Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12392/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 109431 manat əsas məbləğ, 32829 manat əldən çıxmış fayda və vurulmuş mənəvi ziyana görə 10.000 manat kompensasiyası olmaqla, cəmi 152.260 manat məbləğində pulun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - Cavabdeh 54716 (əlli dörd min yeddi yüz on altı) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilmədiyi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində- Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən, məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti MPM-in, o cümlədən 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti latın qrafikalı əlifba ilə Azərbaycan dilində tərtib edilərək elektron kabinetə yerləşdirilməmiş, ona görə də şikayətin işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilməsi də təmin edilməsi də mümkünsüz hala düşür. Çünki, nə elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini oxuyub məzmununu və mahiyyətini anlamaq olmur, nədəki məhkəmə işçisi tərəfindən elektron kabinetə yerləşdirilmiş apellyasiya şikayətinin qrafikasını yaxud şriftini dəyişmək texniki cəhətdən mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12392/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12392/2021
16.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver