Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3940/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Baharova İradə Aslan qızının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğluna, cavabdeh1 qarşı iddia tələblərinə dair mülki üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik, mübahisənin aradan qalxması, işə məhkəmədə baxılmalı olmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Baharova İradə Aslan qızının cavabdeh4, cavabdeh3, X1, cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğluna, cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsində ona məxsus ½ payın müəyyən edilməsi, cavabdehlər tərəfindən paylı mülkiyyət hüququna qarşı yaradılmış qanunsuz təcavüz və maneələrin aradan qaldırılması, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğlunun ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində qanunsuz yaşaması və tikinti işləri aparması nəticəsində sanitar qovşaqdan birbaşa həyətə açılan 1 ədəd pəncərənin, hasarın üzərində qanunsuz tikilmiş 2 ədəd pəncərənin bağlanması və mülkiyyət hüququna gələcək müdaxilələrin qarşısının alınmasının təmin edilməsi, paylı mülkiyyətdə yerləşən ərazidə cavabdehlər tərəfindən istifadə hüququna davamlı maneə yaradıldığı faktının məhkəmə tərəfindən nəzərə alınmasının təmin edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından Baharova İradə Aslan qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37,80 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.059350 ha olan torpaq sahəsi ##.##.2021-ci il tarixdə ½ hissədə Baharova İradə Aslan qızının, ½ hissədə cavabdeh4 adlarına qeydiyyata alınmışdır.
2. Baharova İradə Aslan qızının cavabdeh4 qarşı “ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılması, evin və yerləşdiyi 0.059350 ha olan torpaq sahəsinin naturada bölünməsi” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Baharova İradə Aslan qızının ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
3. Həmin işə baxılarkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “tədqiq olunan fərdi yaşayış evinin naturada tərəflər arasında paylara uyğun olaraq texniki cəhətdən bölünməsinin, “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilib. Tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin texniki cəhətdən tərəflər (mülkiyyətçilər) arasında bölünməsinin texniki cəhətdən mükün olmadığı və həmin torpaq sahəsində əlavə tikililərin mövcud olduğunu nəzərə alaraq mübahisə prdemeti olan torpaq sahəsinin tərəflər arasında paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir”.
4. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
5. Baharova İradə Aslan qızının cavabdeh4 qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən ümumi səhəsi 37.80 kv.metr olan ** saylı fərdi yaşayış evinin həyətində özbaşına tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbi Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
Hazırkı icraat və qəbul olunmuş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki birinci icraat
6. Baharova İradə Aslan qızı (iddiaçı) cavabdeh4 və cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən ümumi sahəsi 37.80 kv metr olan ** saylı fərdi yaşayış evinin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən ümumi sahəsi 37.80 kv metr olan ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə onun (1/2 pay) və cavabdeh cavabdeh4 (1/2 pay) mülkiyyətlərindədir. Fərdi yaşayış evi və torpaq sahəsi vərəsəlik hüquqi əsasında onların mülkiyyətlərinə keçmişdir. Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən o, Bakı şəhəri, Binəqədi ray, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 80 kv.metr olan ** saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinə köçürülmüşdür. Hal-hazırda pay hüquqi ilə mülkiyyətçi olsa da, öz mülkiyyətindən istifadə edə bilmir. Bacısı torpağın bölünməsinə razı olsa da, həyat yoldaşı cavabdeh3 ona təzyiq göstərərək torpağın bölünməsinə icazə vermir və münaqişələrin yaranmasına əsas səbəbkar olur. Yaşadığı müddət ərzində ona dəfələrlə təmas edilib, ##.##.2023-cü il tarixindən Bakı şəhəri, Binəqədi rayonu, Polis idarəsi, 6-cı Polisi tərəfindən münaqişəli tərəflər kimi qeydiyyata götürülmüşlər. Onu çox narahat edən məsələlərdən biri də bacısı qızının psixi (diaqnoz şizofreniyaj xəstə olmasıdır, bu da ailəsi üçün böyük təhlükə yaradır. Ona görə də mülkiyyət hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Baharova İradə Aslan qızının cavabdeh4 və cavabdeh3 qarşı “torpaq sahəsinin bölünməsi tələbi”nə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2022-ci il tarixli qətnaməsi mövcud olduğundan, iddia tələbinə təkrarən baxıla bilməz.
10. Həmin qərardaddan Baharova İradə Aslan qızının verdiyi şikayət məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadının ləğv olunması və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsaslarından biri kimi ona istinad etmişdir ki, iş üzrə iddiaçı iş üzrə cavabdeh3 cavabdeh qismində cəlb etsə də, həmin şəxsə qarşı hər hansı tələb irəli sürməmiş, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehə qarşı yönəlmiş, həmin cavabdehin adı formal olaraq qeyd edilmişdir.
Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əsas iş üzrə icraata xitam verilmənin əsası kimi MPM-nin 261.0-cı maddəsində nəzərdə tutulmamışdır.
Birinci instansiya məhkəməsinin qeyd etdiyi əsas - cavabdeh kimi göstərilmiş şəxsə qarşı tələb irəli sürülməməsi iddia ərizəsinin icraata götürüldüyü zaman yoxlanılmalı olan məsələdir.
Belə ki, MPM-nin 149.2 və 149.2.3-cü maddəsinin tələbinə ərizədə hər bir cavabdehə qarşı yönəlmiş tələb qeyd olunmalıdır, qeyd olunmadıqda isə iddia ərizəsi 149-cu maddənin tələblərinə cavab verilmədiyindən 152.1 və 152.1.2-ci maddələrinə əsasən geri qaytarılmalıdır.
Qanunvericilik işə baxan məhkəməyə iddia ərizəsi icraata götürüldükdən sonra da bu məsələnin həlli imkanını vermişdir. MPM-nin 259.0 və 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır.
Beləliklə, məhkəmə 2-ci cavabdehə - cavabdeh3 münasibətdə yuxarıda göstərilən normaların tələbləri baxımından prosessual hərəkətlər aparmalı olduğu halda əsassız olaraq iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
Bundan başqa birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli qərardadının bəndləri baxımından da araşdırma aparmamışdır.
Halbuki, qərardaddan şikayətdə iddiaçı "Hazırda həmin mənzilin satılması və ya kirayəyə verilməsi planlaşdırılır. Lakin mülkiyyətdə olan payların rəsmi sənədlərdə hüquqi cəhətdən ayrılmaması bu qanunsuz hərəkətlərin qarşısının alınmasında ciddi hüquqi çətinliklər yaratmışdır” "cavabdeh4, hüquqi sənədlərlə pay bölgüsü aparılmadan, özbaşına ½ paya sahib olduğunu iddia etmiş, bu əsasla ümumi mülkiyyətdə olan əmlakın bir hissəsini qanunsuz olaraq üçüncü şəxslərə satmış, digər hissəsində isə icazəsiz iki otaqlı mənzil inşa etmiş və onu satmaq və ya kirayəyə vermək niyyətindədir. Bu hərəkətlər ümumi mülkiyyət hüququnun ciddi şəkildə pozulmasıdır. Çünki belə sərəncam yalnız digər mülkiyyətçinin razılığı və ya məhkəmə qərarı ilə mümkündür”, "Qarşı tərəfin onun razılığı olmadan torpaq sahəsini satması və qanunsuz tikili inşa etməsi mənim paylı mülkiyyət hüququma birbaşa müdaxilədir” kimi dəlillər irəli sürmüşdür və bu dəlillərin məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli qərardadının yuxarıda qeyd edilən bəndləri baxımından araşdırılması zəruridir.
Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir.
Məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadının ləğvi imperativ olaraq iddia tələblərinə baxılmalı olması barədə göstəriş deyildir, məhkəmə kollegiyası qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlər yerinə yetirilmədən və araşdırma aparılmadan bu nəticəyə gəlinməsi ilə razılaşmır. Qeyd olunan prosessual hərəkətlər yerinə yetirildikdən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli qərardadının yuxarıda qeyd edilən bəndləri baxımından araşdırılma aparıldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən işin halları baxımından hərtərəfli araşdırma aparılaraq yekun qərar çıxarılmalıdır.
c) Birinci instansiya məhkəməsindəki ikinci icraat
13. İşə birinci instansiya məhkəməsində baxılması davam etdirilərkən iddiaçı bir neçə dəfə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, son olaraq cavabdeh4, cavabdeh3, cavabdeh2, X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğlunu, cavabdeh1 cavabdehlər qismində göstərməklə, “paylı mülkiyyətdə olan xüsusi mülkiyyət hüququna malik torpaq sahəsində ona məxsus ½ payın müəyyən edilməsinin təmin edilməsi, cavabdehlər tərəfindən paylı mülkiyyət hüququna qarşı yaradılmış qanunsuz təcavüz və maneələrin aradan qaldırılması, polis orqanları tərəfindən 1,5 sot torpaq sahəsinin zəbt edilməsi faktı təsdiq edildiyindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğlunun ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində qanunsuz yaşaması və tikinti işləri aparması nəticəsində sanitar qovşaqdan birbaşa həyətə açılan 1 ədəd pəncərənin, hasarın üzərində qanunsuz tikilmiş 2 ədəd pəncərənin bağlanması və mülkiyyət hüququna gələcək müdaxilələrin qarşısının alınmasının təmin edilməsi, paylı mülkiyyətdə yerləşən ərazidə cavabdehlər tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadan, hər bir şəraiti olan, iki otaqdan ibarət, kommunal sayğacları mövcud olan tikilinin inşa edildiyi, həmin tikilinin qapısının açarla daim bağlı saxlanılması yolu ilə paylı mülkiyyətdən istifadə hüququna davamlı maneə yaradıldığı faktının məhkəmə tərəfindən nəzərə alınmasının təmin edilməsi, paylı mülkiyyətə məxsus 37,80 kv.m sahəsi olan yaşayış evinə bitişik, sənədsiz bir otaqlı tikilinin əks istiqamətində yerləşən pəncərənin qarşısında, təqribən 2,5*2,5 metr ölçüdə olan qanunsuz otağın, cavabdehlər cavabdeh4 və cavabdeh3 tərəfindən inşa edildiyi, sonradan həmin tikiliyə pəncərə və qapının quraşdırıldığı, bunun isə paylı mülkiyyətdən istifadə hüququna maneə yaratdığı faktının məhkəmə tərəfindən qiymətləndirilməsinin təmin edilməsi və cavabdehlər tərəfindən paylı mülkiyyətdə qanunsuz tikililərin inşası, otaqların ayrılması və qapıların bağlanması halları ilə mülkiyyət hüquqlarının davamlı şəkildə pozulduğu faktının iş üzrə sübutlar sırasında nəzərə alınmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğluna torpağı qanunsuz olaraq cavabdeh3 satmış, sonradan cavabdeh həyətə pəncərə açmış, lakin məhkəmənin yerli baxışa gəlməsini öyrənəndən sonra pəncərələri bağlamışdır. Hazırda onun cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğluna qarşı hər hansı tələbi yoxdur, bu tələbdə maraqlı deyil, onun əsas tələbi öz mülkiyyəti ilə bağlıdır. Belə ki, həyət ona və bacısına atasından miras qalıb, lakin bacısı və onun ailəsi onu, oğlunu həyətdə rahat yaşamağa buraxmırlar. Həyətin böyük hissəsini satıblar. Əmlakın ½ hissəsi ona məxsusdur, lakin o, öz mülkündən istifadə edə bilmir. Hətta həyətdə özünə mətbəx tikmək istəsə də, bacısı və əri imkan verməmiş, ondan polisə şikayət etmişlər. Əvvəllər payının naturada ayrılması ilə əlaqədar müraciət etsə də məhkəmə qərarı ilə iddia rədd edilmişdir. Hazırda məhkəmədən həmin əmlaka dair ½ hissədə payının müəyyən edilməsini xahiş edir. Naturada bölgü ilə bağlı ekspertin rəyi ilə razı deyil. Onun vəkili səriştəsiz olduğundan apellyasiya şikayəti verməmişdir. Mülk bölünməli və onun ½ hissəsi müəyyən edilməlidir, ata yurdunun hərraca çıxarılmasına və ya satılmasına razı deyil.
15. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia tələbinin “paylı mülkiyyətdə olan xüsusi mülkiyyət hüququna malik torpaq sahəsində iddiaçıya məxsus ½ payın müəyyən edilməsi və pəncərələrin bağlanmasının təmin edilməsi” hissəsində işin icraatına xitam verilməsi qərara alınmışdır.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə araşdırması zamanı tərəflərə mübahisənin razılaşma və barışıqla həll edilməsi təklif edilsə də tərəflər arasında heç bir razılıq əldə edilməmişdir.
İddiaçı cavabdeh Şahlarov tərəfindən açılmış pəncərələrin bağlanması hissəsində tələbində israrçı olmadığını, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən isə həmin pəncərələrin cavabdeh tərəfindən bağlanmasını, mübahisənin mövcud olmamasını nəzərə alaraq bu hissədə də iddianın baxılmasına xitam verilməsini məqsədəmüvafiq hesab edir.
Həmçinin məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadında müəyyən edilən hallara əsasən tərəflərlə mübahisənin halları tam və mərhələli şəkildə müzakirə olunmuş, əmlakın naturada bölgüsünun mümkün olmaması ilə əlaqədar məhkəmə qərarının mövcud olmasını, tərəflər arasında qaldırılan iddianın rədd edilməsini, bu səbəbdən tərəflərə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** saylı qərardadında qeyd olunan kimi 1 - Ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması, özündə ehtiva etdiyi mərhələlərlə yəni - (1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Həmçinin 2- Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi özündə ehtiva edilən mərhələlərlə ( 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.) əsasları izah edilmiş, hər iki tərəf, yəni əmlakın mülkiyyətçiləri olan iddiaçı yalnız əmlakının naturada bölünərək, onun payının müəyyən edilərək ona verilməsini tələb etmiş, qarşı tərəfdən kompensasiya tələb etməmiş, əmlakda birgəliyə son qoyulmasını istəməmiş, əmlakın hərraca çıxarılmasına qarşı olmuş, əmlakın onun ata yurdu olmasını bu səbəbdən də satılmasını və ya ordan ayrılıb getməsinə razı olmadığını israrla bildirmişdir. Əmlakın digər mülkiyyətçisi olan cavabdeh X. Allahverdiyeva da həmçinin əmlakın bölgüsünun mümkün olmadığını, qarşı tərəflə bir yerdə yaşamağın mümkün olmamasını, qarşı tərəfə verməyə pulu olmadığını bildirmişdir.
Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.80 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.059350 ha olan torpaq sahəsi üzrə ½ hissədə Baharova İradə Aslan qızının mülkiyyətindədir və iddiaçının mübahisəli əmlaka (fərdi yaşayış evi və yerləşdiyi torpaq) ½ payı artıq müəyyən olunmuş, həmin payın ayrılması, fiziki bölgü ilə naturada ayrılması ilə əlaqədar qaldırmış olduğu iddia isə Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə olan halda isə məhkəmə hazırda qaldırılan iddia üzrə icraata xitam verilməsini qanunamüvafiq hesab edir.
17. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.
18. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
19. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
24. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
25. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
26. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
27. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Məhkəmə kollegiyasının mövqeyi
28. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı MPM-nin 261.0.1-ci və 261.0.2-ci maddələrinin tətbiqi ilə bağlıdır.
29. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
30. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının “paylı mülkiyyətdə olan xüsusi mülkiyyət hüququna malik torpaq sahəsində ona məxsus ½ payın müəyyən edilməsinin təmin edilməsi” tələbi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin aid olduğu işdə irəli sürülən “evin və yerləşdiyi 0.059350 ha olan torpaq sahəsinin naturada bölünməsi” tələbi üzrə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
31. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
32. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
33. İşdən görünür ki, Baharova İradə Aslan qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin aid olduğu işdə baxılan “evin və yerləşdiyi 0.059350 ha olan torpaq sahəsinin naturada bölünməsi” tələbini hazırda irəli sürdüyü “paylı mülkiyyətdə olan xüsusi mülkiyyət hüququna malik torpaq sahəsində ona məxsus ½ payın müəyyən edilməsinin təmin edilməsi” tələbini əsaslandırdığı eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı irəli sürmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hala faktiki olaraq hüquqi qiymət verilmişdir.
34. Sözügedən işə baxan məhkəmələr ekspert rəyi əsasında müəyyən etmişlər ki, tədqiq olunan fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflər arasında paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir.
35. Buna görə də kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının “paylı mülkiyyətdə olan xüsusi mülkiyyət hüququna malik torpaq sahəsində ona məxsus ½ payın müəyyən edilməsinin təmin edilməsi” tələbinə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına (§ 24, 25), habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə ## #### 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
36. İddiaçının “pəncərələrin bağlanmasının təmin edilməsi” tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qalxmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir.
37. Prosessual qanunvericilik məhkəmədə baxılmalı olmadığı zaman iş üzrə icraata xitam verilməli olmasını nəzərdə tutur və kollegiya hesab edir ki, işin məhkəmədə baxılmalı olmaması işin, ümumiyyətlə məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, tərəflər arsında mübahisənin olmadığını (yaxud qalmadığını) nəzərdə tutur.
38. İşin hallarından görünür ki, iddiaçının həmin tələbinin yönəldiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğlu işin icraatı dövründə sözügedən pəncərini bağlamış, iddiaçı da artıq həmin cavabdeh qarşı hər hansı tələbinin olmadığını bildirmişdir.
39. Başqa sözlə, müvafiq hissədə mübahisə ortadan qalxmışdır, məhkəmənin isə olmayan mübahisəyə baxması mümkün deyildir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-
40. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 398, 405-ci
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Baharova İradə Aslan qızı tərəfindən, qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov