Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1837/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: mülkiyyətə müdaxilənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X15 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyətə müdaxilənin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” MTK (vəkil vəkil1 Mürşid qızı) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 86,50 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanında 0,0165 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86,50 kv.m. olan ** nömrəli fərdi yaşayış evi ##.##.2022-ci il tarixindən İddiaçı mülkiyyətindədir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ###### 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X35, X3, İddiaçı və üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinə qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi “xxxx” MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev */* saylı mənzilin mülkiyyətçisi X35 (ailə üzvləri ilə birlikdə X20, X4, X5, Sadıqlı İsmayıl Soltan oğlu, X1, X2) “xxxx” MMC tərəfindən aylıq 1.000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 500 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 8, mənzil 1-in mülkiyyətçisi X3 (ailə üzvləri ilə birlikdə X10, X11, X6, X12, X7, X13, X16) “xxxx” MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 62,4 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev ** saylı mənzilin mülkiyyətçisi İddiaçı (ailə üzvləri X14, X17, X21, X26 ilə birlikdə) “xxxx” MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 133,94 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları, iddiaçı X35 “xxxx” MMC-yə qarşı mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi barədə qarşılıqlı iddia tələblərinin rədd olunması qət etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını *(***)-**/**** nömrəli, ##.##.2022ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ###### 2018-ci il tarixli qətnaməsi qismən, yəni “ilkin iddia tələbinin X35 (ailə üzvləri X20, X4, X5, Sadıqlı İsmayıl Soltan oğlu, X1, X2) və İddiaçı (ailə üzvləri X14, X17, X21, X26) aid hissədə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, ilk iddia tələbi X35 (ailə üzvləri X20, X4, X5, Sadıqlı İsmayıl Soltan oğlu, X1, X2) və İddiaçı (ailə üzvləri X14, X17, X21, X26) aid hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpinçni küçəsindəki * saylı ünvanda X36 mülkiyyətində olan 295 kv metr torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv metr olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsi qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-yə qadağan olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına əsasən, iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı, X35 və X8 cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 9.542 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMCdən tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023cü il tarixli qətnaməsinə əsasən, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına əsasən, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X40 Agentliyi tərəfindən İddiaçı və “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanan ##.##.2025-ci il tarixli, *-**/*-D-****/*-**/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, mütəxəssislər tərəfindən yerində araşdırma aparılmış, müraciətdə göstərilən fakt qismən təsdiqini tapmışdır. Belə ki, vətəndaşın evinə gedən yol avtomobillər üçün məhdudlaşdırılmış, lakin sakinlərin piyada keçidi üçün maneə yaradılmamışdır. “xxxx” MMC-nin rəhbərliyinə qeyd edilən əraziyə avtomobillərin girişi üçün şərait yaradılmasının təmin edilməsi tapşırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsində yerləşən ** nömrəli evə müdaxilənin aradan qaldırılması və cavabdeh MTK tərəfindən tikinti-təhlükəsizlik tədbirlərinin görülməsi və səs çirklənməsinin qarşısının alınması öhdəliklərinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçının mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və mülkiyyət hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” # ###### 1950-ci il tarixli Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Lakin cavabdeh MTK tikinti normalarını kobud şəkildə pozaraq apardığı inşaat işləri nəticəsində mülkiyyətə təhlükəli müdaxilələr etməkdə davam edir. Belə ki, daha əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə qətnamələrindən görünür ki, cavabdeh MTK əsassız olaraq, çox ədalətsiz təklif verib iddiaçı və ailə üzvlərini mülkiyyətini məhdudlaşdırmaq üçün iddialar qaldırıb. Lakin cavabdeh MTK-nın mülkiyyətdən çıxarılma barədə iddiaları 3 instansiya üzrə mübahisələndirilməsinə baxmayaraq əsassız olduğu üçün rədd edilmişdir. Həmçinin iddiaçı və ailə üzvlərini öz ədalətsiz təklifinə məcburi razılaşdırmaq məqsədilə iddiaçının mülkiyyətində olan evə maddi zərər vurmaqdan çəkinməmişdir. Cavabdeh MTK-nın iddiaçının mülkiyyətinə qəsdən vurduğu maddi zərər Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Həmin mübahisə də 3 instansiya mübahisələndirilməsinə baxmayaraq, iddiaçının mülkiyyətinə maddi zərər vurması ilə bağlı iddia təmin edilmişdir. İndi isə cavabdeh MTK tərəfindən heç bir təhlükəsizlik tədbirləri görmədən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq iddiaçının evinin yükdaşıyıcı çöl divarının 12 metr yaxınlığında 6-7 metr dərinliyində qazıntı işləri aparmaqda davam edir. Həmin hissədə ağır texnikalar işləyərkən titrəyiş və güclü səs çirklənməsindən evdə yaşayış mümkünsüz hala gətirilib. Dəfələrlə, iddiaçı cavabdeh MTK-ya təhlükəsizlik tədbirləri görəndən sonra tikinti və şəhərsalma məcəlləsinin tələblərinə uyğun işlər aparmasını tələb etsə də, sözlərinə məhəl qoyulmadan təhlükəli vəziyyəti bilərəkdən gün-gündən artırırlar. Ona görə də, iddiaçı və ailə üzvləri hər gün həyatı təhlükə ilə üz-üzə qalır. Halbuki Tikinti və Şəhərsalma Məcəlləsinin 7-ci maddəsinə əsasən, - sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; - ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; - şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi həmin qanunun təməl prinsipini təşkil edir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə davam edir. Cavabdeh MTK Azərbaycan Respublikasının Konstitusiyanın, “Tikinti və Şəhərsalma” Məcəlləsinin və digər qanunvericilik tələblərini tapdalayaraq iddiaçı və ailəsinə hər gün qorxu, həyəcan və stresslə yaşamağa məcbur edir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də hazırkı vəziyyətin nə qədər acınacaqlı olması göz önündədir. Hər bir insanın ailəsində uşaq, yaşlı və xəstələr var. Ətrafın səs-küy və vibrasiya təsirindən çirklənməsi normadan dəfələrlə artıqdır.
11. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsində yerləşən ** saylı evə müdaxilənin aradan qaldırılması, yəni evə gedən avtomobil yolunun açılması, yolun asfalt örtüyünün yenilənməsi, evin çöl divarının sökülüb yenidən inşa edilməsi, qazıntı aparılan tərəfdən qazıntı ilə bünövrə arasında svayların vurulması (istinad divarı), kanalizasiya xətlərinin işlək vəziyyətə bərpa edilməsi və dövlət rüsumunun və məhkəmə xərclərinin əvəzinin ödənilməsi öhdəliklərinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş **/**** nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan evə ziyan dəydiyi (divarlarında və eləcə də yük daşıyan divarların üzərində müxtəlif ölçülərdə iki tərəfli çatların olduğu və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı) müəyyən edilmiş və gələcəkdə həmin yaşayış evinin çökmə təhlükəsinin olduğunun istisna edilməməsi qeyd edilmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinə gedən avtomobil yolunun açılması, yolun asfalt örtüyünün yenilənməsi, evin çöl divarının sökülüb yenidən inşa edilməsi, qazıntı aparılan tərəfdən qazıntı ilə bünövrə arasında svayların vurulması (istinad divarı), kanalizasiya xətlərinin işlək vəziyyətə bərpa edilməsi öhdəliklərinin cavabdeh MTK-nın üzərinə qoyulması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdeh mübahisəli ərazidə tikinti və digər fəaliyyətlər həyata keçirməyə başlamış, bununla da iddiaçının həmin ərazidən istifadə imkanlarını faktiki olaraq məhdudlaşdırmışdır. Cavabdeh MTK-nın hərəkətləri iddiaçının özünə məxsus əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüququnu pozmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına da ziddir. Hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi istisnasız olaraq iddiaçının mülkiyyətindədir və həmin əraziyə hər hansı hüquqi və ya fiziki şəxsin razılıq olmadan müdaxilə etməsi qanunsuz maneə hesab olunmalıdır.
15. Məhkəmə iddia tələbinin “məhkəmə xərclərinin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin xərclərin nədən ibarət olduğunu, həmçinin nə qədər olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia bu hissədə rədd edilməlidir.
16. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 152.1, 152.6, 560.1, 560.2, 1098.1, 1098.2, 1098.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşın evinə gedən yol avtomobillər üçün məhdudlaşdırılmış, lakin sakinlərin piyada keçidi üçün maneə yaradılmamışdır. Vətəndaşın evinə gedən yolda piyada keçidi üçün yer ayrılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının # ###### 2017-ci il tarixli *** saylı sərəncamı ilə mübahisəli ərazi şirkətin istifadəsinə verilmişdir. Şirkət həmin sərəncamdan irəli gələn hüquq və vəzifələrini yerinə yetirmək üçün müəyyən məhdudiyyətlər tətbiq edə bilər. Bu hallar hakim tərəfindən araşdırılmamışdır. Ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədləri hazırlanıb (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırdıqdan sonra Nəsimi RIQH başçısının # ###### 2017-ci il tarixli *** saylı sərəncamı ilə Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında cavabdeh MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi) Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdeh mübahisəli ərazidə tikinti və digər fəaliyyətlər həyata keçirməyə başlamış, bununla da iddiaçının həmin ərazidən istifadə imkanlarını faktiki olaraq məhdudlaşdırmışdır.
21. Bu baxımdan məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş **/**** nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan evə ziyan dəydiyi (divarlarında və eləcə də yük daşıyan divarların üzərində müxtəlif ölçülərdə iki tərəfli çatların olduğu və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı) müəyyən edilmiş və gələcəkdə həmin yaşayış evinin çökmə təhlükəsinin olduğunun istisna edilməməsi qeyd edilmişdir.
22. Eyni zamanda, apellyasiya icraatı zamanı keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdehin inşaat ərazisinin yanında yerləşməkdədir. Cavabdeh əmlakını hasar vasitəsilə iddiaçıya məxsus evdən ayırmışdır. Cavabdeh sözügedən hasar yaxınlığında qazıntılar aparmışdır. İddiaçıya məxsus fərdi yaşayış evinin arxa hissəsinə zərər dəymiş, aşmaması üçün dirəklər vasitəsilə bərkidilmişdir. Aparılmış işlər nəticəsində iddiaçının evinə gedən avtomobil yolu bağlanılmışdır. İddiaçının evinə alternativ digər avtomobil yolu yoxdur. İddiaçı öz mülkiyyətinə yalnız kiçik bir hissədən daxil ola bilməkdədir. İddiaçının mülkiyyətinin istifadəsində məhdudiyyətlərlə qarşılaşır. Müayinə zamanı tərəflər arasında razılıq əldə edilməsi müzakirə edilməsinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bununla da, iddiaçıya həmin sahəyə (onun aidiyyəti hissələrinə) sahiblik və ondan istifadə etməyə maneə yaratması öz təsdiqini tapır. Bu səbəbdən onun həmin sahənin hər hansı hissəsini zəbt etməsi, istifadə etməsi və ya iddiaçıya bu sahənin hər hansı hissəsinə sahiblik və ya ondan istifadə etməyə müxtəlif hərəkətlərlə müdaxilə etməsi (maneə yaratması) qanunsuz hesab edilməli və onun belə hərəkətlərinə son qoyulmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 152.3, 157.1, 157.2, 157.4, 165.1, 560.1, 560.2, 1098.1-1098.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh MTK (vəkil vəkil1 Mürşid qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrinə əsasən, ədalət mühakiməsi qərəzsizlik, ədalətlilik, tərəflərin hüquq bərabərliyi, işin faktiki halları və qanunun tələbləri əsasında həyata keçirilməli, məhkəmə icraatı isə çəkişmə prinsipi üzərində qurulmalıdır. Məhz bu konstitusion prinsiplərin tələbinə uyğun olaraq məhkəmələrin əsas vəzifəsi pozulmuş hüquq və qanunla qorunan mənafelərin bərpasından ibarətdir. Ədalət mühakiməsi yalnız işin bütün əhəmiyyətli hallarının tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsi ilə təmin oluna bilər. Hazırkı iş üzrə isə həmin konstitusion tələblərə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X40 Agentliyinin İddiaçı və “xxxx” MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**/*-D-****/*- **/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, Agentliyin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və müraciətdə göstərilən hallar qismən öz təsdiqini tapmışdır. Məktubda göstərilmişdir ki, vətəndaşın evinə gedən avtomobil yolu məhdudlaşdırılsa da, piyada keçidi üçün maneə yaradılmamış, həmin məqsədlə ayrıca keçid saxlanılmışdır.
26. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının # ###### 2017ci il tarixli, *** nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** nömrəli Qərarına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılaşdırılmış tikinti-planlaşdırma eskizinə əsasən, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən məhəllədə mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması layihəsinin həyata keçirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında “xxxx” MMCnin istifadəsinə verilmişdir.
27. Beləliklə, mübahisəli ərazi dövlət tərəfindən qəbul edilmiş şəhərsalma proqramının icrası məqsədilə qanuni əsaslarla şirkətin istifadəsinə verilmişdir. Şirkət həmin sərəncamdan irəli gələn hüquq və vəzifələrini yerinə yetirərkən tikinti və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə müəyyən məhdudiyyətlər tətbiq etmək hüququna malik olmuşdur. Mübahisəli ərazinin hasarlanması və tikinti işlərinin aparılması da məhz bu qanuni öhdəliklərin icrası ilə bağlı olmuşdur.
28. Lakin birinci instansiya məhkəməsi göstərilən mühüm halları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin rəsmi məktubunda əks olunmuş faktları, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının # ###### 2017-ci il tarixli *** nömrəli sərəncamını və həmin sərəncamın hüquqi nəticələrini ümumiyyətlə araşdırmamış, bu sübutlara hüquqi qiymət verməmişdir. Nəticədə iş üzrə əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli müəyyən edilmədən qətnamə qəbul edilmişdir.
29. Bundan əlavə, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarında təsbit edilmişdir ki, xüsusi mülkiyyət sosial öhdəliklər yaradır və sosial ədalətin, habelə torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Hazırkı halda isə dövlət proqramının icrası çərçivəsində həyata keçirilən şəhərsalma və yenidənqurma tədbirləri məhz ictimai maraqların təmin edilməsinə yönəlmişdir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** nömrəli Qərarı ilə Nəsimi Rayon İcra Hakimiyyətinə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət edilməklə qəzalı vəziyyətdə olan, şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi, ərazilərin yenidən qurulması, ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələrin razılaşdırılması, tikintiyə və istismara icazələrin verilməsi, dövlət torpaqlarının bu məqsədlə istifadəyə ayrılması, habelə sakinlərin müvəqqəti köçürülməsi və yeni tikiləcək binalarda mənzillərlə təmin edilməsi üzrə müvafiq səlahiyyət və vəzifələr verilmişdir. Məhz həmin Qərarın icrası məqsədilə tələb olunan ərazi planlaşdırma sənədləri hazırlanmış, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıldıqdan sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının # ###### 2017-ci il tarixli, *** nömrəli sərəncamı qəbul edilmiş və mübahisəli ərazi “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Belə olan halda, cavabdeh cəmiyyət tərəfindən görülən tədbirlər dövlət tərəfindən təsdiq edilmiş şəhərsalma layihəsinin və üzərinə qoyulmuş öhdəliklərin icrasına xidmət etmişdir. Lakin mübahisələndirilən məhkəmə qətnaməsi ilə cavabdehin həmin qanuni öhdəlikləri yerinə yetirməsinə əsassız maneə yaradılmış, iş üzrə əhəmiyyətli hüquqi və faktiki hallar isə lazımi qaydada araşdırılmamışdır. Bu isə Konstitusiyanın 127-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması prinsiplərinin pozulmasına səbəb olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
31. Maddə 13-cü İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 6. Mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir.
35. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
36. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
39. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
40. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
43. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
44. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
45. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
46. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.
47. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.
48. Maddə 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
59. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.