Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2468/2025 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, Cavabdeh icra məmuru Orxan Babayevin iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı icra ödənişinin müəyyən edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdehnə olan 444.90 manat icra ödənişi barədə mübahisənin həll edilməsinə qədər icra ödənişinin icrasının dayandırılması barədə təminat tədbirinin görülməsi və icra işinin icraatına xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin icra vərəqəsinə əsasən ödənilmiş 3470,33 manat məbləğin icra haqqında Azərbaycan Respublikası Qanununun 78-ci maddəsi ilə müəyyən edilmiş 7 faizi həcmində, yəni 242,92 manat məbləğində icra ödənişinin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh icra məmuru Orxan Babayev məhkəmə iclası zamanıxx.xx.2024-cü il tarixli X4 Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 1697,32 USD kompensasiya ayrılmış və həmin məbləğ xx.xx.2019-cu ildə kredit müqaviləsi üzrə borcun silinməsinə dair arayışın ona təqdim edilmədiyini bildirmişdir. Halbuki, sözügedən arayış ona təqdim edilsəydi o, icra ödənişini 7 faizdən hesablaya bilərdi. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşə əlavə edilmiş Azərbaycan İES MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, borclu X5 tərəfindən 3721,04 ABŞ dolları və 30 manat kredit borcu tam olaraq ödənilmiş, X3 əmək haqqından cəmi 444,90 manat icra ödənişi borcu hər ay 50 faizdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir şəhər İcra və Probasya Şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli BOA kollektor təşkilatından Mingəçevir rayon icra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, X3 Unibank KB ASC-ə olan borcu tam olaraq ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 1697,32 USD kompensasiya ayrılmış və həmin məbləğ xx.xx.2019-cu ildə kredit müqaviləsi üzrə borca silinmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4007/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cəmi 3721,04 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun alınaraq Unibank KB ASC-ə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş İcraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4007/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşə əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli 7 faiz həcmində icra ödənişinin alınması haqqında qərardan görünür ki, X1 444,90 manat məbləğində icra ödənişinin alınası qərara alınmışdır. İcra haqqında Qanunun 6.1-ci maddəsinə əsasən aşağıdakılar icra sənədləri sayılır: 6.1.2-1. icra məmurlarının icra ödənişinin alınması barədə qərarları. 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. 78.2-1. İcra ödənişinin alınması barədə qərar onun qəbul edilməsinə səbəb olmuş icra sənədi üzrə icraat çərçivəsində icra olunur. Bu icraat çərçivəsində icra ödənişinin alınması barədə qərarın tam icrası mümkün olmadıqda, icra ödənişinin alınması barədə qərarın icrası müstəqil icraat çərçivəsində davam etdirilir. İcra ödənişinin alınması barədə qərarın müstəqil icraat çərçivəsində icrası zamanı həmin qərarın icrası ilə bağlı icra ödənişi tutulmur. 85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarına əsasən “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır: “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə işə məhkəmə icraatı qaydasında baxılması qanunvericiliyin tələblərinə ziddir. Çünki icra icraatının gedişində icra məmurunun xx.xx.2024-cü il tarixli 7 faiz həcmində icra ödənişinin alınması haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı həmin qərarı mübahisələndirmədən birbaşa məhkəməyə müraciət etmişdir. Odur ki, iddia ərizəsinə ayrıca iddia icraatı qaydasında baxılmasının yolverilməzliyi barədə qanuni nəticəyə gəlinərək iş üzrə icraata xitam verilməlidir. AR MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı icra ödənişinin müəyyən edilməsi tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. İddiaçı icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2468/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2468/2025
24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver