Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2404/2025 17.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisindən istifadə qaydalarına pozulması haqqında aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və həmin aktlara əsasən ona yazılmış 282.77 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 378253 nömrəli akt Kürdəmir rayon Beyi kənd sakini X1 adına tərtib olunmuş, X2 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında iddiaçı izahatında göstərdi ki, atası X2 xx.xx.2012-ci il tarixdə ölmüş, "xxxx" ASC-nin əməkdaşları isə xx.xx.2025-ci il tarixdə, yəni 13 il əvvəl ölmüş şəxs barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Hazırda həmin evdə heç kəs yaşamır, ölən şəxsdən qalan miras əmlak üzərində vərəsəlik təyin edilməmişdir. Özü ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayonu, Beyi kəndində yaşamış X2 xx.xx.2012-ci il tarixdə ölsə də, onun adına olan **********00153 nömrəli abonent kodu dəyişdirilməmiş, həmin evə elektrik enerjisinin verilməsi ilə əlaqədar "xxxx" ASC-nin müvafiq qurumları ilə müqavilə bağlanmamışdır. Bundan əlavə yazılmış cərimə oğlu olsa da, iddiaçıdan tələb edilməmişdir. Başqa sözlə, ölən şəxsin evinə elektrik enerjisi ilə bağlı İddiaçı ilə "xxxx" ASC arasında heç bir formada mübahisəli hüquq münasibətləri yaranmamış və mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. İddiaçının ölən şəxsin vərəsəsi olmasını təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsi buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən, İddiaçı həmin tələblə iddia ərizəsini imzalanmaq səlahiyyəti də olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisindən istifadə qaydalarına pozulması haqqında aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2404/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2404/2025
17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver