Məhkəmə qərarları › İş №2(051)-1910/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1910/2021

17.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1910/2021 17.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddaçı: İddiaçı və vəkili X9 Cavabdeh: Cavabdeh oğlunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, 23.04.2007-ci il tarixdə doğulmuş Humay və 08.10.2008-ci il tarixdə doğulmuş Ruhin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, uşaqların anası Ziyafət Süleymanova 27.04.2014-cü il tarixdə vəfat etmişdir. Ondan sonra uşaqların nənəsi, X5 nəvələri üzərində qəyyum təyin olunmuşdur. Ancaq X1 yaranmış problemlərlə əlaqədar Mingəçevir şəhər icra hakimiyyətinin başçısının 17 iyul 2021-ci il tarixli 89 saylı sərəncamı ilə X3 23.04.2007-ci il tarixdə doğulmuş Humay üzərində himayəçi, 08.10.2008-cu il tarixdə doğulmuş Ruhin üzərində qəyyum təyin olunması ilə bağlı 31 iyul 2014-cü il tarixli 122 saylı Sərəncamı qüvvədən düşmüşdür. Ona görə də o, 23.04.2007-ci il tarixdə doğulmuş Humay üzərində himayəçi, 08.10.2008-cu il tarixdə doğulmuş Ruhin üzərində isə qəyyum təyin olunmuşdur. Cavabdeh uşaqlara mütəmadi köməklik göstərmir. Cuzi məbləğlə isə uşaqlara baxmaq mümkün deyildir. O, 09 avqust 2021-ci il tarixindən etibarən cavabdehə alimentin ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh aliment ödəməkdən yayınmaq üçün mediasiyanın tətbiqi barədə təkliflə razılaşmamış, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili X13 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Cavabdeh vəkili Vəkil məhkəmə iclası zamanı izahatında göstərdi ki, cavabdeh hərbiçidir və onun hər uşaq üçün hər ay 200 manat ödəmək imkanı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 17 iyul 2021-ci il tarixli 89 saylı sərəncamından görünür ki, İddiaçı 23.04.2007-ci il təvəllüdlü X14 üzərində himayəçi, 08.10.2008-ci il təvəllüdlü X17 üzərində qəyyum təyin edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahından 08.10.2008-cu il tarixdə Ruhin, 23.04.2007-ci il tarixdə Humay adlı uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27.04.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X18 25.12.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Ərşad oğlu ilə X15 01.08.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. İşdə olan doğum haqqında şəhadətnamlərin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X10 birgə nikahından 16.11.2005-ci il tarixdə Yeganə, 03.09.2010-cu il tarixdə Ərşad adlı uşaqları doğulmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar iddiaçının himayəsində yaşayırlar, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər iki valideyləri tərəfindən uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edilən uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki azyaşlı uşağın mənafeyini, iddiaçının onların üzərində qəyyum və himayəçi təyin edilməsini, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediator və kargüzarlıq xidməti üçün ödədiyi 60 manat mələğində mediyasiya xərcini tələb etməkdə haqlıdır. Belə ki, ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir. Belə olan halda iddiaçı mediyasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediator, 10 manat isə kargüzarlıq xidməti üçün cəmi 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən cavabdeh mediasiya ilə bağlı iddiaçı tərəfin çəkdiyi bütün mediasiya xərclərini iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına çəkilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28.09.2021-ci il tarixdən başlayaraq, 08.10.2008-ci il tarixdə doğulmuş Ruhin və 23.04.2007-ci il tarixdə doğulmuş Humay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilsin. İlkin mediasiyaya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərci cavabdehə aid edilsin. Cavabdeh 60 (altmış) manat məbləğində pul alınıb İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar