Məhkəmə qərarları › İş №2(060)-2208/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2208/2025

14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2208/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 Xidmətinin Abşeron, Xızı rayon şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X1 Xidmətinin Abşeron, Xızı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt, Abşeron, Xızı X1 Xidmətinin 22 yanvar 2*25-ci il tarixli, *4927*3 saylı qərarlarının və 22 yanvar 2*25-ci il tarixli 18*9542 saylı qərarının ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı cavabdeh qismində X1 Xidmətinin Abşeron, Xızı rayon şöbəsini qoymaqla həmin orqana qarşı tərtib edilmiş qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanların inzibati xətalara dair işləri üzrə fəaliyyəti əsasında qəbul edilmiş qərarlardan şikayət verilməsi qaydası müvafiq olaraq İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Həmin orqanların qeyd edilən fəaliyyəti əsasında qəbul etdikləri qərarlardan şikayətlərə isə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 3*, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 Xidmətinin Abşeron, Xızı rayon şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması yenidən aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar