Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1835/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, X1 və cavabdeh3 qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Paylı mülkiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, X1 və cavabdeh3 qarşı "payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Gəncə Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının ##.##.2023-cü il tarixli,*(***)- ***/**** saylı qətnaməsinə əsasən, cavabdeh cavabdeh3 apellyasiya şikayəti təmin edilməməsi, iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti təmin edilməsi, iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən iddianın təmin edilməmiş hissəsində ləgv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, mərhum Ismayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-cı məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı ** saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M Şərifzadə küçəsı 168 A, giriş-1 ** nömrəli mənzil) X6 5/8 hissədə, cavabdeh1, X1 və cavabdeh3 hər birinin 1/8 hissədə payı müəyyən edilməsi qət edilmişdir.
2. Tovuz Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilməsi, mərhum Ismayılov Arif Tahir oğlundan miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı,qara rəngli ,mühərrik nömrəsi G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK- *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı,qara metal rəngli, mühərrik nömrəsi 40620D-63044224, Ban-311050-60111350, Şassi X96311050- 61330904, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, cavabdeh1, X1 və X2 hər birinin 1/8 hissədə payı müəyyən olunması, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarına əsasən, cavabdeh cavabdeh3 kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə mərhum Ismayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı ** saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168A, giriş-1,** nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, cavabdeh1, X1 və cavabdeh3 hər birinin 1/8 hissədə payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 007011000245-05101-****** reyestr nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) üzərində ##.##.2024-cü il tarixdə Ismayılov Arif Tahir oğlunun 2/8 hissədə payı açıq saxlanılmaqla, ##.##.2024-cü il tarixdə cavabdeh1 1/8 hissədə payı,##.##.2024-cü il tarixdə İddiaçı Qəhrəman qızının 5/8 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 011011006578-05301-****** reyestr nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 650. M4, m1) mənzili üzərində Ismayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla, ##.##.2024-cü il tarixdə 1/8 hissədə cavabdeh1,##.##.2024-cü il tarixdə 5/8 hissədə İddiaçı Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. ## ##### 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Hədiyyə verən-cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, A M. Şərifzadə küçəsi, b.168A, m. 11 Yeni qaydalarla ; AZ 1122, Bakı şəhəri, Yasamal rayonu,X4 küçəsi,650 M4. m1 ünvanında yerləşən, ümumi sahəsi 83.3 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 1/8 hissəsi "Hədiyyə alanın" İddiaçı Qəhrəman qızının (bundan sonra mətndə-iddiaçı) mülkiyyətinə verir.
7. Azərbaycan Respublikası “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli,№**/* hesabatına əsasən,”Hyundai Sonata” markalı ** BK *** dövlət nömrə nişanlı avtomobilin qiyməti 11 000(on bir min) manat təşkil edir.
8. Azərbaycan Respublikası “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli,№**/* hesabatına əsasən,##.##.2024-cü il tarixli,№ ** hesabatına əsasən, ”QAZ-31105-120” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin dəyəri 4500(dörd min beş yüz) manat təşkil edir.
9. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli,011011006578-05301-****** reyestr nömrəli texniki pasportuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, A M. Şərifzadə küçəsi, b.168A, m. 11 Yeni qaydalarla; AZ 1122, Bakı şəhəri, Yasamal rayonu,X4 küçəsi,650 M4. m1 ünvanındakı mənzil Ismayılov Arif Tahir oğlunun mülkiyyətində olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
10. Iddiaçı cavabdeh cavabdeh2 və cavabdeh3 qarşı payların naturada bölünməsi, birgə mülkiyyətdə olan əmalakların hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2), Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu,X4 küçəsi, 650, M4, m1) mənzilinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə qeyd edilən mənzillərin, eləcə də 2008-ci il buraxılışlı, Qara rəngli, Mühərrik nömrəsiG6D88A213833, Ban-KMHEIJ41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D-63044224. Ban - 311050-60111350, Şassi X96311050- 61330904, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120” minik markalı avtomobillərin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin cavabdehlərlə aralarında paylarına uyğun şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçı tələbini belə əsaslandırıb ki, iddiaçı ##.##.1978-ci ildə Ismayılov Arif Tahir oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və nikah Tovuz rayon Əlibəyli kənd IN-də ##.##.1978-ci il tarixdə ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Ismayılov Arif Tahir oğlu ilə rəsmi nikahdan ##.##.1991-ci il tarixdə Aynur adlı övladı dünyaya gəlmişdir. Ismayılov Arif Tahir oğlu ilə rəsmi nikahda olduğu müddətdə bir neçə əmlak əldə edilib və həmin əmlakların hamısı Ismayılov Arif Tahir oğlunun adına rəsmiləşdirilmişdir. Həyat yoldaşı Ismayılov Arif Tahir oğlu 02.11.2020ci ildə vəfat etmişdir. Mərhum əri Arif Ismayılovun vəfatından sonra ondan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ## ###### 2020-ci il tarixdə ərizə ilə Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət edib. Lakin Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinin notariusu mirasın bölüşdürülməsi ilə əlaqədar birinci dərəcəli vərəsələr arasında mübahisə olduğunu əsas gətirərək, ## ### 2021-ci il tarixli qərarla (notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. ## ###### 2021-ci il tarixədək mərhumun notariat ofisinə müraciət edən vərəsələri Tovuz şəhəri, 20 Yanvar küçəsi, ev 38-də qeydiyyatda olan arvadı, iddiaçı ,Tovuz şəhəri, 20 Yanvar küçəsi, ev 38-də qeydiyyatda olan oğlu X2, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 107, mənzil 14-də qeydiyyatda olan qızı X1 və Tovuz şəhəri, 20 Yanvar küçəsi, ev 38-də qeydiyyatda olan qızı cavabdeh1dır. Qeyd etməyi zəruri hesab edirəm ki, qeyd edilən vərəsələrdən cavabdeh1 yuxarıda qeyd edildiyi kimi, mərhum Ismayılov Arif Tahir oğlu ilə rəsmi nikahdan anadan olmuş qızıdır. Mərhum Ismayılov Arif Tahir oğlu vəfat etdikdən sonra aşağıdakı əmlaklar qalmışdır: Bakı şəhəri. Yasamal rayonu, 3153-3152-ci məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanının 7-ci mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 93,35 kv.m olan) ** saylı mənzil; Bakı şəhəri, Nərimanov rayonu. X3 küçəsi, *** saylı evin ** saylı mənzili,2795.87(iki min yeddi yüz doxsan beş manat səksən yeddi qəpik) manat məbləğində alınmamış pensiya məbləği, 2008-cı il buraxılışlı,Qara rəngli. Mühərrik nömrəsi- G6D88A213833,Ban-KMHEU41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata" minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D- 63044224, Ban - 311050-60111350, Şassi X9631105061330904, dövlət qeydiyyat nişanı 60-ÖJ-011 olan “QAZ-31105-120" minik markalı avtomobil.Iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edilərək, mərhum əri Ismayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanının 7-ci mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 93,35 kv.m olan) ** saylı mənzilin, 2795.87 (iki min yeddi yüz doxsan beş manat səksən yeddi qəpik) manat məbləğində alınmamış pensiya məbləğinə, 2008-ci il buraxılışlı. Qara rəngli. Mühərrik nömrəsi - G6D88A213833, Ban - KMHEU41 FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata" minik markalı avtomobilin. 2008-ci il buraxılışlı. Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D- 63044224, Ban - 311050-60111350, Şassi X96311050-61330904, dövlət qeydiyyat nişanı 60- BJ-01I olan “QAZ-31105-120" minik markalı avtomobilin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, mərhum Ismayılov Arif Tahir oğlundan miras qalmış 2795,87(iki min yeddi yüz doxsan beş manat səksən yeddi qəpik) manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı. Qara rəngli. Mühərrik nömrəsi -G6D88A213833. Ban KMIIEU41FP9A606933. dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata" minik markalı avtomobil. 2008-ci il buraxılışlı. Qara met. rəngli. Mühərrik nömrəsi- 40620D63044224, Ban - 311050-60111350, Şassi X96311050-61330904, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120" minik markalı avtomobildən ibarət mirasdan iddiaçının 5/8 hissədə, cavabdeh1, X1 və X2 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən tərəfindən, eləcə də cavabdeh X2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdeh X2 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsınınn qisməniddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeri qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, mərhum Ismayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı ** saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A. giriş-1, ** nömrəli mənzili) İddiaçı Qəhrəman qızının 5/8 hissədə,cavabdeh1, X1 və Ismayılova idman Arif oğlunun hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli, 2( ***)- ****/**** saylı qərarına əsasən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi mərhum Ismayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri,Yasamal rayonu,3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı ** saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 168A, giriş-1, ** nömrəli mənzili) iddiaçının 5/8 hissədə, cavabdeh1, X1 və X2 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan əlavə mərhum əri Ismayılov Arif Tahir oğluna məxsus miras əmlak olan Bakı şəhəri,Nərimanov rayonu,X3 kiıçəsi, *** saylı evin ** saylı mənzilinin vərəsələr arasında paylara uyğun bölüşdürülməsi üçün notariat orqanına müraciət edilmişdir. Notariat orqanı miras əmlak olan Bakı şəhəri, Nərimanov rayonu,X3 küçəsi, *** saylı evin ** saylı mənzili üzərində Ismayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla. 1/8 hissə cavabdeh1, 5/8 hissədə iddiaçının, yəni iddiaçının paylarını müəyyən etmişdir. Bundan sonra mübahisəli mənzillər üzərində hüquqların qeydə alınması üçün tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 007011000245- 05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi. *** saylı evin ** saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) üzərində Ismayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla, 1/8 hissədə cavabdeh1, 5/8 hissədə iddiaçının, yəni iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 011011006578-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli,##.##.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 650. M4, m1) mənzili üzərində Ismayılov Arif Tahir oğlunun payı 2/8 hissədə açıq saxlanılmaqla, 1/8 hissədə cavabdeh1, 5/8 hissədə iddiaçının, yəni iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu,X3 küçəsi, *** saylı evin ** saylı mənzili üzərində olan 1/8 hissə payını ##.##.2024-cü il tarixli Daşınmaz Əmlakı Bağışlaması Müqaviləsi əsasında iddiaçıya bağışlamışdır.
12. Iddiaçı nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli,*-**-**/*-*/****-**/****/**** nömrəli rəyindən görünür ki,tədqiqat obyekti olan,Bakı şəhəri,Nərimanov rayonu, X3 küçəsi,*** saylı evin ** saylı mənzilə(yeni qaydalarla Nərimanov rayonu, X3 küçəsi,563,M5,mənzil 2) və Bakı şəhəri,Yasamal rayonu.A.M.Şərifzadə küçəsi,***A saylı evin ** saylı mənzilə (yeni qaydalarla; Bakı şəhəri Yasamal rayonu,A.M.Şərifzadə küçəsi 650, m4, m1) ekspert baxışı keçirmək üçün tərəflərlə əlaqə saxlanılmış,lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək mənzilləri ekspert baxışına təqdim etməmişdir.Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Ekspertiza təyini haqqında qərardadda göstərilən avtomobillərin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hazırkı orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2008-ci il buraxılışlı,”Hyundai”markalı Sonata model(qara rəngli, **-BK-*** dövlət qeydiyyat nişanlı) avtomobil-14.500,00 manat,2008-ci il buraxılışlı, “Qaz-312105-120” minik markalı (qara rəngli,**-BJ-*** dövlət qeydiyyta nişanlı) avtomobil-7500,00 manat müəyyən edilmişdir.
14. Iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı mənzilin mülkiyyətinfə olan 6/8 hissəsindən cavabdeh3 və X1 xeyrinə 125000 manat iddiaçıya ödənilməklə imtina etməyi və yaxud cavabdeh3 və X1na hər birinə ayrı-ayrılıqda 20000 manat iddiaçı tərəfindən ödənilməklə öz paylarının onun xeyrinə imtina etmələrini; Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin mülkiyyətində olan 5/8 hissəsindən cavabdehlərin xeyrinə 760000 manat iddiaçıya ödənilməklə imtina etməyi və ya cvabdehlərin hər birinə 15000 manat iddiaçı tərəfindən ödənilməklə öz paylarını onun xeyrinə imtina etmələrini; 2008-ci il buraxılışlı,”Hyundai”markalı Sonata model (qara rəngli,**-BK-*** dövlət qeydiyyat nişanlı) avtomobil mülkiyyətində olan 5/8 hissəsindən cavabdehlərin xeyrinə 9100 manat ödənilməklə imtina etməyi və yaxud cavabdehlərin hər birinə ayrı-ayrılıqda 1800 manat iddiaçı tərəfindən ödənilməklə öz paylarından iddiaçının xeyrinə imtina etmələrini; “Qaz312105-120” minik markalı (qara rəngli, **-BJ-*** dövlət qeydiyyta nişanlı) avtomobilin mülkiyyətində olan 5/8 hissəsindən cavabdehlərin xeyrinə 4700 manat iddiaçıya ödənilməklə imtina etməyi və yaxud cavabdehlərin hər birinə ayrı-ayrılıqda 900 manat onun tərəfindən ödənilməklə öz paylarını onun xeyrinə imtina etmələrini təklif etmişdir
15. “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli,**** saylı hesabatına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri ,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) bazar qiyməti-135000 (bir yüz otuz beş min) manat, likvid qiyməti 121500 (bir yüz iyirmi bir min beş yüz) manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu, X4 küçəsi, 650, M4, m1) bazar qiyməti-185000(bir yüz səksən beş min) manat, likvid qiyməti166500 (bir yüz altmış altı min beş yüz) manat müəyyən edilmişdir.
16. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli,№ETM***/T/** saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) ,eləcə də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu,X4 küçəsi, 650, M4, m1) mənzilinin iddiaçıya aid olan hissəsinin (payın) naturada ayrılması “Inşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Mehriban Əfəndizadə) (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) ilkin satış qiyməti 135000 manat; 2008-ci il buraxılışlı, qara rəngli mühərrik nömrəsi G6D88A213833 BANKMHEU41FP9A606933 dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobilin ilkin satış qiymətinin 14500 manat, 2008-ci il buraxılışlı qara rəng mühərrik nömrəsi 4062D 63044224, BAN 31105060111350, Şassi X96311050-61330904 dövlət qeydiyyat nişanlı **-BJ-*** olan “Qaz-31105-120” minik marksalı avtomobilin ilkin satış qiymətinin 7500 manat müəyyən edilməklə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilməsi, əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan X7 (5/8 hissə), cavabdeh1 (1/8 hissə), cavabdeh2 (1/8 hissə) və cavabdeh3 (1/8 hissə) arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiymətinin 185000 manat müəyyən edilməklə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilməsi, əmlakların həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan X7 (6/8 hissə), cavabdeh2 (1/8 hissə) və cavabdeh3 (1/8 hissə) arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülməsi, mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tutularaq müştərək qaydada tutularaq iddiaçı X8 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manatın cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tutulması qət edilmişdir.
18. Birinci instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilkin olaraq paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu,X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2), Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu, X4 küçəsi, 650, M4, m1) mənzilinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə qeyd edilən mənzillərin, eləcə də 2008-ci il buraxılışlı, Qara rəngli, Mühərrik nömrəsiG6D88A213833, Ban-KMHEIJ41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D-63044224. Ban - 311050-60111350, Şassi X96311050-61330904, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120” minik markalı avtomobillər dair payları naturada ayrılmasını, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin aralarında paylarına uyğun şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəydən məlum olur ki, sözügedən mənzillərin mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil. Nəqliyyat vasitələrində payın naturada bölünməsi isə mümkün deyildir və qanunvericiliklə də nəzərdə tutulmamışdır.
20. Həmçinin paylı mülkiyyətdə olan payın satılması barədə bildirişdən görünür ki, iddiaçı cavabdehlərə kompensasiya ödənilməsi yolu ilə paydan imtina edilməsini təklif etmiş, lakin sonuncular payın satılmasına razılığını göstərəcək hər hansı hərəkət icra etməmişdir.
21. Belə ki, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə mühəndis texniki ekspertizanın keçirilməsinə maneə törətmiş (mülki işin materialları səh.117); cavabdeh cavabdeh3 iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir (elektron kabinet vasitəsilə).
22. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2), Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu, X4 küçəsi, 650, M4, m1) mənzilinin paylara uyğun naturada bölünməsi ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də tərəflərin arasında razılıq olmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslı olmuşdur. Eyni hal nəqliyyat vasitələrinə də aiddir.
23. Məhkəmə əmlakın satışının keçiriləcəyi hərracın formasına münasibətdə qeyd edib ki, hazırki iş üzrə mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadıqda isə açıq hərracın keçirilməsi təmin olunmalıdır.
24. Həmçinin qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi iddiaçı həm məhkəmədən öncə, həm də məhkəmə gedişatında cavabdehə məxsus payın alınması üçün təşəbbüslə çıxış etmişdir və bu da bir daha əmlakın ilk növbədə paylı mülkiyyətçilər üçün satışa çıxarılmasınının zəruriliyinin təsdiq edir.
25. Mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmamasına münasibətdə isə ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.
26. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
27. Keçirilən ekspert tədqiqatları nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri ,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) bazar qiymət135000 (bir yüz otuz beş min) manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 650, M4, m1) bazar qiyməti-185000(bir yüz səksən beş min) manat; 2008ci il buraxılışlı, ”Hyundai” markalı Sonata model (qara rəngli, 60-BK011 dövlət qeydiyyat nişanlı) avtomobil-14.500,00 manat,2008-ci il buraxılışlı, “Qaz312105-120” minik markalı (qara rəngli,**-BJ-*** dövlət qeydiyyta nişanlı) avtomobilin bazar dəyərinin 7500,00 manat olması öz təsdiqini tapmışdır.
28. Buna görə də məhkəmə hesab edir ki, əmlak qapalı hərracda satılmadığı təqdirdə, açıq hərracın seçilməsi zamanı onun ilkin dəyəri kimi yuxarıda göstərilən məbləğdə müəyyən edilməlidir.
29. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 144.5, 152.1, 215.6, 218.1, 218.2, 218.3, 220.1, 220.2, 220.3, 220.6, 221, 421.1, 421.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
30. Qətnamədən narazı qalan cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə o halda onu mülkiyyətindən məhrum edə bilər ki, bu, bir ailənin məhvinə səbəb olmasın. Lakin məhkəmənin paylı mülkiyyətdə olan mənzillərə əsassız qiymət qoyması bu maddəyə ziddir. Tədqiqat mərkəzlərinin rəyi məhkəmə üçün əsaslı sübut sayıla bilməz. O, dəfələrlə ekspertizanın keçirilməsi, evin naturada bölgüsü üçün işlərin görülməsini xahiş etmişdir. Lakin guya onların maneələri ilə ekspertin mənzilə daxil ola bilmədiyi qeyd edilmişdir. Bütün bunlar həqiqəti əks etdirmir. Mütləq qaydada mənzillərin naturada bölgüsünü yerində araşdıracaq ekspertizaya ehtiyac vardır. Bu olmayacağı halda isə, özəl tədqiqat mərkəzləri tərəfindən deyil, dövlətin məhkəmə ekspertiza mərkəzi tərəfindən tədqiqat aparılmalı idi. Çünki Məhkəmə Ekspertiza Mərkəzi ədalətli qiymətlər yazacaqdı. MM-in 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Lakin məhkəmənin keçirdiyi tədqiqatlar zamanı guya evin naturada bölgüsü üçün cavabdeh kimi o mane olmuşdur. Bu yalandır. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən iki otaqlı mənzilin hazırda bazar qiyməti 150.000 manatdan, Yasamal rayonunda metronun yanında yerləşən iki otaqlı yeni tikilidəki mənzilin isə satış qiyməti hazırda real bazarda 220.000 manatdan artıqdır. Iddiaçının qəsdən az qiymət göstərməyə səy göstərməsi cavabdehin əldə edə biləcəyi məbləğin süni şəkildə azaldılmasına dəlaət edir, hansı ki, məhkəmə də buna təkan vermişdir.
32. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında iştirak edərək məhkəməyə ərizə təqdim edərək ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə razı olduğunu bildirmiş və həmin məbləğ əsas götürülməklə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının(hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), L.R.Əliyeva, C.C.Musayeva) (bundan sonra-apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiymətlərinə münasibətdə dəyişdirilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) ilkin satış qiymətinin 140.000 (yüz qırx min) manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiymətinin 190.000 (yüz doxsan min) manat məbləğində müəyyənləşdirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pulun 250 (iki yüz əlli) manat hissəsinin iddiaçı X8, 250 (iki yüz əlli) manat hissəsinin isə cavabdeh cavabdeh3 tutularaq, “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən ilk növbədə apellyatorun payın ayrılmasının yalnız tərəflərin yaşamaq üçün alternativ digər bir yerlərinin mövcud olması halında mümkünlüyünə dair şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarında qeyd edilir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
36. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.
37. Qeyd edilən Qərarın və paylı mülkiyyətə dair mülki qanunvericilik normalarının məzmunundan göründüyü kimi, paylı mülkiyyətçilər məhkəməyə müraciət etməzdən əvvəl ümumi mülkiyyətdən payın ayrılmasının üsul və şərtləri barəsində məsələnin həllini əvvəlcə öz aralarında qarşlıqlı razılıq əsasında həll etməyə çalışmalıdırlar. Qanunverici belə razılığın əldə edilmədiyi təqdirdə maraqlı tərəfin məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
38. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə aktları əsasında tərəflərin mübahisəli əmlaklar üzərində payları müəyyən olunmuşdur. Bundan sonra isə iddiaçı ilkin olaraq paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2), Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri. Yasamal rayonu, X4 küçəsi, 650, M4, m1) mənzilinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda isə qeyd edilən mənzillərin, eləcə də 2008-ci il buraxılışlı, Qara rəngli, Mühərrik nömrəsiG6D88A213833, Ban-KMHEIJ41FP9A606933, dövlət qeydiyyat nişanlı **-BK-*** olan “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, Qara met. rəngli, Mühərrik nömrəsi- 40620D-63044224. Ban - 311050-60111350, Şassi X96311050-61330904, dövlət qeydiyyat nişanı **-BJ-*** olan “QAZ-31105-120” minik markalı avtomobillər dair payları naturada ayrılmasını, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin aralarında paylarına uyğun şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən bunu tələb etmək hüququ vardır.
39. Kollegiya apelyatorun buna dair etirazına münasibətdə isə qeyd etmişdir ki, qanunvericilikdə pay sahibinin öz payının ayrılmasını tələb edə bilməsi üçün mütləq şəkildə digər pay sahiblərinin yaşayış üçün digər alternativ yerlərinin olması kimi bir qeyd-şərt mövcud deyil və tərəflər arasında bu barədə razılıq olmadığı halda artıq pay sahibinin müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ yaranmış olur.
40. Həmçinin qeyd edilməlidir ki, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Çünki hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
41. Bundan başqa, mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəydən məlum olur ki, sözügedən mənzillərin mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən, nəqliyyat vasitəsinə münasibətdə isə, nə texniki, nə də qanunvericilik cəhətdən mümkün deyil.
42. Həmçinin, tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli istiqamətində heç bir razılıq əldə olunmamış, cavabdehlər kompensasiya ödənilməsi yolu ilə paydan imtina etmələrinə dair iddiaçının təklifinə də hər hansı müsbət cavab verməmişlər.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında göstərilmişdir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
44. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, mübahisəli mənzillər və avtonəqliyyat vasitəsinindən payın ayrılması onlara tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlakların açıq hərracdan satılması və satış pulunun tərəflər arasında daha öncə müəyyən olunmuş paylarına mütənasib surətdə bölüşdürülməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmişdur.
45. Kollegiya apellyatorun mübahisəli mənzillərin dəyərinin ədalətli formada müəyyən edilməməsinə dair dəlillərinə qiymət verilməsi məqsədilə isə yenidən qiymətləndirici ekspertizanın keçirilməsini məqsədəmüvafiq hesab edərək tədqiqatın aparılmasını “xxxx” MMC-yə həvalə etmişdir. “xxxx” MMC tərəfindən verilən **** saylı, ##.##.2026-cı il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri ,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) bazar qiyməti – 140.000 manat, likvid dəyəri 126.000 manat; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 650, M4, m1) bazar qiyməti – 190.000 manat, likvid dəyərinin 171.000 manat olması öz təsdiqini tapmışdır.
46. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” **/**** nömrəli # ###### 2024-cü il tarixli qərardadına istinadən qeyd etmişdir ki, kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. Iddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Təcrübədə fikir ayrılığı yaradan məsələlərdən biri də mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmaması ilə bağlıdır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
47. Qanunvericiliyin tələblərindən də göründüyü kimi məhkəmə tərəflər arasında kompensasiya ilə bağlı razılıq olmadığı halda əmlakın bazar dəyərini ilkin satış qiyməti olaraq müəyyən edə bilər. Buna görə də məhkəmə hesab edir ki, əmlaklar qapalı hərracda satılmadığı təqdirdə, açıq hərracın seçilməsi zamanı onların ilkin dəyəri kimi birinci instansiya məhkəməsində müəyyən olunmuş məbləğ dəyişdirilməli, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilinə münasibətdə (Yeni qaydalarla: Bakı şəhəri ,Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, m2) 140.000 manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 650, M4, m1) mənzilə münasibətdə isə bazar qiyməti – 190.000 manat məbləğində müəyyən edilməlidir.
48. Kollegiya apelyatorun əmlakın dəyərinin ədalətsiz olmasına dair dəlilinə münasibətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Ali Məhkəmənin yuxarıda göstərilən qərardadında da vurğulandığı kimi, onun qətnamənin icrası mərhələsində mübahisəli mənzillərin bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən mülki prosessual qanunvericiliyə əsasən qətnamənin icra üsul və qaydasını dəyişməyi tələb etmək hüququ qalmaqdadır.
49. Beləlilklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli mənzillərin ilkin satış qiymətinə münasibətdə dəyişdirilməli və apelyasiya baxışı zamanı əldə olunan mütəxəssis rəyinə uyğun olaraq təsbit edilməlidir.
50. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir. O cümlədən, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 500 manat məbləğində pulun 250 manat hissəsi cavabdeh cavabdeh3, qalan 250 manat olan hissəsi isə iddiaçı İddiaçı Arif qızından tutulmalıdır.
51. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.2, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 384.0.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
52. Cavabdeh cavabdeh3 (vəkil-vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya baxışına qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
53. Kassasiya şikayəti apelyasiya şikayətində göstərilən dəlillər ilə enilik təşkil etməklə əlavə olaraq əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cavabdeh haqsızcasına mülkiyyətimdən məhrum edilə bilməz. Məhkəmə o halda onu mülkiyyətimdən məhrum edə bilər ki, bu bir ailənin məhvinə səbəb olmasın, çöllərdə qalmasına zəmin yaratmasın. Bu barədə apellyasiya şikayətində qeyd olunub. Bakı Apellyasiya Məhkəməsi bu istiqamətdə maraq göstərməyib. Evin həm qiyməti ilə də razı deyillər, həm də, Bakı Apellyasiya Məhkəməsində də bildirilib ki, evin naturada bölünə bilinməməsi haqqında hansı mötəbər dəlil təqdim edildi. Heç bu barədə soruşulmadı ki biz mülkiyyətçilər birlikdə yaşaya bilməzlər. Hansı səbəblə ayırmaq və ya satmaq fikirləri var bu mənzilləri. Axı məhkəmə öncə barışıq mövqeyindən çıxış etməli idi. Hansı səbəblə iddiaçının tələblərinə dərhal müsbət reaksiya verilməsi aydın deyil. Bakı Apellyasiya Məhəkəməsində mənzillərin yenidən qiymətləndirilməsi ilə bağlı vəsatətləri təmin edildi, lakin qiymət 5000 manat artırılmaqla ədalətli hesab edilə bilməz. Çünki əgər həmin mənzillər satılsa, cavabdehlər bayırda yaşamalı olacaq.Onlara, xüsusilə cavabdehə düşən pul ev almaq üçün kifayət deyil. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Hesab edib ki, Bakı Apellyasiya Məhkəməsi kifayət qədər cavabdeh kimi ona yardım edə bilməyib, halbuki, dövlət orqanı kimi qanunun tələbinə uyğun kömək edə bilərdi. Məhkəmənin qətnaməsində göstərdiyi “Kollegiya apelyatorun buna dair etirazına münasibətdə isə qeyd edib ki, qanunvericilikdə pay sahibinin öz payının ayrılmasını tələb edə bilməsi üçün mütləq şəkildə digər pay sahiblərinin yaşayış üçün digər alternativ yerlərinin olması kimi bir qeyd-şərt mövcud deyil və tərəflər arasında bu barədə razılıq olmadığı halda artıq pay sahibinin müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ yaranmış olur” fikri ilə razı deyil. Pay sahibi iddiaçı hansı ziddiyyətlə rastlaşdığı məlum deyil. Tərəflər arasında hər hansı razılıq olması üçün öncə yaxşı olardı ki, tərəf bu barədə görüşmək və danışmaq üçün fikrini bildirsin.Bu barədə mediasiya qurumu var, başqa uzlaşdırıcı şəxslər var. Tərəflər arasında ədalətli pay bölgüsü aparıla bilərdi. Məhkəmə buna zəmin yaratmalı idi. Hesab edir ki, Ali Məhkəmə işin apellyasiya baxışına qaytarılaraq hər iki mənzildə yaşamağın niyə mümkün olmaması, razılıq üçün tərəflərin nə kimi addımlar atması və ya atmaması, razılıq olmadığı təqdirdə hər iki mənzilin daha obyektiv qiymətləndirilməsi üçün tədbirlər görməlidir.
54. Məhkəmə tərəflərin öz aralarındakı münasibətləri tənzimləmək üçün alternativ yollar təqdim etməmişdir. Barışıq dünyanı xilas edən amildir, məhkəmə əsassız şəkildə cavabdehin mülkiyətindən məhrum olmağına kömək edə bilməz. Yeni ailə qurmuş insandır, nəyə görə gənclik dövrünü evsiz yaşamalıdır. Azərbaycanımız üçün sağlam ailə modelini pozmaq mənəvi cinayətdir.
55. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 218.1-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
56. Iddiaçının nümayəndəsi (vəkil) vəkil2 kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, işə baxmış apellyasiya instansiya məhkəməsinin iş üzrə kifayət qədər araşdırma apararaq sonda əsaslı və qanuni məhkəmə aktı qəbul etdiyini, cavabdeh cavabdeh3 kassasiya şikayətində göstərdiyi dəlillərin tamamilə əsassız olduğunu bildirərək, cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
57. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
58. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
59. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
60. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
61. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
62. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
68. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya ionstansiyası məhkəməsinin qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiymətinin müəyyən edilməsi, əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilməsi, əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülməsinə aid hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
75. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə iş üzrə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
77. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
78. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiymətinin müəyyən edilməsi, əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilməsi, əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, *** saylı evin ** saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 563, M5, mənzil 2) və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ***A saylı evin ** saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 650, m4, m1) ilkin satış qiymətinin müəyyən edilməsi, əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilməsi, əmlaklar həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına uyğun olaraq bərabər bölüşdürülməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.