Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4087/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4973/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 160 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 06.01.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahından 29.06.2009-cu il təvəllüdlü X5 günyaya gəlmişdir. O, cavabdehlə evləndikdən sonra cavabdehin psixi xəstə olduğu aşkar oldu. Buna baxmayaraq, o, qızı Nəzrinin xətrinə ailəsinin dağılmasına razı olmamışdır. Lakin 2013-cü ilin əvvəllərində cavabdehlə aralarında yaranan narazılıqlar nəticəsində münasibətləri tam pozuldu və bunun nəticəsində onlar faktiki olaraq ayrılmışlar. Azyaşlı Nəzrin özünün himayəsində olsa da, cavabdeh qızı ilə bir dəfə də olsun maraqlanmamışdır. O, Suraxanı rayon məhkəməsində “nikah qeydinin pozulması və uşağın himayəsinə verilməsi barədə" iddia qaldırmış və 17.04.2014-cü il tarixdə 2(010)- 4793 saylı qətnamə ilə cavabdehlə aralarındakı nikah pozulmuş və uşağın anasının himayəsində qalması qət edilmişdir. Baxmayaraq ki, 2013cü ilin əvvəllərindən bu günə kimi qızı Nəzrin özünün himayəsindədir. Qızı Nəzrin artıq 11 yaşın içindədir. Cavabdeh həmin vaxtdan bu günə kimi bir dəfə də olsun qızı ilə maraqlanmamış, nə maddi, nə də mənəvi dəstək olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4973/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 29.06.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 09.09.2019cu il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddiasının rədd olunmasını xahiş edən cavabdeh şikayətini belə əsaslandırmışdır ki, övladının onun himayəsinə verilməsi və onun xeyrinə aliment tutulması haqda qətnamə olduğu halda və hazırkı iş üzrə iddiaçı övladlarının onun himayəsinə verilməsini rəsmi olaraq tələb etmədiyi halda məhkəmə onun əleyhimə aliment tutulması haqda qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə öz qətnaməsinin əsaslandırma hissəsində - 3-cü səhifənin 2-ci abzasında göstərir ki, guya o, Suraxanı Rayon Məhkəməsinin 17.04.2014-cü il tarixli 2(010)- 4793/2014 saylı qətnaməsi ilə xeyrinə tutulan alimentdən icra mərhələsində imtina etmiş və guya o, qətnamənin icra edilməsini, uşağın alınıb ona verilməsini tələb etməmişdir. Məhkəmənin bu qeydi hüquqi cəhətdən əsassız olmaqla yanaşı həm də heç bir mötəbər sübuta söykənməmişdir. Qətnamə qəbul edildikdən sonra onun icrası bütün şəxslər üçün vacibdir və tələbkarın təkrar tələbinə qətiyyən ehtiyac yoxdur. Bununla yanaşı ən mühüm məsələlərdən biri də budur ki, məhkəmə özü öz qəbul etdiyi qətnamənin icrasına nəzarət etməlidir. Uşağın onun himayəsinə verilməsi və onun xeyrinə aliment tutulması haqda qətnaməni Suraxanı Rayon Məhkəməsi özü qəbul etdiyi halda həmin qətnamənin icra edilməsinə nəzarət etmək - çalışmaq əvəzinə tamamilə qanuni əsası olmayan bir tələbi təmin etmişdir. Onun alimentdən və ya uşağın ona verilməsindən imtina etməyi barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki, əksinə, o, qətnamənin icrasını dəfələrlə tələb etmiş və bu gün də tələb etməkdədir. Bu fakt həm də onu göstərir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.04.2014-cü il tarixli 2(010)-4793/2014 saylı qətnaməsi ilə uşağın onun yanında qalması və onun xeyrinə aliment tutulması qət edildikdən sonra o, qətnamənin icra edilməsini həmişə tələb etmiş və qətiyyən tələbindən imtina etməmişdir. Əksinə, hazırki iş üzrə iddiaçı Anar uşağın onun himayəsinə verilməsi üçün heç bir addım atmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu, uşağın faktiki olaraq onun yanında olmasını və bu səbəbdən cavabdehdən aliment tutulmalı olmasını bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünkü, cavabdeh şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni məhz iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyi aydın olur. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilrək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 14.05.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 29.06.2009-cu il tarixdə X5 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin 17.04.2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qızma qarşı “nikah qeydinin pozulması və uşağın himayəyə verilməsi barədə” iddiası qismən təmin edilmiş, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 11№-li qeydlə 06.01.2009-cu ildə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, İddiaçı «birgə nikahdan 29.06.2009-cu il tarixdə doğulmuş uşağın iddiaçının himayəsinə verilməsinə dair hissədə iddia təmin edilməmiş, 29.06.2009-cu ildə anadan olmuş X5 anası Cavabdeh yanında qalması, İddiaçı 29.06.2009-cu ildə anadan olmuş X1 üçün Cavabdeh xeyrinə 22.04.2014-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan 21.06.2019-cu il tarixli «mənzillərin evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X2 şəhəri, Ş.İ.Xətai prospekti, ev 109, mənzil 47-ni Cavabdeh 21.06.2024-cü il tarixədək aylıq icarə haqqısı 150 manat olmaqla kirayəyə vermişdir; 20.06.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxx» ASC-nin Gəncə filialı ilə kredit müqaviləsi bağlamış və müqaviləyə əsasən illik 25% olmaqla 24 ay müddətinə 3.000 manat məbləğində kredit götürmüşdür. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə isə, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, uşağın ananın himayəsinə verilməsi və atadan onun xeyrinə aliment tutulması barədə Suraxanı rayon məhkəməsinin 17.04.2014-cü il tarixli qətnaməsi hazırki vaxtadək ləğv edilməmiş və qüvvədədir. Belə olan halda kollegiyanın qənaətinə görə uşaq faktiki olaraq atasının yanında olsa belə, Cavabdeh onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsi ilə bir-birinə zidd olan iki qətnamə qəbul edilmiş olacaq, bu isə qanunvericiliyin tələblərinə və ruhuna uyğun gəlmir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4973/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4087/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4087/2021
21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver