Məhkəmə qərarları › İş №2(102)-1219/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1219/2020

04.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1219/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdeh “xxxx” ASC-nin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova, iş № 2(009)-1043/19 ) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “ümumi yığıncaq protokolunun ləğv edilməsi və sənədlərin tələb edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, emissiya prospektinin surətinin, Cənub körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanında yerləşən torpaqların özəlləşdirilməsi üçün ödənilən 11 520 000,99 manatın kimlərdən və hansı əsaslarla alınması barədə sənədlərin (borc, kredit, və s müqavilələrin) surətlərinin və həmin torpaq sahələrinə dair ödənilmiş pul qəbzlərinin surətlərinin cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı təqdim edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Kərimli, iş № 2 (103)-11139/19) cavabdehin apellyasiya şikayəti təmin edilərək iş üzrə Səbail Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə də rədd olunmuşdur. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin səhmdarlarının 03 avqust 2018-ci il tarixli təkrar ümumi yığıncağının protokolunun, həmin protokol əsasında Vergilər Nazirliyində aparılmış qeydlərin və tərtib edilmiş bütün sənədlərin ləğv edilməsini, “xxxx” ASC-nin Müşahidə Şurasının (Direktorlar Şurasının) 2014, 2015, 2016 və 2017-ci illərdə keçiril miş iclaslarının protokollarının surətlərinin, emissiya prospektinin surətinin, Cənub Körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanında yerləşən torpaqlarının özəlləşdirilməsi üçün ödənilən 11520000,99 manatın kimlərdən və hansı əsaslarla alınması barədə sənədlərin (borc, kredit və s.müqavilələrin) surətlərinin və həmin torpaq sahələrinə dair ödənilmiş pul qəbzlərinin surətlərinin “xxxx” ASC tərəfindən ona təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsin tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, tərəflərin məhkəmə iclasında iştirakının təmin olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili A.Abasquliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin vəkili A.Məhərrəmova isə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 oktyabr 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən s axlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, edərək “xxxx” ASC-nin səhmdarlarının 03 avqust 2018ci il tarixli təkrar ümumi yığıncağının protokolunun, həmin protokol əsasında Vergilər Nazirliyində aparılmış qeydlərin və tərtib edilmiş bütün sənədlərin ləğv edilməsi, “xxxx” ASC-nin Müşahidə Şurasının (Direktorlar Şurasının) 2014, 2015, 2016 və 2017-ci illərdə keçirilmiş iclaslarının protokollarının surətlərinin, emissiya prospektinin surətinin, Cənub Körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanında yerləşən torpaqlarının özəlləşdirilməsi üçün ödənilən 11520000,99 manatın kimlərdən və hansı əsaslarla alınması barədə sənədlərin (borc, kredit və s.müqavilələrin) surətlərinin və həmin torpaq sahələrinə dair ödənilmiş pul qəbzlərinin surətlərinin “xxxx” ASC tərəfindən ona təqdim edilməsi barədə olmuş və birinci instansiya məhkəməsi həmin iddianı qismən - emissiya prospektinin surətinin, Cənub körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanında yerləşən torpaqların özəlləşdirilməsi üçün ödənilən 11 520 000,99 manatın kimlərdən və hansı əsaslarla alınması barədə sənədlərin (borc, kredit, və s müqavilələrin) surətlərinin və həmin torpaq sahələrinə dair ödənilmiş pul qəbzlərinin surətlərinin cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı təqdim edilməsi hissəsində təmin etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız cavabdeh mübahisələndirmişdir. İddia qismən təmin olunmuş olsa da iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlayaraq qətnaməni həmin hissədə ləğv etmiş və iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini aşağıdakılarla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,20.09.2018-ci il tarixli, AA57103192 nömrəli depo hesabından çıxarışa əsasən İddiaçı qiymətli 844 ədəd adi adlı səhmin sahibidir. 03 avqust 2018-ci il tarixli ümumi yığıncağın 24 saylı Protokoluna əsasən “xxxx” ASC-nin 2017-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatın təsdiq edilməsi, cəmiyyətin müşahidə şurası və təftiş komissiyasının göstərilən tərkibdə formalaşdırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş bildirişdə “xxxx” AS C-nin səhmdarlarına verilən yığıncağın növbəti tarixi, eyni zamanda yığıncağın gündəliyində olan məsələlərlə bağlı məlumatlar qeyd olunur. 03.01.2019-cu il tarixli, 04.08.2018-ci il tarixli məktublarda İddiaçı “xxxx” ASC-nin İdarə Heyyətinin sədrinə müraciət edərək 2010-2015-ci illər üzrə ümumi yığıncaq protokollarını, 2010-2015-ci il tarixlərdə ümumi yığıncaqda iştirak edən, qeydiyyatdan keçən səhmdarların siyahılarının surətinin, 2010-2015-ci il tarixlərdə maliyyə nəticələri haqqında hesabatının müəssisə balansının, mənfəət vergisinin bəyənnaməsinin surətlərinin, emissiya prospektinin surətinin, torpaq sahələrinin özəlləşdirilməsinə ödənilən pul qəbzlərinin surətlərinin, 2010-2017-ci il tarixlərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərini n ona verilməsini tələb etdiyi qeyd edilir. “xxxx” ASC-nin 07.01.2019-cu il tarixli, 04 № 01 nömrəli məktubu ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-2-3, 107.6.3 maddələrinin tələblərinə müvafiq olaraq “xxxx” ASC-nin 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illər üzrə keçirilən səhmdarların ümumi yığıncaq protokollarının və həmin tarixli reyestrlərin surəti İddiaçı təqdim edilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 18 yanvar 2019cu il tarixli, ********** nömrəli Aysel Məhərrəmovaya ünvanlanmış məktubunda müraciətlə bağlı səhmdarın səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı ilə tanış olmaq, cəmiyyətinin nizamnaməsinin, səhmdarların reyestrinin və səhmdarların ümumi yığın caqlarının protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malik olduğu, qiymətli kağızları kütləvi təklif edilməyən emitentlərə Qaydaların emissiya prospektinin açıqlanması ilə əlaqədar müddəaları şamil edilmədiyi qeyd olunmuşdur. Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Aysel Məhərrəmovaya ünvanlanmış məktubunda Səhmdarlara rəsmi qaydada təqdim edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan qaydada sənədlərin siyahısının təqdim edilməsi barədə sorğuya baxıldığı, Mülki Məcəllənin 102.4-cü maddəsinə əsasən cəmiyyətin öz səhmdarlarına nizamnamə və ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanı yaratmalı olduğu, səhmdarın tələbi ilə nizamnamənin surətinin ona verilməli, ümumi yığıncağın protokollarının surətlərinin ona təqdim edilməli oduğu qeyd edilir. Həmçinin Mülki Məcəllənin 106-1.3.2-ci və 106-2.3-cü maddələrində səhmdarın ildə bir dəfə Cəmiyyətin illik hesabatı və mühasibat balansı ilə tanış olmaq, icra orqanından səhmdarın reyestrinin ona təqdim edilməsini tələb etmək, bağlanacaq əqdlərin əlavələri ilə tanış olmaq hüquqlarına malik olduğu göstərilir. 17.01.2019-cu il tarixli qeydiyyat jurnalından çıxarışda İddiaçı lazımı sənədlərlə tanış olduğu, amma sənədləri ona verməkdən imtina etdikləri qeyd edilir. 31.01.2019-cu il tarixli “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilən sənədlərin surətlərinin təqdim edilməsi üçün Mülki Məcəllədə nəzərə alınmamış, qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumat almaq üçün cəmiyyətə gəlib tanış olmaq hüququnun olduğu, həmçi nin torpaqların özəlləşdirilməsi üçün ödəniş sənədləri üzrə 17.01.2019-cu il tarixdə cəmiyyətdə olduğu zaman tanış olduğu qeyd edilmişdir. “xxxx” ASC-nin 2017-ci il illik hesabat, ASC-nin 31 dekabr 2017-ci il tarixinə mühasibat balansı, 31 dekabr 2017-ci il tarixinə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (xərclərin xarakteri üzrə), 31 dekabr 2017-ci il tarixinə kapitalda dəyişikliklər haqqında hesabat, 31 dekabr 2017-ci il tarixə pul vəsaitlərinin hərəkəti haqqında hesabat əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi emissiya prospektinin verilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 15.4, 15.5 və 15.7-cimaddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 383 saylı 10 avqust 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı» nın 5.4-cü bəndinə əsasən dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında müvafiq qərar qəbul edildiyi gündən etibarən 10 gün ərzində özəlləşdirməyə hazırlıq məqsədi ilə h ər müəssisədə (birlikdə) özəlləşdirmə komissiyası yaradılır. Həmin Komissiya tərəfindən işlənib hazırlanan və təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməli olan sənədlərdən biri də özəlləşdirmə planı-emissiya prospektidir. Həmin Proqramın 6.6-cı bəndinə əsasən nümunəvi özəlləşdirmə planı, etibarnamə və kiçik müəssisələrin başqa özəlləşdirmə sənədlərinin nümunələri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən işlənib hazırlanır və təsdiq edilir. Özəlləşdirmə planı (emissiya prospekti) dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı həmin müəssisələrin özəlləşdirmə dövrünə olan vəziyyətini, yəni onun təkcə satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiymətini deyil, o cümlədən debitor və kreditor borcları, büdcə ödənişləri, büdcədənkənar ödənişləri, müəssisənin balansı, texniki pasportu və s. bu kimi məlumatları da özündə əks etdirən və müvafiq Komissiya tərəfindən işlənib hazırlanan sənədlər toplusudur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələb etdiyi emissiya prosepktinin hazırkı iş üzrə cavabdeh ASC-də olması və surətinin ondan tələb edilməsi əsaslı hesab oluna bilməz. İddiaçının tələb etdiyi sənəd müəssisənin özəlləşməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanında saxlanılır. Həmin orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq emissiya prospektinin təsdiq olunmuş surətinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbini əsaslı saymamışdır. İddiaçı həmçinin Cənub körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanın da yerləşən torpaqların özəlləşdirilməsi üçün ödənilən 11 520 000,99 manatın kimlərdən və hansı əsaslarla alınması barədə sənədlərin (borc, kredit, və s. müqavilələrin) surətlərinin və həmin torpaq sahələrinə dair ödənilmiş pul qəbzlərinin surətlərinin də ona təqdim edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan tələbi təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 106-1.3.2-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ var. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əldə etmək istədiyi sənədlərin surəti səhmdar c əmiyyətin fəaliyyətinə aid olduğundan, onun həmin məlumatları əldə etmək hüququ var və bu yalnız tanış olma üsulu ilə məhdudlaşdırıla bilməz, səhmdar sənədlərin surətlərini də tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, səhmdarın qanunvericiliklə nəzərdə tutulmuş qayadada cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat almaq hüququ var və hazırkı iş üzrə səhmdarın bu hüququ pozulmamışdır. Belə ki, mülki işin 45-ci səhifəsindən görünür ki, iddiaçı 17.01.2019-cu il tarixdə ASC-də olmuş və qeyd olunan sənədlərlə tanış olmaq üçün ona lazımı şərait yaradılmışdır. İddiaçı həmin sənədlərin surətlərinin məcburi qaydada ona verilməsini tələb edir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsində hansı sənədlərin verilməli olması dəqiq göstərilib. Bunlara nizamnamənin surəti (102.4 -cü maddə), səhmdarların reyestri (106-2.3-cü maddə) və ümumi yığıncağın protokolunun surəti (107-6.3-cü maddə) aiddir. Digər hallarda ASC öz mənafeyindən çıxış edərək digər sənədlərin surətinin verilməsindən imtina edə bilər. Qeyd olunan hüququn realizəsi zamanı ASC-nin də mənafeyi gözlənilməlidir. Buna görə də həmin hüququn realizəsi tələb olunan sənədlərin surətləri təqdim olunmadan onlardakı informasiya ilə tanış olmaqla həyata keçirilə bilər və bu səhmdarın məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Bundan başqa, “səhmdarın cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq” hüququ cəmiyyətin bütün fəaliyyətini əhatə edən sənədlərin, o cümlədən mühasibat sənədlərinin surətlərinin hər bir səhmdara təqdim edilməsini ehtiva etmir. Qanunverici cəmiyyətin fəaliyyətinə dai r məlumatların alınmasını nəzərdə tutur. Hazırkı işdə iddiaçıya onu maraqlandıran məsələlərlə bağlı məlumat verilir, torpaq sahələrinin hansı vəsait, hansı şirkətin etmiş olduğu vəsait hesabına özəlləşdirilməsi, məbləği barədə məlumat verilməsinə baxmayaraq iddiaçı mühasibat sənədlərinin ona təqdim edilməsini tələb edir. Cəmiyyətə aid belə sənədlərin hər bir səhmdara təqdim edilməsi ümumiyyətlə fiziki cəhətdən mümkün deyil və onun fəaliyyətini iflic vəziyyətə salmış olar. Qanunverici cəmiyyətin fəaliyyəti ilə bağlı əsas məlumatları özündə əks etdirən sənədlərin (nizamnamənin (102.4-cü maddə), səhmdarların reyestri (106-2.3-cü maddə), ümumi yığıncağın protokolunun surəti (107-6.3-cü maddə)) səhmdara verilməsini ona görə təmin edir ki, həmin sənədlər cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məl umatların əldə edilməsinə imkan verir. Hər il keçirilən ümumi yığıncaqda cəmiyyətin fəaliyyəti ilə bağlı hər bir məsələ müzakirə oluna bilər və səhmdar onların müzakirəsində iştirak edə bilər. Hər hansı bir məsələnin düzgün aparılmaması ilə bağlı razılaşmayan səhmdar narazılığını bildirə, həmin məsələ ilə bağlı mübahisə aça bilər. Ancaq bütün bunların timsalında hər bir səhmdarın cəmiyyətin fəaliyyəti ilə bağlı istənilən maliyyə sənədinin surətinin ona təqdim edilməsini tələb etməsi əsaslı hesab oluna bilməz və bu cəmiyyətin normal fəaliyyətinə mane ola bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsində gəldiyi nəticəni əsaslı saymamış, qətnaməni həmin hissədə ləğv etmiş və iddianı rədd etmişdir. Məhkəmə k ollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki iş də tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 oktyabr 2019-cu il tarixli, 2(103)-11139/19saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar