Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2914/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Mahmudov Vidadi Cəmil oğlunun və Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (H.Xəlilov) 2(063)-xxxx saylı, xx.xx.20 18-ci il qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması” tələbinə dair iddiası təmin edilərək, Zərdab rayonu Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan və Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014cü il tarixdə 724 nömrə ilə uçota alınmış torpaq sahəsindən istifadəsinə Cavabdeh1 və uşaqları tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş birmərtəbəli yaşayış evinin Cavabdeh1 hesabına sökülməklə cavabdehin özünün, yetkinlik yaşına çatmayan uşaqlarının, əşyalarının və mülkünün zəbt olunmuş 1.03 ha torpaq sahəsindən çıxarılmaları, iş üzrə aparılmış ekspe rtiza tədqiqatının dəyərinə görə 100 manatın Cavabdeh1 Dövlət Xəzinədarlıq Agentliyinin və mütəxəssis rəyinin dəyərinə görə 60 manatın Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Ucar rayon Məhkəməsinin 2(063)-xxxx saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov, Ə.Əhmədov, İ.Dəmirov) xx.xx.2019-cu il tarixli, 2(102)-xxxx saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Şəki Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx nömrəli qətnaməsinin ləğv olunması və işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Rəfiyev, G.Abbasov, M.Hüseynov) xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Ucar rayon Məhkəməsinin 2(063)-xxxx saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən, Zərdab rayonu Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan torpaq sahəsində qanunsuz tikilmiş birmərtəbəli yaşayış evinin Cavabdeh1 hesabına sökülməsi hissəsində ləğv edilməsi və həm in hissədə yeni qətnamə çıxarılaraq, iddianın həmin hissədə təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli 2(063)-xxxx nömrəli qətnaməsinin qalan hissədə, Zərdab rayonu Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan və Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014-cü il tarixdə 724 nömrə ilə uçota alınmış torpaq sahəsindən istifadəsinə Cavabdeh1 və uşaqları tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin özü, yetkinlik yaşına çatmayan uşaqları, əşyaları və mülkünün zəbt olunmuş 1.03 ha torpaq sahəsindən çıxarılmaları, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın Cavabdeh1 Dövlət Xəzinədarlıq Agentliyinin və mütəxəssis rəyinin dəyərinə görə 60 man atın Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə götürdüyü torpaq sahəsinə Cavabdeh1 və uşaqları tərəfindən yaradılan maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsindən cavabdehin özünün, uşaqlarının, əşyalarının və mülkünün məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhk əmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəliyev Rasim Cəfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsinin iddianın dəyişdirilmədən saxlanmış hissəsi qanunsuz, əsassız və ədalətsizdir. Ona görə ki, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan Yerli Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş aktla cavabdehə yaşayış evi verilmiş, bundan sonra mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi başqa şəxsə icarəyə verilmişdir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olan Zərdab rayon Məlikumudlu bələdiyyəsi iddiaçı ilə icarə müqaviləsi bağlayarkən həmin torpaq sahəsində cavabdehə məxsus evin olmasını nəzərə almamış, icarə müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bələdiyyə mülkiyyətində olan boş və istifadəsiz torpaq sahəsini icarəyə verə bilərdi. Lakin mübahisəli torpaq sahəsini icarə müqaviləsi bağlanarkən, torpaq sahəsinin sərhədlərinin cavabdeh tərəfindən tutulması, onun tərəfindən istifadə olunması, orada mövcud olan evdə yaşaması nəzərə alınmamış, qanunsuz olaraq icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx saylı qətnaməsinin qismən-Ucar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli 2(063)-xxxx nömrəli qətnaməsinin qalan hissədə, Zərdab rayonu Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında x x xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan və Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014-cü il tarixdə 724 nömrə ilə uçota alınmış torpaq sahəsindən istifadəsinə Cavabdeh1 və uşaqları tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin özü, yetkinlik yaşına çatmayan uşaqları, əşyaları və mülkünün zəbt olunmuş 1.03 ha torpaq sahəsindən çıxarılmaları, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın Cavabdeh1 Dövlət Xəzinədarlıq Agentliyinin və mütəxəssis rəyinin dəyərinə görə 60 manatın Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barəd ə qərar edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehin vəkili Vəliyev Rasim Cəfər oğlu və 3-cü şəxs Zərdab rayonu Məlikumudlu Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Mahmudov Vidadi Cəmil oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının və edilmiş sorğulara cavabların tədqiqi, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edildi ki, Zərdab rayonu Məlikumudlu bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 09 saylı qərarı və xx xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə 25 il müddətinə 15 hekt ar torpaq sahəsi ayrılmış və tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü barədə A seriyalı, 507730 nömrəli sənədlə Zərdab rayonu Məlikumudlu bələdiyyəsinin xx xxxxxxxx 2007ci il tarixli 09 saylı qərarı və xx xxxxxxx 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə Zərdab rayonu Məlikumudlu kənd sakini İddiaçı ayrılan 40000 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014-cü il tarixdə, 724 nömrə ilə uçota alınmışdır. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsas ən, Zərdab rayonu Məlikmudlu bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli, 09 saylı protokolundan çıxarışa əsasən bağlanmış icarə müqaviləsinə əsasən İddiaçıya icarəyə verilmiş 4.0 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində xx xxxxxx 2018-ci ildə qeydiyyata alınmışdır. Cavabdeh1 Ucar rayonu Şilyan kəndində doğulmuşdur. 2001-ci ildə Məlikumudlu kəndinə kənd sakini X9 ilə ailə həyatı qurduqdan sonra köçmüşdür. Bu səbəbdən də Cavabdeh1 torpaq islahatı zamanı Məlikumudlu kəndində pay torpağı və əmlak payı verilməmişdir. Cavabdeh1 qayınatası X7 və ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair JN-0032 nömrəli Dövlət aktı ilə 6.34 ha torpaq sahəsi ayrılmışdır. Yerli Aqrar İslahat Komissiyasının 160 nömrəli aktı əsasında 6 nəfər ailə üz vünə 3222.2 manat məbləğində əmlak payı ayrılmışdır. Cavabdeh1 Məlikumudlu kəndində daimi qeydiyyatda olan qayınatası X7 məxsus olan evdə yaşamışdır. 2009-cu ilin noyabr ayında öz şəxsi məqsədi üçün heyvandarlıqla məşğul olmaq üçün kənddən 5-6 km aralıda yararsız halda olan Yerli Aqrar İslahat Komissiyası tərəfindən qayınatasına əmlak payı kimi verilmiş çoban evinə köçmüşlər və həmin binanın 70%-i başqa şəxsin mülkiyyətindədir. 30%-i yəni 900 manatlıq əmlak payı kimi qayınatasına hesablanmışdır. Zərdab Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli 2(063)-xxxx nömrəli qətnaməsi ilə Zərdab rayonu Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan və Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014cü il tarixdə 724 nömrə ilə uçota alınmış torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdeh X9 tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməklə cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən köçürülmüş dövlət rüsumunun İddiaçı aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan100 (bir yüz) manat pulun cavabdeh X2 tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. Zərdab rayonu Məlikumudlu bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 09 saylı qərarı və xx xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı və heyvand arlığın inkişafı məqsədi ilə 25 il müddətinə 15 hektar torpaq sahəsi ayrılmış, tərəflər arasında icarə müqaviləsi bağlanmış və İddiaçı ayrılan 40000 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014cü il tarixdə, 724 nömrə ilə uçota alınmışdır. İcarə müqaviləsinə əsasən İddiaçıya icarəyə verilmiş 4.0 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində xx xxxxxx 2018-ci ildə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin həmin tələblərlə bağlı Zərdab rayonu Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxxx 2007ci il tarixli 09 saylı i carə müqaviləsinə əsasən İddiaçı icarəsində olan və Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014cü il tarixdə 724 nömrə ilə uçota alınmış torpaq sahəsindən istifadəsinə Cavabdeh1 və uşaqları tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin özü, yetkinlik yaşına çatmayan uşaqları, əşyaları və mülkünün zəbt olunmuş 1.03 ha torpaq sahəsindən çıxarılmaları ilə bağlı gəldiyi nəticə ilə razılaşmış, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla hazırkı iddiaçının icarəsinə verildiyindən sonuncunun həmin torpaq sahəsindən istifadə hüququ yaranmışdır. Apelyasiya kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi Zərdab rayonu Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxxx 2007-ci il tarixli 09 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan və Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2014-cü il tarixdə 724 nömrə ilə uçota alınmış torpaq sahəsindən istifadəsinə Cavabdeh1 və uşaqları tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin özü, yetkinlik yaşına çatmayan uşaqları, əşyaları və mülkünün zəbt olunmuş 1.03 ha torpaq sahəsindən çıxarılmalarını qət etməkdə haqlı olsa da, lakin həmin torpaq sahəsində yerləşən qanunsuz tikilinin (çoban evinin) sökülməsini qət etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarına əsasən X7 900 manat məbləğində (30%) və X14 isə 2100 manat məbləğində (70%) əmlak payı verilmişdir. İşdə olan 160 nömrəli aktı ilə X5 900 manat məbləğində əmlak payının olduğu öz təsdiqini tapır. Eyni zamanda işdə olan xx.xx.2018-ci il tarixli 23295 nömrəli ekspert rəyində mübahisəli torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evinin qanunsuz tikili olmasına dair də heç bir qeyd yoxdur. Bununla yanaşı, məhkəmə icraatına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 apelyasiya kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən çoban evində yaşamışdır. Zərdab Rayon Aqrar İslahat Komissiyası tərəfindən kolxozda işlədiyi zaman həmin çoban evi əmlak payı kimi ona (30%) və X14 (70%) verilmişdir. X12 oradan təxmini 2005-2006-cı illərdə kəndə köçmüşdür. Göründüyü kimi, iddiaçının qanunsuz tikili kimi sökülməsini tələb etdiyi mübahisəli torpaq sahəsində yerləşən çoban evi Zərdab Rayon Aq rar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə əmlak payı kimi X7 və X14 verilmişdir və həmin tikili (çoban evi) qanunsuz tikili deyildir. Bu da onu göstərir ki, Zərdab Rayon Aqrar İslahat Komissiyası tərəfindən X7 əmlak payı kimi verilmiş həmin çoban evinin sökülməsi onun qanunla qorunan mülkiyyət hüququnun pozulmasına gətirib çıxaracaqdır. Ona görə də apelyasiya şikayətinin mübahisəli torpaq sahəsində yerləşən çoban evinin qanunsuz tikili olmaması ilə bağlı dəlili əsaslı olduğundan apelyasiya şikayəti qismən təmin edilməlidir. Bununla yanaşı apelyasiya kollegiyası iş materiallarını, kollegiya tərəfindən edilən sorğulara cavabları və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh1 mübahisəli to rpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən çoban evinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və bu səbəbdən də həmin çoban evində onun yaşamaq hüququ yoxdur. Apelyasiya kollegiyası onu da qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Zərdab Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(063)-xxxx nömrəli qətnaməsi ilə torpaq sahəsindən iddiaçının istifadəsinə Cavabdeh1 həyat yoldaşı cavabdeh X9 tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməklə cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bundan başqa Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 39 nömrəli arayışına əsasən, Cavabdeh1 hal-hazırd a Məlikumudlu kəndində pay torpağı yoxdur. X3 özünə məxsus 0,94 ha torpaq sahəsi və 0,12 sot həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyala ra aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 157.8ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məq sədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Res publikası Qanununun 3-cü maddəsinə əsasən, islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.Qanunun 4-cü maddəsinə əsasən, islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqra r İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Qanunun 9-cu maddəsinə əsasən, dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak öz əlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətinin dəlili kimi mövcud olan icarə müqaviləsinin qanunsuz bağlanmasına istinad etsə də, hazırki mübahisə icarə müqaviləsinin mübahisələndirilməsi ilə əlaqədar deyildir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin kasasiy a yoxlaması zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)xxxx nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2914/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2914/2020
21.05.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver