Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10780/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mövcud qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tutulmaq şərti ilə "xxxx" QSC-nin direktoru İddiaçı2 21.600 manat və mühasib İddiaçı1 3.360 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar sonradan tələblərinin dəqiqləşdirərək, müvafiq vergilər tutulmaq şərti ilə "xxxx" QSC-nin direktoru İddiaçı2 18000 manat və mühasib İddiaçı1 2800 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 3 Daha sonra iddiaçılar iki dəfə tələblərini dəqiqləşdirirək, sonda müvafiq vergilər tutulmaq şərti ilə "xxxx" QSC-nin direktoru İddiaçı2 20700 manat və mühasib İddiaçı1 3220 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, ona münasibətdə iddianın baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəmənin 24 sentyabr 2020-ci il tarixli 2(006)-3344/2020 saylı qərardadı ilə iddia ona münasibətdə baxılmamış saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılıb ki, "xxxx" QSC Cavabdeh1 ASC-nin 100 % iştirak payı ilə olan törəmə müəssisəsi kimi qiymətli kağızlar bazarında fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdır.Şirkətin Nizamnamə kapitalı 230.000 manat təşkil edir. 2017-ci ilin dekabr ayından Şirkətin təsisçisi olan Cavabdeh1 ASC-nin fəaliyyətinə xitam verilmişdir və bankın ləğv edilməsi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna (ADİF) həvalə edilmişdir.əsisçi Cavabdeh1 ASC-nin ləğv edilməsi törəmə müəssisəsi "xxxx" QSC-nin bağlanması deyil, Şirkətin özünün VÖEN-i, möhürü, hesablaşma hesabı, büdcəsi və ştat cədvəli mövcuddur. Həmin tarixdən bu günə kimi "xxxx" QSC-nin iki əməkdaşı müəssisədə çalışırlar: direktor – İddiaçı2 (işə götürən Cavabdeh1 ASC tərəfindən imzalanmış Əmək Müqaviləsinə əsasən aylıq əmək haqqı 900 manat), mühasib – İddiaçı1 (aylıq əmək haqqı 140 manat). “Banklar haqqında” Qanuna və "xxxx" QSC-nin Nizamnaməsinə əsasən törəmə müəssisəsinin fəaliyyətinin dayandırılması, ləğv edilməsi, direktorun işə təyin və azad edilməsi təsisçinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə həyata keçirilir və bu hüquqlar Fonda keçdiyindən, Cavabdeh1 ASC bağlanandan sonra iddiaçılar dərhal Əmanətlərin Sığortalanması Fonduna yazılı və şifahi şəkildə şirkətin cari məsələlərini həll etmək barədə müraciətlər etmişlər. 09.02.2018-ci il tarixli 1 saylı məktubla Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevdən "xxxx" QSC-nin qanunvericiliklə müvafiq qaydada ləğv edilməsi, müəssisənin investisiyaları, cari hesabındakı qalıq məbləği, vergi orqanları ilə hesablaşma və işçilərə əmək haqqı və işdən çıxma müavinətlərinin ödənilməsi barədə müvafiq qərar qəbul etməsini xahiş etmişlər. Həmin məktub Fondun icraçı direktoru V.Abdullayev, ləğvetmə prosesində olan Cavabdeh1ın müşavirləri Leyla Kərimova və Fərid Abuşov tərəfindən imzalanaraq, heç bir dərkənar olmadan yenidən iddiaçılara ünvanlanıb. Bundan sonra iddiaçılar şirkətə aid yuxarıda göstərilən məsələlərin həll edilməsi üçün dəfələrlə Fondun rəhbərliyinə müraciətlər etmiş, lakin heç bir cavab almamışlar. Dəmir İnvestisiya Şirkətinin direktoru İddiaçı2 22 may 2019-cu il tarixdə Fondun icraçı direktoru V.Abdullayevin qəbulunda olmuş və ondan şirkətə məxsus BFB səhmlərinin satılması, onların iki əməkdaşının 2017-ci ilin dekabr ayından bu günədək əmək haqqlarının ödənilməsi və şirkətin ləğv edilməsi barədə Fondun mövqeyinin bildirilməsini xahiş etmişdir. Cavab olaraq V.Abdullayev məlumat vermişdir ki, Fond şirkətə məxsus səhmlərin satılması və şirkətin ləğv edilməsi barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və Palatanın rəyindən sonra bu məsələlər öz həllini tapmalıdır. Ödənilməmiş əmək haqqına gəldikdə, şirkətin cari 51-70203176- 2 saylı hesabına 2018-ci ildə daxil olmuş 154.475 manat, o cümlədən 21.600 manat məbləğində Birjadan daxil olmuş divident hesabına ödənilməsi mümkündür. Lakin bu sahədə heç bir iş görülmədiyi səbəbindən, iddiaçılar yenidən 03 iyun 2019-cu il tarixdə teleqramla Fondun icraçı direktoru V.Abdullayevə müraciət edərək, əmək haqqının ödənilməsi məsələsini onun şəxsi nəzarətinə götürülməsini xahiş etmişlər. Təəssüflər olsun ki, bu dəfə də heç bir cavab almamışlar.Şirkətin işçilərinin ödənilməmiş əmək haqqlarının alınması üçün köməklik göstərilməsi xahişi ilə iddiaçılar 12.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə müraciət etmişlər. Nazirliyin 23 saylı region X4 tərəfindən iddiaçılara ünvanlanmış 25 iyun 2019-cu il tarixli ********** saylı cavab məktubunda göstərilmişdir ki, şirkətə aid sənədlərin Əmək Müfəttişliyinə təqdim edilməsi barədə Fonda məktub göndərilmişdir, lakin sorğuya heç bir cavab verilməmişdir və iddiaçılara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçılar eyni tələblə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər Bu zaman Fond **********765 saylı 07.11.2019-cu il tarixli məktubla şirkətə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyi məqsədəuyğun hesab etmiş və onlar 07.11.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edərək, iddia ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər.Məhkəmənin 28.11.2019-cu il tarixli qərarı ilə "xxxx"nin iddiası mümkün sayılmamış və əmək haqqının ödənilməsi iddiası ilə yenidən rayon məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. "xxxx" QSC-nin LPO Cavabdeh1 ASC-də olan cari **********-2 saylı hesabına Cavabdeh1 bağlanandan sonra, 2018-ci ildə 154.475 manat vəsait daxil olmuşdur: 30.05.2018-ci il tarixdə «Unibank»dan 132.875 manat (125.000 manat alınmış istiqrazların nominal dəyəri və 7.875 manat kupon faizi gəliri); 18.07.2018-ci il tarixdə Bakı Fond Birjasından 21.600 manat (nominal dəyəri 60.000 manat olan səhmlər üzrə) divident. Beləliklə, Cavabdeh1 bağlanandan sonra, 10 % mənbədən vergi tutulmaq şərti ilə, şirkətin uğurlu investisiyası nəticəsində əldə edilən təmiz qazanc 29475 manat təşkil etmişdir. Hazırda şirkətə məxsus BFB-nin 60000 manat nominal dəyəri olan səhmlərinin bazar dəyəri 85-90 min manat qiymətləndirilir. Bu günə şirkətin hesabında 175.933 manat 43 qəpik vəsait vardır. Şirkətin əməkdaşları direktor İddiaçı2 və mühasib İddiaçı1 əmək müqaviləsində və şirkətin Nizamnaməsində göstərilən bütün əmək funksiyalarını (qiymətli kağızlar bazarında fəaliyyət istisna olmaqla) bu günədək icra edirlər.Belə ki, Cavabdeh1 ASC-nin 1000-dən artıq sayda olan səhmdarlarının səhmlərinin sayı və dividentləri barədə hesablarından çıxarış əldə etmək üçün şirkətə mütəmadi olaraq müraciət edirlər və iddiaçılar bu sualları cavablandırırlar. Hazırda şirkət həm hüquqi, həm də faktiki olaraq fəaliyyətini davam etdirir: dövlət orqanlarına (vergi, sosial müdafiə, statistika, məşğulluq, FATCA) qanunvericilikdə nəzərdə tutulan müddətdə müvafiq bəyannamələr və hesabatlar təqdim olunur. Şirkətin direktoru İddiaçı2 "xxxx" QSC audit komitəsinin sədri qismində çalışır, bu da onu göstərir ki, onların fəaliyyəti legitimdir.Cavabdeh1 ASC bağlanan tarixə 800 nəfərdən artıq əməkdaşı var idi. Onların əksəriyyəti işdən azad olunanda son əmək haqlarını və işdən çıxma müavinətlərini «Kapitalbank»da hesab açmaq vasitəsi ilə almışlar. Bu gün Cavabdeh1ın ləğv etmə prosesini həyata keçirən yerdə qalan əməkdaşlar hər ay öz əmək haqlarını alırlar. İddiaçılar Cavabdeh1ın ştat cədvəlində olmasalar da, lakin 100 % iştirak payı ilə olan törəmə müəssisəsi kimi bankın funksional bir strukturudurlar. Hətta Şirkətin direktorunun əmək müqaviləsi “işəgötürən” kimi “Dəmirbankın” İdarə Heyətinin sədri tərəfindən imzalanıb. "xxxx" QSC-nin direktor İddiaçı2 900 manat aylıq vəzifə maaşı 23 ay ərzində ödənilməyib, bu da 20700 manat təşkil edir.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 4, 6, 9, 12, 172 və 178-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) olan dövr üçün İddiaçı2 ödənilməli olan 20.700 manat əmək haqqı məbləğinin cavabdeh LPO Cavabdeh1 ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan əməkdaşların əmək haqlarının verilməsi mərhələli şəkildə həyata keçiriləcəkdir. Belə ki, sözügedən əmək haqqı məbləği “Banklar haqqında” Qanunun 82.1 8-ci maddəsinə əsasən təminatsız kreditor tələbi kimi qeydə alınmışdır; - 10.02.2020-ci il tarixdə qeyd olunan qorunmayan əmanətin ilk tranşı- 13361 manat məbləği şirkətin əməkdaşlarının 10 aylıq əmək haqlarının ödənilməsi məqsədi ilə şirkətin “Kapitalbank" manat hesabına köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1470/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov). Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nətiə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, işçilər milli qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisənin iflası və ya ləğv olunmasından əvvəlki dövr üçün vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə əmək haqqına və ya milli qanunvericiliklə müəyyən olunmuş məbləğdən artıq olmayan məbləğdə əmək haqqına münasibətdə üstün kreditorların vəziyyətində olur. Bu üstün krediti təşkil edən əmək haqqı tələbi adi kreditorların tələbləri təmin edilənədək ödənilməlidir. Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4151/2021 saylı, 13.09.2021-ci il tarixli Qərarı ilə Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1470/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Yeni apellyasiya baxışı zamanı iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (102)-4151/2021 saylı, 13.09.2021-ci il tarixli Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbi iddiaçının "xxxx" QSC-nin direktoru kimi ödənilməyən əmək haqqının ödənilməsi barədədir və cavabdeh qismində LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qoyulmuşdur.İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, "xxxx" QSC hüquqi şəxsdir, həmin QSC-nin təsisçisi Cavabdeh1 ASC-dir, iddiaçı da həmin "xxxx" QSC-nin direktorudur. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 46-cı maddəsinə görə hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinə görə müəssisə – mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxsdir. Əmək Məcəlləsinin 154-cü maddəsnin 1-ci hissəinə görə əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. "xxxx" QSC-nin Nizamnaməsinin 8.1-ci bəndinə görə Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icra orqanı olan Müdiriyyət tərəfindən həyata keçirilir, Müdiriyyət direktordan və onun müavinindən ibarətdir. Qeyd edilən qanunvericilik normalarının, QSC-nin Nizamnaməsinin təhlili və işin müəyyən edilmiş halları göstərir ki, iddiaçının direktoru olduğu müəssisə, yəni "xxxx" QSC hüquqi şəxsdir, həmin QSC işə götürəndir, işçiyə əmək haqqının ödənilməsi də işəgötürənin vəzifəsidir. İşdən görünür ki, iddiaçı əmək haqqı ödənilməsi barədə iddia tələbini direktoru olduğu QSC-nin təsisçisi olan bankın ləğvedicisinə qarşı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şərafət Məmmədova