Məhkəmə qərarları › İş №2(3-10)-849/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-849/2026

24.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-849/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin naturada ayrılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: «torpaq sahəsinin naturada ayrılması» tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin naturada ayrılması» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin naturada ayrılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 403013******-**** daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2018-ci il tarixli qeydiyyat tarixli əmlakda onun 1/6 hissə payının naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən onun və cavabdeh qardaşı Cavabdeh 403013******-**** daşınmaz əmlakın reyestr nömrəsi ilə ümumi birgə mülkiyyətində əmlak vardır. Həmin torpaq sahəsinin 1/6 hissəsi onun mülkiyyətindədir. Hazırda aralarında mübahisə olduğundan həmin torpaq sahəsini istədiyi kimi istifadə edə bilmir. Hazırda o özünə məxsus həmin torpaq sahəsini naturada ayrılmasını istəyir. Cavabdehə torpaq sahəsinin payına uyğun olaraq naturada ayrılmasına dair müraciət etməsinə baxmayaraq, nəticə vermədiyi və mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 403013******-**** daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2018-ci il tarixli qeydiyyat tarixli əmlakda onun 1/6 hissə payının naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mirheydər Zeynalov) iddia təmin edilmiş, Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 403013******-**** daşınmaz əmlakın reyestr nömrəli ## ###### 2018 qeydiyyat tarixli əmlakda iddiaçı İddiaçı 1/6 hissə payı mütəxəssis rəyinə və ona əlavə edilmiş sxemə uyğun olaraq naturada ayrılaraq iddiaçıya verilməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 213 və 220-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi ## ######## 2025-ci il qeydiyyat tarixli, 3025012526 qeydiyyat №li, 403013012218-***** №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha kənd torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam, torpaq sahəsinin 1/6 hissəsi İddiaçı və 5/6 hissəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ** saylı Şəki Ərazi idarəsinin verdiyi 3- 21-3-39/2- 1743/2026 №li, ## ##### 2026-cı il tarixli rəydən görünür ki, 403013012218-***** reyestr nömrəli torpaq sahəsi 0.12 ha təşkil edir, bölünməsi mümkündür. Bölünməsi mümkün olan 0.02 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri tərtib edilmiş sxemdə göstərilmişdir. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı iltarixli, *(***)-***/**** saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Işə birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki,Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ** saylı Şəki Ərazi idarəsinin verdiyi 3-21-3- 39/2-1743/2026 №li, ## ##### 2026-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 403013012218- ***** reyestr nömrəli torpaq sahəsi 0.12 ha təşkil edir, bölünməsi mümkündür. Bölünməsi mümkün olan 0.02 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri tərtib edilmiş sxemdə göstərilmişdir.” Lakin işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə yanlışdır. Belə ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi tamamilə saxtadır. Çünki, həmin rəy tərtib edilərkən qeyd edilən torpaq sahəsində yerləşən ona məxsus əmlakların olması, torpaq sahəsi bölündüyü təqdirdə həmin əmlakların iddiaçının mülkiyyətinə keçəcəyi nəzərə alınmamış, beləliklə formal rəy vermişdir. Buna görə də iş üzrə təkrar mühəndis-texniki ekspertizası təyin edilməli və ekspertizanın aparılması müstəqil ekspertiza mərkəzlərindən birinə həvalə edilməli idi. Buna görə də mən vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin sübutlar siyahısındançıxarılmasını və iş üzrə təkrar mühəndistexniki ekspertizasınınn təyin edilərək ekspertizanın aparılmasıın müstəqil ekspert mərkəzlərindən birinə həvalə edilsini xahiş etsə də həmin əsaslı vəsatəti məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslı vəsatəti təmin edilməmiş və qanunsuz və əsassız qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh məhkəmə iclasında mütəxəssis rəyi ilə razılaşmasa da rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır.” Işə baxan birinci instansiya məhkəməsi həmin hissədə mütəxəssis və ekspert rəyinin dəqiq və müfəssəl tərtib edilməsini qeyd etsə də iş üzrə ekspert rəyi mövcud deyil. Bundan əlavə qeyd edir ki, qeyd edilən qanunsuz və əsassız qətnamə ilə onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, həmin qanunsuz və əsassız məhkəmə qətnaməsi ilə iddiaçıya ayrılıb verilməsi qeyd edilən torpaq sahəsində onun tərəfindən əkilmiş və ona məxsus olan fındıq topaları və yardımçı tikililər var. Həmin torpaq shaəsi naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilərsə həmin fındıq topaları və yardımçı tikilələr də iddiçıya verilən torpaq sahəsində qalacaq və o həmin mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını itirmiş olacaq.

8. Ona görə Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı İddiaçı alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin IV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Cavabdeh Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(024)- 793/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi ## ######## 2025-ci il qeydiyyat tarixli, 3025012526 qeydiyyat №li, 403013012218-***** №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha kənd torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam, torpaq sahəsinin 1/6 hissəsi İddiaçı və 5/6 hissəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Iddiaçı Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 403013******-**** daşınmaz əmlakın reyestr nömrəli ## ###### 2018 qeydiyyat tarixli əmlakda onun 1/6 hissə payının naturada ayrılıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ** saylı Şəki Ərazi idarəsinin verdiyi 3-21-3-39/2-1743/2026 №li, ## ##### 2026-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 403013012218-***** reyestr nömrəli torpaq sahəsi 0.12 ha təşkil edir, bölünməsi mümkündür. Bölünməsi mümkün olan 0.02 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri tərtib edilmiş sxemdə göstərilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh məhkəmə iclasında mütəxəssis rəyi ilə razılaşmasa da rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırmışdır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Ona görə də, iddia əsaslı olduğundan qismən təmin edilməli və paylı mülkiyyət üzrə iddiaçılara məxsus hissə mütəxəssis rəyində naturada bölünməsinin mümkün olduğu qeyd olunan torpaq sahəsi paya uyğun naturada ayrılmalıdır.

24. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində mütəxəssis rəyinin saxta olduğunu, rəy tərtib edilərkən qeyd edilən torpaq sahəsində yerləşən ona məxsus əmlakların olmasını, torpaq sahəsi bölündüyü təqdirdə həmin əmlakların iddiaçının mülkiyyətinə keçəcəyini qeyd etsə də, həmin halların nədən ibarət olmasını əsaslandırmamış, eyni zamanda digər hər hansı sənəd və ya sübut təqdim etməmişdir.

25. Belə ki, qeyd olunan mütəxəssis rəyinə və ona əlavə edilmiş sxemə nəzər saldıqda iddiaçı İddiaçı 1/6 hissə payına düşən bölünməsi mümkün olan torpaq sahəsində hər hansı bir tikili və ya cavabdeh qeyd etdiyi kimi əmlaklar mövcud deyil. Əksinə ümumi torpaq sahəsində yerləşən fərdi yaşayış evi və tövlə cavabdeh Cavabdeh 5/6 hissə payına düşən bölünməsi mümkün olan torpaq sahəsinin üzərinə düşür.

26. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar