Məhkəmə qərarları › İş №e-2(3-8)-690/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-690/2026

02.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-690/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1, iddiaçı4 cavabdehlər cavabdeh3, cavabdeh7, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh2 qarşı "torpaq sahələrinin naturada ayrılması (bölünməsi)” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X7 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1, iddiaçı4 cavabdehlər cavabdeh3, cavabdeh7, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh2 qarşı torpaq sahələrinin naturada ayrılması (bölünməsi) tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən ## ##### 2021-ci il tarixdə verilmiş AZII seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı1 Cəfər qızı ## #### 2016-cı il tarixdə ölmüşdür.

2. Iş materiallarında olan nikah, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdeh cavabdeh3 istisna olmaqla, hazırkı iş üzrə digər cavabdehlər miras qoyan iddiaçı1 Cəfər qızının övladı ## ######## 2013-cü il taixdə vəfat etmiş mərhum Həsənov Taleh Sədri oğlunun arvadı və uşaqlarıdır..

3. Işdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 3,2665 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,40875 ha hissədə cavabdehlər cavabdeh7, cavabdeh4, cavabdeh2, cavabdeh6, cavabdeh1, 2,86125 ha hissədə isə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, iddiaçı3, iddiaçı5, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, iddiaçı1, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, həmin kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 2,633426 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2023-cü il tarixli, 3-21-3-31/2- ****/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,32875 ha hissədə cavabdehlər cavabdeh7, cavabdeh4, cavabdeh2, cavabdeh6, cavabdeh1, 2,30125 ha hissədə isə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, iddiaçı3, iddiaçı5, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, iddiaçı1, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, yenə bu kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,299998 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,1625 ha hissədə cavabdehlər cavabdeh7, cavabdeh4, cavabdeh2, cavabdeh6, cavabdeh1, 1,1375 ha hissədə isə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, iddiaçı3, iddiaçı5, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, iddiaçı1, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, eyni kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,558499 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,1950 ha hissədə cavabdehlər cavabdeh7, cavabdeh4, cavabdeh2, cavabdeh6, cavabdeh1, 1,365 ha hissədə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, iddiaçı3, iddiaçı5, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, iddiaçı1, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, sözügedən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 0,350164 ha olan torpaq sahəsi naturada bölünməklə, mütəxəssisin tərtib etdiyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2023-cü il tarixli, 3- **-*-**/*-****/**** saylı məktubla məhkəməyə daxil olmuş bölgü sxeminə (torpaq sahəsi yeni uçot və xəritədə 2 hissədə göstərildiyindən 2 bölgü sxeminə) uyğun olaraq 0,16345594 ha hissəyə münasibətdə bölgü zamanı 0,02043195 ha hissədə cavabdehlər cavabdeh7, cavabdeh4, cavabdeh2, cavabdeh6, cavabdeh1, 0,14302394 ha hissədə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, iddiaçı3, iddiaçı5, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, iddiaçı1, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, 0,058856 ha hissəyə münasibətdə isə bölgü zamanı 0,007356 ha hissədə cavabdehlərə, 0,0515 ha hissədə iddiaçılara ayrılmışdır.

4. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən ## #### 2024-cü il tarixdə qeydiyyata alınmış, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 2,3013 ha təşkil edən kənd təsərrüfatı təyinatlı, paylı mülkiyyətdə olan torpaq sahəsi hər birinə 1/7 hissədə olmaqla, iddiaçıların və mərhum iddiaçı1 Cəfər qızının adına ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

5. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən ## #### 2024-cü il tarixdə qeydiyyata alınmış, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 2,8613 ha təşkil edən kənd təsərrüfatı təyinatlı, paylı mülkiyyətdə olan torpaq sahəsi hər birinə 1/7 hissədə olmaqla, iddiaçıların və mərhum iddiaçı1 Cəfər qızının adına ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

6. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən ## #### 2024-cü il tarixdə qeydiyyata alınmış, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 1,1375 ha təşkil edən kənd təsərrüfatı təyinatlı, paylı mülkiyyətdə olan torpaq sahəsi hər birinə 1/7 hissədə olmaqla, iddiaçıların və mərhum iddiaçı1 Cəfər qızının adına ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

7. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən ## #### 2024-cü il tarixdə qeydiyyata alınmış, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 0,0515 ha təşkil edən kənd təsərrüfatı təyinatlı, paylı mülkiyyətdə olan torpaq sahəsi hər birinə 1/7 hissədə olmaqla, iddiaçıların və mərhum iddiaçı1 Cəfər qızının adına ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

8. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən ## #### 2024-cü il tarixdə qeydiyyata alınmış, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 0,1430 ha təşkil edən kənd təsərrüfatı təyinatlı, paylı mülkiyyətdə olan torpaq sahəsi hər birinə 1/7 hissədə olmaqla, iddiaçıların və mərhum iddiaçı1 Cəfər qızının adına ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

9. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən ## #### 2024-cü il tarixdə qeydiyyata alınmış, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 1,3650 ha təşkil edən kənd təsərrüfatı təyinatlı, paylı mülkiyyətdə olan torpaq sahəsi hər birinə 1/7 hissədə olmaqla, iddiaçıların və mərhum iddiaçı1 Cəfər qızının adına ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

10. Işdə olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubundan və ona əlavə edilmiş bölgü sxemlərindən görünür ki, mübahisə predmeti olan, habelə Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən müvafiq olaraq, ************, ************, ************, ************, ************, ************ reyestr nömrəli, 1,3650 ha, 2,3013 ha, 1,375 ha, 2,8613 ha, 0,0515 ha və 0,1430 ha torpaq sahələrinin 6/7 və 1/7 hissələrdə bölünməsi mümükündür. Bundan başqa, ************ reyestr nömrəli, 0,0515 ha və ************ reyestr nömrəli 0,1430 ha torpaq sahələri idarənin istifadəsində olan kadastr məlumat bazasına əsasən yaşıllaşdırma ərazisində yerləşir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

11. Iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızı, iddiaçı1, iddiaçı4 cavabdehlər cavabdeh3 Qüdrət oğluna, cavabdeh7, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh2 və X3 qarşı torpaq sahələrinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 2,3013 ha olan torpaq sahəsinin, həmçinin sözügedən kənddə yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 2,8613 ha olan torpaq sahəsinin, habelə həmin kənddə yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 1,1375 ha olan torpaq sahəsinin, eyni zamanda, bu kənddə yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,0515 ha olan torpaq sahəsinin, bundan başqa, qeyd edilən kənddə yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,1430 ha olan torpaq sahəsinin, eləcə də eyni kənddə yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 1,3650 ha olan torpaq sahəsinin naturada bölünməklə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1, iddiaçı4 6/7 hissədə torpaq payının, iddiaçı1 Cəfər qızının 1/7 hissədə payından ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Bundan sonra, iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi iddiaçı5 məhkəməyə bir nəfərin cavabdehlərin siyahısından çıxarılmasına və iddia ərizəsindəki yanlışlığın aradan qaldırılmasına dair ərizə verərək, texniki səhv nəticəsində adı qeyd edilmiş X3 cavabdehlər siyahısından çıxarılmasını, həmçinin cavabdeh kimi qeyd olunmuş “cavabdeh3 Qüdrət oğlu”nun ata adının Qürbət kimi qəbul edilməsini xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış, həmçinin icraya yönləndirilmiş ## ####### 2023-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsinə əsasən Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 3,2665 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,40875 ha hissədə cavabdehlərə, 2,86125 ha hissədə isə iddiaçılara, həmin kənddə yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 2,633426 ha olan torpaq sahəsi naturada bölünməklə, sözügedən bölgü sxeminə uyğun olaraq 0,32875 ha hissədə cavabdehlərə, 2,30125 ha hissədə isə iddiaçılara, yenə eyni yerdə yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,299998 ha olan torpaq sahəsi adıçəkilən bölgü sxeminə uyğun olaraq 0,1625 ha hissədə cavabdehlərə, 1,1375 ha hissədə isə iddiaçılara, eyni kənddə yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,558499 ha olan torpaq sahəsi qeyd edilən bölgü sxeminə uyğun olaraq 0,1950 ha hissədə cavabdehlərə, 1,365 ha hissədə iddiaçılara, ayrılmalıdır. Həmçinin, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 0,350164 ha olan torpaq sahəsi naturada bölünməklə, mütəxəssisin tərtib etdiyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2023-cü il tarixli, 3-21-3-31/2- ****/**** saylı məktubla məhkəməyə daxil olmuş bölgü sxeminə (torpaq sahəsi yeni uçot və xəritədə 2 hissədə göstərildiyindən 2 bölgü sxeminə) uyğun olaraq 0,16345594 ha hissəyə münasibətdə bölgü zamanı 0,02043195 ha hissədə cavabdehlər cavabdeh7, cavabdeh4, cavabdeh2, cavabdeh6, cavabdeh1, 0,14302394 ha hissədə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, iddiaçı3, iddiaçı5, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, iddiaçı1, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, 0,058856 ha hissəyə münasibətdə isə bölgü zamanı 0,007356 ha hissədə cavabdehlərə, 0,0515 ha hissədə iddiaçılara ayrılmış, nəticədə onlara yeni çıxarışlar verilmişdir. Lakin, onlar, mülkiyyətçi olaraq, həmin çıxarışlara dair sərəncam verə bilməmişlər. Belə ki, mülkiyyətçilərdən mərhum nənəsi iddiaçı1 Cəfər qızı 1/7 hissədə pay hüququna malik olmaqla, sonuncunun adının da çıxarışlarda öz əksini tapması torpaqlara dair sərəncam verməkdə onlara məhdudiyyət yaratmışdır. Beləliklə, hazırda mərhum nənəsinə məxus torpaq sahəsinin naturada ayrılması zərurəti yaransa da, digər vərəsələrlə torpaqlara dair bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən müvafiq olaraq verilmiş ************, ************, ************, ************, ************, ************ saylı reyestr nömrəli çıxarışlara əsasən 2,3013 ha, 2,8613 ha, 1,1375 ha, 0,0515 ha, 0,1430 ha, 1,3650 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/7 hissəsi mərhum iddiaçı1 Cəfər qızının vərəsələrinə keçmişdir. Hazırda torpaq sahəsinin iki hissə olmaqla iddiaçı1 Cəfər qızının payının ayrılması zərurəti yaranmışdır. Belə olan halda, torpağın naturada bölgüsünün paylı mülkiyyətçilərin mənafeyinə uyğun olduğunu nəzərə alaraq, torpaq sahələrinin iki hissəyə real bölgüsü aparılmalıdır. Ona görə məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi iddiaçı5 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh cavabdeh3 onun mərhum əmisi Qürbətin oğludur. Bundan başqa, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən müvafiq kənd təsərrüfatı təyinatlı torpaq sahələrində onların paylarının mərhum nənəsi iddiaçı1 Cəfər qızının payından ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmələrinə səbəb, sonuncunun digər vərəsələridə olduğundan, həmin torpaq sahələrinə tam sərəncam vermək hüquqlarının olmamasıdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə görə hər hansı bir ödəniş etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehlər cavabdeh7, cavabdeh3, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, sonuncular gəlməmə səbəbləri barədə məlumat verməsələr də, cavabdeh cavabdeh7 ## ##### 2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, səhhətində yaranmış ciddi problemə, yəni, kəskin respirator virus infeksiyası olan qripdən və yüksək hərarət xəstəliyindən əziyyət çəkdiyinə görə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmçinin iddia ərizəsinə münasibətdə məhkəməyə göndərdiyi mülahizəsinin nəzərə alınmaqla, ona və digər cavabdehlərə (övladlarına), düşəsi payların müəyyən edilib, iclasın iştirakı olmadan keçirilərək, yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

16. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia təmin edilərək, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 2,3013 ha olan torpaq sahəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq naturada bölünməklə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1 və iddiaçı4 6/7 hissədə torpaq payı (1,9725 ha), iddiaçı1 Cəfər qızının 1/7 hissədə (0,3288 ha) payından ayrılması, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 2,8613 ha olan torpaq sahəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq naturada bölünməklə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1 və iddiaçı4 6/7 hissədə torpaq payı (2,4525 ha), iddiaçı1 Cəfər qızının 1/7 hissədə (0,4088 ha) payından ayrılması, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 1,1375 ha olan torpaq sahəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq naturada bölünməklə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1 və iddiaçı4 6/7 hissədə torpaq payı (0,975 ha), iddiaçı1 Cəfər qızının 1/7 hissədə (0,1625 ha) payından ayrılması, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,0515 ha olan torpaq sahəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq naturada bölünməklə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1, iddiaçı4 6/7 hissədə torpaq payı (0,0441 ha), iddiaçı1 Cəfər qızının 1/7 hissədə (0,0074 ha) payından ayrılması, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,1430 ha olan torpaq sahəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq naturada bölünməklə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1, iddiaçı4 6/7 hissədə torpaq payı (0,1226 ha), iddiaçı1 Cəfər qızının 1/7 hissədə (0,0204 ha) payından ayrılması, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 1,3650 ha olan torpaq sahəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsindən ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq naturada bölünməklə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı3, Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, iddiaçı1, iddiaçı4 6/7 hissədə torpaq payı (1,17 ha), iddiaçı1 Cəfər qızının 1/7 hissədə (0,195 ha) payından ayrılması, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı iddiaçı5 aid edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əsasən müəyyən etmişdir ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən mübahisəli torpaq sahələri 1/7 hissədə iddiaçıların, o cümlədən mərhum iddiaçı1 Cəfər qızının adına bölünməklə, onların paylı mülkiyyətindədir. Iddiaçıların hər biri həmin torpaq sahələrinin pay hüququna malik olan mülkiyyətçilərindəndirlər və digər mərhum mülkiyyətçinin vərəsələri (sahib, faktiki idarəçi) kimi, onların mübahisəli torpaq sahələrinə dair mülkiyyət hüquqları qanunla qorunur və mühafizə olunur. Bundan əlavə, məhkəmə iclasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ###### 2026-cı il tarixli məktubuna əlavə edilmiş bölgü sxemlər əsasında mübahisəli torpaq sahələrinin texniki cəhətdən naturada bölünməsinin və tərəflərə ayrı-ayrılıqda bir pay şəklində ayrılmasının mümkün olduğu müəyyən edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 6.1.4-cü, 135.6-cı, 152.1-ci, 220.3-220.5-ci, 1159.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli, **/**** saylı qərardadına, habelə MPM-in 14.2, 77.1-ci, 119, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh cavabdeh7 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və mülkiyyətçi mərhum qaynanası iddiaçı1 Cəfər qızının birinci növbəli vərəsəsi oğlu ## ###### 1971-ci ildə Siyəzən Dəvəçi rayonu Eynibulaq kəndində anadan olmuş, ##.##.2013-cü ildə Bakı şəhəri Yasamal rayonunda vəfat etmiş mərhum həyat yoldaşı X4 birinci növbə vərəsələri həyat yoldaşı cavabdeh7 və övladları ##.##.2003-cü il təvəllüdlü cavabdeh4, ##.##.2004-cü il təvəllüdlü cavabdeh2, ##.##.2006-cı il təvəllüdlü cavabdeh6 və ##.##.2007-ci il təvəllüdlü cavabdeh1 məcburi miras payları nəzərə alınmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1424006443, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən ümumi sahəsi 2.3013 ha torpaq sahəsinin, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1424006440, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən ümumi sahəsi 1.11375 ha torpaq sahəsi, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1424006441, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən ümumi sahəsi 2.8613 ha torpaq sahəsi, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1424006442, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən ümumi sahəsi 0.0515 ha torpaq sahəsi, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1424006447, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən ümumi sahəsi 0.1430 ha torpaq sahəsi, reyestr nömrəsi 3**********, qeydiyyat nömrəsi 1424005975, ##.##.2024-cü il tarixli Çıxarışa əsasən ümumi sahəsi 1.3650 ha torpaq sahələrindən ibarət ümumi miras əmlaklardan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarına əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrin xeyrinə (məcburi pay hüququ olan vərəsələr) məcburi payların verilməsi barədə barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, və ailə üzvlərinə məlumat verilmədən onun ailəsilə birgə təsərrüfat aparan mərhum qaynanası iddiaçı1 Cəfər qızının mülkiyyətində olan və onun mərhum həyat yoldaşı X4 mülkiyyətində olan torpaq sahələri qanunsuz olaraq Siyəzən Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi əsasında hazırki iş üzrə iddiaçılara verilməsi qət edilmişdir. Hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi aşağıdakı əsaslara görə tamamilə ləğv edilməlidir. Bildirir ki, o, X4 ilə ## ###### 2001-ci ildə el adəti ilə, ## #### 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan ##.##.2003-cü il təvəllüdlü cavabdeh4, ##.##.2004-cü il təvəllüdlü cavabdeh2, ##.##.2006-cı il təvəllüdlü cavabdeh6 və ##.##.2007-ci il təvəllüdlü cavabdeh1 adlı övladları doğulmuşdur. X1 ##.##.2013-cü ildə Baş beyinin diffuz travması diaqnozundan Bakı şəhəri Yasamal rayonunda iş qəzası nəticəsində vəfat etmişdir. X1 iddiaçı1 Cəfər qızının oğludur. X4 ölən vaxtadək anası iddiaçı1 Cəfər qızı ilə bir yerdə yaşamışdır, onun birinci növbəli vərəsəsidir. Əgər birinci növbəli vərəsə valideynindən əvvəl ölübsə, ona çatası miras payonun nikahlı həyat yoldaşı və övladları arasında bərabər paylarla bölünməlidir. Necə ola bilər ki, iddiaçı1 Cəfər qızının mülkiyyətində olan əmlaklar - miras əmlaklardan onun birinci növbəli vərəsəsi olmuş X4 düşən məcburi miras pay onun nikahlı həyat yoldaşı və övladlarına verilməyibdir. Iddiaçılar tərəfindən mərhum iddiaçı1 Cəfər qızının mülkiyyətində olan torpaq sahələrinin miras əmlak kimi bölünməsi barədə Siyəzən Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş *(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən onun və övladlarının xəbəri olmayıb. Bildirir ki, mülkiyyətçi mərhum iddiaçı1 Cəfər qızı onun qaynanasıdır, həyat yoldaşının anasıdır, onun mülkiyyətində olmuş miras əmlaklardan ölmüş X1nun nikahlı arvadına və övladlarına miras pay verilməli idi. Mərhum qaynanası iddiaçı1 Cəfər qızı onlarla birlikdə yaşamışdır. Mərhum qaynanası iddiaçı1 Cəfər qızı ##.##.2016-cı ildə ölmüşdür. Hesab edir ki, apellyasiya şikayəti tam şəkildə təmin olunmalıdır. Siyəzən Rayon Məhkəməsi e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsini qət edərkən məhkəməyə təqdim etdiyi sübutlara, iddia ərizəsinə etiraza-mülahizəyə hüquqi qiymət vermədən onun və 4 övladının hüquqları pozulmaqla və onların maraqlarına, işin faktiki hallarına tamamən zidd olan qətnamə qət etmişdir. Bu hal onu göstərir və tam sübuta yetirir ki, Siyəzən Rayon Məhkəməsi e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsini qət edərkən mülki işə səthi yanaşmaqla, əsaslı araşdırma aparmadan onun və övladları ##.##.2003-cü il təvəllüdlü cavabdeh4, ##.##.2004cü il təvəllüdlü cavabdeh2, ##.##.2006-cı il təvəllüdlü cavabdeh6 və ##.##.2007-ci il təvəllüdlü cavabdeh1 hüquq və qanini mənafelərinin pozulması ilə qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Iddiaçı və iddiaçılar iddiaçı6, iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı4 nümayəndəsi iddiaçı5 tərəfindən apellyasiya şikayətinə yazılı etiraz göndərilərək cavabdeh cavabdeh7 Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh7, cavabdeh cavabdeh7 vəkili Vəkil hər biri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh4 qətnamədən narazı olduğunu, lakin faktiki olaraq apellyasiya şikayəti vermədiyini bildirərək digər cavabdeh cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

26. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...)

27. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (...)

28. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2014-cü il tarixli Qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlillərinə əsasən yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

40. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın predmeti iddiaçı1 Cəfər qızının miras qoyduğu 1/7 payın vərəsələr arasında bölüşdürülməsi və ya həmin pay üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi deyil, artıq qanuni qüvvəyə minmiş ## ####### 2023-cü il tarixli, *(***)-*/**** saylı qətnamə və həmin qətnamə əsasında müəyyən edilmiş mülkiyyət hüquqları nəzərə alınmaqla, iddiaçıların mülkiyyətində olan 6/7 payın mərhum iddiaçı1 Cəfər qızının adına qalan 1/7 paydan naturada ayrılmasıdır.

41. Belə ki, ## ####### 2023-cü il tarixli qətnamə ilə mübahisəli hər bir torpaq sahəsində 6/7 hissə hazırkı iş üzrə iddiaçılara, 1/7 hissə isə mərhum iddiaçı1 Cəfər qızına ayrılmış və bu barədə dövlət reyestrində qeydiyyat aparılmaqla müvafiq çıxarışlar verilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir və iş materiallarında onun ləğv edilməsi və ya dəyişdirilməsi barədə məhkəmə aktı yoxdur. Buna görə həmin qətnamə ilə müəyyən edilmiş hüquqi nəticələr hazırkı işdə yenidən mübahisələndirilə bilməz.

42. ## #### 2024-cü il tarixli dövlət reyestrindən çıxarışlarda da hər bir mübahisəli torpaq sahəsində 6/7 payın iddiaçıların, 1/7 payın isə mərhum iddiaçı1 Cəfər qızının adına qeydiyyatda olduğu görünür. Sonuncunun ölməsi həmin 1/7 payın miras kütləsinə daxil olması məsələsini doğursa da, bu hal hazırkı iddiaçıların artıq müəyyən edilmiş 6/7 payının naturada ayrılmasına maneə təşkil etmir.

43. Əksinə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubu və ona əlavə edilmiş bölgü sxemlərindən mübahisəli torpaq sahələrinin 6/7 və 1/7 hissələrə naturada bölünməsinin texniki baxımdan mümkün olduğu müəyyən edilir.

44. Birinci instansiya məhkəməsi məhz bu bölgü sxemlərini əsas götürərək hər bir torpaq sahəsi üzrə iddiaçıların 6/7 payını konkret sahə ölçüsü ilə müəyyən etmiş və həmin payı mərhum iddiaçı1 Cəfər qızının 1/7 payından naturada ayırmışdır. Beləliklə, qətnamə ilə vərəsəlik hüququnu təşkil edən 1/7 pay aradan qaldırılmamış və iddiaçıların xeyrinə verilməmişdir.

45. Bu baxımdan apellyasiya şikayətində irəli sürülən “X4 arvadına və uşaqlarına miras payının verilməməsi” barədə dəlil də hazırkı iddianın predmetinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsi həmin şəxsləri iddiaçı1 Cəfər qızının 1/7 payından məhrum edən və ya həmin payın iddiaçılara verilməsini nəzərdə tutan qətnamə qəbul etməmişdir. Qətnamə yalnız iddiaçıların özlərinə məxsus 6/7 payın ayrılmasına yönəlmişdir.

46. Eyni zamanda, cavabdeh7 və onun uşaqlarının iddiaçı1 Cəfər qızının mirasından X4 çatası payın vərəsələri kimi hüquqlarının mövcudluğu onların ayrıca vərəsəlik hüququnun tanınması, mirasın qəbulu, vərəsəlik şəhadətnaməsinin verilməsi və ya həmin payın dövlət reyestrində rəsmiləşdirilməsi ilə bağlı mübahisə yarandığı halda ayrıca hüquqi müdafiə predmeti ola bilər. Lakin belə məsələlərin mövcudluğu iddiaçıların 6/7 payının naturada ayrılmasına hüquqi maneə yaratmır.

47. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını tələb etmək hüququ paylı mülkiyyət münasibətlərinin əsas hüquqi təminatlarından biridir. Hazırkı halda isə mütəxəssis tərəfindən təqdim edilmiş bölgü sxemləri hər bir torpaq sahəsində 6/7 payın naturada ayrılmasının mümkünlüyünü təsdiq edir.

48. Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan halları müəyyən etmiş, qanuni qüvvəyə minmiş ## ####### 2023-cü il tarixli qətnamənin hüquqi nəticələrini nəzərə almış və iddiaçıların 6/7 paylarının 1/7 paydan naturada ayrılması barədə tələbi təmin etmişdir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mövcud apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar