Məhkəmə qərarları › İş №2(102)-3180/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3180/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3180/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair sənədlərin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3196/2024 nömrəli 22 may 2024-cü il tarixli qətnaməsindən cavabd eh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MTK arasında 18 aprel 2017-ci il tarixli 121 №-li müqavilə bağlanmış, müqavilənin 1.2-ci bəndinə əsasən ünvan 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 4-cü mərtəbəsində yerləşən 20 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzil “Kooperativ” “Payçı”ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 5.1-ci bəndində mənzilin dəyəri 160000 manat müəyyən edilmişdir. Cavabdeh MTK tərə findən elə həmin gün, yəni xx.xx.2017-ci il tarixdə İddiaçı həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

2. İddiaçı həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarənin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları ilə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “qeyd olunan ünvanda yerləşən mənzilə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə müraciət edəcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacaqdır.”

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6828/2022 №-l i iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh MTK-nın cavabdehlər X2, İddiaçı, X1 qarşı Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli 121 №-li müqavilənin, kassa mədaxil orderinin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4135/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4324/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh M TK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilə şərtlərinə uyğun olaraq kooperativ qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasını inşa etmiş və mənzili tikib iddiaçıya təhvil vermişdir. Cavabdeh MTK ilə İddiaçı arasında 18 aprel 2017-ci il tarixdə bağlanmış müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını - mənzilin dəy ərini tam ödədiyindən, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ yaranmışdır. Mənzilin alğı-satqısı sənədləşdirilərkən alğı-satqı müqaviləsi, kassa mədaxil orderinin qəbzi və mənzilin dəyərinin tam ödənilməsi barədə arayış ona verilmiş, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) isə verilməmişdir. Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarı olmadığı üçün həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 04 avqust 2021- ci il tarixli, daha sonra xx.xx.2021-ci il tarixli ərizələrinə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən imtina verilmişdir. Aldığı həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Cavabdeh MTK üzvlərinin ümumi yığınca ğının qərarının (protokoldan çıxarış) verilməsi zərurəti yaranmışdır.

8. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-112/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın təmin edilməsi, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilə dair tərəflər arasında müqav ilə bağlanmış, cavabdeh tərəfindən İddiaçı həmin mənzilinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmiş, lakin iş materiallarından mənzilin iddiaçıya verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin ona verilməsi görünməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci, Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6, 8.0.9.2 və 8.0.10.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, və 77.1-ci maddə lərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və “iddianın, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) iddiaçıya verilməsi vəzifəsi Cavabdeh MTK-ya tapşırılsın” hissəsində ləğv edilməsi və həmin hissədə tələb üzrə işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kooperativin mahiyyətini xarakterizə edərkən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlərinə düzgün hüquqi qiymət verilməmiş və aşağıda qeyd olunan maddi hüquq normasının tələblərinə əməl olunmamışdır. Əvvəla qeyd olunmuşdur ki, təsdiq edən hər hansı bir sübut məhkəmə iş materiallarında mövcud deyildir. Eləcə də maddi hüquq normasının tələbinə görə, kooperativ üzvlərinin ümumi yığıncağı MTK-nın Ali idarəetmə orqanıdır. Bununla yanaşı, “iddiaçının kooperativ üzvlüyünə qəbulu haqqında” rəsmi müraciəti olmadan, onun üzv qəbul edilməsini, eyni zamanda hər hansı bir qərar qəbul edilməsi üçün kooperativ üzvlərinə göstəriş verilməsini tənzimləyən maddi hüquq norması olmamışdır. Digər tərəfdən, kooperativ üzvlərinin yığıncağında hər hansı bir qərar qəbul edilməsi zamanı, üzvlərin özlərinə şəxsən məxsus səslərinin verib-verməməsinə göstəriş verilməsi, onların hüquqlarının açıq-aşkar pozulmasını sübut e tmişdir. Xüsusi olaraq qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında da qəbul olunmuş hüquqi mövqeyi ondan ibarət olunmuşdur ki, Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilatihüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmı şdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Eləcə də həmin qərarda qeyd olunmuşdur ki, kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı əsasında mümkündür. Belə ki, Mülki Məcəllənin kooperativdə idarəetmə qaydalarını tənzimləyən 111-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin maddədə ümumi yığıncağın müstəsna səlahiyyətləri də müəyyən edilmişdir ki, bunlardan biri də kooperativ üzvlərini qəbul etmək və çıxarmaqdır.

14. Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3196/2024 nömrəli mülki iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), G.T.Axundova və C.C.Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki işin hallarından da göründüyü kimi Cavabdeh MTK tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Cavabdeh tərəfindən həmin maliyyə arayışı və iddiaçı ilə bağlanılan xx.xx.2017-ci il tarixli 121 №-li müqavilənin, kassa mədaxil orderinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırılsa da, yuxarıd a qeyd edilən iş materiallarından da göründüyü kimi həmin iddia tələbi təmin edilməmiş, bununla bağlı məhkəmə aktı da kassasiya instansiyası məhkəməsinədək mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmışdır. İdiaçının mübahisəli mənzilin dəyərini ödəməsi ilə bağlı maliyyə arayışının qüvvəsi və etibarlılığı ilə bağlı hər hansı şübhəli məqam qalmamışdır.

16. Kollegiya qeyd etmişdir ki, iddiaçının öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilməsi və qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə edə bilməsi üçün mübahisəli mənzilin iddiaçıya verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisi iddiaçıya təqdim olunmalıdır və bunun olmasını istisna edən hər hansı hal qanunvericiliyin tələblərinə münasibətdə i ş materialları ilə müəyyən edilməmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 139.4, 152.1, 152.5, 157.1, 178.8, 385.1, 385.2, 386.1-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına, MPM-in 14.2, 77.1, 82.3, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 25, 60.1, 60.2, 125.7-ci, Mülki Məcəllənin 109.3, 111.3.3-cü, MPM-in 4.1, 9.3, 81, 88 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tələblərini pozmuş, məhkəmə icraatı həqiqəti müəyyən etməməklə yanaşı, işi hərtərəfli, tam və ədalətli araşdırmamış və nəticədə əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi kooperativin mahiyyətini xarakterizə edərkən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlərinə düzgün hüquqi qiymət verməməklə, qeyd olunan maddi hüquq normasının tələblərini açıq-aşkar pozmuşdur. Belə ki, iddiaçının kooperativ üzvlüyünə qəbul olunmasına dair rəsmi müraciət olmamışdır. Eyni zamanda, Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) iddiaçıya təqdim edilməsi üçün, ilk növbədə MTK üzvlərinin ümumi yığıncağı çağırılmalı idi. Məhkəmə tərəfindən isə MTK üzvlərinin zərinə hər hansı bir qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını tənzimləyən hüquq norması mövcud olmamışdır. Kooperativ üzvlüyünə qəbul olunması, kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid məsələ olduğu halda, məhkəmə kollegiyası həmin səlahiyyətləri qanunsuz olaraq öz üzərinə götürmüş və bununla da Mülki Məcəllənin 109-3-cü və 111.3.3-cü maddələrinin tələblərinə müvafiq dəyərləndirmə aparmamış, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə ədalət mühakiməsinin bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən şəraitdə həyata keçirilməmiş və qanunların tələblərinə dəqiq əməl edilməməklə, məhkəmənin qəbul etdiyi qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti o rqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 178.8. Tikintisi başa çatma yan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satı cının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil -tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

31. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

32. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 8.0.6. Daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mü bahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılmaması ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3196/2024 nömrəli 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar