Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1274/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-565/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-4659/2017 nömrəli qətnaməsi ilə İddiaçı və X2 müştərək qaydada 7958,74 ABŞ əsas borc, 3539,77 ABŞ dolları faiz borcu və 160 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 11168,51 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
2. Borclu İddiaçı və digər borclu X3 vəkili həmin qətnamənin icrasının dayandırılması məqsədilə xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-4659/2017 nömrəli qətnaməsində “Dəmir Bankın” xeyrinə ödənilməsi qət edilmiş məbləğ, yəni 11168,51 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu restrukturizasiya olunmuş və problemli kreditin kompensasiyası təmin edilmişdir. xx.xx.2017-ci il tarixdə Maliyyə Bazarlarına nəzarət X1 qərarına əsasən X5 Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmişdir. Bundan sonra ASC-də ləğv etmə prosesi başlanılmışdır. Həmin prosesi Əmanətlərin Sığortalanması Fondu həyata keçirməkdədir. Ləğvetmə prosesində olan kredit təşkilatları nda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azadılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Problemli kreditin kompensasiyası restrukturizasiya olunması təklif olunan kredit məbləği 8808,51 manat təşkil edir. Vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədi ilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 %, banklara isə Azərbaycan Respubikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditdir. Qeyd edilən qanun normasından da göründüyü kimi Əmanətlərin Sığortalanması Fondu həmin q eyd olunan fərmandan irəli gələn tələbləri yerinə yetirməmişdir və qanuni qüvvəyə minmiş İmişli Rayon Məhkəməsinin qətnaməsinin icra olunmasını qanunsuz olaraq tələb etməkdədir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, restrukturizasiyaya salınması ilə bağlı səlahiyyətlər banka deyil, Azərbaycan Respublikası Mərkəzi Bankına aiddir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən gecikmə günü 360 gündən çox olarsa, restrukturizasiyaya salınmır. İddiaçıda da gecikmə 360 gündən çox olduğu üçün restrukturizasiyaya sal ınmamışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddianın rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, borcun iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş, icrası məcburi olan məhkəmə qətnaməsi mövcuddur və iddiaçı banka 2019-cu ilin dekabrın 31-dək restrukturizasiya ilə bağlı müraciət etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddəl ərinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008ci il tarixli qərarına, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-c ü hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Ləğv prosesində olan "xxxx" ASC fərmandan irəli gələn tələbləri icra etməmiş və vətəndaşın icra edibetməməsindən asılı olmayaraq icra etməli id i. Konkret olaraq həmin fərmanda vurğulanmışdır ki, həmin proseslər fiziki şəxslərə deyil, fərmandan irəli gələn tələbləri yerinə yetirməkdə olan banklara, ləğvetmə prosesində olan banklara həvalə edilmişdir. Bununla bağlı fiziki şəxsin üzərinə hər hansısa bir öhdəlik qoyulmamışdır. Digər bir tərəfdən ləğv prosesində olan "xxxx" ASC bununla bağlı vətəndaşa hər hansısa bir müraciət ünvanlamamışdır. Məhkəmənin bankların fiziki şəxslə müqavilə bağlamağa məcbur edilməsinə dair gəldiyi nəticə əsassızdır. Konkret olaraq məhkəmə buna dair hissəsini əsaslandıra bilməmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin dəyişdirilməsi və onun ləğvi üçün əsasdır. Məhkəmə prosesində iştirak edən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahata görə mə hkəmənin gəldiyi nəticə də hüquqa və qanuni tələblərə ziddir. Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Belə ki, konkret olaraq fərmanın irəli gələn tələbləri onunla əsaslandırılmışdır ki, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini tə min etmək məqsədilə restrukturizasiyası olunması təklif olunan kreditlərlə bağlı ödəniş müddəti keçmiş kredit borcunun ödənilməsinə yönəldilən təminatların və fərmandan irəli gələn tələblərin yerinə yetirilərək həll edilməsi təmin edilməlidir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) 2(103)-565/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiyada işə baxan məhkəminin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli, 27 mart 2019- cu il tarixli qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın 6.1-ci bəndinə əsasən vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklar a tövsiyə olunmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir.
14. Arelyasiya şikayətinin dəlili qismində qeyd olunan ləğvedicinin öhdəliyinin olması və yerinə yetirilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, adıçəkilən Qaydanın 6.17-ci bəndinə əsasən ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunan tələb fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borcları nın restrukturizasiyası prosesinin idarə edilməsi ilə əlaqədar məsul şəxslərin müəyyən edilməsində yarana biləcək fikir ayrılığının qarşısının alınması məqsədi daşıyır. Bu o demək deyildir ki, ləğvedici funksiyasının həvalə olunduğu şəxslər bilavasitə fiziki şəxslərin və ya onların nümayəndələrinin əvəzinə hər hansı hərəkətləri yerinə yetirməli və ya hər kəsə məlum olan qanunvericiliyin tələbindən irəli gələn hüquqlarından istifadə etməsi üçün fiziki şəxslərlə əlavə iş aparmalıdır. Belə ki, Qaydanın 7-ci hissəsi fiziki şəxslərlə işin təşkili normalarını, qaydaların tələblərinə uyğun vətəndaşların qəbulu ilə bağlı müddəaları müəyyən edir. İddiaçı tərəfindən Qaydanın müddəalarına uyğun olaraq müraciətin edilməsini təsdiq edəcək hər hansı sübut təqdim olunmamışdır.
15. Apellyasiya instansiyas ı məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 2008-ci il tarixli qərarlarında qeyd olunan hüquqi mövqeyinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil2) kassasiya şikayəti v erərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Etiraz cavabdehin birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahata uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzr ə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydası
20. Bənd 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı
21. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qar şı” iş üzrə 6 mart 2008-ci il tarixli qərarı
22. Sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
36. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin təl əblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
37. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin də lillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-565/2024 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.