Məhkəmə qərarları › İş №2(102)-4928/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4928/2020

15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4928/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşıiş üzrə QƏRARİ (Açar sözlər: nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən edilməsi, sabit pul məbləğində aliment) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-380/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçıı qızı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) arasında nikah Balakən rayon Qeydiyyat Şöbəsində xx xxxxxxxx 2013-cü il tarixdə 215 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İddiaçı soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx xxxxxx 2015-ci il tarixdə X34, xx xxxx 2018-ci il tarixdə X35 adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan nikahın pozulması, uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay hər bir uşaq üçün 154 manat olmaqla 308 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə aliment tələbi hissəsində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə təqdim edərək, nikahın pozulmasına dair iddianı təmin etməklə, hər uşağa ayda 130 manat olmaqla hər ay cavabdehdən 260) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq 1 ildən çoxdur ki, cavabdehlə heç bir əlaqəsi yoxdur, ayrı yaşayır, cavabdeh onunla və uşaqlarla maraqlanmır. Faktiki ər-arvad münasibətləri pozulmuşdur. Gələcəkdə onların barışıb ər-arvad kimi yaşamaları qeyri-mümkündür. O, qəti qərara gəlmişdir ki, nikahlarını ləğv etdirsin. Cavabdeh uşaqlara baxmağa borcludur, bu, onun bir ata kimi vəzifəsidir. Ba lakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(019)-852/2019 nömrəli qətnaməsi ilə (Zamin Tahirov) iddia tələbi təmin edilərək iddiaçı ilə cavabdeh arasında xx xxxxxxxx 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 215 sayla qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X34 və xx.xx.2018-ci il tarixdə doğulmuş X35in iddiaçının yanında saxlanılması; ərizənin verildiyi xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən ayda hər bir uşaq üçün 130 manat olmaqla hər ay iki uşaq üçün 260 manat sabit pul məbləğində alimentun tutulub, iddiaçıya ödənilməsi qət edilmişdir. Nikahın pozulması hissəsini tərəflər mübahisə ləndirməmişlər. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın xx xxxx 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, komissiyanın üzvləri xx.xx.2020-ci il tarixdə rayonun Qullar kəndində cavabdehin maddi məişət şəraitinin müayinə edilməsi məqsədi ilə onun anasına məxsus evdə olmuşlar. Ev 2 otaq,tam təmir edilməyən mətbəx və tikintisi davam edən hamamdan ibarət birmərtəbəli fərdi yaşayış evidir. Evdə uşaqların yaşamaları üçün qənaətbəxş şərait vardır. Cavabdehin bildirdiyinə görə o, faktiki olaraq Bakı şəhərində təmirli və yaxşı şəraiti olan evdə yaşayır və uşaqlaını böyütmək üçün normal imkanları vardır. Həmin tarixdə komissiya üzvləri Tülü kəndində, iddiaçının atası Ə.İddiaçı məxsus olduğu bildirilən ünvana getmiş, həmin evdə hal-hazırda he ç kimin yaşamadığı müəyyən olunmuş, bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı ilə telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Cavabdehin bildirdiyinə görə keçmiş arvadı Rusiya Federasiyasında yaşayır, iaşə müəssisəsi işlədir (sahibkarlıq fəaliyyəti), uşaqlarının təlim tərbiyəsi ilə məşğul olmur. Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Komissiyası iddiaçı və cavabdehin rayon ərazisində olan ünvanlarında faktiki yaşamadıqları üçünonların mənzil məişət şəraitlərinin müayinə olunmasının, uşaqların psixoloji cəhətdən hansı valideynə daha sıx bağlı olmasını və qərardadla müəyyən edilmiş digər müşahidələrin təmin edilməsinin mümkün olmadığını, eyni zamanda yaranmış situasiyada cavabdehin valideynlik hüquqlarının həyata keçirilməsi sahəsində hüq uqlarının pozulmasını qeyd edərək müvafiq qərarın verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından doğlumuş yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında yaşayırlar və onun himayəsindədirlər. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanılması, az yaşlı uşaqların mənafeyi, onların ana qayğısı və nəvazişindən məhrum olunmaması, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına lazımi şəraitin yaradılması zərurəti ilə bağlıdır. Beləki, ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra be ynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) xx xxx 2020-ci il tarixli qətnaməsi ilə(hakimlər – Akif Eyvazov - sədrlik edən və məruzəçi, Rafail Əliyev, İimanverdi Şükürov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsiqeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 22.2.1, 22.2.2, 56.1 60.4, 78.1, 78.2-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatm ayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına istinad etməkdə uşaqların ananın yanında qalmasını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, uşaqların, xüsusən azyaşlı uşaqların əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Həmçinin nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanması, heç də cavabdehi onlarla ünsiyyətdə olmaq, uşaqların tər biyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Cavabdeh iddiaçı ilə birgə nikahdan olan az yaşlı uşaqların iddiaçının himayəsində arzuolunmaz şəraitdə yaşadığını, iddiaçının onları hər gün işlədiyi kafeyə gətirdiyini, burada uşaqların yanında siqaret çəkildiyini, spirtli içki qəbul edildiyini, bunun uşaqların tərbiyəsinə mənfi təsir göstərdiyini, iddiaçının uşaqları belə vəziyyətdə kafedə böyütdüyünü,uşaqların təlim-tərbiyəsi ilə maraqlanmadığını bildirib, nikah pozulduğu təqdirdə uşaqların iddiaçının yanında saxlanmasına qarşı etiraz etsədə, bu halların mövcud olması, iddiaçının uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaması, onları tərbiyələrinə mənfi təsir göstərəcək şəraitdə saxlaması və böyütməsi, uşaqlara münasibətdə öz valideynlik vəzifələrini yerinə y etirməməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi, uşaqları fiziki və psixi təzyiq altında saxlaması, bununlada az yaşlı uşaqların iddiaçının yanında saxlanmasının onların fiziki və psixi sağlamlığına və tərbiyəsinə mənfi təsir göstərməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, uşaqların iddiaçının yanında saxlanmasına etirazın əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görədə məhkəmə cavabdehin tərəflər arasında nikah pozulduğu təqdirdə uşaqların iddiaçının yanında saxlanmasına etirazla bağlı bildirdiyi məlumatları əsassız sayaraq qəbul etməmişdir. Apelyasiya instansiyası məhkəməsi apellyasi ya şikayətində cavabdehin göstərdiyi dəlillərə münasibət bildirirək qeyd etmişdir ki, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Balakən rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyasının xx xxxx 2020-ci tarixli rəyindən də göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl də övladları ilə birlikdə ölkə xaricində yaşayıb. Uşaqlar hər ikisi onun yanındadırlar. Həmçinin cavabdeh də Balakən rayonu Qullar kəndində qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır və orada taksi fəaliyyəti ilə məşğul olur. Aylıq qazancı 1000-1200 manat təşkil edir. Ona görə də hazırkı mərhələdə iddiaçı və cavabdehin birgə nikahindan dünyaya gəlmiş uşaqların iddiaçının himayəsində qalması işin faktiki hallarına u yğundur. Apelyasiya instansiyası məhkəməsi uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentini tutulması barədə birinci instansiya məhkəməsinin gəlddiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmələr uşaqların hansı şəraitdə yaşamalarını, psixoloji və fiziki şəraitləri ni müəyyən etməmiş, hansı valideynə daha bağlı olmasını müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 22.2.1. nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhk əmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Maddə 22.2.2. nikah məhkəmə qaydasında pozularkən ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 60.4. valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alma qla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarı: “nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində cavabdeh qətnamənin bütovlükdə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan gprünür ki, cavabdeh qətnamənin yalnız azyaşlı uşaqların valideynlərdən kimin yanında qalmalarının müəyyən edilməsi hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirir. Ona görə də, qətnamə yalnız həmin hissədə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolleg iyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələrin azyaşlı uşaqları ananın himayəsinə verməklə düzgün nəticəyə gəlmişlər. “Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliy yəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Hazırkı işdə azyaşlı uşaqırın ananın himayəsinə verilməməsi üçün yuxaırda qeyd edilən hallardan heç biri müəyyən edilmir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qət namədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-380/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar