Məhkəmə qərarları › İş №2-2(1-8)-169/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-169/2026

27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-169/2026 27.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilmiş hesab edilməsi və icarə obyektinin boşaldılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair ərizəyə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat

1. İddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi, bundan sonra həmin ərizənin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il ## ###### tarixində **/**** nömrəli icarə müqaviləsinin 2025-ci il # ###### tarixindən xitam verilmiş hesab edilməsi, icarə obyektinin boşaldılması və iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim G.Namazova).

3. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri üçün ödənilmiş rüsum apellyatora aid edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).

5. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

6. Ali Məhkəmənin Kommersiya Kollegiyasının *-*(*-*)-***/**** nömrəli, 2026-cı il ## #### tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

7. Kassasiya baxışı zamanı *-*(*-*)-***/**** nömrəli iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış ərizədə (işin materiallarında olan 2025-ci il # ###### tarixli etibarnamə ilə nümayəndəyə belə səlahiyyət verilmişdir) iddiaçı tərəfindən hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul edilərək kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 410. Kassasiya şikayətindən imtina edilməsi

410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır».

“Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi

191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. ... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il ## ##### tarixli qərarında göstərilmişdir «….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir».

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalarının tələblərinə (mətni üçün bax § 8) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.

11. Kollegiya iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə ərizəni yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, imtina qəbul edilməli və iddiaçının şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.

12. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410 və 419cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə iddiaçının kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar