsasən Komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, yaşını, həyat şəraitini, qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə, məktəbdə və ya işdə davranışını nəzərə almaqla, yetkinlik yaşına çatmayanlar barəsində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək intizam təsir tədbiri tətbiq edir. Bundan əlavə, həmin Əsasnamənin 9-cu maddəsinin 7-cı bəndinə əsasən Komissiyalar çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək intizam təsir tədbiri tətbiq edir. Həmin Əsasnamənin 18-ci maddəsinin 1-cı bəndinə əsasən Komissiya işə və ya materiala dair bu Əsasnamənin 9-cu, 10-cu və 13-cü maddələrində nəzərdə tutulmuş təsir tədbirlərini tətbiq etmək haqqında qərarlardan birini qəbul edir. Əsasnamənin 18-ci maddəsinə əsasən surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan barəsində qərar qəbul edilmiş şəxs, onun qanuni nümayəndələri, vəkil, zərər çəkmiş şəxs komissiyanın olduğu yerin məhkəməsinə şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Ona görə də, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı azyaşlının təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar