Məhkəmə qərarları › İş №2(105)-3634/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3634/2021

02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3634/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» X5 qarşı «çıxarışdan torpaq sahələrinə dair qeydlərin çıxarılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» X5 qarşı «çıxarışdan torpaq sahələrinə dair qeydlərin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» X5 qarşı «çıxarışdan torpaq sahələrinə dair qeydlərin çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərinin geri qaytarılması qərara alınmışdır (hakim Elman Məmmədov). Həmin qərardaddan narazı qalan İddiaçı vəkili-nümayəndəsi Vəkil Azər oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil Azər oğlu şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 31.08.2021-ci il tarixdə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” X5 verilmiş 08.10.2020-cu il tarixli, ********* saylı çıxarışından mərhum anası X2 və mərhum bibisi X1 məxsus 0,20 ha torpaq sahələrinə dair qeydlərin çıxarılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi 09.09.2021-ci il tarxili qərardadı ilə İddiaçı iddia ərizəsini geri qaytarmış və bunu onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş dövlət reyestrindən çıxarışda cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin hüquqi ünvanı ünvan 1yıt Şəhər Məhkəməsinə təqdim edilməlidir. Bununla bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş dövlət reyestrindən çıxarışda ünvan 2 ünvanını yox, hüquqi şəxsin vergi uçotunu aparıldığı orqanın, yəni 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ünvanı göstərilmişdir. ünvan 3rgilər Baş İdarəsinin ünvanının cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsin ünvanı zənn edərək səhv qənatə gəlmiş və buna görə də sənədləri geri qaytarılması haqqında əsassız qərardad qəbul etmişdir. Cavabdeh «Tərəvəzçilik Filmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsin ünvanını təsdiq edən sənəd kimi isə mülki işə cavabdehin internet səhifəsindən (websayt: www.tetl.az) əldə edilən məlumat əlavə edilmişdir. Həmin məlumatdan göründüyü kimi cavabdehin ünvanı ünvan 4təyir ki, bu mülki işdən qabaq da Abşeron Rayon Məhkəməsinin icraatında tərəflər arasında mübahisə olmuşdur. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər və nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddiaların müəssisənin ünvanının olduğu yerə görə verilməsi, İddiaçı «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsini cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iş materiallarında olan dövlət reyestri məlumatlarından görünür ki, «Tərəvəzçilik Elmi- Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin hüquqi ünvanının ünvan 5ə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməli olmasını müəyyən edərək iddia ərizəsinin geri qaytarmış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2-ci, 152.1.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin hüquqi ünvanının ünvan 6rmışdır. Lakin iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin göstərdiyi Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 ünvanı cavabdeh «Tərəvəzçilik Elmi- Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin hüquqi ünvanı deyil, hüquqi şəxsin vergi uçotuna alan orqanın, 2 saylı Ərazi Vergilər İdarəsinin hüquqi ünvanıdır. Həmçinin iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Kənd Təsərrüfatı Nazirliyi «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» X5 məxsus 16,581 ha torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir. İş materiallarında olan 22.09.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 12.09.2019-cu il tarixdə «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin idarə heyətinin sədr müavini Sabunşu RPİnin 15-ci PB-nə müraciət edərək «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin mülkiyyətində olan torpaq sahəsinin qonşu ərazidə yerləşən 2 nömrəli sovxozun sakinləri tərəfindən qanunsuz müdaxilələr edilməsini, sözügedən əraziyə baxış keçiriılən zaman özünü İddiaçı kimi təqdim edən vətəndaşın özünə haqq qazandırmaq üün mərhum anasının əvvəllər həmin İnstitutda fəhlə işləməsini əsas gətirərərk həmin torpaq sahəsinin ona aid olmasını iddia etmiş şəxs oraya mişar daşları tökərək hasara almaq istəmişir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının faktiki yaşadığı və cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin mülkiyyətində olan torpaq sahəsinin ünvan ünvan 7 cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin hüquqi ünvanının hansı ünvan olmasını araşdırmamış, hüquqi şəxsi vergi uçotuna almış 2 saylı Ərazi Vergilər İdarəsinin hüquqi ünvanını cavabdehin ünvanı kimi göstərməklə səhv nəticəyə gəlmiş, iddiaçının Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməli olmasını göstərməklə məhkəmə aidiyyəti qaydalarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan hallar araşdırılmaqla birinci instansiya məhkəməsi cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin hüquqi ünvanının hansı ünvan olmasını araşdırmalı və bundan sonra iddia ərizəsinin icraata qəbul edilib-edilməməsinə hüquqi qiymət verməlidir. Həmçinin iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində cavabdeh kimi «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsi qoyulsa da, ərizənin nəticə hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» X5 verilmiş 08.10.2020-ci il tarixli, ********* saylı çıxarışdan mərhum anası X2 və mərhum bibisi X1 məxsus 0,20 ha torpaq sahələrinə dair qeydlərin çıxarılmasını xahiş etmiş, bununla da çıxarışı mübahisələndirsə də lakin çıxarışı verən orqanı cavabdeh qismində göstərməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda sadalanan hallar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda sadalanan hallar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, şikayət təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 5304/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsi müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar