Məhkəmə qərarları › İş №2(102)-1831/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1831/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1831/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Notariat Palatasına qarşı ilk, iddiaçı Azərbaycan Notariat Palatasının cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, artıq ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə ilk, Azərbaycan Notariat Palatasının İddiaçı MMC- yə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)463/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (icarəyə verən) ilə Azərbaycan Notariat Palatası (icarəçi) arasında 19 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən, icarə hüququ ilə İddiaçı MMC-nin istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində, ümumi sahəsi 164 m2 olan qeyri-yaşayış sahəsi Azərbaycan Notariat Palatasına subicarəyə verilmiş və bunun müqabilində Azərb aycan Notariat Palatası illik ƏDV xaric 42.624 manat məbləğində icarə haqqı (ƏDV daxil aylıq icarə haqqı 4191,36 manat təşkil edir) ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına ünvanlanmış 15 aprel 2021-ci il tarixli pretenziya məktubunda Azərbaycan Notariat Palatasından borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

3. İddiaçı MMC-nin e-mail ünvanına yazışmalarla bağlı sənədlərdə Azərbaycan Notariat Palatası daşınmaz əmlakı icarəyə götürdüyü İddiaçı MMC-yə yaranmış fors-major halla bağlı məlumat verməsi, “Elektron ünvan 1” və “Elektron ünvan 2” e-mail ünvanlarına tətbiq olunmuş karantinlə bağlı məktublar ünvanlanması və cavablar alınması əks olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı” və ya “MMC”) cavabdeh Azərbaycan Notariat Palatasına (bundan sonra “cavabdeh” və ya “Palata”) qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.438,41 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı (icarəyə verən) Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan və bina nın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin (cavabdehin) müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən ümumi icarə sahəsinin 111 m2 faydalı, qalan 53 m2 isə köməkçi sahədir. Müqavilənin 4-cü bəndinə əsasən icarə müddəti 1 il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərti ilə). Bu məbləğ icarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqqından və Müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə gör ə 14.758 manat xərcdən ibarətdir. Tam təqvim ayına görə icarə haqqı icarə obyekti üzrə illik icarə haqqının 1/12 hissəsinə bərabər olmaqla müəyyən edilir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra edilsə də, cavabdeh tərəfindən qismən icra edilmiş, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust aylarına görə olan icarə haqqı məbləği ödənilməmişdir.

6. Cavabdehin xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 19.294,23 manat məbləğində icarə haqqı borcu yaranmışdır. İcarə haqqı borcuna ƏDV məbləği də daxildir. Qeyd olunan icarə haqqı borcu ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Bundan əlavə, aralarında olan mübahisə mediasiya prosesində həll edilməmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 425.2, 430.1, 442, 448.1 və 700.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 3.403,72 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumu və xidmət haqqının MMC-dən tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.5-ci bəndinə əsasən, icarə üzrə hər hesabat dövrünə görə icarə haqqının ödənilməsi icarəçi tərəfindən icarəyə verənin təqdim etdiyi hesab-faktura əsasında həyata keçirilir. Həmin müqavilənin 10-cu bəndinə əsasən, tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Bu hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Fors-major halların mövcudluğu barədə vaxtında məl umat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir.

10. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən xx.xx.2020-ci il tarixdən Azərbaycanda karantin rejimi tətbiq olunmuş, sosial izolyasiya və tibbi xarakterli təhlükəsizlik tədbirlərinə görə insanların hərəkəti məhdudlaşdırılmışdır. 2020-ci ilin mart ayının 29-dan etibarən isə, ümumiyyətlə, Respublikada xüsusi (gücləndirilmiş) karantin rejiminə keçilməsi qərara alınmışdır. Bununla əlaqədar, Palata tərəfindən MMC-yə xx.xx.2020-ci il tarixli, 16 saylı məktubla müraciət edilərək, yuxarıda göstərilənlərə əsasən, Palatanın iş fəaliyyətinin dayandırıldığı, Respublikada karantin müddətinin tətbiqi və qeyri-iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılması və ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılması bildirilmiş, ofisdən istifadə edilməməsinin MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyü izah edilmiş, karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsi qanunamüvafiq hesab edildiyi qeyd edilmişdir. Qeyd olunan məktuba MMC tərəfindən xx.xx.2020-ci il tarixdə elektron poçt vasitəsilə cavab verilərək, müqaviləyə xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmiş, həmçinin karantin müddətinin qüvvədə olduğu aylar üzrə icarə haqqının 10 manata endirilməsi, əks halda ofisin geri təhvil verilməsi təklif edilmişdir. Lakin, qeyd olunan təklif (ic arə haqqının 10 manata endirilməsi) Palata tərəfindən qəbul edilməmiş, həmçinin ofis geri təhvil alınmamışdır.

11. Bundan əlavə, Palatanın rəhbərliyi ilə MMC-nin rəhbərliyi arasında qeyd olunanlarla bağlı danışıqlar da olmuş və icarə müqaviləsinə xitam verilmədən icarə haqqının ödənilməsinin dayandırılması barədə razılaşma əldə olunmuş, ödənişin dayandırılması şərtilə icarə müqaviləsinə xitam verilməmişdir. Çünki hamı bildiyi kimi, pandemiya dövründə əksər icarəçilər ofislərdən istifadə etməmiş və heç kim də istifadə etmədiyi sahəyə görə ödəniş aparmamışdır. Daha sonra, Palata tərəfindən MMC-yə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oxşar məzmunlu müraciətlər edilmiş, lakin qeyd olunan müraciətlərə MMC tərəfindən yazılı münasibət bildirilməmiş, şifahi olaraq razılaşılmış, ofi sdən istifadə edilməməsinin rəsmiləşdirilməsi təklif edilsə də, hər hansı nümayəndə göndərilməmişdir.

12. Həmçinin icarə haqqı və kommunal xidmətlərə görə Palata tərəfindən MMC-yə təqdim edilmiş elektron qaimələrə əsasən, aşağıdakı cədvələ uyğun ödənişlər (ƏDV ilə birlikdə) həyata keçirilmişdir: 2020-ci ilin fevral ayı üçün icarə haqqı – 1.589,83 manat; 2020-ci ilin mart ayı üçün icarə haqqı – 4.191,36 manat; 2020-ci ilin iyun ayı üçün icarə haqqı – 3.478,83 manat; 2020 mart ayı üçün kommunal xərclər – 61,99 manat, iyun ayı üçün kommunal xərclər – 20,52 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı – 2.375,10 manat, 2020-ci ilin sentyabr ayı üçün kommunal xərclər – 33,21 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı – 4.191,36 manat, 2020-ci ilin oktyabr ayı üçün icarə haqqı – 4. 191,36 manat, 2020-ci ilin noyabr ayı üçün icarə haqqı – 3.476,28 manat; 2020ci ilin oktyabr ayı üçün kommunal xərclər – 21,96. Cəmi hesablanıb: 19.440,44, cəmi ödənilib: 19.440,44 manat. Göründüyü kimi, Palata tərəfindən MMC-yə ümumilikdə 19.440,44 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bu məbləğə hətta icarə obyektinin faktiki istifadə olunmadığı bəzi dövrlər də aiddir. Belə ki, aylıq icarə haqları öncədən bütün ay üçün ödənilsə də, bəzi ayların müəyyən dövrlərində icarə obyektindən istifadə edilməmiş, bununla bağlı MMC-yə yuxarıda qeyd olunan müraciətlər göndərilmişdir. Beləliklə də, MMC-yə ümumilikdə 3.403,72 manat (2020-ci ilin mart ayı üzrə 1.757,67 manat, iyun ayı üzrə 964,01 manat və noyabr ayı üzrə 682,04 manat) artıq vəsait ödənilmişdir.

13. Tərəflər arasında karantin reji mi qüvvədə olduğu müddətlər ərzində icarə haqqı ödənilməməsi barədə razılaşmanın nəticəsidir ki, MMC tərəfindən hazırkı iddia yalnız 2 ildən sonra – "xxxx" MMC ilə mübahisələri üzrə qəbul olunmuş məhkəmə qərarı qüvvəyə mindikdən sonra qaldırılmışdır. Əks halda, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqı borcunun ödənilməsi və s. kimi iddialar iddiaçının istinad etdiyi 2020-ci ilin iyun ayından etibarən qısa müddət ərzində verilmiş olardı və ya ən azından bu barədə həmin müddətdə Palataya pretenziya qaydasında müraciət olunardı. Lakin bunun əksinə, Palata tərəfindən MMC-yə yuxarıda göstərilən 3.403,72 manat artıq ödəmə aparılmışdır.

14. İcarə haqqı borcu ilə bağlı Palataya pretenziya məktubu ilə müraciət edilsə də, müraciət cavabsı z qalmışdır. Bununla bağlı bildirilmişdir ki, bu mövqe həqiqəti əks etdirmir. Belə ki, MMC-nin xx.xx.2021-ci il tarixli pretenziyasına Palata tərəfindən xx.xx.2022 tarixli, 21 saylı məktubla cavab verilmişdir. Bundan başqa, hazırkı iddia ərizəsinə əsasən MMC Palatadan 19.294,23 manat icarə haqqı tələb edir və həmin məbləğin 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üzrə icarə haqqı olduğunu bildirir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsinin 5-ci bəndinə əsasən, illik icarə haqqı 42.624 (27.866 icarə + 14.758 xidmət haqqı) manat (ƏDV xaric) təşkil edir. Belə olan halda, tələbin əsasını təşkil edən 5 ay - 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üçün hesablanmış icarə haqqı 42.624 / 12 X 5 = 17.760 manat + 3.196,8 m anat (18 % ƏDV) = 20.956,80 manat təşkil edir. Həmin dövr üçün MMC-nin xx.xx.2020 tarixli elektron qaiməsinə əsasən, Palata tərəfindən 3.478,83 manat ödənildiyi nəzərə alınarsa, geri qalan məbləğ 17.477,97 manat təşkil edir ki, bu da iddia tələbi ilə uyğunsuzluq təşkil edir. Başqa sözlə, MMC tərəfindən 19.294,23 manat icarə haqqı tələb edilərkən, məhz hansı dövrlər üçün hansı məbləğin hesablandığının aydınlaşdırılmasına zərurət vardır.

15. Digər tərəfdən, "xxxx" MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci ilin iyun, iyul, avqust və noyabr aylarının əsas icarə haqqı 12.175,92 manat, kommunal xərclərin cəmi 7,37 manat, öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 6.184,24 manat dəbbə pulunun, 1.200 manat v əkil xərclərinin, 30 manat dövlət rüsumu olmaqla, cəmi 19.597,53 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas icarə haqqı 8.638,38 manat, kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9.545,75 manat məbləğdə pulun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki (səhifə 5-6), “Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, cavabdehin, o cümlədən subicarəçi Azərbaycan Notariat Palatas ının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, yəni xx.xx.2020-ci il tarixdə iddiaçıya yazılı bildi riş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tələb edilən icarə haqlarını ödəməkdən azad edilməlidir”. Həmin qətnamədən narazı qalan tərəflər apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-976/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, 16 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 12.175,92 manat icarə haqqı, 7,37 manat kommunal xərcləri, 600 manat dəbbə pulu və 500 manat vəkil xərclərinin əvəzi olm aqla, cəmi 13.283,29 manat məbləğdə pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməmiş, onun fəaliyyəti ona icarəyə verilmiş sahənin sonradan sub-icarəyə verilməsindən ibarət olmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli 2-2(103)-976/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan Qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsində əks olunmuş hüquqi mövqe ilə razılaşmışdır. Göründüyü kimi, e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnamədə Bakı Kommersiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 10.1-ci bəndinə əsasən, tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığına istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanları n hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqının tutulmasını əsassız hesab etmişdir. Sözügedən müqavilə şərti hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsində də mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)976/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə isə Bakı Kommersiya Məhkəməsinin sözügedən Qətnaməsi tamamilə başqa əsasa görə – həmin iş üzrə cavabdeh İddiaçı MMC-nin öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməməsi və onun fəaliyyətinin ona icarəyə verilmiş sahənin sonradan subicarəyə verilməsindən ibarət olması əsası ilə ləğv edilmişdir.

16. Buradan belə qənaətə gəlmək olar ki, MMC həmin qeyri-yaşayış sahəsini Palataya icarəyə (subicarə qaydasında) verməmiş və özü istifadə etmiş olsa idi, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanların hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqı tutulmamalı idi. Belə olan halda isə, qeyri-yaşayış sahəsi Palataya icarəyə verildiyi, Palatanın həmin qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnun olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyinə görə və bu barədə hazırkı iş üzrə iddiaçıya vaxtında məlumat verildiyinə görə, tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci maddəsinə uyğun olaraq, həmin müddətlərə görə icarə haqqı tutulmamalı, həmçinin 3.403,72 manat artıq ödəniş MMC-dən tutularaq, Palataya ödənilməlidir.

17. Cavabdeh qarşılıqlı iddianını hüquqi əsası kimi Mülki Məcəllənin 439. 4-cü maddəsinə istinad etmişdir.

18. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz verərək, əsassız iddia qaldırdığına görə Palatadan 5.000 manat məbləğində pulun dövlətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Etiraz belə əsaslandırılmışdır: - öhdəliklərini icra etməməsi azmış kimi, cavabdeh üstəlik ona verilmiş prosessual hüquqlardan sui-istifadə edərək MMC-yə qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Palata MPM-nin 120-ci maddəsinə əsasən cərimələnməlidir; - qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, pretenziya müraciətlərinə cavab verilmiş, eyni zamanda da Poçt Xidmətinin aktı əlavə olunmuş və aktda məktubun Palataya geri qaytarılması göstərilmişdir; - cavabdehin iddiaya etirazı və qarşılıqlı iddiası tərəflər arasında imzalanmış müqavilənin 10.2 və 10.3-cü maddəsinə ziddir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin 10-cu bəndinə istinad edir və karantin rejiminə görə müqavilə üzrə öhdəliklərdən azad olduğunu bildirir. Lakin müqavilənin 10.2-ci bəndində göstərildiyi kimi cavabdeh tərəfindən fors-major hallar barədə iddiaçıya yazılı bildiriş göndərilməmişdir. Cavabdeh elektron kabinetə yazılı müraciətlərini əlavə etsə də, həmin müraciətlərin MMC-yə çatdırılması barədə poçt qəbzlərini və ya hər hansı başqa sübutu əlavə etməmişdir. Elektron kabinetə yalnız Şahin Yusifov adlı şəxslə bir e-mail yazışması əlavə olunub. Müqaviləyə nəzər saldıqda: müqavilənin rekvizitlər bölməsində bir ünvan var: Bakı şəhəri Xətai rayonu 25H Nobel prospekti. Cavabdeh iddiaçıya bildirişi ya müqavilədəki ünvana, ya da iddiaçının hüq uqi ünvanına göndərməli idi. Belə bir yazılı bildirişi iddiaçı almamışdır; - cavabdeh özü də qarşılıqlı iddia ərizəsində iddiaçının yazılı münasibət bildirməyini qeyd etmişdir. Buna görə də, cavabdehin fors-major hallara istinad etməsi tərəflər arasında imzalanmış icarə müqaviləsinin 10.2-ci bəndinə əsasən əsassız və qanunsuzdur. Müqavilənin 10.3-cü bəndinə əsasən fors-major hallarının mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Həmçinin fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi də, Palatanın üzərinə düşür; - müqavilənin məhz bu bəndlərinə əsasən cavabdeh icarə haqqının ödənilməsi öhdəliyindən azad edilə bilməz; - daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsində MMC-nin "xxxx" MMC ilə olan məhkəmə qətnam ələrinə istinad edir və öz qarşılıqlı iddia ərizəsini əsaslandırmağa çalışır. Həmin işin aşağıdakılara əsasən hazırkı işə heç bir aidiyyəti yoxdur: tərəflər arasında, yəni MMC ilə "xxxx" MMC arasında və MMC ilə Palata arasında olan münasibətlər ayrı-ayrı müqavilələrlə tənzimlənir. Bir müqavilənin digərindən hər hansı bir asılılığı və əlaqəsi yoxdur. Hazırkı iş üzrə tərəflərin münasibətlərini Mülki Məcəllənin 385.1, 386.1 və 387.3cü maddələrinin tələblərinə əsasən MMC ilə Palata arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə tənzimləyir. Həmin müqavilənin şərtlərinə görə də yuxarıda qeyd etdiklərinə əsasən cavabdeh icarə haqqını ödəməkdən azad edilə bilməz. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, Palata həmin iş üzrə tərəf kimi iştirak etməyib və işə cəlb edilməyib. Preyudisiallığın təmin edilməsi üçün MPM-nin 82.3-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən ilk növbədə preyudisiallığın obyektiv və subyektiv həddi mövcud olmalıdır. obyektiv hədd mövcud deyil, ayrı-ayrı müqavilələrdir. Subyektiv həddin də mövcud olmadığı Palatanın həmin iş üzrə cəlb edilməməsidir; - həmin qətnamələrə istinad etsələr belə, iddiaları təmin olunmalıdır. Qətnamələrdən müəyyən olunur ki, məhkəmələr MMC-ni icarə haqqından azad etməyib. O zaman belə bir sual meydana çıxır - icarə sahəsindən faktiki istifadəni Palata həyata keçiribsə və ərizədə həmçinin qeyd olunur ki, ofisdən istifadə edilməyən dövrlər üçün MMC tərəfindən Palataya elek tron qaimələr də göndərilməmişdir. Müqavilənin 5.5-ci bəndinə əsasən icarə haqqı barədə hesab-fakturanın təqdim edilməməsi icarə haqqını ödəmək öhdəliyindən azad etmir; - cavabdeh qeyd edir ki, tərəflər arasında icarə haqqının ödənilməməsi barədə razılaşmanın nəticəsidir ki, hazırkı iddia 2 ildən sonra qaldırılmışdır. Mülki Məcəllənin 373cü maddənin tələblərinə əsasən 3 il ərzində məhkəməyə müraciət edə bilərlər. Müddətin gec və ya tez olması tərəflər arasında olan razılaşmaya dəlalət etmir. Belə ki, tərəflər arasında imzalanan müqavilənin 12.4-cü bəndinə əsasən müqaviləyə hər hansı əlavə və dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, cavabdeh tərəflər arasındakı razılaşma ilə bağlı müqavilənin 12.4-cü bəndi ndə nəzərdə tutulmuş yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də cavabdehin qeyd elədikləri formal mülahizələrdən başqa bir şey deyil; - qarşılıqlı iddia ərizəsində ödənilməmiş icarə haqqının düzgün hesablanmadığı qeyd olunub. Bununla bağlı aşağıdakı cədvəli nəzərə çatdırırlar: ƏDV daxil ödənilib. 2020-ci il fevral ayı – 1.589,83 manat; mart ayı – 4.191,36 manat, iyun ayı – 3.478,83 manat, sentyabr ayı – 2.375,10 manat, oktyabr ayı – 4.191,36 manat, noyabr ayı – 3.476,28 manat. Ödənilməyən aylar və ƏDV daxil məbləğlər. Aprel ayı – 4.191,36 manat, may ayı – 4.191,36 manat, iyun ayından 712,53 manat, iyul ayı – 4.191,36 manat, avqust ayı – 4.191,36 manat, sentyabr ayından 1.245,36 manat, noyabr ayından 715,08 manat. Cəmi ödənilməli məbləğ 19.438,41 manat; - qeyd edilənlərə əsasən cavabdehin qarşılıqlı iddia ərizəsi hüquqdan sui-istifadədir və açıq-aşkar əsassız, qanunsuz və ədalətsizdir. Qarşılıqlı iddiaçı iddia ərizəsində qeyd etdiklərini sübut edə bilməmiş və iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2782/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Azərbaycan Notariat Palatasından ƏDV daxil 19.438,41 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

21. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiy a Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-71/2023 saylı qərardadı ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)2782/2022 saylı qətnaməsi ləğv edilmiş, işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı kommersiya qurumu olsa da, cavabdeh qeyri-kommersiya qurumu olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və iddiaçı ilə bağlanmış subicarə müqaviləsinə əsasən icarəyə götürdüyü obyekti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə deyil, öz fəaliyyətini həyata keçirmək məqsədi ilə icarəyə götürmüşdür. Həmçinin, mübahisənin kommersiya mübahisəsi hesab edilməsi üçün hər iki tərə fin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi zəruri olduğundan, mübahisəyə ümumi məhkəmə tərəfindən baxılmalıdır.

23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1555/2023 saylı, 18 iyul 2023cü il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. (hakim Ceyhun Tağıyev)

24. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndi fors-major hallarla bağlıdır. Belə ki, həmin bəndə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısı alınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irə li gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar.

25. Hamıya bəlli olan haldır ki, Koronavirus infeksiyası (Covid-19) dünya ölkələri arasında sürətlə yayılmağa davam etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış və bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, təhsil ocaqlarında təhsil dayandırılmış, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bir sıra sosial izolyasiya tədbirləri tətbiq edilmiş, daha sonra, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş məhdudlaşdırılmışdır. Tətbiq olunan məhdudiyyətlər nəticəsində iqtisadiyyata mənfi təsirlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir. İş yerlərində əmək fəaliyyəti böyük ölçüdə dayandırılmışdır, müvafiq kompens asiyalar təyin olunmuşdur. Daha sonra tətbiq edilən məhdudiyyətlər ölkə ərazisində hər şəxsə təsir etmişdir və hamının mövcud vəziyyətdən nəinki xəbəri olmuş, vətəndaşlar, fiziki və hüquqi şəxslər, sahibkarlar, qurumlar Pandemiya ilə bağlı xəbərləri diqqətlə izləmişlər.

26. İş materiallarından göründüyü kimi, Palata daşınmaz əmlakı icarəyə götürdüyü MMC-yə yaranmış fors-major halla bağlı məlumat vermiş və iddiaçının e-mail ünvanlarına tətbiq olunmuş karantinlə bağlı məktublar ünvanlanmış, cavablar alınmışdır.

27. Birinci instansiya məhkəməsi tərəflər arasından bağlanmış icarə müqaviləsinin 10.1 və 10.2-ci bəndlərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının cavabdehdən aralarından bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı borcu qismində vəsait tələb etməsi üçün əsaslar olmadığından, ilk iddia təmin edilə bilməz.

28. Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Palata qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (tam şəkildə icarə haqqı ödənilən ay, aylar, dövr ərzində bəzi günlərdə faktiki fəaliyyət göstərməməsinə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Palata belə bir hal mövcud olsa idi, artıq ödənilməsini iddia etdiyi vəsaitin qaytarılması üçün məhkəmədə ona qarşı ilk iddianın qaldırılmasını gözləməz, hüquqları pozulsa idi, icarəyə verənə, daha sonra mediasiya təşkilatına, ən nəhayət məhkəməyə müraciət edərdi. Bundan əlavə, Palata tam təqvim ayı üzrə ödəniş etdiyi dövrlərdə faktiki fəaliyyət göstərmədiyini qeyd etdiyi günlər barədə iddiaçıya öncədən məlumat verməmişdir. Bununla da, iddiaçını icarəyə verilmi ş daşınmaz əmlakın həmin günlərdə faktiki istifadə edilib-edilməməsini yoxlamaq imkanından məhrum etmişdir.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 386.1ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə məcburi hüquqi qüvvəyə malikdir və hər birinə şamil olunur. Burada əsas iki məqam mövcuddur:

1. Müqavilə münasibətlərinə fors-major halın tədbiqində tərəflərin razılaşması ilə müəyyənləşdirilən müqavilənin 10.2-ci və 10.3-cü maddəsi. İlk olaraq, burada fors-major halın baş verməsi zamanı öhdəliklə ri icra etmək iqtidarında olmayan tərəfin 10 gün müddətində bildiriş göndərmək öhdəliyi nəzərdə tutulur. Ardı ilə qeyd olunur ki, bu vəzifəni yerinə yetirməyən tərəf gələcəkdə bu hala istinad etmək hüququndan məhrum olunur. Cavabdeh elektron kabinetə yazılı müraciətlərini əlavə etsə də, həmin müraciətlərin MMC-yə çatdırılması barədə poçt qəbzlərini və ya hər hansı başqa sübutu əlavə etməmişdir. Yəni hər hansı sübutla təsdiq olunmur ki, həqiqətən də bu barədə bildiriş göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi bu dəlilə münasibət bildirməmiş və işin faktiki hallarını tam və hərtərəfli araşdırmayaraq qanunsuz qətnamə çıxarılmışdır. İkincisi, fors-major halın baş verməsi öhdəliyin yerinə yetirilməsindən azad edirmi. Cavabdeh həm bu halın fors major hal olduğunu, həm də şəraitin əhəmiy yətli dəyişməsi olduğuna istinad edir. Bir hüquqi faktın hər iki hadisəyə aid olması mümkünsüzdür. Cavabdeh hüquqi müstəvidə özü müəyyənləşdirməmişdir ki, bu hal forsmajor, yoxsa şəraitin əhəmiyyətli dəyişməsi halına aiddir. Yoxsa hər iki hala istinad etməzdi. Məlumdur ki, fors-major və şəraitin əhəmiyyətli dəyişməsi halı fərqli hallardır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Plenum Qərarı). Göründüyü kimi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin icrası çətin şərtlərlə də olsa, mümkün olur. Yəni burada cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edirsə, onun öhdəliyin icrasından azad olmuş olması mənasına gəlmir. Sadəcə olaraq mülki qanunvericilik tərəflərə hüquq verir ki, bu halın baş verməsi zamanı tərəflər müqaviləni dəyişdirə yaxud ləğv edə bilərlər. Mülki qanunvericiliyin normalarını nəzərdən keçirdikdə, öhdəliyin icrasından azad olmalı olduğu nəzərdə tutulmur. Fors major halın tədbiqi olsa belə, bu cavabdehi öhdəliyin yerinə yetirməsindən azad etməyəcəkdir. Sadəcə olaraq, (əgər bu münasibətlərə fors-major hal tədbiq olunacaqsa, ki bunun üçün də müqavilənin 10.3-cü bəndi tələblərinə əməl edilməlidir) məsuliyyətdən azad olunması üçün nəzərdə tutulmuşdur. “Fors-major” şərti c avabdehi borcu ödəmək öhdəliyindən azad etmir (bu öhdəlik daha sonra icra edilməlidir), sadəcə öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edə bilər. Öhdəliyin icra edilməməsinə görə məsuliyyət tədbirləri isə zərərin, dəbbə pulunun, MM-nin 445 və 449cu maddəsində nəzərdə tutulmuş faizlərin ödənilməsidir. Cavabdeh fors-major halların mövcud olduğu və müqavilədə nəzərdə tutulmuş müddətdə xəbərdaretmə öhdəliyini icra etdiyi halda zərərin əvəzinin, dəbbə pulunun ödənilməsindən azad edilə bilərdi. Onların da belə tələbləri yoxdur, tələbləri əsas öhdəliyin icra edilməsidir. Cavabdeh dəlil olaraq bildirir ki, iddia həmin dövrdə yox, məhz iki il sonra qaldırılmışdır və bu isə sübut edir ki, tərəflər öhdəliyin icrasının dayandırılması barədə razılaşma əldə ediblər. Bu dəlilin mübahisənin əh əmiyyətli həll edilməsinə təsiri məlum deyildir. Qanunla iddia müddəti tənzimlənmişdir və işin hallarından da göründüyü kimi iddiaçı həmin müddət ərzində iddia qaldırmışdır. Bu zaman iddianın verilmə müddəti ilə tərəflər arasında ödənişin dayandırılmasına dair nə kimi səbəbli əlaqə olması müəyyən deyildir. Cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə də istinad edərək guya “ödədiyi artıq” məbləğdə pul məbləğinin qaytarılmasını tələb edir. Əgər baş verən hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidirsə, öhdəliyin icrası mümkündür. Həmçinin bu halla bağlı öhdəliyə xitam veriləcəksə belə, ödədiyi “artıq” məbləğdə pulun geri qaytarılmasını tələb edə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, hüquqi şəxs yalnız öz iştirakçıları və təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əl də edə bilər, vəzifələr öz üzərinə götürə bilər. Şahin Yusifovun iş materiallarında təmsilçilik barədə etibarnaməsi yoxdur. Həmçinin iş materiallarında Şahin Yusifovun təsisçi və ya direktor olması barədə məlumat və ya sübut yoxdur. O zaman məhkəmə hansı əsasla müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş məlumat vermə öhdəliyinin icra edilməsi qənaətinə gəlmişdir. Pandemiya ilə bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi iqtisadi sferanın əksər iştirakçılarına mənfi təsir göstərdiyi bir şəraitdə mülki dövriyyənin bir iştirakçısı (icarəyə verən) müqavilə üzrə öhdəliklərini icra etdiyi və digər tərəf həmin icradan bəhrələndiyi halda (belə ki, gücləndirilmiş karantin rejiminin davam etdiyi müddətdə mübahisəli icarə sahəsini boşaltması və icarəyə verənə təhvil verməsi iş materiallar ından görünmür) ikinci tərəfin qarşılıqlı icradan azad edilməsi (icarəçi) birinci tərəfi digərinə nisbətən əlverişsiz vəziyyətə salmaqla mülki hüququn təməl prinsipi olan mülki hüququn təməl prinsipi olan mülki hüquq subyektlərinin bərabərliyi prinsiplərinə də ziddir. Məhkəmə qəbul etdiyi qətnamə ilə ən çox bu normanın tələblərini pozub. Belə ki, eyni icarə sahəsi ilə bağlı icarəçi İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə pul tutulmuşdur. Həmin iş üzrə ümumiləşmiş məhkəmə təcrübəsi var və karantin rejiminin olmasına baxmayaraq icarə haqqının ödənilməsi müəyyən edilmişdir. Lakin nədənsə, hazırkı iş üzrə eyni icarə sahəsinə görə cavabdehdən pul tutulmamışdır. Bir-birinə zidd iki məhkəmə qərarı ola bilməz, bu hal ümumiləşmiş məhkəmə təcrübəsinə ziddir. Qətnamələrdən müəyyən olunur ki, məhkəmələ r MMC-ni icarə haqqından azad etməyib. O zaman belə bir sual meydana çıxır - əgər icarə sahəsindən faktiki istifadəni Palata həyata keçiribsə və MMC icarə haqqından azad edilməyibsə, Palata hansı əsasla, hansı qanuna və ədalətə uyğun olaraq icarə haqqından azad edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin 10-cu bəndinə istinad edir və karantin rejiminə görə müqavilə üzrə öhdəliklərdən azad olduğunu bildirir. Lakin müqavilənin 10.2-ci bəndində göstərildiyi kimi cavabdeh tərəfindən fors-major hallar barədə iddiaçıya yazılı bildiriş göndərilməmişdir. Cavabdeh elektron kabinetə yazılı müraciətlərini əlavə etsə də həmin müraciətlərin MMC-yə çatdırılması barədə poçt qəbzlərini və ya hər hansı başqa sübutu əlavə etməmişdir. Elektron kabinetə yalnız Şahin Yusifov adlı şəxslə bir email yazışması əlavə olunub. Belə bir sual meydana çıxır - Şahin Yusifov kimdir, onun MMC ilə nə əlaqəsi var. MMC-də Şahin Yusifov adlı işçi olmayıb, belə bir işçi olsa da onun MMC-nin adından səlahiyyət vermək qərarı yoxdur. Belə bir işçi varsa, ona məktubun çatdırılması MMC-yə məktubun çatdırılması hesab olunurmu. Müqavilədən görünür ki, müqavilənin rekvizitlər bölməsində bir ünvan var: Bakı şəhəri, Xətai rayonu, 25E Nobel prospekti. Cavabdeh iddiaçıya bildirişi ya müqavilədəki ünvana, ya da iddiaçının hüquqi ünvanına göndərməli idi. Belə bir yazılı bildirişi iddiaçı almamışdır. Cavabdeh özü də qarşılıqlı iddia ərizəsində iddiaçının yazılı münasibət bildirmədiyini qeyd etmişdir. Buna görə də məhkəmənin fors-major hallara istinad etməsi tərəflər arasında imz alanmış icarə müqaviləsinin 10.2-ci bəndinə əsasən əsassız və qanunsuzdur. Müqavilənin 10.3-cü bəndinə əsasən fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Həmçinin fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi də Palatanın üzərinə düşür. Müqavilənin məhz bu bəndlərini əsas gətirərək cavabdeh icarə haqqının ödənilməsi öhdəliyindən azad edilə bilməz. İş üzrə materiallarından görünür ki, cavabdehin fors-major halın tədbiqi ilə bağlı hər hansı yazılı müraciəti iddiaçıya təqdim olunmamışdır. Cavabdehin təqdim etdiyi materiallar isə digər sübutlarla təsdiq olunmur ki, həqiqətən iddiaçıya göndərilmişdir.

32. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qət naməsinin qismən, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

33. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 442.1-ci, 448.4-cü, 556.1-ci, 557.1-ci, 439.4-cü maddələrini tətbiq etməklə qarşılıqlı iddianı təmin etməli olduğu halda bunu etməmişdir. Qarşılıqlı iddia ərizəsinə MMC tərəfindən Palataya verilmiş elektron qaimələr, o cümlədən Palata tərəfindən MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. Bu barədə məlumatlar da ətraflı və tam aydın şəkildə qarşılıqlı iddia ərizəsinin mətnində qeyd edilmişdir. Bundan başqa, həm iddia ərizəsində, həm tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarında bu hallar, yəni pul vəsaitlərin nə vaxt və hansı məbləğdə ödənilməsi öz təsdiqini tapmışdır və bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq qərarlarına əsasən hansı dövlərdə xüsusi (gücləndirilmiş) karantin rejiminə keçilməsi və bununla bağlı müəssisələrin (o cümlədən Azərbaycan Notariat Palatasının) iş fəaliyyətin dayandırılması da hamıya bəlli olan hallardır və bunun sübuta ehtiyacı yoxdur. Bununla bağlı qarşılıqlı iddia ərizəsində ətraflı məlumat verilmiş, müvafiq artıq ödənilmiş dövrlər hesablanaraq məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən, xüsusi (gücləndirilmiş) karantin rejimi dövrlərində Palatanın icarəyə götürülmüş qeyri-ya şayış sahəsində fəaliyyət göstərməməsi Palata tərəfindən MMC-yə göndərilmiş məktublarda öz əksini tapmış, o cümlədən, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı MMC arasında baş vermiş mübahisə üzrə qəbul edilmiş məhkəmə aktlarında və həmin iş üzrə məhz İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də öz əksini tapmışdır. Bu halı hazırki iş üzrə ilk iddiaçı özü təsdiq edir. Başqa sözlə xüsusi (gücləndirilmiş) karantin rejimi dövrlərində Palatanın icarəyə götürülmüş qeyri-yaşayış sahəsində fəaliyyət göstərməməsi işin mübahisəsiz hallarındandır. Bundan başqa, məhkəməyə nə zaman, kimə qarşı və hansı tələblə müraciət edilməsi Palatanın vəzifəsi deyil hüququdur. Məhkəməyə dərhal deyil, məhz MMC-nin iddiasından sonra qarşılıqlı iddia ilə müraciət edilməsi heç bir halda qarşılıqlı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən tərəflər arasında olan yazışmalara və şifahi razılaşmaya əsasən, MMC xüsusi (gücləndirilmiş) karantin rejimi dövrlərinə görə Palatadan hər-hansı vəsait tələb etməyəcəkdir. Bunun müqabilində isə artıq ödənilmiş vəsait də MMC-dən tələb edilməyəcəkdir. Məhz bu baxımdan keçən müddət ərzində nə Palata tərəfindən MMC-yə artıq ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı hər hansı tələb (müraciət, pretenziya, iddia və s. qaydasında) irəli sürülməmiş, eyni qaydada həmin dövrlərdə MMC tərəfindən Palataya hər-hansı elektron qaimə göndərilməmiş, pul məbləği ödənilmədiyi təqdirdə hərhansı pretenziya və tələb irəli sürülməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Bu hal yalnız "xxxx" MMC ilə İddiaçı MMC arasında ba ş vermiş mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra baş vermişdir. Məhkəmənin bu yanaşmasına görə belə çıxır ki, əgər MMC-nin hüquqları o vaxtdan pozulmuş olsa idi, MMC 2 il gözləməz, icarəyə götürənə, daha sonra mediasiya təşkilatına, ən nəhayət məhkəməyə müraciət edərdi. Lakin MMC bunu etməsə də, hazırki iş üzrə ilk iddianı təmin etməyən məhkəmə bu hala istinad etməmişdir. Yəni iddiaların hər ikisini rədd edən məhkəmə tərəflərə qarşı ikili standartlar tətbiq etmişdir. Palata tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarda Palatanın iş fəaliyyətinin dayandırıldığı, ofisdən istifadə edilməməsinin MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyü MMC-yə bildirilmi şdir. Məhkəmə bir tərəfdən ilk iddianı rədd edərkən həmin məktublara istinad etmiş, hətta Koronavirus infeksiyası (Covid-19) ilə əlaqədar yaranmış vəziyyətin hamıya bəlli olan hal olduğuna istinad edərək bunun sübuta ehtiyacı olmadığını qeyd etsə də, qarşılıqlı iddianı rədd edərkən bunun əksinə istinad edərək, iş materiallarında kifayət qədər sənəd və sübutun olmasına baxmayaraq, Palatanın tam təqvim ayı üzrə ödəniş etdiyi dövrlərdə faktiki fəaliyyət göstərmədiyini qeyd etdiyi günlər barədə ilk iddia üzrə iddiaçıya öncədən məlumat vermədiyini qeyd etməklə ziddiyyətli və anlaşılmaz mövqedən çıxış etmişdir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC ilə İddiaçı MMC arasında baş vermiş mübahisə üzrə qəbul edilmiş məhkəmə aktlarında və həmin iş üzrə məhz İddiaçı MMC tərəfindən məh kəməyə təqdim edilmiş sənədlərdə də xüsusi (gücləndirilmiş) karantin rejimini dövrlərində Palatanın ofisdən istifadə edilməməsi etiraf edilmişdir. Həmçinin Palata nəinki iddiaçını icarəyə verilmiş daşınmaz əmlakın həmin günlərdə faktiki istifadə edilib-edilməməsini yoxlamaq imkanından məhrum etmiş, əksinə, ofisdən istifadə edilməməsinin MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyünü MMC-yə təklif etmişdir. Lakin MMC bu hüququndan istifadə etməmiş, hazırki iş üzrə məhkəmədə də bu hala istinad etməməsinə baxmayaraq, məhkəmə nəyəsə görə belə əsassız və ziddiyyətli nəticəyə gəlmişdir. Bundan başqa, işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə işə ilk dəfə Bakı Kommersiya Məhkəməsində baxılarkən məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət təqdim edilərək, X3, X 4, X5, X1 və X2 şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatət təqdim edilmiş, vəsatət təmin edilmiş, lakin prosessual pozuntuya yol verilərək, qeyd olunan şəxslərin şahid qismində dindirilməsi təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsinə baxmayaraq, həmin şəxslərin şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı qərarın qanuni qüvvəsində olmasını nəzərə alaraq, onların şahid qismində məhkəməyə dəvət edilməsi təmin edilməli olduğu halda, məhkəmə prosessual pozuntuya yol verərək onları məhz Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğvinə istinad etməklə məhkəməyə dəvət etməmişdir. Daha sonra eyni vəsatət bir daha Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilsə də təmin edilməmiş, bununla da işin tam, obyektiv və hərtərəfli araşdırmasına zəmin yaradılmamışdır. Qeyd olunan şəxslərin şahid qismində məhkəməyə dəvət edilməsi və dindirilməsi zəruri olmuşdur.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-463/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1555/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” və Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhramzadə)

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticələr işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, tərəflər arasında olan hazırkı mübahisə ilə bağlı “fors-major” halına istinad edilməsi düzgün olmamışdır. Belə ki, “fors-major” anlayışı Mülki Məcəllədə verilməsə də, mülki hüquq nəzəriyyəsinə əsasən fors-major dedikdə müqavilə öhdəliklərinin icra edilməsinin qeyri-mümkünlüyünə səbəb olan qarşısıalınmaz qüvvə başa düşülür. Fors-major halların baş verməsi tərəfləri həmin halla əlaqədar öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətdən azad edir, eləcə də fors-major halın davam etdiyi müddətdə öhdəliyinin icra edilməsinə möhlət verilməsi üçün əsa s verir.

36. Mülki Məcəllədə qarşısıalınmaz qüvvə ilə bağlı öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsini nəzərdə tutan 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

37. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndi fors-major hallarla bağlıdır. Həmin bənə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar.

38. İş materiallarından görünür ki, Palata tərəfindən MMC-yə xx.xx.2020-ci il tarixli 16 nömrəli məktubla müraciət edilərək, Respublikada karantin müddətinin tətbiqi və qeyriiş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəfl ər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər.

39. Bunun qarşılığında isə MMC tərəfindən (Elektron ünvan 1) Palataya (Elektron ünvan 3) ünvanlanmış 31 mart 2020-ci il tarixli cavab (e-mail) məktubundan görünür ki, MMC tərəfindən yuxarıda qeyd olunan məktub alınmış və müqaviləyə xitam verilməsinə etiraz edilməmişdir. Bununla yanaşı “karantin” qüvvədə olduğu aylar üzrə icarə haqqını simvolik məbləğə 10 AZN (əvvəl 36 AZN idi) endirilməsi barədə təklif edilmiş, həmçinin bildirilmişdir ki, bu şərtlə raz ılıq olunsa, müqaviləyə davam etdirilməsi, razılıq olunmasa isə ofisi əvvəlki (təhvil alındığı) halda geri təhvil verilməsi təklif edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, artıq tərəflər arasında “fors-major” halın mövcudluğu aradan qalxmışdır, çünki Palata tərəfindən “karantin rejimi” ərəfəsində icarə ödənişinin hesablanmasının dayandırılması barədə təklif edilmiş, MMC isə öz növbəsində həmin təklifi qəbul etmiş, lakin qeyd olunan təkliflə çıxış etmişdir ki, Palatası da həmin təklifə etiraz etməmiş və ödənişlər həyata keçirmişdir. Həmçinin Palatası tərəfindən qeyri-yaşayış sahəsi boşaldılmamış və MMC tərəfindən həmin qeyri-yaşayış sahəsi təhvil alınmamışdır. Belə olan halda, tərəflər arasında müqavilə münasibətləri dəyişdirilmiş şərtlərlə davam etdirilmişdir ki, bu zaman “fors-major” halın mövcudluğundan söhbət belə gedə bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan halları müəyyən etməmiş və mübahisə üzrə düzgün əsaslandırma aparmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını bu kontekstdə araşdıraraq hesab etmişdir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsi maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətləri qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və hər iki iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi ilk idia tələbi üzrə müəyyən etmişdir ki MMC (subicarəyə verən) ilə Palata (icarəçi) arasında 19 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən icarə hüququ ilə MMC-nin istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan qeyri-yaşayış sahəsi Palatanın istifadəsinə və sahibliyinə verilmişdir. Bunun müqabilində Palata illik ƏDV xaric 42.624 manat məbləğində icarə haqqı (ƏDV daxil aylıq icarə haqqı 4191,36 manat təşkil edir) ödəməyi öhdəsinə götürmüşdür. Palata tərəfindən həmin müqavilə üzrə 2020-ci ilin aprel, may, iyul, avqust ayları üçün icarə haqqı ödənilməmiş, eyni zamanda 2020-ci ilin fevral ayı üçün ƏDV daxil 1589.83 manat, mart ayı üçün ƏDV daxil 4191.36 manat, iyun ayı üçün ƏDV daxil 3478.83 manat, sentyabr a yı üçün ƏDV daxil 2375,10 manat, oktyabr ayı üçün ƏDV daxil 4191.36 manat və noyabr ayı üçün ƏDV daxil 3476.28 manat məbləğində ödəniş edilməklə, göstərilən aylar üçün ödənişlər aparılmışdır.

43. İcarə müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan və binanın mərtəbə planında göstərilən (Əlavə 1) qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 m2 faydalı, qalan 53 m2 isə köməkçi sahə kimi sayılır; 4.1-ci b əndə görə bu müqavilə üzrə icarə müddəti 1 il müddətinə 19 fevral 2020- ci ildən 19 fevral 2021-ci ilə qədər müəyyən edilir; 5.1-ci bəndə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərtilə). Bu məbləğ icarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqqından və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 14.758 manat xərcdən ibarətdir. Yeraltı parkinq mərtəbəsində icarəçinin 1 avtomobili üçün müəyyən edilmiş parkinq yerinin icarə haqqısı da həmin məbləğə daxildir (Əlavə 2);

44. Müqavilənin 10.1-ci bəndinə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyy əti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar; 10.2-ci bəndə görə bu müqavilənin 10.1-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır; 10.3-cü bəndə görə fors-major halla rın mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir; 10.4-cü bəndə görə fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi həmin halların baş verməsi səbəbindən öz öhdəliklərini icra etməmiş tərəfin üzərinə düşür; 12.4-cü bəndə görə bu müqaviləyə hər hansı əlavə və/və ya dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan elektron qaimələrə əsasən MMC tərəfindən cəmi 19.440,44 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Palataya göndərilmişdir. Ödəniş tapşırıqları ilə təsdiq edilir ki, Palata tərəfindən MMC-yə ödənişlər həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli 26 nömrəli məktubdan görünür ki, Palata (Elektron ünvan 3) MMC-yə (Elektron ünvan 1 və Elektron ünvan 2) müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişdir. xx.xx.2020-ci il tarixli 39 nömrəli məktubdan görünür ki, Palata (Elektron ünvan 3) MMC-yə (Elektron ünvan 1 və Elektron ünvan 2) müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə m üqaviləsinin qüvvəsinin dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada sərtləşdirilmiş karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişdir. MMC tərəfindən Palataya ünvanlanmış 15 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Palatadan borc məbləğinin tərəflərindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əsasən göstərmişdir ki, aylıq icarə haqları öncədən bütün ay üçün ödənilsə də, bəzi ayların müəyyən dövrlərində icarə obyektindən istifadə edilməmiş, bununla bağlı MMC-yə yuxarıda qeyd olunan müraciətlər göndərilmi şdir.

47. Apellyasiya instansiyası məhkəməsi Palata tərəfindən təqdim edilən e-mail vasitəsilə göndərilən məktublara münasibətdə vurğulamışdır ki, həmin məktubların göndərildiyi ünvanın domeninə əsasən (Elektron ünvan 1 və Elektron ünvan 2) həmin email ünvanının ilkin iddiaçıya aidiyyatı olan şəxsə məxsus olması öz təsdiqini tapır. Belə ki, iş materiallarına əsasən tərəflər arasında olan yazışmalar MMC-nin əməkdaşları Tural Abbaslı və Şahin Yusifov tərəfindən aparılmışdır. MMC-nin nümayəndəsi apelyasiya baxışında Şahin Yusifovun onların əməkdaşı olmamasını, lakin Tural Abbaslının onların işçisi olmasını təsdiq etmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, apelyasiya baxışında e-2-2(103)-976/2021 saylı kommersiya işin in materialları (iddiaçı "xxxx" MMC və cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə) tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə araşdırma aparılarkən MMCnin əməkdaşı Tural Abbaslı, Şahin Yusifov və MMC-nin digər işçilərinə e-mail məktubları ünvanlanmışdır. Həmin məktublar məhz MMC-nin nümayəndəsi tərəfindən kommersiya işinə baxılarkən məhkəməyə təqdim edilmişdir. Bu halın mövcudluğu Şahin Yusifovun MMC-nin əməkdaşı olması qənaətinə gəlməsinə əsas verir.

49. MMC-nin nümayəndəsinin Şahin Yusifovun və Tural Abbaslının onların əməkdaşı olsa da belə, onların müqavilə tərəfi olmadığı üçün müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı tərəfə məktub göndərmək səlahiyyətlərinin olmaması barədə dəlini də qəbul etməyən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tədqiq edilmiş kommersiya işindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmışdır. Amma "xxxx" MMC ilə bağlı bütün yazışmaları, müqaviləni imzalayan şəxslər yox, məhz Tural Abbaslı aparmışdır. Bu halın mövcudluğu da onu deməyə əsas verir ki, Şahin Yusifovun MMC-nin əməkdaşı olmaqla, hazırki işdə müqaviləni imzalayan şəxs olmasa da, müqavilə şərtlərini dəyişdirilməsi ilə bağlı tərəfə məktub göndərə bilməsi istisna edilmir.

50. Tərəflər arasında “karantin rejimi” qüvvədə olduğu aylar üzrə icarə haqqını simvolik məbləğə, yəni 36 manat əvəzinə 10 manata endirilməsi barədə yazışma faktının olması öz təsdiqini tapdığından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddiaçıya ümumi sahəsi 164 m2 olan sahə üçün 2020-ci ilin aprel ayının 1-dən dekabr ayının 1-nə kimi 8 ay üçün hə r ay 1640 manat olmaqla ümumilikdə 13120 manat ödəniş edilməli idi, lakin qarşılığında 13521,57 manat ödəniş aparılmışdır. Belə olan halda, tərəflər arasında olan simvolik məbləğdə razılıqla müəyyən edilmiş aylıq icarə haqqı məbləğini nəzərə alınarsa, iddiaçı tərəfindən tələb edilən vəsait cavabdeh tərəfindən ödənilmişdir.

51. Beləliklə, qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MMC ilə Palata arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Palata tərəfindən ödənilmiş vəsaitlər, simvolik məbləğlə hesablanmaqla tam olaraq ödənildiyindən, iddiaçının cavabdehə qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası təmin edilə bilməz.

52. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qa rşılıqlı iddia tələbinin də təmin edilməsi üçün əsaslar müəyyən etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Palata artıq ödənilmiş 3.403,72 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumu və xidmət haqqının MMC-dən tutulmasını xahiş etsə də, işin qeyd olunan hallarına əsasən Palata tərəfindən qarşılıqlı razılıq əsasında müəyyən edilmiş simvolik məbləğə uyğun ödənişlər həyata keçirilmiş və həmin ödənişlərin adi riyazi hesablama qaydası ilə (401.57 manat artıq) artıq olması müəyyən edilmişdir ki, bu da artıq məbləğin MMC-dən tutulması məqsədəmüvafiq deyil. Belə ki, aparılan ödənişlərin artıq olması Palatanın öz təşəbbüsü olmuşdur. Palatanın qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının da təmin edilməsi üçün əsaslar yoxdur.

53. Apellyasiy a instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisənin konteksində onların “karantin rejimi” qüvvədə olduğu aylar üzrə icarə haqqını simvolik məbləğə, 10 manata endirilməsi barədə yazışma faktının öz təsdiqini tapmasına istinad edərək göstərmişdir ki, hər iki tərəfin apellyasiya şikayətində irəli sürülən dəlillər mülahizə xarakterli olmaqla yanaşı, bu dəlillər iş materialları ilə də təsdiq edilmir.

54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385.1, 386.1, 421.1, 425, 442 və 448-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

55. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə digər kommersiya işi üzrə mübahisəyə səbəb olmayan detalı hazırkı işdə qətnamənin əsası kimi qeyd edərək qanunun və müqavilənin gücsüz vəziyyətə salınmasına səbəb olmuşdur. Həmçinin məhkəmə tərəflər arasındakı mübahisəyə qanunun və müqavilənin şərtlərini deyil, digər iki hüquqi şəxsin arasındakı “e-mail” yazışmalarını, hüquqi şəxsə aidiyyəti müəyyən edilməyən şəxsin “e-mail” yazışmalarını tətbiq etmişdir. Məhkəmənin qənaətinə görə tərəflər arasındakı müqavilənin şərtlərinin dəyişdirilməsi üçün aidiyyəti olmayan hər hansı şəxsin e-maili kifayət edir. Məhkəmə kollegiyası qərarı faktlar əsasında deyil, özünün və cavabdehin mülahizələri əsasında qəbul etmişdir. Məhkəmə müqavilənin dəyişdirilməsini özünün mülahizəsinə görə əsaslandırmışdır, l akin bu barədə iş materiallarında sübut yoxdur. Məhkəmə həmçinin sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə cavabdehin etirazı daxil olmuşdur. Etiraz iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa d a, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tut ulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 700.1. İcarə müqaviləs i əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məc buri deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apel lyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

59. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın qiyməti 5000 manatadək olmuşdur və bundan kassasiya şikayət verilməsi nəzərdə tutulmadığından həmin hissədə şikayət yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində tam yoxlayır.

60. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasi ya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

63. İddia tələbi icarə müqaviləsi üzrə ödənilməmiş pulun tutulması barədədir.

64. Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 35-53-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.

65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər təkrarlanmaqla həm iddianın, həm də apellyasiya şikayətinin dəlilləri olmuş və məhkəmələr bu dəlillərə ətraflı qiymət vermişlər.

66. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvaf iq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apelyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

67. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-463/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar