Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1488/2025 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı iddiaçı2, onun nümayəndəsi və vəkili nümayəndə2 iştirakları ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi X4 cəlb edilməklə) ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq 12013074483 və ************ reyestr nömrəli Çıxarışların və “Torpaq sahəsinin planı və ölçüsü” adlandırılan sənədlərin surətlərindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən müvafiq olaraq 0,9274 ha və 0,2384 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçı iddiaçı2, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və 3-cü şəxs X5 ümumi birgə mülkiyyətlərindədir. “xxxx KM” MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin hüquqi ünvanı Lənkəran rayonunun Xarxatan kəndi, təsisçisi isə iddiaçı iddiaçı1dur. Lənkəran şəhər Icra Hakimiyyəti başçısının ## ### 1996-cı il tarixli *** saylı sərəncamdan Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində - Şağlaser yolunun sol tərəfində “Göyərçin” Koorperativində kərpic sexi üçün ayrılmış torpağın istifadəsiz hissəsində “xxxx” kiçik müəssisəsinin tərkibində 80 kv.m. sahədə tikintisinə başladığı mağaza və çayxananın tikintisinin davam etdirilməsinə icazə verilmişdir. Tikinti başa çatdıqdan sonra şəhər dövlət vergi müffətişliyinə məlumat verilsin. * saylı Ərazi Vergilər Idarəsinin iddiaçı iddiaçı1 verdiyi *********** nömrəli arayışının surətindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən mağaza ##.##.2016-cı ildə uçota alınmışdır. * saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş sənədinin surətindən görünür ki, “xxxx KM” MMC ##.##.2021-ci il tarixdə qeydiyyata alınmış, VÖEN nömrəsi 2603950081-dir, hüquqi ünvanı Lənkəran rayonunun Xarxatan kəndidir, təsisçisi və qanuni təmsilşisi iddiaçı iddiaçı1dur. “Azəriqaz” IB-nin Layihə-Konstruktor Bürosunun 2012-ci ildə tərtib edilmiş cizginin surətindən görünür ki, həmin cizgidə Lənkəran rayonunun Xarxatan kəndində yerləşən “xxxx KM”nin qazlaşdırırılması planı göstərilmişdir. “Azəriqaz” IB ilə iddiaçı iddiaçı1 arsında başlanmış ##.##.2012- ci il tarixli, **** nömrəli müqavilənin surətindən görünür ki, iddiaçı 151.44 manat ödəməyi, icraçı isə “xxxx KM”-nin qazlaşdırırılmasını öz öhdəsinə götürür. “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən verilmiş ##.##.2014-cü ii tarixli ****** nömrəli texniki şərtin surətindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən “xxxx KM”-nin rəhbəri iddiaçı1 məxsus Xarxatan kəndində yerləşən və gücü 7,5 kv.t III kategoriyalı istehlakçı olan çayxana, mağaza və avtoyuma emalatxanasının 110/35/10 kv-luq Lənkəran-İ y/st-dan çıxan 10 kvluq Pravda h/x-dən el.enerjisi ilə təchiz olunması üçün müvafiq tələblərin yerinə yetirilməsinə etiraz etmirlər. “xxxx” MMC ilə iddiaçı iddiaçı1 arasında imzalanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilmiş ##.##.2014-cü il tarixli aktın surətindən görünür ki, ##.##.2014-cü ii tarixli ****** nömrəli texniki şərtə əsasən 110/35/10 kv-luq Lənkəran-İ y/st-dan çıxan 10 kv-luq Pravda h/x-dən qidalanan 10/0.4 kvluq 250 kva transformatorun 0,4 kv-luq tərəfində * saylı fiderin * saylı d/beton dayağından budaqlanma götürülən nöqtədən balans mənsubiyyəti sərhədi sayılsın və həmin nöqtədən tələbatçıya sarı 80 metr 380 v-luq kabel xətti və işlədicilər çayxana, mağaza və avtoyuma emalatxanasının sahibi iddiaçı1 balans mənsubiyyətinə daxil edilsin. Lənkəran şəhər Icra Hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiaçı iddiaçı1 verdiyi ##.##.2022-ci il tarixli arayışından görünür ki, o, Lənkəran rayonunun Xarxatan kəndində yaşamaqla həmin kənddə çayxana, mağaza və avtoyuma məntəqəsi vardır. Hal-hazırda onlar fəaliyyət göstərir. Lənkəran rayonu Şağlaser Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, Bələdiyyə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli Çıxarışla iddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,2384 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bələdiyyəyə məxsus torpaq sahəsindən girişinə etiraz etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin (bundan sonra DƏDK və RPHŞ ** saylı ƏI) ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ************ reyestr nömrəli Çıxarışla iddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,9274 ha (torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətdən avtomobil yolu ilə, şimal və qərb istiqamətdən təsərrüfatdaxili yol ilə sərhəd olması müəyyən olunmuşdur. Sözügedən 0,9274 ha (faktiki 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla (iddiaçı və cavabdehlərin faktiki istifadələrində olan tikililərin onların payına düşməsi şərtilə) texniki cəhətdən naturada bölünməsinin mümkün olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında torpaq sahələrinin planlı yerləşməsi və ölçüləri göstərilmişdir. DƏDK və RPHŞ ** saylı ƏI-nin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyində Lənkəran ayonu, Xarxatan kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli Çıxarışla iddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən gediş-gəliş yolunun mövcud olmaması səbəbindən həmin torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla texniki cəhətdən naturada bölünməsinin mümkün olmaması müəyyən olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, Bələdiyyəyə məxsus torpaq sahəsindən gedişgəliş yolunun verilməsinə dair Lənkəran rayonu, Şağlaser Bələdiyyəsinin razılığı nəzərə alınmaqla ************ reyestr nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən Çıxarışda göstərilmiş və Lənkəran rayonu, Xarxatan kəndində yerləşə 0,2384 ha kənd təsərrüfatı, təyinatlı torpağı həmin torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla texniki cəhətdən naturada bölmək texniki cəhətdən mümkündür. DƏDK və RPHŞ ** saylı ƏI -nin ##.##.2024-cü il tarixli, 3- **-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Hüquqiarın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli Çıxarışla iddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,9274 ha (faktiki 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində çayxana və mağaza tikilisinin (bir damın altında yerləşən) və köməkçi tikilinin (anbarın) mövcud olması müəyyən olunmuşdur. Sözügedən çayxana və mağaza tikilisinin faktiki olaraq iddiaçılar iddiaçı1 və iddiaçı2 istifadəsində olması, köməkçi tikilinin (anbarın) isə faktiki olaraq cavabdehlərin istifadəsində olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı avtoyuma məntəqəsinin isə sözügedən torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli Çıxarışla iddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində isə tikilinin mövcud olmaması müəyyən olunmuşdur. DƏDK və RPHŞ ** saylı ƏI-nin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, qeyd olunan 0,9274 ha (faktiki 0,91 ha) torpaq sahəsinin tikililər (çayxana və mağaza tikilisi) də daxilində olmaqla mülkiyyətçilərindən biri olan iddiaçı2 düşən 1/5 hissə üzrə naturada ayrılması texniki cəhətdən mümkündür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ## #### 2026 -cı il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) iddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,9274 ha (Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,91 ha ölçüdə təsvir edilmiş) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətdən avtomobil yolu ilə, şimal və qərb istiqamətdən təsərrüfatdaxili yol ilə sərhəd olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) iddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,9274 ha (faktiki 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində iddiaçıların faktiki istifadələrində olan bir damın altında yerləşən 200 kv.m tikintialtı sahədən ibarət çayxana və mağaza tikilisinin və cavabdehlərin faktiki istifadələrində olan 42 kv.m tikintialtı sahədən ibarət köməkçi tikilinin (anbarın) mövcud olması müəyyən olunmuşdur. Digər tikili – avtoyuma məntəqəsinin isə Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla sxematik bölgü planı rəyə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: Iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq olaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 12013074483 və ************ reyestr nömrəli Çıxarışlarla iddiaçı2, cavabdeh3, cavabdeh2, cavabdeh1 və X5 ümumi birgə mülkiyyətlərində olan və Lənkəran rayonunun Xarxatan kəndində yerləşən müvafiq olaraq 0,9274 ha və 0,2384 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyətçilərin paylarının müəyyən edilməsi və həmin torpaq sahələrinin naturada bölünməsi, “xxxx” kiçik müəssisəsi MMC-yə məxsus çayxana, mağaza və avtoyuma məntəqəsinin qanuni sahibi olaraq atası iddiaçı1 həmin tikililərin naturada bölünən və onun, yəni iddiaçı2 payına düşən torpaq sahələrinə daxil edilməsinə etiraz etmədiyindən həmin tikililərin onun mülkiyyətində olan torpaq sahələrinə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Iddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı iddiaçı2 Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə yerləşən 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri onun, cavabdeh3, cavabdeh2, cavabdeh1 və X5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsi tərəfindən ona və digər mülkiyyətçilərə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq Çıxarışlar da verilmişdir. Həmin birgə mülkiyyətlərində olan 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 1995ci ildə atası olan iddiaçı iddiaçı1 tərəfindən tikilən çayxana, mağaza və avtoyuma məntəqəsi mövcuddur. Çayxana və mağazanın inşasına Lənkəran şəhər Icra Hakimiyyəti başçısının ## ### 1996-cı il tarixli *** saylı sərəncamı ilə icazə verilmişdir. Belə ki, həmin sərəncama əsasən Lənkəran rayonunun Xarxatan kəndində - Şağlaser yolunun sol tərəfində, “Göyərçin” Koorperativində, kərpic sexi üçün ayrılmış torpağın istifadəsiz hissəsində, “xxxx” kiçik müəssisəsinin tərkibində 80 kv.m. sahədə tikintisinə başladığı mağaza və çayxananın tikintisinin davam etdirilməsinə icazə verilmişdir. Tikinti başa çatdıqdan sonra şəhər dövlət vergi müffətişliyinə məlumat verilmişdir. “xxxx” kiçik müəssisəsi MMC-nin nizamnaməsindən də görünür ki, həmin MMC-nin təsisçisi atası iddiaçı1dur. Çayxana, mağaza və avtoyuma məntəqəsinin tikintisində işləyən usta və fəhlələr də həmin obyektlərin inşası xərclərinin bütünlüklə atası iddiaçı1 tərəfindən ödənildiyini təsdiq edə bilərlər. Cavabdeh cavabdeh2 2013cü ildə ona və atasına məxsus olan mağazanı 01 il müddətinə icarəyə götürmüşdür. Bu barədə cavabdeh cavabdeh2 öz xətti ilə yazıb imzaladığı, şahid X3 və digər cavabdeh X1 birgə imzaladığı və onun da də imzası olan akt tərtib edilmişdir. Yəni cavabdehlər öz imzaları və yazıları ilə qəbul etmişlər ki, mağaza atası iddiaçı1 məxsusdur, onu 01 il müddətinə 100 manat icarə haqqı verilməsi şərti ilə cavabdeh2 icarəyə götürmüşdür və bir illik müddət bitdikdən sonra mağazanı boşaltmağa söz vermişdir. Lakin hazırda cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 atası iddiaçı1 məxsus tikililərin istifadəsinə maneçilik yaradır və hər vəchlə atası ilə birlikdə normal olaraq sahibkarlıq fəaliyyətini həyata keçirməylərinə mane olurlar. Hesab edir ki, cavabdehlərin hərəkətləri qərəzlidir və mülkiyyətində olan torpaq sahəsi və atasına məxsus tikililərin istifadəsinə mane olmaqla mülkiyyət və sahiblik hüquqlarını pozmağa yönəlmişdir. Qeyd edir ki, mübahisəli torpaq sahələrində atası iddiaçı1 1995-ci ildə mağaza və çayxana tikərkən cavabdeh cavabdeh3 12 yaşı, cavabdeh2 isə 10 yaşı olmuşdur. Yəni cavabdehlərin həmin yaşlarda çayxana və ya mağaza tikmələri və bu tikililərin xərcini ödəmələri heç bir halda ağlasığan deyil. 180 kv.m.-dən ibarət çayxana, həmçinin mağaza və avtoyuma məntəqəsi atası iddiaçı1 tərəfindən tikilmiş və ona məxsus olmuşdur. Bu tikililər “xxxx” kiçik müəssisəsi MMC-nin tərkibində olmuşdur, həmin müəssisənin təsisçisi isə atası iddiaçı1dur. “xxxx” kiçik müəssisəsi MMC-nin nizamnaməsində digər payçılar da yoxdur. Müəssisənin adı da rəmzi olaraq onun adını daşıyır. Adından da görünür ki, müəssisə atasına məxsusdur və hazırda tərəfindən işlədilir. “xxxx” kiçik müəssisəsi MMC * saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qeydiyyata da alınmış və atası iddiaçı1 Zakir oğlu müəssisənin qanuni təmsilçisi kimi müəyyən edilmişdir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası “xxxx” ASC X6 Şəbəkəsi” MMC-nin ##.##.2014-cü ii tarixli arayışına əsasən “xxxx” kiçik müəssisəsi MMC-nin rəhbəri iddiaçı1 məxsus Xarxatan kəndində yerləşən çayxana, mağaza və avtoyuma emalatxanasının elektrik təchizatı üçün “xxxx” MMC tərəfindən verilmiş ##.##.2014- cü ii tarixli 01/13-8541 (******) saylı texniki şərtin 1.1-ci bəndinin yerinə yetirildiyi göstərilmişdir. Daha sonra elektrik təchizatının quraşdırılması üçün 40,59 və 460 manat xərclər müəyyən edilmiş və iddiaçı1 tərəfindən ödənilmişdir. "xxxx” kiçik müəssisəsi MMC-nin təbii qaz yanacağı ilə təmin edilməsi üçün də “Azəriqaz” Istehsalat Birliyi tərəfindən qaz təchizatının quraşdırılması təmin edilmiş və müvafiq xərclər iddiaçı1 tərəfindən ödənilmişdir. Həm “xxxx MMC, həm də “Azəriqaz” IB tərəfindən iddiaçı1 müvafiq texniki şərtlər verilmiş və müqavilə bağlanmışdır. Yəni “xxxx” kiçik müəssisəsi MMC-nin tərkibində olan çayxana, mağaza və avtoyuma məntəqəsi illərdir ki, onların istifadələrindədir və çəkilən qaz və elektrik xətləri atası iddiaçı1 adınadır. Çayxananın həyətində şirin su çıxmadığından atası iddiaçı1 təxminən 500 metr uzaqlıqda, öz vəsaiti ilə quyu qazıb çayxanaya su xətti də çəkdirmişdir. 1995-ci ildə çayxananı tikdirdikdən sonra iddiaçı1 öz vəsaiti hesabına çayxananın həyətində bağ salmış, ordakı ağacları əkib-becərmiş və onlara hər il qulluq etmişdir. Hesab edir ki, torpaqla bağlı mübahisənin həll edilməsi üçün onun tərəflər arasında naturada bölünməsi zəruridir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə (hakim: Muradağa Qasımov) iddia qismən təmin edilmiş, Lənkəran rayonu, Xarxatan kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş - reyestr nömrəsi ************ olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışında göstərilən 0,9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı iddiaçı2, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və 3-cü şəxs X5 hər birinin payının 1/5 hissədə müəyyən edilməsi və iddiaçı2 düşən 1/5 hissə, faktiki onunla atası iddiaçı1 istifadəsində olan, ##.##.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş variantda, “iddiaçı iddiaçı1 istifadəsində olan çayxana və mağaza (bir dam altında yerləşir)” sözləri ilə işarələnmiş bir hissəyə uyğun olaraq, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 düşən hissə, faktiki onların istifadələrində olan, “Cavabehlərin istifadəsində olan köməkçi tikili (anbar)” sözləri ilə işarələnmiş bir və digər iki hissəyə uyğun olaraq, 3-cü şəxs X4 isə bir hissəyə uyğun payları bölünərək ayrılması, Lənkəran rayonu, Xarxatan kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş - reyestr nömrəsi ************ olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışında göstərilən 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı iddiaçı2, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və 3-cü şəxs X5 hər birinin payı 1/5 hissədə müəyyən edilməsi və həmin torpaq sahəsi iddiaçı2 düşən 1/5 hissədə, ##.##.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş variantda torpaq sahəsinin bir hissəsinə uyğun olaraq, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 düşən hissələrə və 3-cü şəxs X4 isə bir hissəyə uyğun olaraq naturada, təcrid şəkildə bölünərək ayrılsın. Iddia, iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair, eləcə də iddiaçı iddiaçı2 “xxxx KM” MMC-yə məxsus avtoyuma məntəqəsinin naturada ona düşən pay torpaq sahəsinə daxil edilməsinə dair hissələrində təmin edilməməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 aid edilməsi və onlardan müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülməsi: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XIIS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE00000000000002088501, iddiaçı iddiaçı1 DƏDK və RPHŞ ** saylı ƏI-nin hesabına ödənilmiş 95 manat onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, mübahisə predmetinə aid, ümumi birgə mülkiyyətində olan torpaq sahələrində mülkiyyətçilərin payları müəyyən edilməklə, həmin paylar məhkəmə qaydasında naturada bölünərək ayrılmalıdır. Qeyd olunan torpaq sahələrində cavabdehlərin, 3-cü şəxsin və iddiaçının hər birinin 1/5 hissədə paylarının olması nəzərə alınmaqla, iddiaçı iddiaçı2 atası iddiaçı1 ilə birlikdə faktiki istifadəsində olan, ##.##.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş varianta, yəni, “iddiaçı iddiaçı1 istifadəsində olan çayxan və mağaza (bir dam altında yerləşir)” sözləri ilə işarələnmiş torpaq sahəsinin bir hissəsi, cavabdehlərin faktiki istifadələrində olan, “Cavabehlərin istifadəsində olan köməkçi tikili (anbar)” sözləri ilə işarələnmiş torpaq sahəsinin bir hissəsi və daha iki hissəsi, 3-cü şəxsin torpaq sahəsinin bir hissəsi, ##.##.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş varianta torpaq sahəsinin bir hissəsi iddiaçının, 3 hissəsi cavabdehlərin, bir hissəsi isə 3- cü şəxsin payları olaraq naturada ayrılmalıdır. Qeyd olunan hissələrinin faktiki olaraq tərəflərin bəzilərinin ayrı-ayrılıqda istifadələrində olduğundan, habelə mütəxəssis və məhkəmə ekspertizasının rəylərinin nəticələri nəzərə alınmaqla mübahisəli torpaq sahələrinin onlar arasında bölünməsinin ən münasib və əlverişli variantı kimi həmin sxemlərdə göstərilmiş payın naturada bölünərək ayrılmaqla tərəflərə verilməsi qanunauyğun hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddiaçı2 “xxxx” MMC-yə məxsus avtoyuma məntəqəsinin naturada ona düşən pay torpaq sahəsinə daxil edilməsinə dair tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 213.5, 223.1, 223.2, 223.3, 223.4, 220.1, 220.2, 220.3-cü, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh cavabdeh3 apellyasiya şikayətini onun əsaslandırmışdır ki, məhkəmənin qətnaməsində qeyd etdiyi “xxxx” kiçik müəssisəsi təsis edilərkən MMC olmamış və onun təsisçisidə formal olaraq özünü iddiaçı kimi məhkəməyə təqdim edilmiş iddia ərizəsində özünü formal olaraq iddiaçı kimi qeyd edən iddiaçı1 olmamışdır. “xxxx” kiçik müəssisəsi onun mərhum atası Hüseynov Zakir Şamil oğlu tərəfindən təsis edilmişdir və Lənkəran şəhər Icra Hakimiyyəti Başçısının ## ### 1996-cı il tarixli, *** saylı sərəncamı ilə də qeyd olunan mağaza və çayxananın tikintisinə iddia ərizəsində özünü formal olaraq iddiaçı kimi qeyd edən iddiaçı1 icazə verilməmişdir. Sonradan isə iddia ərizəsində özünü formal olaraq iddiaçı kimi qeyd edən iddiaçı1 * saylı Ərazi Vergilər Idarəsinə müraciət edərək öz adına qeydiyyata aldırdığı MMC-nin adını qəsdən “xxxx KM” qoyaraq ##.##.2021-ci il tarixdə onun adına * saylı Ərazi Vergilər Idarəsində qeydiyyata alınmış MMC-nin adı sadəcə olaraq “xxxx KM” MMC-dir və onun VÖEN nömrəsini 2603950081 kimi, hüquqi ünvanını Lənkəran rayonunun Xarxatan kəndi, təsisçisi və qanuni təmsilçisini də özünü, yəni iddiaçı iddiaçı1 kimi qeydə aldırmışdır. Buradan aydın görünür ki, iddia ərizəsində özünü formal olaraq iddiaçı kimi qeyd edən iddiaçı1 təsis etdiyi və ##.##.2021-ci il tarixdə * saylı Ərazi Vergilər Idarəsində qeydiyyata alınmış “xxxx KM” MMC-nin onun mərhum atası Hüseynov Zakir Şamil oğlu tərəfindən təsis edilmiş və qanuni təmsilçisi olduğu “xxxx” kiçik müəssisəsinə heç bir aidiyyəti yoxdur. Çünki, iddiaçı iddiaçı1 təsis etdiyi və ##.##.2021-ci il tarixdə * saylı Ərazi Vergilər Idarəsində qeydiyyata alınmış “xxxx KM” MMC üçün Lənkəran şəhər Icra Hakimiyyəti Başçısı ## ### 1996-cı il tarixdə hələ qeydiyyata alınmamış MMC üçün həmin tarixdə *** saylı sərəncam imzalayıb, həmin sərəncamda qeyd olunan mağaza və çayxananın tikintisinə icazə də verə bilməzdi. Hüseynov Zakir Şamil oğlu da iddiaçı iddiaçı1 onun böyük oğlu olduğu üçün və digər iddiaçı iddiaçı2 da onun nəvəsi olduğu üçün təsis etdiyi kiçik müəssisənin adını “xxxx” qoymuşdur. Bundan əlavə iddia ərizəsində qeyd olunan əmlaklar, yəni mağaza, çayxana və avtoyuma məntəqəsini əgər iddiaçı iddiaçı1 tikmişdirsə, o zaman həmin tikililəri nəyə görə öz mülkiyyətində olan torpaq sahəsində tikmirdi, onları mülkiyyətlərində olan torpaq sahəsində tikirdi. Məhkəmənin iddia tələbini təmin etmək üçün sübut kimi qəbul etdiyi sənədlərin heç birinin hüquqi əsası olmadığı halda məhkəmə onları sübut kimi qəbul etmiş, onların qətnaməsində qeyd etmiş və sondada onlara istinad edərək iddia tələbini təmin etmişdir. Məhkəmənin qətnaməsində istinad etdiyi sənədlər: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq 12013074483 və ************ reyestr nömrəli Çıxarışların və “Torpaq sahəsinin planı və ölçüsü” adlandırılan sənədlərin surətlərindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən müvafiq olaraq 0,9274 ha və 0,2384 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçı iddiaçı2, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və 3-cü şəxs X5 ümumi birgə mülkiyyətlərindədir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, HüseynovBünyamin Zakir oğlu və cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddialarının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 izahatında bildirdi ki, iddiaçı tərəf mütəxəssis rəyi ilə razıdır. Rəy kifayət qədər əsaslıdır. Əvvəlki tarixlərdə də mütəxəssis rəyi verilib, ekspert rəyləri də var. iddiaçı2 və cavabdehlər əmlakın birgə mülkiyyətçiləridir. iddiaçı1 məxsus əmlak üzərində tikililər var və məhkəmə prosesində bununla bağlı sənədləri təqdim etmişlər. Kommunal xərcləri iddiaçı1 ödəmiş, kommunal xətlərin çəkilməsi üçün bağlanmış müqavilələrdə həmin şəxsin adına bağlanmışdır. Vergi ilə bağlı olan sənədləşmələr də iddiaçı1 adınadır. iddiaçı1 və iddiaçı2 arasında olan münasibətlərdə isə şəxslərin bir-birinə etirazı yoxdur. iddiaçı1 tikilini 1990-cı illərdə tikmişdir. Həmin tikililər tikilərkən torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmuşdur. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi əsaslıdır. Qətnamə mütəxəssis tərəfindən verilmiş sxemə uyğun qətnamə qəbul etmişdir. Sxemə uyğun olaraq, faktiki istifadəyə uyğun bölgü aparılmışdır, hər bir şəxsin torpaq sahəsi müəyyən edilmişdir. iddiaçı2 faktiki istifadəsində olan, ona məxsus torpaq sahəsində yerləşən əmlakı iddiaçılar istifadə edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı2 vəkilinin məhkəmə iclasında bildirdiyi mövqe ilə razı olduğunu, əlavə izahatının olmadığını bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. ## ####### 2025-ci il tarixli apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh3 izahatında bildirmişdir ki, torpaq sahəsinin naturada bölgüsü düzgün aparılmamışdır. Torpaq sahələrindən biri 0,23 ha, digəri isə 0,94 ha olmaqla, ümumilikdə 1,18 ha təşkil edir. Həmin torpaq sahələri üzrə 5 nəfər payçı vardır və torpaq sahələrinə dair 2 sənəd verilmişdir. Iddiaçı payına düşən torpaq sahəsinin ayrılmasını tələb etmişdir. Ona 0,23 ha olan torpaq sahəsinin verilməsi təklif edilmiş, lakin iddiaçı həmin təklifi qəbul etməmişdir. Iddiaçı hər iki torpaq sahəsinin hər birindən 1/5 hissənin ona verilməsini tələb etməmişdir. 0,23 ha olan torpaq sahəsi payçılar arasında bölündükdə həmin torpaq sahəsinə giriş-çıxış mümkün olsa da, sahənin şumlanması mümkün deyildir. 0,94 ha olan torpaq sahəsinin üzərində çayxana və avtoyuma obyekti yerləşir. Ekspert rəyində avtoyuma obyektinin torpaq sahəsindən kənarda yerləşdiyi göstərilsə də, bu, doğru deyildir. Avtoyuma obyekti torpaq sahəsinin üzərində yerləşir. Bu səbəbdən ekspert rəyi ilə razı deyildir. Birinci instansiya məhkəməsində dəfələrlə vəsatət vermiş, lakin həmin vəsatətlər nəticəsiz qalmışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki iş üzrə digər iddiaçı iddiaçı1, cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə mülki iş üzrə digər iddiaçı iddiaçı1, cavabdeh tərəfin və üçüncü şəxsin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilsə də, iş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahələri iddiaçı iddiaçı2, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və üçüncü şəxs X5 ümumi mülkiyyətindədir və birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin şəxslərin hər birinin payı müəyyən edilərək torpaq sahələrinin naturada bölgüsü aparılmışdır. Bu baxımdan, apellyasiya şikayətində mübahisələndirilən naturada bölgü məsələsinin yalnız şikayət vermiş cavabdehin hüquq və mənafelərinə aid olmadığı, bölgü variantının ümumi mülkiyyətin bütün iştirakçılarının paylarının yerləşməsinə, sərhədlərinə və torpaq sahələrindən istifadə imkanlarına bilavasitə təsir göstərdiyi nəzərə alınmalıdır. Başqa sözlə, qətnamənin ayrı-ayrı mülkiyyətçilərə münasibətdə müstəqil şəkildə yoxlanılması və həmin hissələrin bir-birindən təcrid olunmuş qaydada qiymətləndirilməsi mümkün deyildir. Odur ki, Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mübahisənin predmetinin və qətnamə ilə müəyyən edilmiş naturada bölgünün bölünməz xarakter daşıması səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 152.1.-ci maddəsina əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-ci maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən mər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı əldə olunmuş ekspert və mütəxəssis rəylərini ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ************ reyestr nömrəli Çıxarışda göstərilən 0,9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü planına uyğun naturada bölünməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisəli 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçı2, cavabdeh3, cavabdeh2, cavabdeh1 və X5 ümumi mülkiyyətində olması iş materiallarında olan dövlət reyestrindən Çıxarışlarla təsdiq edilir. Həmçinin mülkiyyətçilərin hər birinin payının bərabər olmaqla 1/5 hissə təşkil etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur. Bu səbəbdən hazırkı iş üzrə mübahisənin mahiyyəti iddiaçı2 ümumi mülkiyyətdə payının olubolmaması ilə deyil, onun 1/5 payının naturada konkret olaraq hansı hissədən ayrılmasının hüquqi cəhətdən əsaslı olması ilə bağlıdır. Mülki Məcəllənin 220.3-cü maddəsi paylı mülkiyyət iştirakçısına, mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya payın ayrılması üsulu və şərtləri barədə razılığa gələ bilmədikdə, payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ verir. Bununla belə, həmin hüququn həyata keçirilməsi ümumi mülkiyyətin digər iştirakçılarının mülkiyyət hüquqlarından təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinin mahiyyətindən də irəli gəlir ki, mülkiyyətçinin öz əmlakı barəsində həyata keçirdiyi hərəkətlər digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi üçün həmin bölgünün yalnız texniki baxımdan mümkün olması kifayət etmir. Məhkəmə tərəfindən müəyyən edilən bölgü üsulu, eyni zamanda, bütün mülkiyyətçilərin hüquq və qanuni mənafeləri arasında ağlabatan tarazlığı təmin etməli, onlardan hər hansı birinin faktiki vəziyyətini digərlərinin hesabına üstün vəziyyətə gətirməməli, ayrılan hissələrin yerləşməsi, konfiqurasiyası, istifadə imkanları və digər xüsusiyyətləri nəzərə alınmaqla bərabər pay sahiblərinin hüquqlarının mahiyyətcə bərabərliyini qorumalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi 0,9274 ha torpaq sahəsinin naturada bölünməsi zamanı əsasən tərəflərin faktiki istifadəsini və ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü planını rəhbər tutmuş, iddiaçı2 1/5 payının onun atası iddiaçı1 ilə birlikdə istifadə etdiyi çayxana və mağazanın yerləşdiyi hissəyə uyğun, cavabdehlərin paylarının isə onların faktiki istifadəsində olan köməkçi tikilinin yerləşdiyi və digər hissələrə uyğun ayrılmasını mübahisənin həlli üçün “ən münasib və əlverişli variant” hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində 0,9274 ha, elektron kadastr uçotu informasiya sistemində isə faktiki vəziyyətə uyğun 0,91 ha kimi təsvir edilmiş torpaq sahəsinin mülkiyyətçilərin hər birinin payı 1/5 hissə olmaqla naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu göstərilmişdir. Lakin həmin nəticə şərtsiz deyil, məhz iddiaçı və cavabdehlərin faktiki istifadəsində olan tikililərin onların paylarına düşməsi şərti ilə verilmişdir. Başqa sözlə, mütəxəssis tərəfindən hazırlanmış bölgü sxeminin başlanğıc meyarı ümumi torpaq sahəsinin mülkiyyətçilər arasında neytral şəkildə bölgüsü deyil, mövcud tikililərin və faktiki istifadənin qorunması olmuşdur. Bu isə özlüyündə həmin bölgü variantının ümumi mülkiyyət iştirakçılarının hüquqları baxımından ən münasib variant olduğunu göstərmir. Əksinə, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsində yerləşən çayxana və mağazadan faktiki istifadə edən iddiaçı1 həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri deyildir. Birinci instansiya məhkəməsi də bu halı müəyyən edərək onun mübahisəli torpaq sahələri üzərində payların müəyyən edilməsi və onların naturada bölünməsini tələb etməyə subyektiv hüququnun olmadığını qəbul etmiş və onun iddiasını həmin hissədə təmin etməmişdir. Belə olan halda, torpaq sahəsinin mülkiyyətçisi olmayan iddiaçı1 həmin torpaq sahəsində yerləşən tikililərdən faktiki istifadəsi və ya həmin tikililərlə əlaqədar çəkdiyi xərclər digər iddiaçı iddiaçı2 payının məhz həmin tikililərin yerləşdiyi hissədən ayrılması üçün həlledici meyar kimi qəbul edilə bilməz. Kollegiya iddiaçı tərəfin iddiaçı1 çayxana və mağazanın tikintisinə, qaz, elektrik və su təchizatına və ərazinin abadlaşdırılmasına xərc çəkməsinə dair istinadlarına da ayrıca münasibət bildirərək qeyd edir ki, həmin hallar, hətta mövcudluğu qəbul edildiyi təqdirdə belə, hazırkı mübahisənin predmeti olan torpaq sahəsində onun mülkiyyət payının yaranmasına səbəb olmur və ümumi mülkiyyətin digər iştirakçılarının hüquqlarının həcmini dəyişdirmir. Iş materiallarında olan ##.##.2012-ci il tarixli qazlaşdırma müqaviləsi, ##.##.2014-cü il tarixli elektrik enerjisi ilə təchizata dair texniki şərt, sonrakı elektrik enerjisi sənədləri, mağazanın vergi uçotuna alınmasına dair məlumatlar və digər oxşar sənədlər iddiaçı1 həmin obyektlərdən istifadə etməsini, onların kommunal təchizatının təşkilində iştirakını və müəyyən xərclər çəkməsini təsdiq edən hallar kimi qiymətləndirilə bilər. Lakin həmin sənədlər öz hüquqi mahiyyətinə görə iddiaçı1 ümumi mülkiyyətdə olan 0,9274 ha torpaq sahəsi üzərində tikili inşa etməsini və bu tikililərin oğluna məxsus pay hissəsində qalmaq şərti ilə verilməsinə etirazının olmaması torpağın digər mülkiyyətçilərinin hüquqlarından üstün tutulması üçün hüquqi əsas yaratmır. Eyni yanaşma, iddiaçının çayxananın həyətində quyu qazdırması, su xətti çəkdirməsi, ağaclar əkib əraziyə qulluq etməsi barədə dəlillərinə də aiddir. Bu hallar müəyyən ərazidən uzun müddət faktiki istifadə olunmasını göstərə bilər, lakin ümumi mülkiyyət iştirakçılarının razılaşması və ya başqa hüquqi əsas olmadığı halda faktiki istifadə öz-özlüyündə həmin hissə üzərində üstün mülkiyyət hüququ və ya naturada bölgü zamanı həmin hissənin seçilməsi hüququ yaratmır. Kollegiya həmçinin “xxxx” kiçik müəssisəsi ilə bağlı sənədləri qiymətləndirərək qeyd edir ki, Lənkəran şəhər Icra Hakimiyyəti başçısının ## ### 1996-cı il tarixli *** saylı sərəncamında “xxxx” kiçik müəssisəsinin tərkibində mağaza və çayxananın tikintisinin davam etdirilməsinə icazə verildiyi göstərilir. Digər tərəfdən, iş materiallarında olan sənədlərə əsasən “xxxx KM” MMC ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış və onun təsisçisi və qanuni təmsilçisi iddiaçı1 göstərilmişdir. Bu sənədlər arasında zaman və hüquqi təşkilati forma baxımından mövcud fərq nəzərə alınmaqla, 1996-cı ildə sərəncamda göstərilmiş kiçik müəssisə ilə 2021-ci ildə dövlət qeydiyyatına alınmış MMC-nin eyni hüquqi şəxs olması və ya sonuncunun əvvəlkinin hüquqi varisi olması təqdim edilmiş həmin sənədlərin özündən birmənalı şəkildə müəyyən edilmir. Buna görə də həmin sənədlərdən çıxış etməklə çayxana və mağazanın hüquqi mənsubiyyəti barədə hazırkı iş çərçivəsində qəti nəticəyə gəlmək və daha sonra həmin nəticəni torpaq sahəsinin naturada bölgüsünün əsas meyarına çevirmək düzgün olmazdı. Bundan başqa, hazırkı iddianın predmeti həmin tikililər üzərində mülkiyyət hüququnun tanınması deyil, ümumi mülkiyyətdə olan torpaq sahələrinin paylarının müəyyən edilməsi və naturada bölünməsidir. Bu səbəbdən tikililərin hüquqi mənsubiyyəti ilə bağlı mübahisəli halların torpaq mülkiyyətçilərindən birinin payının konkret yerdən ayrılmasını əvvəlcədən müəyyən edən meyar kimi qəbul olunması ümumi mülkiyyət iştirakçılarının bərabər hüquqlarına uyğun hesab edilə bilməz. ##.##.2013-cü il tarixli əlyazmaya gəldikdə, həmin sənəddə cavabdeh2 dükanı müəyyən müddətə və aylıq 100 manat ödəniş müqabilində iddiaçı1 icarəyə götürməsinə dair məlumat vardır. Kollegiyanın qənaətinə görə, həmin sənəd tərəflər arasında müəyyən dövrdə mövcud olmuş faktiki istifadə münasibətini təsdiq edə bilsə də, bütün ümumi mülkiyyət iştirakçılarının iştirakı ilə bağlanmış torpaqdan istifadə və ya naturada bölgü razılaşması hesab edilə bilməz. Həmin sənəd iddiaçı1 torpaq üzərində payını təsdiq edən hüquqmüəyyənedici sənəd də deyildir. Üstəlik, cavabdeh2 birinci instansiya məhkəməsində həmin əlyazmanın ona məxsus olduğunu inkar etməmiş, lakin tikilinin ataları tərəfindən tikildiyini və qardaşlar arasında başqa məzmunda ailədaxili razılaşmanın olduğunu bildirmişdir. Beləliklə, həmin əlyazma mövcud mübahisə üzrə torpağın hüquqi bölgüsünü müəyyən etmək üçün müstəqil və kifayət edən sübut kimi qəbul edilə bilməz. Kollegiya bununla yanaşı nəzərə alır ki, birinci instansiyada cavabdeh tərəf məhz 0,9274 ha torpaq sahəsinin bölgü formasına etiraz etmiş, torpaq hissələrinin bərabər sahəli göstərilməsinə baxmayaraq çayxana və digər tikilinin daxil olduğu hissənin düz xətlə ayrılmadığını, bölgü sərhədlərinin tikililəri iddiaçı tərəfin hissəsində saxlamaq məqsədilə formalaşdırıldığını və ayrılan hissələrin dəyərinin də fərqli ola biləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi bu etirazlara mahiyyəti üzrə dolğun hüquqi qiymət verməmiş, ayrılan 1/5 hissələrin yalnız sahə ölçülərinin deyil, onların yerləşməsi, yol ilə təması, konfiqurasiyası, istifadə imkanları və iqtisadi xüsusiyyətlərinin bərabərliyini araşdırmamış, bölgü variantının digər mülkiyyətçilərin mənafelərinə hansı təsiri göstərdiyini müəyyən etməmişdir. Halbuki eyni ölçülü torpaq hissələrinin ayrılması öz-özlüyündə mülkiyyətçilər arasında faktiki və hüquqi bərabərliyin təmin edilməsi demək deyildir. Torpaq sahəsinin müəyyən hissəsində kommersiya təyinatlı tikililərin yerləşməsi, həmin hissənin yola münasibətdə mövqeyi, forması və faktiki istifadə imkanları nəzərə alınmadan yalnız sahə ölçüsünün 1/5-ə uyğun olması bölgünün ədalətli olması barədə nəticəyə gəlmək üçün kifayət edə bilməz. Apellyasiya icraatı zamanı bu halların aydınlaşdırılması məqsədilə yenidən mütəxəssis rəyi alınmışdır. Həmin rəydə də 0,9274 ha, faktiki 0,91 ha torpaq sahəsinin hər bir mülkiyyətçinin 1/5 payı nəzərə alınmaqla texniki cəhətdən naturada bölünməsinin mümkün olduğu göstərilmiş və bölgü eskizi təqdim edilmişdir. Bununla yanaşı, rəy üzrə müəyyən edilmişdir ki, həmin torpaq sahəsində iddiaçıların faktiki istifadəsində 200 kv.m tikinti sahəsi olan çayxana və mağaza, cavabdehlərin istifadəsində isə 42 kv.m tikinti sahəsi olan köməkçi tikili mövcuddur; avtoyuma məntəqəsi isə sözügedən torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. Lakin apellyasiya instansiyasında mütəxəssis qarşısında ayrıca qoyulmuş, tikililər iddiaçı2 payına düşən hissədə saxlanılmaqla bölgü aparıldığı halda bunun digər payçıların torpaq sahəsindən maneəsiz istifadəsinə və giriş-çıxışına hansı formada maneə yaradıb-yaratmadığı barədə sualın mahiyyəti tam cavablandırılmamış, rəyin həmin hissəsində sualın digər hissəsinin cavablandırılmasının mütəxəssisin imkanları xaricində olduğu göstərilmişdir. Beləliklə, apellyasiya icraatında alınmış rəy də yalnız naturada bölgünün texniki cəhətdən mümkünlüyünü təsdiq edir. Həmin rəy ##.##.2025-ci il tarixli bölgü variantının bütün mülkiyyətçilərin hüquq və mənafeləri baxımından münasib və balanslı olduğunu təsdiq etmir. Kollegiya xüsusi olaraq vurğulayır ki, ekspert və ya mütəxəssisin “texniki cəhətdən mümkündür” qənaəti hüquqi mübahisəni özü-özlüyündə həll etmir. Texniki mümkünlük naturada bölgü üçün zəruri hallardan biri olsa da, məhkəmə tərəfindən ayrıca olaraq həmin bölgünün tərəflərin mülkiyyət hüquqlarının balansına uyğunluğu qiymətləndirilməlidir. Bu hüquqi qiymətləndirmə isə ekspert və ya mütəxəssisin deyil, məhkəmənin səlahiyyətinə aiddir. Hazırkı işdə belə qiymətləndirmə nəticəsində Kollegiya müəyyən edir ki, ##.##.2025-ci il tarixli bölgü planı ilk növbədə iddiaçı1 faktiki istifadəsində olan tikililərin iddiaçı2 ayrılan hissənin daxilində saxlanılması məqsədinə uyğunlaşdırılmışdır. Halbuki iddiaçı1 torpağın mülkiyyətçisi deyildir və onun tikililərlə bağlı faktiki və iqtisadi marağı digər dörd mülkiyyətçinin ümumi torpaq üzərindəki bərabər hüquqlarının həcminə təsir edən üstün hüquqi əsas kimi çıxış edə bilməz. Digər mühüm hal ondan ibarətdir ki, dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin ölçüsü 0,9274 ha göstərildiyi halda həm birinci instansiyada, həm də apellyasiya baxışında istifadə edilmiş kadastr məlumatlarında həmin sahə faktiki vəziyyətə uyğun 0,91 ha kimi təsvir edilmişdir. Bölgü sxemləri də məhz faktiki 0,91 ha sahəyə uyğun hazırlanmışdır. Beləliklə, qətnamə ilə naturada bölünməsi nəzərdə tutulan hüquqi obyektin Çıxarışda göstərilən sahəsi ilə bölgü planının əsaslandığı faktiki sahə eyni deyildir. Bu fərqin naturada bölgüyə, hissələrin sərhədlərinə və ölçülərinə təsiri iş üzrə aradan qaldırılmamışdır. Bu hal da ##.##.2025-ci il tarixli bölgü planının Çıxarışda göstərilmiş 0,9274 ha torpaq sahəsinin naturada bölgüsü üçün kifayət qədər müəyyən və mübahisəsiz əsas hesab edilməsinə imkan vermir. Kollegiya bu baxımdan hesab edir ki, iddiaçı tərəf 0,9274 ha torpaq sahəsinin məhz təklif etdiyi qaydada naturada bölünməsinin digər ümumi mülkiyyət iştirakçılarının hüquq və qanuni mənafelərinə xələl gətirmədən mümkün olduğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçı2 həmin torpaq sahəsində 1/5 payının müəyyən edilməsi qanuni və əsaslı olsa da, həmin payın məhz onun və atası iddiaçı1 faktiki istifadəsində olan çayxana və mağazanın yerləşdiyi hissədən ayrılması, cavabdehlərin və üçüncü şəxsin paylarının isə qalan hissələr üzrə ##.##.2025-ci il tarixli bölgü planına uyğun yerləşdirilməsi üçün kifayət qədər hüquqi və faktiki əsas mövcud deyildir. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi 0,9274 ha torpaq sahəsində iddiaçı2 düşən 1/5 hissənin faktiki onunla atası iddiaçı1 istifadəsində olan çayxana və mağazanın yerləşdiyi hissəyə uyğun, cavabdehlərə və üçüncü şəxsə düşən hissələrin isə ##.##.2025-ci il tarixli mütəxəssis rəyindəki bölgü planında göstərilən qaydada naturada bölünərək ayrılması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Bununla belə, Kollegiya 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Iş materiallarından görünür ki, həmin torpaq sahəsinin üzərində tikili mövcud deyildir. Ilkin mütəxəssis rəyində sahəyə gediş-gəliş yolunun olmaması səbəbindən naturada bölgünün texniki cəhətdən mümkün olmadığı göstərilsə də, sonradan Şağlaser Bələdiyyəsinin bələdiyyə torpağından giriş verilməsinə etiraz etməməsi nəzərə alınmış, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində həmin torpaq sahəsinin hər bir mülkiyyətçiyə 1/5 hissə olmaqla naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü planında isə hər bir pay 0,04768 ha olmaqla beş hissə göstərilmişdir. Həmin sahədə ayrıca tikililərin və ya müəyyən payçının faktiki istifadəsinin qorunması məqsədilə bölgü sərhədlərinin dəyişdirilməsi kimi hal mövcud deyildir. Həmçinin bu bölgü variantının mülkiyyətçilərdən hər hansı birini digərləri ilə müqayisədə üstün vəziyyətə gətirdiyini təsdiq edən mötəbər sübut iş materiallarında yoxdur. Apellyasiya baxışında cavabdeh cavabdeh3 0,2384 ha torpaq sahəsinin beş hissəyə bölünəcəyi halda həmin sahənin şumlanmasının mümkün olmayacağını bildirsə də, bu dəlil müvafiq texniki və ya digər mötəbər sübutla təsdiqlənməmişdir. Əksinə, iş üzrə alınmış ekspert və mütəxəssis rəylərində bələdiyyə torpağından giriş imkanının təmin edilməsi nəzərə alınmaqla həmin sahənin 1/5 paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Cavabdehin 0,2384 ha torpaq sahəsinin bütövlükdə iddiaçıya verilməsinin təklif olunması barədə izahatı da başqa nəticəyə gəlməyə əsas vermir. Belə bölgü bütün ümumi mülkiyyət iştirakçılarının razılığının mövcud olduğu halda mümkün ola bilərdi. Iş materiallarından isə həmin variant barədə bütün mülkiyyətçilərin razılığa gəldiyi müəyyən olunmur. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı2 hər iki mübahisəli torpaq sahəsində payların müəyyən edilməsini və torpaq sahələrinin naturada bölünməsini tələb etmişdir. Buna görə də apellyasiya baxışında cavabdehin iddiaçının hər iki torpaq sahəsindən 1/5 hissə tələb etməməsinə dair izahatı iddia tələbinin faktiki məzmunu ilə uzlaşmır. Avtoyuma məntəqəsinə münasibətdə isə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həm birinci instansiyada alınmış ekspert rəyində, həm də apellyasiya baxışında keçirilmiş araşdırmanın nəticəsində avtoyuma məntəqəsinin 0,9274 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh apellyasiya baxışında bunun əksini bildirsə də, həmin izahatı təsdiq edən və aparılmış texniki ölçmələrin nəticəsini təkzib edən mötəbər sübut təqdim edilməmişdir. Buna görə iddiaçı iddiaçı2 avtoyuma məntəqəsinin onun payına düşən torpaq sahəsinə daxil edilməsinə dair tələbinin təmin edilməməsi hissəsində qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin birinci instansiya məhkəməsində verdiyi vəsatətlərin nəticəsiz qalmasına dair ümumi istinadına gəldikdə isə, yalnız vəsatətlərin təmin edilməməsi özü-özlüyündə məhkəmə aktının ləğvi üçün əsas yaratmır. Apellyasiya şikayətində həmin vəsatətlərin təmin edilməməsinin işin nəticəsinə hansı konkret şəkildə təsir etdiyi və hansı prosessual hüququn pozulmasına səbəb olduğu əsaslandırılmadığından bu dəlil ayrıca ləğv əsası kimi qəbul edilə bilməz. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülkiyyətçilərin hər birinin mübahisəli torpaq sahələri üzərində 1/5 payının müəyyən edilməsi, 0,2384 ha torpaq sahəsinin ##.##.2025-ci il tarixli bölgü planına uyğun naturada ayrılması, habelə avtoyuma məntəqəsi ilə bağlı iddia tələbinin təmin edilməməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Lakin 0,9274 ha torpaq sahəsinin ##.##.2025-ci il tarixli bölgü planına uyğun naturada ayrılması hissəsində məhkəmə yalnız bölgünün texniki mümkünlüyünü və faktiki istifadə vəziyyətini əsas götürmüş, həmin variantın bütün ümumi mülkiyyət iştirakçılarının bərabər hüquq və qanuni mənafelərinə uyğunluğunu kifayət qədər qiymətləndirməmiş, torpağın mülkiyyətçisi olmayan iddiaçı1 tikililərlə bağlı faktiki marağını bölgünün müəyyənedici meyarına çevirmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ************ reyestr nömrəli Çıxarışda göstərilən 0,9274 ha torpaq sahəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindəki bölgü planına uyğun naturada bölünərək ayrılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddia ərizəsinin verilməsi və apellyasiya şikayətinin təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışında göstərilən 0,9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə “iddiaçı2 düşən 1/5 hissə, faktiki onunla atası iddiaçı1 istifadəsində olan, ##.##.2025-ci il tarixli mütəxəssis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş variantda, ‘iddiaçı iddiaçı1 istifadəsində olan çayxana və mağaza (bir dam altında yerləşir)’ sözləri ilə işarələnmiş bir hissəyə uyğun olaraq, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 düşən hissə, faktiki onların istifadələrində olan, ‘Cavabdehlərin istifadəsində olan köməkçi tikili (anbar)’ sözləri ilə işarələnmiş bir və digər iki hissəyə uyğun olaraq, 3-cü şəxs X5 isə bir hissəyə uyğun payları bölünərək ayrılsın” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışında göstərilən 0,9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərin 1/5 paylarına uyğun olaraq naturada bölünməsi, habelə həmin torpaq sahəsində yerləşən çayxana və mağazanın iddiaçı2 payına düşən torpaq sahəsinə daxil edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iddia ərizəsinin verilməsi və apellyasiya şikayətlərinin təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1488/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1488/2025
09.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver