Məhkəmə qərarları › İş №2(043)-3123/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3123/2020

04.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3123/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı Cavabdeh qarşı “mənzilin çıxarışının ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və qeyriləri ilə bağlanmış xx xxxxx 2016-cı il tarixli müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 38 nömrəli binada yerləşən 6 saylı mənzil üzərində cavabdehin mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və həmin mənzilə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. İddia tələbindən və iddia ərizəsinə əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli 3M-80 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş müqavilənin surətindən görünür ki, Bank of Baku ASC, İddiaçı, X2 və X1 Bank of Baku ASC qarşısında olan kredit müqavilələri üzrə öhdəliklərinin İddiaçı ötürülməsi, bunun müqabilində isə digər əmlaklarla yanaşı cavabdehin mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 38 nömrəli binada yerləşən 6 saylı mənzilə mülkiyyət hüququnun iddiaçıya verilməsi barədə müqavilə bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı tələbinin əsası kimi cavabdehlə və qeyri şəxslərlə bağlanmış müqaviləyə əsasən kredit borcu öhdəliyinin iddiaçıya ötürülməsi müqabilində cavabdehin mənzilə mülkiyyət hüququnu ona vermək öhdəliyi götürdüyünə istinad etmişdir. Bu halda müqavilə bağlandığı andan öhdəlik iddiaçıya ötürülmüş, mülkiyyət hüququ da cavabdehə verilmiş hesab edilir. Öhdəliyin ötürülməsi və mülkiyyət hüququnun keçməsi müqavilə ilə artıq təsbit edilmişdir. İddiaçı mülkiyyət hüququnun tanınması tələbini irəli sürməklə, dolayı yolla mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı məhkəmə tərəfindən həyata keçirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsində daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasalardan biri kimi göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməli, iddiaçıya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar a a l d ı m: İddiaçı Cavabdeh qarşı “mənzilin çıxarışının ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsində göstərdiyi məsələnin həlli ilə bağlı ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar