Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1260/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhmədov Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Cavabdeh Istehsalat Birliyinə qarşı “fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Balaxanı bələdiyyəsi tərəfindən verilmiş yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Balaxanı qəsəbəsi, Səməd Mansur küçəsində yerləşən 600 m2 torpaq sahəsində, 220 m2 tikinti sahəsində yerləşən fərdi-yaşayış evində, 33 nömrə ilə qeydiyyata alınmışdır.
2. ünvan 1 ünvanında yaşayan İddiaçı ##.##.2025-ci il tarixədək 30.3 manat, ##.##.2025-ci il tarixədək isə 30.3 manat vergi ödəməsi müddəti müəyyənləşdirilmişdir.
3. Bakı şəhəri Sabunçu rayonu Icra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi Inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin verdiyi, **** nömrəli, ##.##.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı qonşuların aktına əsasən Balaxanı qəsəbəsi, Səməd Mansur küçəsi ünvanında 2015-ci ildən qeydiyyatsız yaşayır. Ailə tərkibi həyat yoldaşı – X2, qızı – X1 və oğlu X3 ibarətdir.
4. İddiaçı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mansur küçəsində yerləşən evinə “xxxx” ASC tərəfindən ##.##.2010-cu ildə ********M****** nömrəli sayğac quraşdırılmışdır.
5. İddiaçı məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mansur küçəsində yerləşən evinə ##.##.2015-ci il tarixli, ******** nömrəli müqavilə əsasında “xxxx” ASC tərəfindən ##.##.2015-ci il tarixdə ***** nömrəli sayğac quraşdırılmışdır.
6. ##.##.2025-ci il tarixli, **-*-*/*-İ-****-*/**** nömrəli müraciətə baxılmanın nəticəsi haqqında məlumatdan görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun ##.##.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə İddiaçı ünvan 1ndə yerləşən fərdi evinə qaz xəttinin quraşdırılmasından imtina edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyinin imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mansur küçəsində yerləşən 220 kv.metr torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Balaxanı qəsəbəsi ümumi sahəsi 220 kv.m ibarət faktiki istifadəsində olan torpaq sahəsində fərdi ev inşa etmişdir. Həmin torpaq sahəsinə Balaxanı qəsəbə bələdiyyəsi tərəfindən ##.##.2025-ci il tarixdə şəhadətnamə verilmişdir. Məlumat üçün bildirir ki, həmin torpaq sahəsində inşa etdiyi mənzilin işıq və su sayğacları quraşdırılmışdır və hər ay Balaxanı bələdiyyəsinə torpaq barəsində vergi ödəyir. Bundan sonra o, yenidən fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə ##.##.2025-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilatın 14-2-2/1-1-9258- */**** saylı məktublarında imtina haqqında məlumat verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mansur küçəsində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Iddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında Çıxarışdan da görünür ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Mülkiyyət hüququ isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. Fərdi yaşayış evi şəhərsalma qaydalarına uyğun inşa edilmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bildirir ki, həmin fərdi yaşayış evini 2022-ci ilin noyabr ayında inşa edib tam şəkildə birgə yaşayış qaydalarına uyğun olaraq ailəsinin istifadəsinə vermişdir. Bundan başqa cavabdehin imtinasından biri də "Azəriqaz” Istehsalat Birliyinin Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki o, həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evə çəkilmiş su xəttidir. Hesab edir ki, Cavabdeh Istehsalat Birliyinin imtinası qanunsuz və əsassızdır.
9. Xətai Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim – Ş.Əliyev) iddia tələbi qismən təmin olunaraq iddiaçı İddiaçı məxsus ünvan 1ndə yerləşən 220 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdeh Cavabdeh IB-nə həvalə olunması və Cavabdeh Istehsalat Birliyindən 100 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2010-cu ildən fasiləsiz və mübahisəsiz olaraq yaşamaqdadır. Iddiaçı qazlaşdırma üçün cavabdeh tərəfə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasını iddiaçının həmin torpağa, fərdi yaşayış evinə mülkiyyət və ya digər əşya hüququnun rəsmi qaydada təsdiq edilməməsi, tanınmaması təşkil edir ki, bunu tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.10-1-ci maddəsi 2023-cü il oktyabr ayının 1-dən qanuna əlavə edilmişdir. Iddiaçının kommunal xidmətlərin digər növlərindən yararlandığı, o cümlədən hazırkı fərdi yaşayış evinin də qanunun qəbulundan daha öncədən tikib orda yaşadığı halda, müraciətin qanunun qəbulundan sonra olmasına baxmayaraq cavabdeh tərəfindən kommunal xidmətdən istifadəsinin təmin edilməməsi iddiaçının Azərbaycan Respublikasının vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi (AR Konstitusiyasının 12-ci maddəsi), mülkiyyətə gözlənti hüququ, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə hörmət hüququnun məhdudlaşdırılmasına, eyni zamanda müəyyən mənada ayrı-seçkiliyə, hüquqdan sui-istifadə hallarının yaranmasına gətirib çıxaracağından iddia tələbi əsaslıdır və təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 149, Mülki Məcəlləsinin 157.8-ci maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4, 13-cü maddələrinə, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mansur küçəsində inşa etdiyi fərdi yaşayış evini 2015-ci il tarixində inşa etmiş olmasını bildirsə də, qeyd etdiyi faktı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəyə dair yekun məhkəmə aktı qəbul edilərkən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 10-1-ci bəndinin tələbi kobud şəkildə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə iddiaçı tərəfindən zəruri texniki prosedurlara riayət edilməsinin vacibliyini və sahəvi qanunvericiliyin tələblərini nəzərə almamış, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Iddiaçı tərəf qazlaşdırılmasını tələb etdiyi özünə məxsus qanunsuz tikilinin (fərdi yaşayış evinin) ##.##.2023- cü il tarixdən öncə tikilmiş olmasını sübuta yetirə bilməmiş və bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – N.Cəfərov (məruzəçi), İ.Şirinov və F.Abdıyev)
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi həmin Qanuna ##.##.2023-cü il tarixdə daxil edilib və ##.##.2023-cü il tarixdə qüvvəyə minib. Iddiaçının yaşadığı ev isə bu tarixdən əvvəl inşa edilib və iddiaçı 2015-ci ildən ailə üzvləri ilə birlikdə orada yaşayır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh həmin normaya istinad etməklə evin qaz qurğularını qazpaylayıcı şəbəkəyə qoşmaqdan imtina etməkdə haqlı olmayıb. Əks yanaşma onunla nəticələnə bilər ki, cavabdeh həmin normanın tələblərinə cavab verməyən, lakin norma qüvvəyə minənə qədər inşa edilmiş bütün obyektlərin qaz qurğularını qazpaylayıcı şəbəkədən ayırmaq hüququ əldə edə bilər.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin VII hissəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsini tam ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəyə dair yekun məhkəmə aktı qəbul edilərkən işin halları tam nəzərə alınmamış, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 10-1-ci bəndinin tələbi kobud şəkildə pozulmuşdur. Iddiaçı tərəf qazlaşdırılmasını tələb etdiyi özünə məxsus qanunsuz tikilinin (fərdi yaşayış evinin) ##.##.2023-cü il tarixdən öncə tikilmiş olmasını sübuta yetirə bilməmiş və bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış olduğundan iddiaçının ərizəsi geri qaytarılmamış və ərizə prosessual tələblərə zidd olaraq icraata qəbul edilərək baxılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 149 (VII). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu
22. Maddə 13.10-1. (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasən mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
30. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
31. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.