Məhkəmə qərarları › İş №2(060)-5486/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5486/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5486/2020 18.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə «mülkiyyət hüququ üzrə faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydad baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə «mülkiyyət hüququ üzrə faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1987-ci ildən sahibliyində olan 66 saylı qarajın istifadə olunması faktının müəyyən edilməsi və ona sərəncam vermək hüquqlarının DƏDRX-nin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəni qəbul etmək imtina olunmalıdır. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, ….. habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəyə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı andan əmələ gəlir. İddiaçı müvafiq səlahiyyətli subyektə müraciət etməklə bu hüququnu həyata keçirə bilər. Səlahiyyətli orqan iddiaçının müraciətindən imtina etdiyi halda ərizəçi həmin orqanın hərəkətini mübahisələndirməklə inzibati qaydada və ya məhkəməyə müraciət edə bilər. Bundan başqa, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. İddia ərizəsinin məzmunundan görünür ki, mübahisələndirilən daşınmaz əmlak üzrə iddiaçının mülkiyyət hüququ qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə «mülkiyyət hüququ üzrə faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina olunsun, qərardad ərizəyə əlavə edilmiş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar