Məhkəmə qərarları › İş №2(103)-6043/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6043/2020

12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6043/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X10 iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1216/2020 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqın 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2002-ci il tarixdə X12 və xx xxxx 2006-cı il tarixdə X13 andan olmuşlar. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X5 atası ilə, xx.xx.2006-cı il təvəllüdlü X4 onunla qalması, xx.xx.2017-ci il tarixdən xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, xx.xx.2018-ci il tarixdən xx.xx.2002-ci il tarixdə X5 yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin C.Məhərrəmovaya verilməsi, iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. xx.xx.2002-ci il təvəllüdlü X5 xx.xx.2020-ci ildə 18 yaşı tamam olmuş, yəni şərait dəyişmişdir. O, heç bir yerdə işləmir. Cavabdeh Xüsusi Dövlət Mühafizə xidmətində çalışır, əmək haqqı yüksəkdir, təxminən 1600 manatdan yuxarıdır. X4 tələbatlarını təkbaşına qarşılaya bilmir, valideynləri kömək etsə də, cavabdeh öz övladı üçün aliment ödəməlidir. Ona görə də hesab edir ki, X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alilmentin tuulması zəruridir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu X12 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb qurtaranədək hər tədris ili üçün akademiyaya ödənilməli olan 2500 manat təhsil haqqının 1/2 hissəsini təşkil edən 1250 manat pul vəsaiti və X12 akademiyada təhsilini bitirənədək hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək ondan, yəni Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü qızları X4 yetkinlik yaşına çatanadək saxlanması üçün onun əmək haqqısının 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlə xx.xx.2000ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahdan xx.xx.2002-ci il tarixdə X12 və xx.xx.2006-cı il tarixdə X13 anadan olmuşlar. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-226/2018 nömrəli qətnaməsi ilə X7 və Cavabdeh iddiaları qismən təmin edilmiş, Cavabdeh ilə Məhərrəmova (Xələfova) Aynur Səhhət qızı arasında bağlanmış Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2000-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 637 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2002-ci il tarixdə doğulmuş X12 atası Cavabdeh yanında, xx.xx.2006-ci il tarixində doğulmuş X13 anası X7 yanında saxlanmış, Cavabdeh xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2006-cı il tarixində doğulmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb X9, X3 xx.xx.2018-ci il tarixindən başlayaraq, xx.xx.2002-ci il tarixdə doğulmuş X1 üçün yetkinlik yaşa çatanadək hər ay 154 manat sabit pul məbləğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Mehkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qararı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qatnaməsi alimentin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində bildirmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X5 xx.xx.2020-ci ildə 18 yaşı tamam olmuş, yəni şərait dəyişmişdir. O, heç bir yerdə işləmir. Bundan başqa onun Xüsusi Dövlət Mühafizə xidmətində çalışdığını və yüksək əmək haqqı aldığını bildirmişdir. Bu səbəbdən X4 yetkinlik yaşına çatanadək saxlanması üçün onun əmək haqqı yüksəkdir, qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasını tələb etmişdir. Oğlu X12 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ödənişli əsaslar üzrə bakalavr səviyyəsində “Davamlı inkişafın idarə edilməsi” fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. X12 ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən oğlunun təhsil alması üçün ildə 2500 manatolmaqla, 4 il müddətində ümumilikdə Akademiyaya 10.000 AZN pul ödəməyi öz üzərinə götürmüşdür. Qeyd etməlidir ki, o, oğlunun təhsil alması üçün 2019-2020-ci tədris ili ilə əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına 2500 manat pul ödəmişdir. Göründüyü kimi X23 xx.xx.2020-ci il tarixdə 18 yaşı tamam olsa da, ilkin iddia üzrə İddiaçı iddia ərizəsində göstərdiyi kimi şərait dəyişməmiş, oğlu universitetə daxil olmuş və onun təhsil alması ilə bağlı zəruri xərcləri artmışdır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o işləmir və tək başına X4 xərclərini ödəyə bilmir. X14 “Dafılle” geyim mağazasında çalışır və yüksək əmək haqqı alır. Oğlu X5 təhsili ilə əlaqədar olaraq xərcləri artdığı üçün onun təhsili ilə bağlı oxuduğu təhsil müəssiəsinə ödənilməli olan təhsil haqqının 1/2 hissəsi o təhsil alıb qurtaranadək İddiaçı tutularaq ona ödənilməli, bundan başqa X12 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasın da təhsil alıb qurtaranadək hər ay 170 manat sabit pul məbləği İddiaçı alınaraq ona verilməlidir. Belə ki, o, X5 xərclərini tək başına ödəya bilmir və onun təhsil almasında və digər xərclərində anası İddiaçı iştirak etməyə borcludur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1216/2020 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1216/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ilkin iddiası təmin edilməli olmasını və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının rədd edilməli olduğunu bildirsədə, heç bir əsaslandırma aparmamış, formal olaraq AR Ailə Məcəlləsinin 75, 76-cı, 78.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddəllərinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddəllərinin şərh edilməsinə dair” xx xxxxxx 2015-cı il tarixli qərarına istinad etmiş, lakin qətnamənin əsaslandırma hissəsinində ilkin iddianın hansı səbəbdən təmin edilməsinin əsaslarını və qarşılıqlı iddianın rədd edilməsinin əsaslarını qeyd etməmiş, beləliklə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun oxlanılmasma dair” xx xxx 2006-cı il tarixli qərarının tələblərini pozmuşdur. Həmin qərarda göstərilir ki, “məhkəmənin özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi əlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Hesab edir ki, məhkəmə müstəqil olmamış və işə subyektiv yanaşmış və sübutları qiymətləndirərkən AR MPM-də təsbitini tapmış bərabərlik prinsipini pozmuşdur. Bundan başqa Bakı şəhər Nizami rayon məhkəməsi öz qətnaməsində baxılan iddianın predmetinə aidiyyəti olmayan AR Ailə Məcəlləsinin 58.5-ci maddəsinə istinad etmiş və təəssüf hissi ilə qeyd etməliyəm ki, qeyd etmişdir ki, “ valideynlər uşaqların ümumi orta təhsil formasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malik olduğunu, orta təhsil müəssisəsni bitirdikdən sonra uşağın təhsil müəssisəni və təhsilin formasını seçməsinə valideyin müdaxiləsinin qanunda nəzərdə tutulmadığını bildirmiş, lakin bu müddəanın baxılan işə hər hansı aidiyyətinin olmasını qeyd etməmişdir. Bundan başqa qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, X15 rəsmi olaraq işləyir. Lakin X2 olduğu qətnamədə göstərilməmişdir. Bundan sonra həmin qətnamədə onun AR Xüsusi Dövlət Mühafizə Xidmətinin işlədiyi və 1985,35 manat əmək haqqı aldığı bildirilmişdir. Qeyd etməlidir ki, AR Müdafiə Nazirliyinin Hərbi Həkim Komissyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəhadətnaməsi ilə ona “Hemorragik təzahürləri olmayan xroniki immun ımbositopeniya funksiyasının pozulması” diaqnozu qoyulmuş və hərbi xidmətə yarasız olduğu üçün tutduğu vəzifədən azad olunmuş və heç bir yerdə hal-hazırda işləmir, ondan başqa onun “Hemorragik təzahürləri olmayan xroniki immun trombositopeniya aksiyasının pozulması” xəstəliyinə görə hər ay xeyli miqdarda vəsait tələb olunur. Bundan başqa atası Məhərrəmov Abuzər və anası Nəzakət Məhərrəmova ağır xəstəlikdən əziyyət çəkirlər və hər ikisi onun himayəsi altındadırlar. Hal-hazırda o, həm valideynlərinə, həm oğluna baxdığını və həmdə özünün ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq işləməyən bir şəxsin belə ağır yükün altından necə çıxa biləcəyini düşünmək belə absurddur. İddiaçı xx.xx.2020-ci il tarixdə təkrarən iddia ərizəsi ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək ondan xx.xx.2006-cı il təvəllüdlü qızı X4 yetkinlik yaşma çatanadək saxlanması üçün onun əmək haqqmın 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia ərizəsində bildirmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X5 xx.xx.2020-ci ildə 18 yaşı tamam olmus, yəni şərait dəyişmişdir. O, heç bir yerdə işləmir. Bundan başqa o, yüksək əmək haqqı aldığını bildirmişdir. Qeyd edir ki, oğlu X12 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının ödənişli əsaslar üzrə bakalavr səviyyəsində “Davamlı inkişafın idarə edilməsi” fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. X12 ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən onun təhsil alması üçün ildə 2500 manat olmaqla, 4 il müddətində ümumilikdə Akademiyaya 10.000 AZN pul ödəməyi öz üzərinə götürmüşdür. Qeyd etməlidir ki, o, övladının təhsil alması üçün 2019-2020-ci tədris ili ilə əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına 2500 manat pul ödəmiş və onun təhsilinə zəruri olan əlavə xərcləridə çəkməkdə davam edir. Göründüyü kimi X23in xx.xx.2020-ci il tarixdə 18 yaşı tamam olsa oğlu universitetə daxil olmuş və onun təhsil alması ilə bağlı zəruri xərcləri artmışdır. Bildiri ki, o, ayrıldıqdan sonra İddiaçı oğlu ilə maraqlanmamış və onun təhsili və tərbiyəsinə heç bir diqqət göstərməmiş, oğlunun təhsili və inkişafı onun öhdəsində qalmışdır. İddiaçı ilkin iddia ərizəsində bildirmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X5 xx.xx.2020-ci ildə 18 yaşı tamam olmus, yəni şərait dəyişmişdir. Bu tamamilə yanlışdır. Belə ki, oğlu X5 təhsili ilə əlaqədar olaraq əlavə xərcləri artdığı üçün onun maddi vəziyyəti daha da pisləşmiş və onun xeyrinə dəyişən bir hadisə olmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1216/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və iddiaçının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1216/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2002-ci il tarixdə X12 və xx xxxx 2006-cı il tarixdə X13 adlı iki uşaqları dünyaya gəlmiş, onların nikahları xx xxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx xxxx 2020-ci il tarixli 17/657 nömrəli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusudur və aylıq pul təminatı 1985,35 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə ödənişli əsaslarla bakalavriat səviyyəsində təhsil alacaq təhsilalan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, həmin akademiyada təhsil alacaq X12 illik 2500 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 1276/2019 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-226/2018 nömrəli qətnaməsi ilə X7 və Cavabdeh iddiaları qismən təmin edilmiş, Cavabdeh ilə Məhərrəmova (Xələfova) Aynur Səhhət qızı arasında bağlanmış Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2000-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 637 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2002-ci il tarixdə doğulmuş X12 atası Cavabdeh yanında, xx.xx.2006-ci il tarixində doğulmuş X13 anası X7 yanında saxlanmış, Cavabdeh xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2006-cı il tarixində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb X9, X3 xx.xx.2018-ci il tarixindən başlayaraq, xx.xx.2002-ci il tarixdə doğulmuş X1 üçün yetkin yaşa çatanadək hər ay 154 manat sabit pul məbləğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Mehkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qararı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2000-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2006-cı il tarixdə X13 və xx xxxxxx 2002-ci il tarixdə X12 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, onlar ayrılmışlar. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X7 və Cavabdeh iddiaları qismən təmin edilmiş, Cavabdeh ilə Məhərrəmova (Xələfova) Aynur Səhhət qızı arasında bağlanmış Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2000-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 637 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2002-ci il tarixdə doğulmuş X12 atası Cavabdeh yanında, xx.xx.2006-ci il tarixində doğulmuş X13 anası X7 yanında saxlanmış, Cavabdeh xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2006-cı il tarixində doğulmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb X9, X3 xx.xx.2018-ci il tarixindən başlayaraq, xx.xx.2002-ci il tarixdə doğulmuş X1 üçün yetkin yaşa çatanadək hər ay 154 manat sabit pul məbləğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Mehkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair ilkin iddia ərizəsi ilə və iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin hansı qaydada və məbləğdə tutulmasını müəyyən edərkən düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh rəsmi olaraq işləyir. Belə ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx xxxx 2020-ci il tarixli 17/657 nömrəli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusudur və aylıq pul təminatı 1985,35 manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, aliment hər ay ödənilməli olan ilkin iddia üzrə cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə cavabdehin qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, xx xxxxxx 2002-ci il təvəllüdlü X8 ödənişli əsaslarla ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması tələbi əsassız olduğundan məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi xx xxxx 2020-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx xxxx 2020-ci il tarixli 17/657 nömrəli məktubuna əsasən onun Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusu kimi aylıq pul təminatının 1985,35 manat təşkil etməsini inkar etmir. Bundan əlavə kollegiya apellyatorun himayəsində xəstə valideynlərinin olması səbəbindən, onun aliment ödəməli olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən o, valideyn kimi öz uşağını saxlamağa borcludur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1216/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar