Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4919/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, X8, X12, X4, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” MMC cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamədən (İş № 2(006)-400/2017) Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun və cavabdeh Mərkəzi Bankın ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “öhdəliyə xitam verilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh ASC-nin iddiaçılara qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borclarının ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən (İş № 2(006)-230/2020) iddiaçıların birgə, Cavabdeh ASC-nin ləğvedicisi olan Fondun isə ayrıca verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili (nümayəndəsi) X2 və cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birinci iş barədə məlumat: İddiaçılar İddiaçı2, İddiaçı1, K.Əliyev, R.Əliyev, S.Baxşalıyev, “xxxx” MMC və “xxxx” MMC cavabdehlər Mərkəzi Bank və Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Mərkəzi Bank ilə İddiaçı1 və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13-1567/1 nömrəli; Mərkəzi Bank ilə S.Baxşalıyev və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13-1567/2 nömrəli; Mərkəzi Bank ilə K.Əliyev və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13-1567/3 nömrəli; Mərkəzi Bank ilə “xxxx” MMC və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13-1567/4 nömrəli; Mərkəzi Bankı ilə “xxxx” MMC və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13-1567/5 nömrəli; Mərkəzi Bank ilə K.Əliyev və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13- 1567/6 nömrəli; Mərkəzi Bank ilə R.Əliyev və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13-1567/7 nömrəli; Mərkəzi Bank ilə K.Əliyev və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13-1567/8 nömrəli “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi; həmin müqavilələrə əsasən ipoteka ilə yüklü edilmiş və İddiaçı1 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 55-dəki hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən 64 saylı mənzil; S.Baxşalıyevə məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Oktay Kərimov küçəsi, 70 “C” ünvanında yerləşən, ümumi sahəsi 4.011,8 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası; K.Əliyevə məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Oktay Kərimov küçəsi, 70 “D” ünvanında yerləşən, ümumi sahəsi 500,7 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi; “xxxx” MMC-yə məxsus olan, Bakı şəhəri, Xətai rayonu, 2345-ci məhəllə, Babək pr. 100 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yanacaq doldurma məntəqəsi); “xxxx” MMC-yə məxsus olan, Abşeron rayonu, Novxanı kəndində 1,1225 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7.381,9 kv.m olan əmlak kompleksi kimi müəssisə; K.Əliyevə məxsus olan, ünvan 4 “K” ünvanında 0,12211 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3.137,7 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası; R.Əliyevə məxsus olan, ünvan 5 ünvanında 0,045063 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 628.92 kv.m olan 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və K.Əliyevə məxsus olan, ünvan 6 ünvanında 0,045063 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 631.88 kv.m olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinin ipotekadan azad edilməsi; Cavabdeh ASC-nin birtərəfli qaydada İddiaçı2 və İddiaçı1 adına rəsmiləşdirdiyi xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(006)-400/2017) ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh Mərkəzi Bankının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər tərəfindən onlara məxsus əmlakların başqasının öhdəlikləri üzrə yüklü edilməsinin hüquqi əsasını Mülki Məcəllənin 271-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddələri təşkil edir. Bu zaman üçüncü şəxsin bu əqddə hər hansı ümid etdiyi xeyrinin olması və ya ipoteka qoyana əlverişsiz olduğu halda əqdin bağlanmamasına dair qanunda hər hansı tələb müəyyən edilməmişdir. Digər tərəfdən mübahisələndirilən ipoteka müqavilələrində əqdin şərtlə bağlanması müəyyən edilməmiş və bu səbəbdən təmin edilmiş kreditin müəyyən şəxslər tərəfindən alınmamasına görə etibarsız hesab olunmasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh ASC-yə ayrılmış kredit sonradan həmin Bank tərəfindən iddiaçılara verilməmişdisə, onlar “razılaşmanın” baş tutmadığını görüb, əmlak mülkiyyətçiləri kimi məsuliyyət hiss edərək vaxt itirmədən ipoteka müqavilələrinin ləğvi ilə bağlı Mərkəzi Banka müraciət edə bilərdi və Mərkəzi Bank borclu Bankdan digər təminat tələb edə və ya kreditin vaxtından əvvəl ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçılar əmlaklarının ipoteka ilə yüklü olduğunu bildikləri halda Mərkəzi Banka təxminən 3 il vaxt keçdikdən sonra müraciət etmişlər. Məhkəmənin qətnaməsində Mərkəzi Bank tərəfindən xx.xx.2016-cı il tarixli iddiaçıların təklifinə münasibət bildirilməməsi qeyd edilmişdir. Təklifdə iddiaçılar tərəfindən ipoteka müqavilələrinin ləğvi və əmlakların ipotekadan azad olunmasına 5 gün ərzində münasibət bildirilməsi xahiş edilmişdir. Lakin iddiaçılar tərəfindən təyin olunmuş bu müddət ağlabatan deyildir və iddianın qeyri-qanuni və əsassız olduğunu bildiklərinə görə sadəcə Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulmuş formal təklif tələbinə əməl etmək niyyətində olmuşlar. Mübahisələndirilən ipoteka müqavilələri qanunvericiliyin tələbinə əsasən notariat qaydasında təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış və hüquqi etibarlığı tam təmin edilmişdir. Bu zaman notarial qaydada təsdiq olunmuş ipoteka müqavilələri üzrə iddiaçıların iradə ifadələrinin həqiqi mənası heç bir kənar təsirə və ya təzyiqə məruz qalmamışdır. Odur ki, Rayon Məhkəməsinin Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsaslanması tamamilə yanlış və qanuna ziddir. Həmçinin Rayon Məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 337, 421.2, 422.1 və 425-ci maddələrinə Mərkəzi Bankla ipoteka qoyanlar arasındakı mübahisənin həllində istinad etməsi də əsassızdır. Bundan başqa Rayon Məhkəməsi “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin tələblərini nəzərə almamışdır. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqavilələri” və Cavabdeh ASC ilə borcalan qismində İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqaviləsi” həm reallıqda, həm də sənədləşməyə əsasən bağlanılmış və “Kredit müqavilələrində” qeyd edilmiş məbləğlər borcalanların iradəsinə uyğun olaraq onların özlərinə və istəklərinə uyğun olaraq müvafiq hesablara köçürülmüşdür. Belə ki, iddiaçı K.Əliyevin ləğv prosesində olan “X20” ASC-dən götürmüş olduğu kreditin bağlanılması məqsədilə AZ81TDJ********************0 kredit hesabına 10.779.722,22 manat məbləğində köçürülmə edilmiş və kredit borcu tam olaraq bağlanılmışdır. İddiaçı2 və İddiaçı1 tərəfindən kreditin qalan məbləğləri isə onlar tərəfindən kassa məxaric orderləri əsasında alınmışdır. Rayon Məhkəməsi isə sənədlərin tam olaraq təqdim edilməsinə şərait yaratmamış, natamam sənədlər əsasında aparılmış və kifayət qədər əsaslandırılmamış ekspert rəyinə əsaslanmışdır. Həmçinin “İpoteka müqavilələrinin” ləğv edilməsi barədə nəticə hərtərəfli əsaslandırılmamış və nəzərə alınmamışdır ki, “Sonrakı ipoteka müqavilələri” etibarsızlığı qoyulan Cavabdeh ASC ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanılan kredit öhdəlikləri ilə deyil, Mərkəzi Bank ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliklərinin təminatı olmuşdur. Mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(103)-4167/2017) ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərar (İş № 2(102)-7140/2017) ilə Cavabdeh ASC-nin kassasiya şikayətinin rədd edilməsini, cavabdeh Mərkəzi Bankının kassasiya şikayətinin qismən təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bu səbəbdən bu mülki işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən yenidən baxılır. İkinci iş barədə məlumat: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi olan Fonda qarşı ilk iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin birtərəfli qaydada iddiaçıların adına rəsmiləşdirdiyi xx.xx.2013cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı “Kredit müqavilələri” üzrə öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia icraata qəbul edilərək mülki iş üzrə icraat başlanmışdır. Bundan sonra, cavabdeh ASC-nin ləğvedici olan Fond iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı2 Cavabdeh ASCnin xeyrinə 15.000.000 manat məbləğində əsas, 856.250,35 manat müddət sonuna hesablanan faiz borcunun, 2.508.333,00 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.922.922,50 manat məbləğində faiz borcunun, cəmi 20.287.505,85 manat məbləğində borcun tutulması, cavabdeh İddiaçı1 Cavabdeh ASC-nin xeyrinə 14.000.000 manat məbləğində əsas, 764.731,22 manat müddət sonuna hesablanan faiz borcunun, 2.330.222,21 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.693.607,67 manat məbləğində faiz borcunun, cəmi 18.788.560,67 manat məbləğində borcun tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçılardan müştərək qaydada tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnamə (İş № 2(006)- 230/2020) ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsini, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 40 manatın iddiaçılar və cavabdehdən birgə qaydada tutularaq Dövlət nəfinə köçürülməsini qət etmişdir. Həmin qətnamədən iş üzə iddiaçılar birgə, Cavabdeh ASC isə ayrıca olaraq apellyasiya şikayəti vermişlər. İlk iddia üzrə iddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddia tələbləri ilə bağlı bildirilməkdədir ki, guya İddiaçı2 ilə Cavabdeh ASC arasında xx.xx.2013cü il tarixli, 280/13 saylı və İddiaçı1 ilə Cavabdeh ASC arasında isə xx.xx.2013-cü il tarixli, 281/13 saylı “Kredit müqavilələri” bağlanmış və onlara Cavabdeh ASC tərəfindən guya ümumilikdə 29.000.000 manat məbləğində borc vəsaiti verilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının keçirilməsi barədə rəydə və təkrar ekspertiza rəylərində bankın istinad etdiyi kredit müqavilələrində borcalan qrafasındakı imzaların onlar tərəfindən icra edilməməsi müəyyən olunmuşdur. Lakin bütün göstərilən sübutlara rəğmən Cavabdeh ASC tərəfindən iddiaçılardan əsassız olaraq verilməyən məbləğlərin geri qaytarılması tələb edilməkdədir. Halbuki, Cavabdeh ASC ilə iddiaçılar arasında qeyd olunan tarixlərdə “Kredit müqavilələri” bağlanmadığı və həmin istinad olunan müqavilələrə əsasən hər hansı məbləğdə borc verilmədiyi halda Cavabdeh ASC qanunsuz olaraq iddiaçıların adına külli miqdarda borc rəsmiləşdirmişdir. Tərəflər arasında heç bir müqavilə rəsmiləşdirilmədiyi üçün iddiaçılar Cavabdeh ASC qarşısında məsuliyyət daşımırlar. Bütün bu hallar isə onu təsdiq edir ki, Cavabdeh ASC tərəfindən borc əsassız və qanunsuz olaraq hesablanmışdır. Buna görə də Cavabdeh ASC tərəfindən birtərəfli qaydada rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqavilələrinə” əsasən öhdəliyə xitam verilməlidir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi ilk iddianın rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 280/13 saylı “Kredit müqaviləsinə” əsasən Cavabdeh ASC tərəfindən İddiaçı2 36 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 15.000.000 manat məbləğində vəsait verilmişdir. Bundan başqa Cavabdeh ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 281/13 saylı “Kredit müqaviləsinə” əsasən Cavabdeh ASC tərəfindən İddiaçı1 36 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 14.000.000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən hər 2 “Kredit müqaviləsi” həm reallıqda, həm də sənədləşməyə əsasən bağlanılmış və “Kredit müqavilələrində” qeyd edilmiş məbləğlər borcalanların iradəsinə uyğun olaraq, onların özlərinə və müvafiq hesablara köçürülmüşdür. “Kredit müqavilələrin” 3.4.2-ci maddəsinə əsasən borcalanlar bankdan aldıqları kreditləri və kredit məbləğlərinə hesablanmış faiz borclarını ödəməyi öz üzərinə götürmüşlər. Lakin buna baxmayaraq, İddiaçı2 və İddiaçı1 “Kredit müqavilələrinin” şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərilərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında Cavabdeh ASC-yə ödəməmişlər. Hal-hazırda borclu İddiaçı2 Cavabdeh ASC-yə ödənilməmiş pul borcu 15.000.000 manat məbləğində əsas, 856.250,35 manat müddət sonuna hesablanan faiz borcu, 2.508.333,00 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.922.922,50 manat məbləğində faiz borcu, cəmi 20.287.505,85 manat təşkil edir. Digər borclunun – İddiaçı1 Cavabdeh ASC-yə ödənilməmiş pul borcu 14.000.000 manat məbləğində əsas, 764.731,22 manat müddət sonuna hesablanan faiz borcu, 2.330.222,21 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.693.607,67 manat məbləğində faiz borcu, cəmi 18.788.560,67 manat təşkil edir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi Cavabdeh ASC-nin qarşılıqlı iddiasının rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşlərin bir icraatda birləşdirilməsi məsələsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili (nümayəndəsi) X5 apellyasiya baxışı iclasında iştirak edərək təmsil etdiyi iddiaçıların apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin və iddia ərizələrinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh ASCnin ləğvedicisi olan Fondun nümayəndəsi Nəcəf-X6 apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi, iddiaçıların apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və cavabdeh Bankın apellyasiya şikayətlərinin, habelə qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh Mərkəzi Bankının nümayəndələri X10 və X1 Bankın apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin şikayətin məzmununa uyğun izahat verdilər. Məhkəmə tərəfindən işdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da Mərkəzi Bankının nümayəndələri sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, Rayon Məhkəməsinin hər iki iş üzrə qəbul etdiyi qətnamələrdən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 280/13 saylı “Kredit müqaviləsindən” görünür ki, sonuncuya istehlak məqsədilə illik 14 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 281/13 saylı “Kredit müqaviləsindən” görünür ki, sonuncuya istehlak məqsədilə illik 14 faiz dərəcəsi ilə, 36 ay müddətinə 14.000.000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 6029 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh ASC ilə İddiaçı2 arasında olan xx.xx.2013-cü il tarixli, 280/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar və 135ci vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 168/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh ASC ilə İddiaçı1 arasında olan xx.xx.2013-cü il tarixli, 281/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar və 136-cı vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 169/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh ASC-nin təqdim etdiyi “Maliyyə arayışından” görünür ki, İddiaçı2 xx.xx.2019-cu il tarixinə Banka 15.000.000 manat əsas, 856.250,35 manat faiz, 2.508.333 manat cərimə, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5 faiz borcu üzrə 1.922.922,50 manat, cəmi 20.287.505,85 manat borcu vardır. Cavabdeh ASC-nin təqdim etdiyi “Maliyyə arayışından” görünür ki, İddiaçı1 xx.xx.2019-cu il tarixinə Banka 14.000.000 manat əsas, 764.731,22 manat faiz, 2.330.222,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5 faiz borcu üzrə 1.693.607,24 manat, cəmi 18.788.560,67 manat borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 16105 saylı, xx.xx.2019-cu il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən xx.xx.2013-cü il tarixli, 280/13 nömrəli və xx.xx.2013-cü-il tarixli, 281/13 nömrəli “Kredit müqavilələrində” təsbit olunmuş pul vəsaitlərinin müvafiq olaraq İddiaçı2 və İddiaçı1 təqdim edildiyi müəyyən olunmur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı2 və İddiaçı1 xx.xx.2013-cü il tarixli, 280/13 nömrəli və xx.xx.2013-cü-il tarixli, 281/13 nömrəli “Kredit müqavilələri” üzrə hər hansı bir vəsaitin hər hansı bir bank hesabına köçürülməsi barədə göstəriş verməsi barədə hər hansı bir sənəd, o cümlədən, yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərinə cavab verən sənəd iş materiallarında mövcud deyil. Mühasibat uçotu və bank sahəsində qüvvədə olan normativhüquqi aktların tələblərinə görə pul vəsaitinin nağd qayda alınması, yaxud nağdsız qaydada digər bank hesabına köçürülməsi vəsaiti alan (köçürən) şəxsin kassa məxaric orderində (ödəniş tapşırığında) icra etdiyi imza ilə rəsmiləşdirildiyindən həmin sənədlərin həqiqiliyinin müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyil. Məhkəmə Ekspertizası Mərkəzinin 29198 saylı, xx.xx.2020-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən və ekspertizaya təqdim edilmiş sənədlərdən İddiaçı1 LPO Cavabdeh ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə 8.000.000 manat, İddiaçı1 LPO Cavabdeh ASC-də olan hesabına xx.xx.2019-ci il tarixdə 14.000.000 manat, İddiaçı2 LPO Cavabdeh ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə 15.000.000 manat, X3 LPO “Cavabdeh" ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə 7.000.000 manat, X3 LPO "Cavabdeh” ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə 2.707.390 manat və X3 LPO "X20” ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə 10.779.722,22 manat vəsaitin daxil olması və həmin vəsaitlərin hansısa bir hesaba köçürülməsi müəyyən edilmir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (maddə 324.2.). Mülki Məcəllənin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilir ki, üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh ASC arasında bağlanması qeyd edilən xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı “Kredit müqavilələri” mövcuddur. Lakin məhkəmə ekspertizası əsasında müəyyən edilmişdir ki, sözügedən “Kredit müqavilələri” İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmamış, eyni zamanda həmin kredit müqavilələrində təsbit olunmuş pul vəsaitlərinin müvafiq olaraq İddiaçı2 və İddiaçı1 təqdim edildiyi müəyyən olunmur. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçıların Cavabdeh ASC-yə kredit borclarının olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçıların mövcud olmayan öhdəliklərə xitam verilməsinə dair ilk iddialarını əsassız hesab etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Bankın qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, ləğv prosesində olan Cavabdeh ASC tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Banka halhazırda borclarının olması bildirilsə də, həmin borcların yaranması əsaslarını təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, qarşılıqlı iddianı sübuta yetməməsi əsası ilə rədd etmiş Rayon Məhkəməsinin bu hissədə də mövqeyi düzgündür. Məhkəmə, birinci işlə bağlı tərəflər arasında yaranmış mübahisəyə dair bildirir ki, iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, Cavabdeh ASC iddiaçı Samir Baxşalıyevə 04/K4003 nömrəli, xx.xx.2014-cü il tarixli bildirişlə müraciət edərək göstərmişdir ki, Cavabdeh ASC ilə təminatçısı olduğu borcalan İddiaçı2 arasında 280/13 saylı və borcalan İddiaçı1 arasında 281/13 saylı “Kredit müqavilələri” bağlanmış, Cavabdeh ASC tərəfindən İddiaçı2a illik 7 % dərəcəsi ilə 15.000.000 manat məbləğində və 281/13 saylı kredit müqaviləsinə əsasən isə İddiaçı1 illik 7 % dərəcəsi ilə 14.000.000 manat məbləğində kredit verilmiş, İddiaçı2 və İddiaçı1 tərəfindən qeyd edilən müqavilələrin tələbləri pozulmuş, borc ödənilməmiş, bu səbəbdən də, ödənişlərin Samir Baxşalıyevə məxsus və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qərara alınmış, həmçinin qeyd olunan məbləğlərin onun tərəfindən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Sözügedən bildiriş Samir Baxşalıyevə təqdim olunandan sonra o, iddiaçılar İddiaçı2 və İddiaçı1 müraciət edərək qeyd olunan məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. İddiaçı2 və İddiaçı1 isə öz növbələrində bildirişdə istinad olunan xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqavilələrindən” xəbərdar olmamalarını, Bankla onlar arasında belə bir müqavilələrin bağlanmadığını və həmin müqavilələrə əsasən hər hansı bir məbləğdə kredit vəsaitini götürmədiklərini bildirmişlər. Bundan sonra İddiaçı2 və İddiaçı1 12 saylı hüquq məsləhətxanasının vəkili ilə xx.xx.2014-cü il tarixli hüquqi yardım barədə müqavilə bağlamaqla, dəfələrlə şifahi və yazılı formada Cavabdeh ASC-yə müraciət edərək, Samir Baxşalıyevə göndərilmiş bildirişdə istinad olunan həmin “Kredit müqavilələrinin”, həmin müqavilələrə əsasən aparılmış bütün sənədləşmələrin surətinin onlara təqdim edilməsini xahiş etsələr də, onlara məlum olmayan səbəblərdən müraciətlərinə, hətta xx.xx.2016-cı il tarixli “Vəkil sorğusuna” cavab verilməmişdir. Belə olan halda, “Sonrakı ipoteka müqavilələrinin” rəsmiləşdirildiyi Bakı Şəhəri 6 saylı və Abşeron Rayon 1 saylı Notariat Kontorlarına müraciət olunaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə bağlanmış “Sonrakı ipoteka müqavilələrinin” surətləri əldə olunmuşdur. İddiaçılar, onlara məxsus əmlakları ona görə Mərkəzi Banka Cavabdeh ASC-yə verilən ümumilikdə 29.000.000 manat məbləğində kreditin təminatı kimi təqdim etmişlər ki, Cavabdeh ASC həmin vəsaitləri İddiaçı2 və İddiaçı1 kreditə versin. X24 göstərilən məbləğdə vəsaiti Cavabdeh ASC-yə ayırsa da, sonuncu həmin vəsaiti İddiaçı2 və İddiaçı1 verməmişdir. Halbuki, Cavabdeh ASC tərəfindən iddiaçı Samir Baxşalıyevə ünvanlanmış və yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli bildirişdə əks məlumatlar göstərilmişdir. İddiaçılar bildirirlər ki, Samir Baxşalıyevə məxsus hər hansı əmlak sözügedən hər 2 “Kredit müqavilələrinin” təminatı kimi ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh ASC Etibar Əliyevə və İddiaçı1 hər hansı məbləğdə kredit vermədiyi halda onların adına külli miqdarda kredit rəsmiləşdirmişdir. İpoteka qoyanlar Mərkəzi Bank ilə mübahisəli “Sonrakı ipoteka müqavilələrini” bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmiş və pozulmuşdur. İpoteka qoyanlar əgər Cavabdeh ASC tərəfindən İddiaçı2 və İddiaçı1 kredit ayrılmayacağını əvvəlcədən bilsəydilər, “Sonrakı ipoteka müqavilələrini” bağlamazdılar və öz əmlaklarını yüklü etməzdilər. X7 xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka qoyanlar K.Əliyev, R.Əliyev, İddiaçı1, S.Baxşalıyev, “xxxx” MMC və “xxxx” MMC Mərkəzi Banka və Cavabdeh ASC-yə xx.xx.2016-cı il tarixli məktubla müraciət etməklə, Mərkəzi Bankın Cavabdeh ASC-yə ayırdığı 29.000.000 manat vəsaitin əvvəlcədən razılaşdırıldığının əksinə Cavabdeh ASC tərəfindən İddiaçı2 və İddiaçı1 kredit şəklində verilmədiyi bildirilmiş, halbuki onların öz əmlakını yüklü etməkdə məqsədlərinin məhz həmin şəxslərə göstərilən həcmdə kreditin verilməsinin olması qeyd olunmuş, buna görə də sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi təklif edilmişdir. Həmçinin xahiş olunmuşdur ki, müraciətlərinə 10 gün müddətində cavab verilsin. Lakin sonrakı ipoteka müqavilələrinin qarşı tərəfləri olan nə Mərkəzi Bank, nə də Cavabdeh ASC həmin müraciətə təklifdə göstərilən müddətdə cavab verməmişdir. Buna görə də, mübahisə predmeti olan sonrakı ipoteka müqavilələrinin məhkəmə qaydasında ləğv edilməsi zərurəti yaranmışdır. Bundan əlavə, Cavabdeh ASC-nin 04/K4003 nömrəli xx.xx.2014-cü il tarixli bildirişində göstərdiyinin əksinə, Cavabdeh ASC ilə İddiaçı2 və İddiaçı1 arasında hər hansı bir “Kredit müqaviləsi” bağlanmamışdır. Buna görə də, mülki qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilməmiş xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı “Kredit müqavilələri” məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Cavabdeh Mərkəzi Bankın nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Mərkəzi Bank və Cavabdeh ASC arasında xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli “Kredit müqavilələri”, eləcə də iddiaçılarla xx.xx.2013-cü il tarixli “Sonrakı ipoteka müqavilələri” bağlanan zaman həmin kredit məbləğinin sonradan iddiaçılara verilməsi ilə bağlı müqavilələrdə hər hansı şərt nəzərdə tutulmamışdır. Həmin əmlakların ipoteka ilə yüklü edilməsinin məqsədi ipoteka müqavilələrinin 1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə Cavabdeh ASC tərəfindən öhdəlikləri müqavilə üzrə razılaşdırılmış qaydada icra edilməyəcəyi təqdirdə banka verilmiş kreditin, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödənilməsini təmin etməkdir. Cavabdeh ASC-nin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Mərkəzi Bank tərəfindən Cavabdeh ASC-yə ayrılmış kredit iddiaçılardan İddiaçı2 və İddiaçı1 verilmişdir. Bunu təsdiq edən müqavilələr və məxaric qəbzləri mövcuddur. Cavabdeh ASC-nin Mərkəzi Bank qarşısında öhdəliyinin təminatı kimi iddiaçılara məxsus əmlaklar ona görə yüklü edilmişdir ki, Mərkəzi Bank tərəfindən götürüləcək kredit İddiaçı2aya və İddiaçı1 veriləcəkdir. Cavabdeh ASC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və həmin şəxslərə kredit verilmişdir. İş materiallarında olan “İpoteka saxlayan” qismində Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində İddiaçı1 və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İBO13-1567/1 nömrəli “Sonrakı ipoteka müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən İddiaçı1 mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 55 saylı evin 64 saylı mənzilini xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13-1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bankın xeyrinə yüklü etmişdir. “İpoteka saxlayan” qismində Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində S.Baxşalıyev və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İBO13-1567/2 nömrəli “Sonrakı ipoteka müqaviləsinə” əsasən S.Baxşalıyev mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Oktay Kərimov küçəsi, 70 “C” ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasını xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13-1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bank qarşısında yüklü etmişdir. “İpoteka saxlayan” qismində Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində K.Əliyev və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İBO13- 1567/3 nömrəli “Sonrakı ipoteka müqaviləsinə” əsasən K.Əliyev mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Oktay Kərimov küçəsi, 70 “D” ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evini xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13- 1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankının borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı kredit müqaviləsinə əsasən Mərkəzi Bankının borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bank qarşısında yüklü etmişdir. “İpoteka saxlayan” qismində Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində “xxxx” MMC və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İBO13-1567/4 nömrəli “Sonrakı ipoteka müqaviləsinə” əsasən “xxxx” MMC mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, 2345-ci məhəllə, Babək pr. 100 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsini (yanacaq doldurma məntəqəsi) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13-1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bank qarşısında yüklü etmişdir. “İpoteka saxlayan” qismində Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində “xxxx” MMC və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İBO13-1567/5 nömrəli “Sonrakı ipoteka müqaviləsinə” əsasən “xxxx” MMC mülkiyyətində olan və Abşeron rayonu, Novxanı kəndində 1,1225 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7.381,9 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13-1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bank qarşısında yüklü etmişdir. “İpoteka saxlayan” qismində Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində K.Əliyev və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13- 1567/6 nömrəli “Sonrakı ipoteka müqaviləsinə” əsasən K.Əliyev mülkiyyətində olan və ünvan 4 “K” ünvanında 0,12211 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3.137,7 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasını xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13-1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bank qarşısında yüklü etmişdir. “İpoteka saxlayan” qismində Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində R.Əliyev və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13- 1567/7 nömrəli “Sonrakı ipoteka müqaviləsinə” əsasən R.Əliyev mülkiyyətində olan və ünvan 8 ünvanında yerləşən, 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evini xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13-1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bank qarşısında yüklü etmişdir. “İpoteka saxlayan” Mərkəzi Bank ilə “İpoteka qoyan” qismində K.Əliyev və “Borcalan” qismində Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO13- 1567/8 nömrəli “Sonrakı ipoteka müqaviləsinə” əsasən K.Əliyev mülkiyyətində olan və ünvan 9 ünvanında yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evini xx.xx.2013-cü il tarixdə Bakı şəhərində bağlanmış KBQ13-1566 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 15.000.000 manat kreditin və xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBQ13-1567 saylı “Kredit müqaviləsinə” əsasən Mərkəzi Bankın borc alan Cavabdeh ASC-yə verdiyi 14.000.000 manat kreditin təminatı kimi Mərkəzi Bank qarşısında yüklü etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 28192 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, mülki işin 137-139-cu vərəqələrində yerləşən Cavabdeh ASC ilə İddiaçı1 adından olan xx.xx.2013-cü il tarixli 281/13 №-li “Kredit müqaviləsində” “Borcalan” qrafasındakı imzalar və mülki işin 136-cı vərəqəsində yerləşən xx.xx.2013-cü il tarixli 169/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və mülki işin 140-142-ci vərəqələrində yerləşən Cavabdeh ASC ilə İddiaçı2 adından olan xx.xx.2013-cü il tarixli 280/13 №-li “Kredit müqaviləsində” “Borcalan” qrafasındakı imzalar və mülki işin 135-ci vərəqəsində yerləşən xx.xx.2013-cü il tarixli 168/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçılar İddiaçı1, K.Əliyev, R.Əliyev, S.Baxşalıyev, “xxxx” MMC və “xxxx” MMC tərəfindən Mərkəzi Banka və Cavabdeh ASC-yə ünvanladıqları “sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və həmin müqavilələrə əsasən ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad edilməsi barədə” təklifdən görünür ki, iddiaçılar xx.xx.2013-cü il tarixli İBO13-1567/1, İBO13-1567/2, İBO13-1567/3, İBO13-1567/4, İBO13-1567/5, İBO13-1567/6 və İBO13-1567/7 saylı “İpoteka müqavilələrinin” ləğv edilməsi və həmin müqavilələr əsasında yüklü edilmiş daşınmaz əmlakların ipotekadan azad edilməsini təklif etmişlər. Məhkəmə “kredit müqavilələrinin etibarsızlığı barədə tələbin” həlli ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (birinci iş üzrə qəbul etdiyi) xx.xx.2017-ci il tarixli qərarında, Cavabdeh ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 280/13 saylı “Kredit müqaviləsi” üzrə 15.000.000 manat, habelə Cavabdeh ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqaviləsi” üzrə 14.000.000 manat məbləğində pulun və ya həmin məbləğlərin bir hissəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən alınıb-alınmamasının müəyyən edilməsi, zərurət yarandığı halda sözügedən “Kredit müqavilələrindəki” imzalarla bağlı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin təkrar olaraq yenidən müzakirə edilməsi kimi göstəriş verilmişdir. Bu göstərişin icrası ilə əlaqədar Məhkəmə tərəfindən iş üzrə əlavə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 029 saylı rəyi alınmışdır. Həmin rəylə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş və mülki işin 1ci cildinin 140-142-ci vərəqələrində Cavabdeh ASC ilə İddiaçı2 arasında olan xx.xx.2013cü il tarixli, 280/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar və 135-ci vərəqəsində olan xx.xx.2013-cü il tarixli 168/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və mülki işin 1-ci cildinin 137-139-cu vərəqələrində Cavabdeh ASC ilə İddiaçı1 arasında olan xx.xx.2013-cü il tarixli, 281/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar və 136-cı vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 169/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, İddiaçı2 ilə Cavabdeh ASC arasında bağlanması qeyd edilən xx.xx.2013-cü il tarixli, 280/13 saylı və İddiaçı1 ilə Cavabdeh ASC arasında bağlanması qeyd edilən xx.xx.2013-cü il tarixli, 281/13 saylı “Kredit müqavilələri” İddiaçı2 və İddiaçı1 iştirakı olmadan Cavabdeh ASC tərəfindən tərtib olunmuşdur; onlar həmin müqavilələri imzalamamışlar; müqavilələrdə qeyd edilən kredit məbləğləri onlara verilməmiş; onlar “Kassa məxaric orderlərini” imzalamamışlar. İşin hallarından, o cümlədən işdə olan ekspertizanın rəylərindən müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 bildirdikləri uydurma deyil. Bu baxımdan Məhkəmə tərəfindən müəyyən edilir ki, qeyd edilən həmin “Kredit müqavilələri” etibarlı əqd kimi qəbul edilə bilməz. Çünki Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Mülki Məcəllənin 406-cı maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (maddə 406.1.). Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (maddə 406.3.). Məcəllənin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Rayon Məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad edərək hesab etmişdir ki, mübahisəli “Kredit müqavilələri” Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilələr əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir. Həmin “Kredit müqavilələrinin” əhəmiyyətsiz əqd olması və həmin əqdlərin bağlanılmasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirak etməmələri, həmçinin həmin müqavilələrin və müqavilələr əsasında verilmiş “Kassa məxaric orderlərinin” onlar tərəfindən imzalanmaması müəyyən edildiyindən, iddia tələbi kredit müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Rayon Məhkəməsi iddia tələblərinin “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin hissədə də tələblər tam əsaslıdır. Belə ki, iddiaçıların ipoteka müqavilələrinin ləğv edilməsi ilə bağlı gətirdikləri dəlillər həm işin faktiki halları ilə, həm də təqdim edilmiş sənədlərlə tam təsdiq olunur. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, həqiqətən də Cavabdeh ASC ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 arasında 29.000.000 manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsinin bağlanılması ilə bağlı razılaşma olmuşdur. Belə razılaşmanın olması isə mübahisəli xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələri ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçılar cavabdeh Mərkəzi Bank ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2013 və xx.xx.2013-cü il tarixli “Kredit müqavilələri” üzrə verilmiş 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı kimi mülkiyyətlərində olan əmlaklarını Cavabdeh ASC-nin öhdəliyi ilə əlaqədar Mərkəzi Bank qarşısında yüklü etmişlər. Cavabdeh ASC həmin məbləğlərin İddiaçı2 və E.Bayramavaya verildiyini bildirsə də, yuxarıda artıq qeyd edildiyi kimi, işin halları ilə bu xüsusat sübuta yetmir. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh ASC tərəfindən Mərkəzi Bankdan götürülmüş 29.000.000 manat məbləğində kredit iddiaçılar İddiaçı2 və İddiaçı1 kreditə verilmədiyindən, iddiaçılar Mərkəzi Bankın xeyrinə bağlanılmış “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Rayon Məhkəməsi, mübahisəli sonrakı ipoteka müqavilələrini, tərəflərin izahatlarını, mübahisəli kredit müqavilələrinin tərtibində iddiaçıların iştirak etməmələrinin müəyyən edilməsini, işdə olan sübutlara və işin faktiki hallarına hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, mübahisəli ipoteka müqavilələrinin bağlanılması Cavabdeh ASC-nin Mərkəzi Bankla bağladığı xx.xx.2013 və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə olan öhdəliklərinin təminatına yönəlsə də, ipoteka qoyanların məqsədi və niyyəti Cavabdeh ASC-nin Mərkəzi Bankdan götürdüyü və razılaşmaya əsasən sonradan İddiaçı2 və İddiaçı1 verilməli olan 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı olmuşdur. X19 xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə götürülmüş 29.000.000 manat məbləğində pulun iddiaçılar İddiaçı2 İddiaçı1 kreditə verilməsinə dair razılaşma Cavabdeh ASC tərəfindən pozulduğundan, iddiaçılar arzu etdikləri və nəzərdə tutduqları məqsədə çatmamışlar. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəlləsinin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məcəllənin 18-ci maddəsinə görə, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Məcəllənin 560-cı maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2.). İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, Cavabdeh ASC-nin həyata keçirdiyi bu hərəkətlər iddiaçılara ziyan vurmaq niyyəti ilə həyata keçirildiyindən, iddiaçılar mübahisəli sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi ilə bağlı iddia qaldırmaqda tam haqlı olmuşlar. Bu səbəbdən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən Cavabdeh ASC-nin Mərkəzi Bankdan götürdüyü külli miqdarda pulun qaytarılmasının təminatı kimi öz əmlaklarını yüklü edilməsi ağlabatan mühakimə kimi qəbul edilməməli və mübahisəli sonrakı ipoteka müqavilələri iddiaçıların həqiqi iradə ifadəsinə uyğun olmayan əqd kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsilə də razılaşır. Məhkəmə, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına və Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinə istinad edərək Mərkəzi Bankının dəlilləri ilə bağlı bildirir ki, mübahisəli “Sonrakı ipoteka müqavilələrində” iddiaçılar mülkiyyətində olan əmlaklarını Cavabdeh ASC-nin Mərkəzi Bankı ilə bağlanılmış xx.xx.2103-cü il tarixli və xx.xx.2013-cü il tarixli “Kredit müqavilələrinin” təminatı kimi yüklü etmişlər. “Sonrakı ipoteka müqavilələri” bağlanan zaman həmin müqavilələrdə Cavabdeh ASC-nin Mərkəzi Bankdan götürdüyü 29.000.000 manat kredit məbləğinin sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi ilə bağlı hər hansı şərt olmasa da, bu hal ipoteka qoyan iddiaçıların iradə ifadəsinin həqiqi mənasını əks etdirmir. Yəni mübahisəli ipoteka müqavilələrində ipoteka predmetlərinin Cavabdeh ASC ilə Mərkəzi Bank arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi çıxış etməsi göstərilsə də, ipoteka qoyanların həqiqi iradə ifadəsi tamamilə başqa olmuşdur. İpoteka qoyanlar əmlaklarını bu məqsədlə Mərkəzi Bank qarşısında yüklü etmişlər ki, Cavabdeh ASC iddiaçılar İddiaçı2 və İddiaçı1 29.000.000 manat məbləğində kredit ayıracaqdır. Lakin Cavabdeh ASC məhkəməyə 29.000.000 manat məbləğində pulun iddiaçılara kreditə verilməsi ilə bağlı müqavilələr təqdim etsə də, məhkəmə tərəfindən həmin müqavilələrin əhəmiyyətsiz əqd olması təsdiq olunmuşdur. Ona görə də bu hal belə qənaətə gəlməyə tam əsas verir ki, həqiqətən də tərəflər (Cavabdeh ASC, iddiaçılar İddiaçı2 və İddiaçı1) arasında 29.000.000 manat pulun kreditə verilməsinə dair kredit müqaviləsinin bağlanılması ilə bağlı razılaşma olmuş, lakin həmin razılaşma Cavabdeh ASC-nin hərəkətləri nəticəsində həyata keçirilməmişdir. Digər tərəfdən sonrakı ipoteka müqavilələrinin predmeti olan əmlakların hər hansı biri mülkiyyət hüququ üzrə Cavabdeh ASC-yə də məxsus deyildir. İddiaçıların yuxarıda göstərilənlərdən başqa Cavabdeh ASCnin öhdəliklərinə görə cavabdehlik daşıması ilə bağlı hər hansı digər niyyətin olması məntiqli hesab edilə bilməz. İşə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, mübahisəli “Sonrakı ipoteka müqavilələrinin” şərtlərində Cavabdeh ASC-nin Mərkəzi Bankdan götürdüyü 29.000.000 manat kredit məbləğinin sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi ilə bağlı hər hansı müddəa olmasa da, işin faktiki halları belə bir razılaşmanın olmasını və iddiaçıların ipoteka müqavilələrini bağlayarkən həqiqi iradə ifadəsinin məhz bu razılaşma olduğunu göstərir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 425-ci maddəsinin mənasına görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Mübahisəli “Sonrakı ipoteka müqavilələri” bağlanılarkən müqavilənin tərəfi olan Cavabdeh ASC-nin hərəkətləri nəticəsində iddiaçıların hüquqları əhəmiyyətli dərəcədə pozulmuş, yəni onlar ümid etməyə haqqı çatanlardan məhrum olmuş, eyni zamanda iddiaçıların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, iddiaçıların mübahisəli ipoteka müqavilələrini bağlamaqda məqsədi Cavabdeh ASC-nin Mərkəzi Bank qarşısında öhdəliklərinin təminatı deyil, Cavabdeh ASC-nin Mərkəzi Bankdan xx.xx.2013cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri əsasında götürdüyü 29.000.000 manat məbləğində pulun sonradan onlara kreditə verilməsinin təminatı kimi çıxış etməsi olmuşdur. Yəni iddiaçılar Cavabdeh ASC-nin Mərkəzi Bankdan kredit müqaviləsi əsasında götürdüyü 29.000.000 manat məbləğində pulun iddiaçılara ayırmayacağını qabaqcadan görə bilsəydilər, onlar mübahisəli sonrakı ipoteka müqavilələrini bağlamazdılar. Digər tərəfdən iddiaçılar öz əmlakları ilə Cavabdeh ASC-nin Mərkəzi Bank qarşısında olan öhdəliklərinin təminatı kimi ona görə çıxış etmişlər ki, Cavabdeh ASC onların ümid etdiyi kimi Azərbaycan Respublikası Mərkəzi Bankdan götürülən 29.000.0000 manat məbləğində pulu iddiaçılar İddiaçı2 və İddiaçı1 kreditə verəcək. Lakin bu razılaşmanın həyata keçirilməməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmuş və nəticədə iddiaçılar ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Bu səbəbdən məhkəmə yuxarıda göstərilən halları sonrakı ipoteka müqavilələrinin Cavabdeh ASC tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qəbul etmiş və hesab etmişdir ki, həmin hallar müqavilənin ləğv edilməsi üçün əsas hesab edilməlidir. Apellyasiya baxışının nəticələri ilə həmçinin müəyyən edilir ki, iddiaçılar xx.xx.2016cı il tarixdə mübahisəli “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi ilə bağlı cavabdehlərə təklif göndərmişlər və 5 gün müddətində onlara məlumat verməsini xahiş etmişlər. Həmin təklif xx.xx.2016-cı il tarixdə rəsmi qaydada cavabdehlər tərəfindən qəbul edilmiş, lakin göstərilən müddət ərzində cavabdehlər tərəfindən iddiaçıların təklifinə dair hər hansı cavab verilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıların bu təklifinə hər hansı cavab verilmədiyindən, iddiaçılar xx.xx.2016-cı il tarixdə hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişlər. Mülki Məcəllənin 423-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2.). Həmin Məcəlləsinin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilə əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılar tərəfindən mübahisəli “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosedur qaydaya riayət olunduğundan, onlar hazırkı tələblə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşlar. Rayon Məhkəməsi tərəfindən müəyyən edilən hallar mübahisəli “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi üçün əsas kimi çıxış etdiyindən, iddia tələbləri bu hissədə də əsaslı hesab edilməli və mübahisəli xx.xx.2103-cü il tarixli sonrakı ipoteka müqavilələri ləğv edilməli və həmin müqavilələr əsasında iddiaçıların mülkiyyətində olan daşınmaz əmlaklar ipotekadan azad edilməlidir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hər iki iş üzrə düzgün nəticəyə gəlmişdir. Hər iki iş üzrə apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Qeyd edilənləri və MPM-nin 385.1-ci maddəsinin tələblərini nəzərə alaraq, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, hər iki iş üzrə verilmiş apellyasiya şikayətləri təmin edilməməli, hər iki iş üzrə qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: 2(006)-400/2017 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin və barəsində apellyasiya şikayətləri verilmiş həmin qətnamə dəyişdirilmədən saxlanılsın. 2(006)-230/2020 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə ayrı verilmiş apellyasiya şikayətləri təmin edilməsin və barəsində apellyasiya şikayətləri verilmiş həmin qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iş üzrə tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4919/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4919/2020
09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver