Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-608/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi (atası) Nümayəndə, cavabdeh Cavabdeh, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə maneələrə son qoyulması və torpaq sahəsinin cavabdehin sahibliyindən alınması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsi - iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar) Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları:
Iddiaçı İddiaçı ## ##### 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə maneələrə son qoyulması və torpaq sahəsinin cavabdehin sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Qəbələ rayonu Mıxlıqovaq kəndindəki xüsusi mülkiyyətinə verilmiş 0,10 ha yaşayış məntəqəsi torpaq sahəsinin sənədləşdirilməsində cavabdeh X15 tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2023-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan Çıxarışa əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindəki 0,10 ha yaşayış məntəqəsi torpaq sahəsinin 2/1 hissəsini (0,05 ha) daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 5000 (beş min) manata almışdır. Torpaq sahəsini aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mülkiyyət sahibi olaraq torpaq sahəsinə Çıxarış almaq istəsə də, bu baş tutmamışdır. Səbəb isə qonşu mülkiyyətçi olan cavabdeh Cavabdeh yerində baxış keçirərək ölçmə işlərini aparan əməkdaşlara maneçilik yaradaraq, həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirməsi olmuşdur. Həmçinin, ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli, *-**-*-**/*- ****/**** saylı məktub ilə torpaq sahəsi üzərində mübahisə olduğundan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək, istifadəsində və rəsmiləşdirilməsində maneələr yaradaraq Konstitusiya və digər qanunlarla qorunan hüquqlarını qəsdən pozur. Iş üzrə Qəbələ Rayon Məhkəməsində aparılan məhkəmə icraatında cavabdeh X10 tərəfindən ## #### 2024-cü ildə məhkəməyə iddiaçı İddiaçı hazırkı iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edilərək, iddia ərizəsinin tamamilə əsassız və qanunsuz olması səbəbi ilə ilkin olaraq “iddianın geri qaytarılması” barədə qərardad çıxarılması, lakin mahiyyəti üzrə baxıldıqda isə “iddianın rədd olunması” barədə qətnamə qəbul olunması xahiş edilmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbi əsassız və qanunsuz olduğundan, iddiaçı İddiaçı iddiası ilə razı deyildir. O cümlədən, iddia ərizəsi prosessual qaydaların pozulması ilə verildiyindən hesab edir ki, məhkəmə ərizəni geri qaytarmalıdır. Birinci növbədə Çıxarışın verilməsi barədə müraciətə imtina verildikdən sonra bu kateqoriya işlərə inzibati məhkəmə qaydasında baxılır. Digər tərəfdən isə iddia ərizəsi iddiaçı tərəfindən deyil, nümayəndə tərəfindən imzalanıb. Həmin nümayəndə isə nə vəkil, nə də iddiaçının yaxın qohumu deyil. Qanunvericiliyə əsasən iddia ərizəsi ya iddiaçı, ya etibarnamə ilə təmsil edən vəkil, yaxud da etibarnamə ilə təmsil edən yaxın qohum tərəfindən imzalanmalıdır. Indiki halda isə qeyd olunan prosessual qaydalar pozulmuşdur. Bununla da iddia ərizəsinin forma tələblərinə riayət olunmamışdır. Çünki iddia ərizəsini imzalayan şəxs nümayəndə olduğunu deyir, amma nə vəkil orderini təsdiq etmiş, nə də ki, iddiaçının qohumu olduğunu sübut edən sənədlər əlavə etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə əlaqə saxlamış və o bildirmişdir ki, “onun belə bir alqı-satqıdan məlumatı olmamış, başqa bir iş üçün etibarnamə verdiyi şəxs onun adından və ondan icazəsiz onun torpağını satmışdır”. Ona görə xahiş edir ki, obyektiv araşdırma aparılması üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 da bu işə cəlb olunsun. Bütün bunlardan əlavə iddia ərizəsində yazılanlara qarşı bildirir ki, onların məskunlaşdıqları torpaq sahəsinin mərhum anasına aid olduğunu təsdiq edən sənədləri var. Həmçinin qeyd edir ki, mərhum anası öz adına olan torpaq sahəsini mərhum oğlu şəhid Ümman Əmiraslanova vəsiyyət etmişdir. Vəsiyyət notarial qaydada təsdiq olunmuşdur. Mərhum oğlu Əmiraslanov Ümman şəhid olduqdan sonra onlar dərin sarsıntı keçirtdiklərinə görə bu sənədləşmə isləriylə maraqlana bilməmişlər. Çünki oğlunun adına hər hansı sənədləşmə işinin aparılması onlar üçün çox çətin idi. Həmin sənədləri - torpaq sahəsinin mərhum anasına aid olması barədə dövlət aktını, şəhadətnaməni, həmçinin mərhum anasının şəhid oğluna verdiyi notarial qaydada təsdiq olunmuş vəsiyyətnaməni hazırkı Etiraza əlavə edir.
2. Birinci instansiya məhkəməsində icraat:
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsi - iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar) iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə maneələrə son qoyulması və torpaq sahəsinin cavabdehin sahibliyindən alınması” barədə iddia tələbi təmin edilməmişdir (hakim Abbas Əliyev). Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəflərin izahatını dinləyərək, tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Işdə olan Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqlarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 1/2 hissədə, İddiaçı 1/2 hissədə payları müəyyən olunmuşdur. Iş materiallarında olan Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən ## #### 2023-cü il tarixdə, 4Ə-1338 reyestr nömrəsi ilə qeydə alınmış Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (etibarnamə üzrə nümayəndəsi X11 vasitəsilə) ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus olan ünvan 1ndə yerləşən, ümumi sahəsi 0,10 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini 5000 (beş min) manata İddiaçı satmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2023-cü il tarixli, qeydiyyat nömrəsi 2328071016AF33410 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Iş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan görünür ki, torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ½ hissədə və İddiaçı ½ hissədə payları üzərində ##.##.2023-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Iş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehlər Nümayəndə, İddiaçı, X5 və Qəbələ Regional "ASAN Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqavilələrinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ regional “ASAN Xidmət” mərkəzində onunla, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə İddiaçı arasında (notarius Emin Əfəndiyev) bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli; Qəbələ regional “ASAN Xidmət” mərkəzində onunla, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı ilə X5 arasında (notarius Emin Əfəndiyev) bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab olunması və ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Qəbələ regional “ASAN Xidmət” mərkəzində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə İddiaçı arasında bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli; Qəbələ regional “ASAN Xidmət” mərkəzində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı ilə X5 arasında bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi və ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh və digər cavabdeh İddiaçı nümаyəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin cavabdeh və digər cаvаbdeh İddiaçı nümаyəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmənin mövqeyi: Işin halları ilə müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqlarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 1/2 hissədə, İddiaçı 1/2 hissədə payları müəyyən olunmuşdur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 sənədləşmə işlərinin aparılması məqsədilə Nümayəndə etibarnamə vermiş, sonuncu isə həmin etibarnamə əsasında X11 etibarnamə vermiş və həmin etibarnamə ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus 0,05 ha torpaq sahəsinin hazırki iş üzrə iddiaçı olan İddiaçı satılmasına nail olmuşdur. Daha sonra iddiaçı İddiaçı həmin alqı-satqı müqaviləsi əsasında ona 0,10 ha torpaq sahəsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinə müraciət etmişdir. Qonşu mülkiyyətçi olan cavabdeh Cavabdeh yerində baxış keçirərək ölçmə işlərini aparan əməkdaşlara maneçilik yaratmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubla torpaq sahəsi üzərində mübahisə olduğundan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Iddiaçı məhkəməyə müraciət etdikdən sonra üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəməyə icraatın dayandırılması barədə ərizə təqdim edərək, göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinə cavabdehlər Nümayəndə, İddiaçı, X5 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Qəbələ regional "ASAN Xidmət" mərkəzində onunla, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə İddiaçı arasında (notarius Emin Əfəndiyev) bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli; Qəbələ regional "ASAN Xidmət" mərkəzində onunla, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı ilə X5 arasında (notarius Emin Əfəndiyev) bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab olunması və ## #### 2023-cü il tarixli, AN- | ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Qəbələ regional “ASAN Xidmət” mərkəzində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə İddiaçı arasında bağlanmış ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli; Qəbələ regional “ASAN Xidmət” mərkəzində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı ilə X5 arasında bağlanmış ## #### 2023cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi və ## #### 2023-cü il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi əsasında X5 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh və digər cаvаbdeh İddiaçı nümаyəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh və digər cаvаbdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin cavabdeh və digər cаvаbdeh İddiaçı nümаyəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” almasına əsas olmuş Alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəmədə qızına məxsus 0,5 ha torpaq sahəsində sənədləşmə və ölçmə işlərinin aparılmasına maneçiliyin cavabdeh tərəfindən aradan qaldırılmasını tələb etmiş, lakin məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı bir sübut, dəlil məhkəməyə təqdim etməmiş, əksinə verdiyi izahatında həmin torpaq sahəsində onun sifarişi ilə son vaxtlar Əmlak Məsələləri Dövlət Xidməti xxxxnin əməkdaşları tərəfindən ölçmə işlərinin aparıldığını bildirmiş, bu zaman cavabdehin heç bir maneçilik etməməsini qeyd etmişdir. Həmçinin cavabdeh Cavabdeh da məhkəmə baxışı zamanı verdiyi izahatında iddiaçıya məxsus 0,5 ha torpaq sahəsi ilə bağlı hər hansı bir tələbi olmadığını, Əmlak Məsələləri Dövlət Xidməti xxxxnin əməkdaşlarının ölçmə işlərinə heç bir maneçilik etmədiyini və bundan sonrada etməyəcəyini bildirmişdir. Beləliklə, İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdeh tərəfindən torpaq sahəsinin sənədləşdirilməsinə edilən meneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması” tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Istinad olunan milli qanunvericilik normalarından və Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. Iddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdeh tərəfindən torpaq sahəsinin sənədləşdirilməsinə edilən meneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “Insan hüquqlarının və X24 haqqında” Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci və 68-ci maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh qarşı “cavabdeh tərəfindən torpaq sahəsinin sənədləşdirilməsinə edilən meneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Qəbələ rayonu Mıxlıqovaq kəndindəki xüsusi mülkiyyətinə verilmiş 0,10 ha yaşayış məntəqəsi torpaq sahəsinin sənədləşdirilməsində cavabdeh X15 tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2023-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan Çıxarışa əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus Qəbələ rayonu Mıxlıqovaq kənd ərazisindəki 0,10 ha yaşayış məntəqəsi torpaq sahəsinin 2/1 hissəsini (0,05 ha) daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 5000 manata almışdır. Torpaq sahəsini aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, mülkiyyət sahibi olaraq torpaq sahəsinə çıxarış almaq istəsə də, bu baş tutmamışdır, səbəb isə qonşu mülkiyyətçi olan cavabdehin yerində baxış keçirərək ölçmə işlərini aparan əməkdaşlara maneçilik yaradaraq, həmin torpaq sahəsinin ona məxsus olmasını birdirməsi olmuşdur. Həmçinin, ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən ##.##.2023- cü il tarixli, *- **-*-**/*-****/**** saylı məktub ilə torpaq sahəsi üzərində mübahisə olduğundan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. O, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Lakin nümayəndəsi olan atası Nümayəndə məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmiş və eyni zamanda göstərmişdir ki, evini satmaq üçün sənədləşmə etmişdir. Onun 5 sot torpaq sahəsi olmuş, etibarnamə ilə alqı-satqı edərək, digər mülkiyyətçinin də torpağını almışdır. Üstündən 1 il keçmiş və etibarnamə də öz qüvvəsini itirmişdir. Qonşusu Fəzilə reyestr işçilərinə ölçü işlərinin həyata keçirilməsində müdaxilə göstərərək, bildirmişdir ki, orda onun şəhidinin 15 sot torpağı var. O, da reyestrdən imtina məktubunu almış və məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin işə baxmamış, sonradan qarşı tərəf digər paylı mülkiyyətçi, adından alqısatqı etdiyi Elnarə xanımı polislə məhkəməyə gətirmişdir. Hətta, apellyasiya məhkəməsində də Elnarə xanım qəbul eləmişdir ki, onu polislə gətirmişlər və 7 min manat təklif etmişlər ki, alqı-satqını ləğv edib, torpaq sahəsini qarşı tərəfə satsın. Torpağında heç nə eləməyə imkan vermirlər. Reyestr Xidmətinin əməkdaşları ona, yəni iddiaçı İddiaçı aid olan torpaq sahəsini ölçməyə gəlmiş, ölçü işlərinin bitməsinə az qalmış qonşu Fəzilə xanım icazə verməmişdir. Sonradan Fəzilə xanımın özü izahat vermişdir ki, alqı-satqının ləğvini istəyir. Sonra qətnamədən apellyasiya şikayəti vermiş və iş uzanmışdır. Həmin 10 sot torpaq sahəsinin 5 sotu İddiaçı, 5 sotu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aiddir. Hazırda həmin 5 sot torpaq sahəsinin sənədləşməsini istəyir. Qəbələ Rayon Məhkəməsi mülki işə baxaraq ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddia tələbini təmin etməmişdir. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi qanunsuz və əsassızdır. Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin qəbul etdiyi qətnamə ilə əlaqədar onun dəlilləri aşağıdakılardır: Alqı-satqı müqaviləsinin nizamnaməsinə əsasən sənədləşmə etibarnamədə göstərildiyi kimi, zərurət yarandıqda etibarnamə üçüncü şəxsə ötürülə bilər və üçüncü şəxs tərəfindən imzalanmışdır, imzadan əvvəl Elnarə xanıma zəng edilmiş və işin halları ona aydınlaşdırılmışdır, ancaq Elnarə xanım maddi ehtiyaca görə gələ bilmədiyini söyləmişdir və “özünüz mənsiz həll edin” demişdir. Alqı-satqı müqaviləsindən 1 il keçmiş, etibarnamənin də etibarlılıq müddəti bitmişdir. Qətnamədə qeyd olunur ki, cavabdeh X15 anasının adına 15 sot torpaq sahəsi onun həyətyanı sahəsindədir və həmin torpaq sahəsini şəhid nəvəsi X12 bağışlamışdır. Ancaq cavabdeh bu sənədlə bağlı heç bir dəlil göstərməmişdir. X23 Dövlət reyestr Idarəsinin əməkdaşlarına göstərdiyi maneçilik haqqında qətnamədə heç bir dəlil göstərilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Zamin Tahirovun iddiaçı İddiaçı iddiasının təmin edilməsi haqda heç bir məlumat qeyd olunmamışdır (hal- hazırki qətnamədə). İddiaçı rəsmi nümayəndəsi olaraq o, Nümayəndə ona qarşı məhkəmənin hakimi X1 haqsız müdaxiləsinə görə, ona qarşı əvvəllər olduğu kimi zor yolu ilə, öz tanış və dostlarını müdafiə etdiyinə görə, alqı-satqının ləğvinin onun tərəfindən imzalanmasına görə apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi onun iddiasını təmin etmişdir. X23 Elnarə xanımın evinə gedərkən özü ilə bir polis nümayəndəsi, Qəbələ Rayon Məhkəməsinin katibi X2 və Arzunun atası X6 da aparmış və ona alqı-satqının ləğvini təklif etmiş və əvəzində ona yüksək məbləğdə pul verəcəyini bildirmişdir, yəni 7 min manat (həmin görüntülər Şəki Apellyasiya Məhkəməsinin monitorunda qeydə alınmışdır). İddiaçı rəsmi nümayəndəsi olaraq, Nümayəndə məhkəmənin hakimi cənab X1 ona qarşı haqsız davranışına görə, etika qaydalarına riayət etmədiyinə görə, ona haqsız olaraq “cinayətkar” dediyinə görə, məhkəmədə tərəf tutduğuna görə, 3-5 dəqiqə keçməmiş monitorun söndürülməsini katibdən soruşduğuna görə, ona psixi təsir göstərərək alqı-satqının ləğvini imzalatdığına görə o, öz növbəsində, məcbur qaldığı üçün Məhkəmə Hüquq Şurasına müraciət etmiş və müsbət cavab almışdır. Ancaq yenə təkrar olaraq hakim Abbas Əliyev tərəf tutaraq qətnamə qəbul etmişdir. İddiaçı X27 ilə alqı-satqı etmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir, alınmış torpaq sahəsini geri qaytarmaq fikri yoxdur. Alqı-satqı müqaviləsində qeydə olunmuş torpaq sahəsi 10 sotdur, 5 sotu İddiaçı aiddir, 5 sotu isə X7 aiddir, yəni 1993-cü ildə nənəsi X13 özünün oğul nəvəsi olan X7 vəsiyyətnamə buraxmışdır. 1995-ci ildə isə babası X14, oğul nəvəsi olan X4 vəsiyyətnamə buraxmışdı (Qəbələ rayon arxivinə “ASAN Xidmət” Mərkəzinin təşkilatçılığı ilə verilmiş sorğuya əsasən 1948-ci ildən 1996-cı ilə kimi həmin 10 sot torpaq sahəsi X14 və X13 tikinti təyinatlı ümumi birgə təsərrüfatı olub). Ancaq 1997-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Izafəddin qızının anasının adına həmin 10 sot torpaq sahəsindən 5 sot torpaq sahəsi rəsmiləşdirilmişdir (qeyri-qanuni). Elnarə xanım hətta hakimin fikrini qarışdırmaq məqsədilə iddiasında qeyd etmişdir ki, o, X14 qızıdır və Nümayəndə bacısıdır (bu hissə bir fakt kimi sübut olaraq saxlanılır). Elnarə xanımla onların heç bir qohumluq əlaqələri mövcud deyil. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələbinin hərtərəfli araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmişdir. Göründüyü kimi, hal-hazırkı iddia tələbi məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmamış və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi (atası) Nümayəndə, cavabdeh Cavabdeh və iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi (atası) Nümayəndə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, mülki iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması və cavabdeh Cavabdeh qarşı verilmiş “torpaq sahəsinin sənədləşdirilməsinə maneələrə son qoyulması və torpaq sahəsinin cavabdehin sahibliyindən alınması” tələbinə dair iddia ərizəsinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər və öz mövqelərini – iddia ərizəsində və apellyasiya şikayətində yazılanlarla əsaslandırdılar. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayəti ilə razı olmadığını bildirib, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- *(***)-*/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan özünə aid torpaq sahəsinin iddiaçı İddiaçı satılması barədə alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş digər rəsmi sənədlər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, iddiaçı tərəfin məlum alqı-satqı müqaviləsinə istinad etməklə həmin torpaq sahəsi ilə əlaqədar hər hansı bir tələb irəli sürməsi əsassızdır.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin və digər proses iştirakçılarının iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və iddiaçı İddiaçı apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- */**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə maneələrə son qoyulması və torpaq sahəsinin cavabdehin sahibliyindən alınması” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Insan Hüquqlarının və X24 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot Isveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyrisabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və Insan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- */**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.