Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6150/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin və ödənilməmiş cəmi 836 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.1.1-ci bəndində tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər aylıq 193 manat aliment məbləğinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi razılaşdırılmışdır. Yəni, tərəflər arasında qüvvədə olan alimentin ödənilməsi barədə mediasiya sazişi mövcuddur. Belə olan halda iddiaçı həmin sazişlə müəyyən edilmiş aliment məbləği ilə razılaşarsa, cavabdeh həmin sazişi icra etmədiyi halda sazişin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. İddiaçı həmin sazişdəki aliment məbləği ilə razılaşmadığı təqdirdə sazişlə müəyyən edilmiş alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddiaçı isə bunlardan heç birini etməyərək, birbaşa aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6150/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6150/2023
19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver