Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1478/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1478/21 (Açar sözlər: mənəvi ziyanın məbləğinin müəyyən edilməsi məsələləri) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X4 və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı ona dəymiş 3,000,000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4134/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2012-ci il avqust ayının 31-də “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən X1 dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair təlimatın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texn iki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə X5 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşurutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, avtobusda olan sərnişinlərdən 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən X7 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(101 )248/2013 saylı hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrume tmə cəzasına məhkum edilmişdir.
2. Həmin hadisədə vəfat etmiş X6 anası övladının ölməsi ilə bağlı ona mənəvi ziyan dəydiyini və həmin ziyanın hadisəyə görə məhkum edilmiş şəxsin işlədiyi təşkilatdan tutulması ilə bağlı mübahisə açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” QSC-dən ona dəymiş 3,000,000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışıdr:
4. X1 tutduğu vəzifə ilə əlaqədar dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozmuş, əməli ehtiyatsızlıqdan iki və daha çox şəxsin ö lümünə səbəb olmuşdur. O, 2012-ci il avqust ayının 31-də “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə AğstafaBakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair təlimatın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şiaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə X5 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə ni şanlı Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşurutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, avtobusda olan sərnişinlərdən 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən onun oğlu X7 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdürlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(101 )-248/2013 saylı hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Çoxsaylı insanların müxtəlif xəsarətlər alması və ölməsinə səbəb olan qəza “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də y erləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində işləyən Eyyub İsmayılovun təqsiri ucbatından baş vermişdir.Cavabdeh orqanın bu cür məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir ana kimi mənəvi zərər dəymiş, xx.xx.1980-ci ildə doğulmuş gənc oğlu həyatını itirmişdir. Bundan sonra onun həyat yoldaşının həm psixi durumu pisləşmiş, həm də kardioloji problemləri yaranmış və bu da yara və iztirabların hər gün təzələnməsinə səbəb olmuşdur. Qeyd edilənlərlə bağlı olaraq ona ümumilikdə 3,000,000 manat mənəvi ziyan dəymişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)1077/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim S.Mustafayeva) iddia qismən təmin edilərək, vurulmuş mənəvi zə rərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul cavabdeh “xxxx” QSC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. İddiaları qismən təmin edən birinci instansiya məhkəməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının: 2, 4, 6, 7, 10-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- E.Kazımov (sədrlik edən və məruzəçi) A.İskəndərov və İ.Kərimli) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)4134/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-c i il tarixli, 2(006)1077/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən tutulmalı olan mənəvi zərərin əvəzi 30000 (otuz min) manat müəyyən edilmiş, Qətnamə, İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 23, 1096, «Mənəvi zərərin ödənilməsi barədə qanunveric iliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın bu cür məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona ana kimi mənəvi zərər dəymişdir. xx.xx.1980-ci ildə doğulmuş gənc oğl u həyatını itirmişdir. Övladının faciəvi şəkildə həlak olmasından sonra həyat yoldaşının həm psixi durumu pisləşdi, həm də kardioloji problemləri yarandı. Bu günədək övladının itkisinin iztirabını çəkir. Bəlkə də zaman keçdikcə bu iztirab bir az yüngülləşərdi, lakin həyat yoldaşının həmin hadisədən indiyədək düşdüyü mövcud durum, onun yarasını və iztirablarının hər gün təzələnməsinə səbəb olur. Mənəvi ziyanın nümunəvi bir çəkisi müəyyən olunmadığından, həmçinin qanunvericilikdə mənəvi ziyanın maddi formada əvəzləşdirilməsi mümkün sayıldığlndan bu hadisə nəticəsində ona vurulan ziyanı iddiadan da göründüyü kimi 3.000.000 manat məbləğində dəyərləndirmişdir. Məhkəmə Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilən zərərin əvəzinin zərər vuran tərəfindən tam həcmdə ödənilməsi müddəasını tətb iq etməməklə səhv nəticəyə gəlmişdir. Çünki, nə qədər ki, qanun vurulan zərərə görə qiymətləndirməni iddiaçı olaraq ona aid edir. O, da bu qiymətləndiməni 3.000.000 manat məbləğində hesablayır. Bu səbəbdən də ona vurulan zərər cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir.
11. Cavabdeh “xxxx” QSC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçının oğlunun həlak olması nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməsi konkret formada sübut olunmalıdır. İş materiallarında bu halın mübahisəsiz olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Oğlunun həlak olması ilə bağlı iddiaçın ın bir ana kimi qəmlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi, hələ onun mənəvi sarsıntı keçirməsinə dəlalət etmir. İddia ərizəsində iddiaçının və onun həyat yoldaşının hadisə ilə bağlı mənəvi iztirab keçirməsi göstərilsə də, bu faktla bağlı məhkəməyə hər hansı sübut, yaxud xəstəliyi təsdiq edən sənədlər təqdim edilməmişdir. Eyni zamanda baş vermiş hadisə ilə iddianın qaldırıldığı tarix arasında 7 il müddət fərqinin olması, iddiaçının mənəvi zərər çəkməsi halını istisna edir. Belə ki, öz yaxınlarını itirmiş şəxslər bədbəxt hadisənin ilk günlərində olduqca kədərli olurlar, zaman keçdikcə həmin vəziyyət yüngülləşir. Ona görə də hazırkı iddia ölümün baş verməsindən uzun illər sonra verildiyi üçün hadisələr arasında səbəbli əlaqə mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3 maddələri. Zərərin əvəzinin ödənilməsini tələb e tmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
17. Azərbaycan Respublika sının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Mülki Məcəllənin 1115 -ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.
20. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətl ərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən o lunmalıdır.
22. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında qanunvericiliyin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
23. Həmin qərarın 2-ci bəndinə əsasən zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi re aksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
24. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmu ş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən m addi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd e dir ki, iddiaçının oğlunun baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı həm “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin işçisi X1 və həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X8 məhkəmə hökmü ilə təqsirli bilinərək hər biri 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.
33. Deməli, hazırkı işdə zərərçəkənin oğlunun ölümünün cavabdeh təşkilatın işçisinin və digər təqsirli şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Oğlunun hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmələr müəyyən etməmişlər.
34. Ona görə məhkəmə kollegiyası vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə aparılmasına zərurət görür.
35. Yuxarıda qeyd olunan (22-ci bənddə) qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalə tli olmalıdır.
36. Ümumiətlə, qanunvericilikdə mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməmişdir. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardandır. Qeyd olunan problemə müxtəlif ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn, Fransada və İtaliyada mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri n əzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində mənəvi zərərin məbləğinin məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə yer alır. Həmin normada da mənəvi ziyanın məbləğinin müəyyən edilməsinin ümumi prnisipləri nəzərdə tutulur. Normada deyilir ki, məhkəmələr mənəvi zərərin məbləğini şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
37. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyy əti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxs in avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir.
38. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
39. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Sağlığında şəxslər arasında münasibətlərin qənaətbəxş olmaması halında mənəvi təzminat tələbi rədd edilə bilər. Məsələn, ölən şəxslə çox yaxşı münasibəti olan və daimi şəkildə onun yanında qalan əmisi oğluna ödəniləcək mənəvi təzminatın miqdarı, münasibətləri pis olan və uzun zaman ərzində atasını görməyən, onunla maraqlanmayan oğula ödəniləcək təzminat miqdarından çox ola bilər.
40. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz.
41. Eyni zamanda təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərə rin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı xx xxxxxx 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə xx xxxx 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcıl ıq qabiliyyətindən asılıdır”).
42. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimaitəhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai-təhlükəli nəticəni görür, arzu edir(daha təhlükəli əməl).
43. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.
44. Eyni zamanda, mənəvi zərərin həcminin müə yyənləşdirilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
45. Zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən yuxarıda şərh edilən hallar işə baxan Apellyasiya Məhkəməsi tərəfindən işin faktiki halları ilə birlikdə dəyərləndirilməmişdir.
46. Beləki, iddiaçı mənəvi ziyana görə üç milyon manat pul tələb edir, lakin həmin məbləği şərtləndirən halları əsaslandırmır. Ona görə zərərin məbləğinin məhkəmənin müəyyən etdiyi məbləğdən artıq olması qənaətinə gəlmək açıq-aşkar əsassız olduğundan iddiaçının kassasiya şikayəti təmin oluna bilməz.
47. Apellyasiya Məhkəməsinin müəyyən etdiyi məbləğlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
48. Hazırkı işdə məhkəmələr müəyən etmişlər ki, zərərçəkənin ölümünə səbəb o lmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olmuşdur (Cinayət Məcəlləsinin 263.3.). Analoji cinayət hadisələri çox tez-tez rast gəlinən hadisələrdir. Həmin işlər üzrə zərərçəkənlərə 30.000 manat mənəvi ziyanın ödənilməsi təcrübəsinin formalaşdırılması ağlabatan görünmür. Çünki belə nəticə mənəvi zərərin məbləğini şərtləndirən yuxarıda şərh edilən hallara, eyni zamanda ölkə üzrə ümumi statistik yaşam səviyəsinə uyğun gəlmir. Məhkəmələr yuxarıda sadalanan kriteriyaları nəzərə alaraq elə qərarlar qəbul etməlidirlər ki, gələcəkdə oxşar işlər üzrə tutulmalı olan mənəvi zərərin məbləği ilə bağlı məhkəmə təcrübəsi formalaşdırmaq mümkün olsun.
49. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, zərərin baş verməsinə səbəb olan hadisə təkcə cavabdehin işçisi tərəfindən törədilməmişdir. Apellyasiya Məhkəməsinin istinad etdi hökmdən görünür ki, X8 xx xxxxxx 2012-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində sürücü işləyib, Lökbatan qəsəbəsi-28 May küçəsi 124-cü marşrut xətti ilə hərəkət edən «DAEWOO» markalı «**-TF-***» dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edib Bakı şəhəri istiqamətində gedərkən, Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də olan qorunan keçiddə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin 2-ci və 5-ci bəndlərinin tələblərini pozmuş şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmadan keçidə qatar yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun bu tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyib qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqıraraq ona xəbər vermələrinə, habelə həyəcan siqnalına əhəmiyyət vermədən avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş və saat 07:28-də 97 saylı Ağstafa - Bakı sərnişin qatarı ilə toqquşmuş, nəticədə yuxarıda qeyd edilən (1-ci bənd) ağır nəticələr baş vermişdir. X8 eyni hökmlə səkkiz il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir.
50. Göründüyü kimi iddiaçının oğlunun vəfat etməsinə təkcə iş üzrə cavabdehin işçisinin deyil, digər məhkum edilmiş şəxsin də təqsirkar hərəkətləri səbəb olmuşdur.
51. Lakin işə baxan Apellyasiya Məhkəməsi bu halı nəzərə almamış, həmin faktın mövcudluğunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3. maddəsinin tələ blərinə uyğun olaraq dəyərləndirməmiş, hadisə ilə bağlı təqsirli bilinmiş X5 zərərin yaranmasına və artmasına şərait yaratmasına qiymət verməmişdir.
52. Həmin normanın tələbləri nəzərə alınmalıdır ona görə ki, hazırkı işdə məsuliyyətin bölünməsi prinspi tətbiq olunmamışdır. İddiaçı hadisə nəticəsində oğlunun ölümü ilə bağlı ona vurulmuş mənəvi zərəri tələb edir. Məhkəmələr mənəvi zərərin məbləği ilə bağlı hansısa yekun rəyə gəldiyi təqdirdə həmin hadisədə təqsirli olan digər şəxsin də hərəkətlərinə görə məsuliyyəti hazırkı iş üzrə cavabdehin üzərinə qoymaqda haqlı olmaz. Ona görə ki, hadisədə təqsirli bilinən şəxslərin vurmuş olduqları zərərə görə müştərək məsuliyyətin yaranmasını şərtləndirən əsaslar mövcud deyil. Hadisənin baş verməsində qeyd olunan halın mövcudluğu cavabdehin məsuliyyət ini azaldan haldır.
53. İşə yenidən baxılarkən mənəvi zərərin məbləğinin müəyyən edilməsinə təsir edəcək hallarla bağlı yuxarıda şərh edilənlər nəzərə alınmaqla dəyərləndirmə aparılmalı və bunun nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
54. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4134/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi tutulan mənəvi ziyanın məbləği hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi anda