Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-989/2026 21.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “tikiliyə sərf olunmuş vəsaitin tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “tikiliyə sərf olunmuş vəsaitin tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilmişdir (hakim Hilal Xəlilov). Həmin qətnamədən cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür) tərəfindən ## ##### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti imzalanaraq, təqdim olunmuşdur (həmin apellyasiya şikayətinin müvafiq qrafalarında onu imzalayan Vəkil özünü “nümayəndə” deyil, “vəkil” kimi qeyd etmişdir). Eyni zamanda, həmin apellyasiya şikayətinə “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə də əlavə edilərək, həmin ərizədə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi xahiş olunmuşdur. Həmçinin, həmin apellyasiya şikayətini imzalayaraq təqdim etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinə “şikayət” adlandırdığı əlavə müraciətlər və müddətin bərpasına dair vəsatət də təqdim edilərək, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayətini vermək müddətinin buraxılmasının üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bundan əlavə, həmin Qətnamədən iddiaçı İddiaçı tərəfindən də ## ### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Eyni zamanda, həmin apellyasiya şikayətinə də “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə əlavə edilərək, həmin ərizədə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi xahiş olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi - hər iki apellyatorun “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələri üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun məhkəmə iclasları təyin edib, həmin ərizələrə həmin Məcəllənin 133-cü maddəsi ilə müəyyən edilmiş qaydada məhkəmə iclasında baxmadan və bununla bağlı müvafiq qaydada əsaslandırılmış qərardad qəbul etmədən - hər iki apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin mülki iş ## ######## 2026-cı ildə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməli və eyni zamanda, apellyasiya şikayəti - şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır (maddə 361.2). Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olaraq, apellyasiya şikayətinə - qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd (maddə 361.2) və dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar da əlavə edilməlidir (maddə 361.3). Maddə 363. Apellyasiya şikayətinin qaytarılması: 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)- **/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətini və iş materiallarını öyrənib, hər bir apellyasiya şikayətinin mümkünlüyünü ayrı-ayrılıqda müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, *(***)-**/**** nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd edilənlər müəyyən olunur: - Iddiaçı İddiaçı ## #### 2022-ci ildə cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “tikiliyə sərf olunmuş vəsaitin tutulması” tələbi barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir (iş vərəqi: 1-ci cild, səhifə 1-3). - Iş üzrə iddiaçı İddiaçı və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 “vəkili” kimi göstərilən Vəkil iştirakı ilə ## ###### 2024-cü ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “tikiliyə sərf olunmuş vəsaitin tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin Qətnamədə “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir tikinti xərclərinin həcmi və dəyəri olan 11921,90 manat məbləğində pulun ikidə bir hissəsinin, yəni 5960,95 manat məbləğində pulun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınıb iddiaçı İddiaçı verilməsi” Qət edilmişdir (iş vərəqi: 1-ci cild, səhifə 206- 215). - Həmin Qətnamənin surəti ## ###### 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlərin vəkili kimi qeyd olunan Vəkil təqdim edilmişdir (iş vərəqi: 1-ci cild, səhifə 216). - ## ###### 2024-cü il tarixli məktubla həmin Qətnamənin surəti iddiaçı İddiaçı və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 göndərilmişdir. Həmin məktubun üzərində aparılmış qeydlə müəyyən olunur ki, iddiaçı İddiaçı həmin qətnaməni ## ###### 2024-cü ildə şəxsən imza etməklə almışdır (iş vərəqi: 1-ci cild, səhifə 217). - Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 həmin Qətnamənin surətini poçt vasitəsilə ## ###### 2024-cü il tarixdə almışlar (iş vərəqi: 1-ci cild, səhifə 219-221). - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Ucar Rayon Məhkəməsinin ##.##.2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmiş və həmin mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ucar Rayon Məhkəməsinə geri qaytarılmışdır (iş vərəqi: 2-ci cild, səhifə 10-22). - Ucar Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətləri apellyatorlara geri qaytarılmışdır (iş vərəqi: 2-ci cild, səhifə 26-28). - Cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən ## ##### 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən hazırkı apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə verilmişdir. Qeyd: Həmin apellyasiya şikayətini imzalayaraq təqdim etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinə “şikayət” adlandırdığı əlavə müraciətlər və müddətin bərpasına dair vəsatət də təqdim edilərək, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayətini vermək müddətinin buraxılmasının üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - Iddiaçı İddiaçı ## ### 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə vermişdir (iş vərəqi: 2-ci cild, səhifə 32-34). Qeyd: Iddiaçı tərəfindən “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə həm apellyasiya şikayətinin məzmununa daxil edilmiş və həm də ayrıca ərizə kimi təqdim olunmuşdur. - Birinci instansiya məhkəməsi hər iki apellyatorun “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə vəsatət və ərizələri üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun məhkəmə iclasları təyin etməmiş və həmin ərizələrə (vəsatətlərə) həmin Məcəllənin 133-cü maddəsi ilə müəyyən edilmiş qaydada tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılmasını təmin etməmişdir. - Birinci instansiya məhkəməsi (hakim Hilal Xəlilov) “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələrlə əlaqədar iş üzrə məhkəmə iclası təyin edilmədən və keçirilmədən qəbul etdiyi Ucar Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərardadında “iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “tikiliyə sərf olunmuş vəsaitin tutulması” barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini” qərara almış və bundan sonra həmin apellyasiya şikayətlərini işlə birlikdə baxılması üçün ## ######## 2026-cı il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir (qərardaddan tərəflərin şikayət vermək hüququ həmin qərardada nəzərdə tutulmamışdır). Halbuki, “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələrə bu qaydada, yəni məhkəmə iclası təyin olunmadan baxılması qaydası - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır (maddə 133). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən, prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Beləliklə, hazırkı apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edən konkret əsaslar yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, aşağıda sadalanan hallardır: - 1). Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələrə və yaxud, vəsatətlərə şikayət olunan qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə, müvafiq məhkəmə iclasında baxılmalı olmasına və eyni zamanda, bu kimi ərizələr üzrə qəbul edilmiş məhkəmə qərardadlarından tərəflərin şikayət vermək hüquqlarının olmasına baxmayaraq, apellyatorların həmin ərizə və vəsatətləri üzrə birinci instansiya məhkəməsi tərəfindən heç bir məhkəmə iclası təyin olunmadan və həmin ərizələrə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması təmin olunmadan - hər iki apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, yuxarıda göstərilən bütün bu xüsusatlara və eyni zamanda, işin digər konkret hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi - hər iki apellyatorun “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələri üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun məhkəmə iclasları təyin edib, həmin ərizələrə həmin Məcəllənin 133-cü maddəsi ilə müəyyən edilmiş qaydada tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılmasını təmin etməli və eyni zamanda, müvafiq qaydada bu ərizələrlə bağlı tərəflərin şikayət vermək hüququ da nəzərə alınmaqla, əsaslandırılmış qərardad qəbul etməli idi. Yəni, işin yuxarıda qeyd olunan halları və hətta, hər iki apellyatorun apellyasiya şikayətləri ilə birlikdə “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələr (vəsatətlər) vermələri nəzərə alınmayaraq, birinci instansiya məhkəməsi tərəfindən məlum qətnamədən həmin tərəflərin apellyasiya şikayətlərini verməsi müddətinin ötürülüb-ötürülməməsi - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada məhkəmə iclasında baxılmaqla yoxlanılmamışdır. Eləcə də, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hakimin iş üzrə hər hansı bir müraciətə vaxtında baxmaması - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada prosessual hərəkətlərin edilməməsinə səbəb olmamalıdır. Yəni, məhkəmənin hər iki apellyatorun “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələrinə vaxtında baxaraq, müvafiq qərar qəbul etməməsi – həmin ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada baxılmasını istisna etməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (maddə 2.1) və mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (maddə 2.2). Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə kollegiyası, onu da vurğulamağı zəruri hesab edir ki, prosessual müddətlərə riayət olunması mülki məhkəmə icraatının fundamental prinsiplərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, uzun müddət əvvəl yekunlaşmış və tərəflər üçün hüquqi nəticələr doğurmuş məhkəmə aktlarının sonradan apellyasiya qaydasında mübahisələndirilməsi yalnız obyektiv və əsaslandırılmış səbəblərə söykənməlidir. Əks yanaşma - hüquqi müəyyənlik prinsipinin pozulmasına, habelə məhkəmə qərarının qanuni qüvvəsinə və sabitliyinə inamın sarsılmasına səbəb ola bilər. - 2). Eyni zamanda, yuxarıda qeyd olunan nöqsanlardan əlavə, digər bir nöqsan isə - Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsində yol verilən nöqsandır (apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir (MPM-nin 361.3-cü maddəsi). Çünki, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən ## ### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunan apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) “X1 Azaddır - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar” məlumatı qeyd olunmuşdur. Halbuki, bu mübahisə - “əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə” mübahisə deyildir və iddiaçı hazırkı mülki iş üzrə “tikiliyə sərf olunmuş vəsaitin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 200 (iki yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Eləcə də, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən ## ##### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunan apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsində (qrafasında) “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) “X1 azaddır: - iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər” məlumatı qeyd olunmuşdur. Halbuki, cavabdeh tərəfin hazırkı apellyasiya şikayətinin bu kateqoriya şikayətlərə heç bir aidiyyəti yoxdur. Göründüyü kimi, hər iki tərəfin apellyasiya şikayətlərində hazırkı apellyasiya şikayətləri verilərkən müvafiq qaydada və məbləğdə ödənilmiş dövlət rüsumları barədə heç bir qeyd aparılmamış və onların bu apellyasiya şikayətlərini verərəkən dövlət rüsumunu ödəməkdən azad olmaları barədə yanlış məlumatlar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə - apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (108.1.7-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. - 3). Bundan əlavə, bütün bu qeyd olunanlara və aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi - apellyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə və həmin Məcəlləyə “Əlavə 2”də nəzərdə tutulan forma və məzmuna uyğunluğunu da yoxlamalı və bu Məcəllənin 361ci maddəsinin və həmin Məcəlləyə “Əlavə 2”-nin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ - məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eləcə də, Mülki-Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi də tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 133 və 360 - 363-cü maddələrinin tələblərinə riayət edilmədən birinci instansiya məhkəməsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən, həmin apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə həmin apellyasiya şikayətlərinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki- Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 399, 400, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “tikiliyə sərf olunmuş vəsaitin tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tаrixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və eləcə də, cavabdeh cavabdeh2 adından “vəkil” qismində Vəkil tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-10)-989/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-989/2026
21.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver