Məhkəmə qərarları › İş №2-2(1-8)-215/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-215/2026

21.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-215/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “subicarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “X2” MMC (icarəyə verən) ilə “xxxx” MMC (icarəçi) arasında bağlanmış 2023cü il ## ###### tarixli **/*** saylı icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binaları, yaxud binaların müvafiq hissələrini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə, xidmət və digər haqları müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdələrinə götürmüşlər.

2. “xxxx” MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 2023-cü il # ###### tarixli CRI**-**/** saylı subicarə müqaviləsinin 2-ci bəndinə əsasən icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən sahənin icarəçinin istifadəsinə verilməsinə dair öhdəlik götürür, icarəçi isə həmin sahəni istifadəyə qəbul edib, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 3-cü bəndinə əsasən icarə predmetinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, X1 46B ünvanında yerləşən A6 qeyri-yaşayış sahəsidir. 7-ci bəndinə əsasən, 2023-cü il # ###### tarixdən 36 ay müddətinə müəyyən edilir. 9-cu bəndinə əsasən, müqavilə imzalandığı tarixdən icarə müddəti ərzində icarə haqqı 2023-cü il # ###### -2023-cü il ## ###### tarixlər möhlət hüququ verilməklə sabit aylıq 6700 manat məbləğində təşkil edir. 28-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət icarə haqqının vaxtında ödənilməsini təmin etmək icarəçinin vəzifəsidir. 29-cu bəndinə əsasən, icarəçi bir sıra kommunal xərcləri, o cümlədən: kanalizasiya və qazdan istifadə haqqını, rabitə xərclərini, həmçinin MTK ödənişlərini tam məbləğdə ödəməyi, su qaz və elektrik enejisinə görə isə daxili sayğacla müəyyən edilmiş məbləği vaxtlı-vaxtında ödəməyi öz üzərinə götürür.

3. Tərəflər arasında bağlanmış 2025-ci il # ###### tarixli CRI**-**/** saylı subicarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən icarəyə verən bu müqavilənin 1.2-ci bəndində göstərilən sahəni icarəçinin istifadəsinə verilməsinə dair öhdəlik götürür, icarəçi isə həmin sahəni istifadəyə qəbul edib, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən icarə predmetinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, X1 46B ünvanında yerləşən A6 qeyri-yaşayış sahəsi. 1.6-cı bəndinə əsasən, bu müqaviləyə əsasən icarənin müddəti 2025-ci il # ###### tarixdən 36 ay müddətinə müəyyən edilir. Müqavilənin müddəti bitməyinə 10 (on) gün qalana qədər tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsinə dair təşəbbüs göstərməzlərsə, müqavilə 1 (bir) il müddətinə uzadılmış sayılır. 2.1-ci bəndinə əsasən, icarə müddəti ərzində icarə haqqı sabit aylıq 5 500.00 manat məbləğində (əlavə dəyər vergisi (ƏDV) daxil) təşkil edir. 2.5-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verildikdə, gecikdirilmiş məbləğin 0,5 faizi məbləği icarəyəverənə ödəniləcəkdir. 2.6-cı bəndinə əsasən, icarə müddəti ərzində icarəçi kommunal xərclərini ödəməyi öz üzərinə götürür. 2.7-ci bəndinə əsasən icarə haqqının iki ay ərzində ödənilməməsi müqavilənin Icarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilməsinə əsas verir. 3.11-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə icarə haqqının vaxtında ödənilməsini təmin etmək icarəçinin vəzifəsidir. 3.12-ci bəndinə əsasən icarə predmetinə aid kommunal xərcləri, o cümlədən: su, qaz və elektrik enerjisinə görə isə daxili sayğaclarla müəyyən edilmiş məbləği vaxtlı vaxtında Ödəməyi öz üzərinə götürür.

4. 2023-cü il # ###### tarixli CRI**-**/** saylı subicarə müqaviləsi üzrə hər biri üzrə yekun məbləğ 6700 manat olmaqla 2024-cü il # ###### tarixli EBDW seriyalı ****** nömrəli, 2024-cü il # ###### tarixli EBDX seriyalı ****** nömrəli, 2024-cü il # #### tarixli EBDZ seriyalı ****** nömrəli, 2024-cü il # ##### tarixli MT2404 seriyalı ******** nömrəli, 2024-cü il # ### tarixli MT2405 seriyalı ******* nömrəli, 2024-cü il # #### tarixli MT2406 seriyalı ******** nömrəli, 2024-cü il # ###### tarixli MT2408 seriyalı ******** nömrəli, 2024-cü il # ######## tarixli MT2409 seriyalı ******** nömrəli, 2024-cü il # ####### tarixli MT2410 seriyalı ******** nömrəli, 2024-cü il # ###### tarixli MT2411 seriyalı ******** nömrəli elektron qaimələr göndərilmişdir.

5. 2025-ci il # ###### tarixli CRI**-**/** saylı subicarə müqaviləsi üzrə hər birində yekun məbləğ 5500 manat olmaqla 2025-ci il # ###### tarixli MT2502 seriyalı ******** nömrəli, 2025-ci il # #### tarixli MT2503 seriyalı ******** nömrəli, 2025-ci il # ##### tarixli MT2503 seriyalı ******** nömrəli, 2025-ci il # ### tarixli MT2505 seriyalı ******** nömrəli, 2025-ci il # #### tarixli MT2506 seriyalı ******** nömrəli, 2025-ci il # #### tarixli MT2507 seriyalı ******** nömrəli, 2025-ci il # ###### tarixli MT2508 seriyalı ******** nömrəli və 2025-ci il ## ######## tarixli MT2509 seriyalı ******** nömrəli, 2025-ci il ## ###### tarixli, MT2501 seriyalı ******** nömrəli elektron qaimələr göndərilmişdir.

6. 2025-ci il ## ###### tarixli MT2501 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 422 manat, 2025-ci il ## ###### tarixli MT2501 seriyalı ******* saylı elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 31,25 manat, 2025-ci il # ### tarixli, MT2502 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 260 manat, 2025-ci il ## ### tarixli, MT2505 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 85,51 manat, 2025-ci il ## ### tarixli, MT2505 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən elektrik enerjsinin paylanması üzrə yekun məbləğ 153,57 manat, 2025-ci il # #### tarixli, MT2507 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 692,51 manat, 2025-ci il # #### tarixli, MT2507 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 57,35 manat, 2025-ci il ## #### tarixli, MT2507 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən təbbi qaz (21.06- 21.07) üzrə yekun məbləğ 21,74 manat, 2025-ci il ## #### tarixli, MT2507 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 57,35 manat, 2025-ci il # ######## tarixli, MT2507 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 509,66 manat, MT2509 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 42,36 manat, 2025-ci il # ######## tarixli, MT2509 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 980,91 manat, 2025-ci il ## ######## tarixli, MT2509 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 39,77 manat, 2025-ci il ## ######## tarixli, MT2509 seriyalı ******** nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 698,27 manat təşkil etmişdir.

7. Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nin hesabına 2024-cü il ## #### tarixdə 7000 manat, 2024-cü il ## ####-2024-cü il ## #### tarixlərində 7450 manat, 2024-cü il ## #### tarixdə 498,96 manat, 2024-cü il # ####### tarixdə 6000 manat, 2024-cü il # ###### tarixdə 6000 manat, 2024-cü il ## ###### tarixdə 10000 manat, 2024-cü il ## ###### tarixdə 5000 manat, 2024-cü il ## ###### tarixdə 1000 manat, 2025-ci il # ######-2025-ci il ## ###### tarixdə 5500 manat, 2025-ci il ## ######- 2025-ci il ## ###### tarixdə 4661,02 manat, 2025-ci il # ###### tarixdə 4661 manat, 2025-ci il ## #### tarixdə 2500 manat, 2025-ci il ## #### tarixdə 2500 manat, 2025-ci il # ##### tarixdə 2500 manat, 2025-ci il ## #### tarixdə 498,96 manat, 2025-ci il ## #### tarixdə 2500 manat, 2025-ci il ## #### tarixdə 1058,50 manat, 2025-ci il ## ######## tarixdə 12350,23 manat və 358,14 manat məbləğlərində ödənişlər edilmişdir.

8. Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nin ƏDV sub-uçot hesabına 2024-cü il ## #### tarixli bildirişə əsasən EBDW-****** saylı e-qaimə üzrə 1260 manat, 2024cü il ## #### tarixli bildirişə əsasən EBDX-****** saylı e-qaimə üzrə 1341 manat, 2024-cü il ## #### tarixli bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 39,67 manat, 2024-cü il # ####### tarixli, bildirişə əsasən EBDZ-****** saylı, MT****-******** saylı e-qaimələr üzrə 1080 manat, 2024-cü il # ###### tarixli, bildirişə əsasən MT****- ******** saylı e-qaimə və MT****-******** saylı e-qaimə üzrə 1080 manat, 2024-cü il ## ###### tarixli, bildirişə əsasən MT****-******** saylı, MT************ saylı və MT****- ******** saylı eqaimə üzrə 1800 manat, 2024-cü il ## ###### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə və MT2408- ************ saylı e-qaimə üzrə 900 manat, 2024-cü il ## ###### tarixli, bildirişə əsasən MT2412- ******** saylı e-qaimə üzrə 180 manat, 2024-cü il ## ###### tarixli, bildirişə əsasən MT2408- ******* saylı, MT****- ******** saylı, MT****-******** saylı, MT****-******** saylı, MT****-******** saylı e-qaimə üzrə 4000 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı eqaimə üzrə 450 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 56,24 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 388,99 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****- ******** saylı e-qaimə üzrə 4,77 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****- ******** saylı e-qaimə üzrə 56,24 manat, 2025-ci il ## ##### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 64,47 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 8,75 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 3,32 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 77,75 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT***-******** saylı e-qaimə üzrə 450 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 23,43 manat, 2025-ci il tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 13,04 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 8,75 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 105,64 manat, 2025ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 13,04 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 23,43 manat, 2025-ci il ## #### tarixli, bildirişə əsasən MT****-******** saylı e-qaimə üzrə 39,67 manat, 2025-ci il ## ######## tarixli, bildirişə əsasən MT****-******** saylı eqaimə üzrə 838,98 manat, 2025-ci il ## ######## tarixli, bildirişə əsasən MT****- ******** saylı eqaimə üzrə 64,47 manat, 2025-ci il ## ######## tarixli, bildirişə əsasən MT****-******** saylı, MT****-******** saylı, MT****-******** saylı, MT****-******** saylı və MT2509- ******** saylı e-qaimə üzrə 1000 manat, 2025-ci il ## ######## tarixli, bildirişə əsasən MT2502- ******** saylı, MT****-******** saylı, MT****-******** saylı, MT2509- ******** saylı və MT****-******** saylı e-qaimə üzrə 384,06 manat ƏDV məbləğləri ödənilmişdir.

9. “xxxx” MMC-nin 2025-ci il ## ######## tarixli ödənişlərə dair açıqlama cədvəlindən görünür ki, cavabdeh tərəfindən 2024-cü il # ######-2025-ci il ## ######## tarixlərini əhatə edən dövr üzrə 133 953 manat məbləği borcdan 104 096,71 manat məbləğində ödəniş edilmiş, 2025-ci il ## ######## tarixə yekun borc 29 856,29 manat təşkil etmişdir. 29 856,29 manat borcun 19 753,44 manatı 2023-cü il # ###### tarixli subicarə müqaviləsi, 10 102,83 manat borc isə 2025-ci il # ###### tarixli subicarə müqaviləsi üzrə yaranmış borcdur.

10. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış 2025-ci il # #### tarixli pretenziya məktubunda icarə haqqının ödənilməməsi səbəbindən 2025-ci il # ###### tarixli subicarə müqaviləsinə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verildiyi qeyd olunmuş, eyni zamanda icarəyə verilmiş əmlakın 2025-ci il ## #### tarixinə qədər təhvil verilməsi və təhvil verilən günə qədər həmin günə mövcud icarə və kommunal xərclərinin ödənilməsi tövsiyə edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

11. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2025-ci il ## ######## tarixinə olan olan borc, o cümlədən tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli CRI**-**/** saylı “subicarə müqaviləsi” üzrə 19753.44 manat icarə haqqı, 2025-ci il # ###### tarixli CRI**-**/** saylı “subicarə müqaviləsi” üzrə 5644.11 manat icarə haqqı, 3689.43 manat icarə üzrə ƏDV, 651.96 manat kommunal ödənişlər üzrə yığılmış borc, 117.35 manat kommunal üzrə ödənişlərdən yaranmış ƏDV, cəmi 29856.29 manat məbləğin, icarə və kommunal xərclərdən yaranmış borcun gecikdirilmiş hər günü üçün borcun 0,5% faizi məbləğində cərimənin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilməsinə və iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərə tam əməl olunmasına baxmayaraq, cavabdeh tərəfdən müqavilə öhdəliklərinə tam əməl olunmamış, icarə haqqı üzrə borc yaranmışdır. Mövcud borcun ödənilməsi barədə cavabdehə pretenziya məktubu ünvanlanmış və eyni zamanda qeyri-yaşayış sahəsinin 2025-ci il ## #### tarixinə qədər təhvil verilməsi, təhvil verilən günə qədər həmin günə mövcud icarə və kommunal xərclərinin ödənilməsini tövsiyə olunmuş, əks halda müqavilənin 2.5-ci maddəsinə əsasən icarə haqqının gecikdirilməsinə görə cərimə haqqı tələb olunacağı, məcburi tədbirlər həyata keçiriləcəyi və barələrində müvafiq orqanlara müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən borcun ödənilməsinə və ya qeyriyaşayış sahəsinin təhvil verilməsinə dair hər hansı bir tədbir görülməmişdir.

13. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi isə bildirmişdir ki, iddiaçıya 76 000 manat ödəmişlər, 32 000 manat borcları qalıb (İ cild, səh.123), birinci müqavilə üzrə 19 753,44 manat, ikinci müqavilə üzrə 5644,11 manat icarə haqqı borcu və 3689,43 manat icarə haqqı üzrə ƏDV, 651,96 manat kommunal ödənişlər üzrə yığılmış borc, 117,35 manat kommunal ödənişlər üzrə yaranmış ƏDV borcu düzgündür (İ cild, səh.225-226), borcu ödəməkdən yayınmırlar.

14. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanan 2023-cü il # ###### tarixli CRI **-**/** saylı subicarə müqaviləsi üzrə 19753.44 manat icarə haqqı, 2025-ci il # ###### tarixli CRI **-**/** saylı subicarə müqaviləsi üzrə 5644.11 manat icarə haqqı, 3689.43 manat ƏDV, 651.96 manat kommunal ödənişlər üzrə borc, 117.35 manat kommunal üzrə ödənişlərdən yaranmış ƏDV olmaqla, cəmi 29856.29 manat pul məbləği, 1492.81 manat dəbbə pulu olmaqla, ümumilikdə 31349.10 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İ.Əhmədov).

15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək icarə obyektini cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh icarə haqqlarının və kommunal ödənişlərin bir qismi üzrə ödənişləri həyata keçirsə də (ödənişlərin bir qismi məhkəmə icraatının gedişində həyata keçirilmişdir), digərlərini ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə 2023-cü il # ###### tarixli müqavilə üzrə 19753.44 manat icarə haqqı, 2025-ci il # ###### tarixli müqavilə üzrə 5644.11 manat icarə haqqı, 3689.43 manat ƏDV, 651.96 manat kommunal ödənişlər üzrə borc, 117.35 manat kommunal üzrə ödənişlərdən yaranmış ƏDV borcunu və gecikdirilmiş borca görə hesablanan cərimə məbləğini təsdiq etmişdir.

16. Məhkəmə göstərmişdir ki, tərəflər arasında bağlanan hər iki subicarə müqaviləsinin müddətinin 36 ay müəyyən edilməsinə baxmayaraq, iddiaçı 2025-ci il # #### tarixdə cavabdehə pretenziya məktubu ünvanlayaraq 2025-ci il # ###### tarixli subicarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini qeyd etmiş, 2025-ci il ## #### tarixədək icarə obyektinin icarəyə verənə təhvil verilməsini və həmin günə qədər olan icarə haqqı və kommunal ödənişləri tələb etmişdir. Iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı hər iki icarə müqaviləsi üzrə gecikdirilmiş icarə haqqı və kommunal ödənişlərini tələb etməkdə haqlıdır.

17. Beləliklə, məhkəmə cavabdehin icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə iddiaçıya borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdeh tərəfindən edilən ödənişləri, eyni zamanda iddia tələbinin cavabdeh tərəfindən qəbul edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi icarə haqqı və kommunal ödənişlərin tutulması hissəsində təmin edilməlidir.

18. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, dəbbə pulunun məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən qəbul edildiyini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 1492,81 manat məbləğində dəbbə pulu tutulmalıdır.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 386.1, 398.1, 399.1, 421.2, 425.1, 442, 447.1, 460, 462.3, 467, 700.1, 700.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 106.3, 107, 119.1, 191.3, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Həsənov, hakimlər S.Cəfərov və T.Qocayev).

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəfindən icarə haqqlarının və kommunal ödənişlərin bir qismi üzrə ödənişlər həyata keçirilmiş, cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirak edən nümayəndəsi icarə haqqları, kommunal ödənişlər üzrə qalıq borc məbləğini faktiki olaraq etiraf etmişdir. Başqa sözlə, müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması ilə bağlı iddiaçının göstərdiyi əsaslar sübuta yetirilmişdir.

23. Məhkəmə göstərmişdir ki, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının məsuliyyətsizliyi nəticəsində cavabdehə maddi ziyanın dəyməsi və bu səbəblə icarə haqqlarının ödənilməsində güzəşt edilməsinə dair tərəflər arasında razılıq əldə edildiyi irəli sürülsə də, həmin faktı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 5.3, 385, 386.1, 404, 425, 433.1, 433.2, 442, 443.1, 448.1, 680.1, 680.2, 683.1, 685.1, 685.2, 685.4, 700.1, 700.3-cü, MPM-nin 14.2, 77.1, 88, 217.3, 385-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

26. “Azərbaycan Respublikası Konstitusiyasının 60, MM-nin 560.3, 560.3.2-ci maddələri üzrə - apellyasiya şikayətində də, məhkəmə iclaslarında da bildirmişdir ki, iddiaçının təqsiri ucbatından icarəyə götürülmüş sahəni su basmış və külli miqdarda zərərə uğramışdır. Məhz bu zərər səbəbi ilə də aralarında şifahi razılıq əldə olunaraq icarə haqlarında güzəşt olunması qərara alınmışdır. 2025-ci ilin aprel ayının əvvəlində yağış suları obyektin tullantı sularının axıdılması ilə bağlı texniki sistemlərindəki nasazlıqlar səbəbindən obyekti su basmış və nəticədə 15 günədək müddətdə oranın istifadəsi mümkünsüz olmuşdur. Eyni zamanda su basması nəticəsində icarəçiyə məxsus materiallar və avadanlıqlara 30000 manatdan artıq maddi ziyan dəymişdir. Bundan sonra yenə 2025-ci ilin may ayında icarəyə verənə məxsus olan lakin hazırki müqavilənin predmetini təşkil edən ərazidən kənarda yerləşən su çənlərinin şəbəkəsində baş vermiş nasazlıq səbəbindən yenidən ərazini su basmışdır. Nəticəsində bu dəfə də Icarəçiyə məxsus mal-materiala və avadanlıqlara 65000 manatdan artıq real zərər dəymişdir. Qeyd edilən hər iki halda Icarəyə verənin nümayəndələri əraziyə dəvət olunmuş və aparılmış danışıqlar nəticəsində zərərin yarısı həcmində aylıq icarə haqlarından azad olunmaqları barədə şifahi razılıq əldə olunmuşdur. Lakin sonradan Icarəyə verən öz öhdəliklərini lazımınca icra etmədiyi halda hüquqlarından istifadə edərək icarəçiyə qarşı icarə haqlarının ödənilməsini tələb etməyə başlamışdır. Apellyasiya məhkəməsi cavabdeh tərəfin icarə haqqı məbləğlərinin tam həcmdə ödənilməməsi ilə bağlı dəlillərinə heç bir əhəmiyyət verməmişdir. Halbuki, cavabdeh yuxarıda da qeyd edildiyi kimi iddiaçının öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən icarə obyektinin istifadəyə yararlılığının itdiyi üçün 2025-ci ilin aprel və may aylarında 2 aya yaxın müddətdə sözügedən ünvanda fəaliyyət imkanından məhrum olmuşdur. Bundan başqa cavabdehə iddiaçının məsuliyyətsizliyi və laqeyidliyi nəticəsində 95000 manata yaxın maddi ziyan dəymişdir. Belə olan halda isə cavabdeh haqlı olaraq icarə haqqının ödənilməsi məsələsində ona güzəşt olunmasını tələb etmişdir.

27. MPM-in 9.1, 9.2, 9.3, 88, 152.1.1, 217.3, 217.4-cü maddələri üzrə - cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyindən iclasın təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə tərəfindən ərizə nəzərə alınmamış və bununla da çəkişmə prinsipinin pozulmasına yol verilmişdir. Məhkəmə tərəfindən irəli sürülmüş dəlillərə obyektiv münasibət bildirməmiş, münasibət bildirmədiyi üçün də həmin dəlillər üzrə heç bir qiymətləndirmə aparmamışdır. Belə ki, işin hallarını mövcud sübutlarla, etirazlarla, izahatlarla əlaqəli şəkildə qiymətləndirdikdə cavabdehin dəlillərinin əsaslı olması və iddia tələbinin rədd edilməsi aydın görünürdü. Ilkin olaraq məhkəmələrin diqqət etməli olduğu məqam iddiaçının cavabdehin borclu qaldığı dediyi müddət ərzində niyə borcunun ödənilməsini tələb etməməsi, bununla bağlı hər hansı bir tələb irəli sürülməməsidir. Buradan aydın olur ki, cavabdehin mallarına zərər vurulması və buna görə də aralarında şifahi qaydada razılıq əldə olunmasına dair mövqe əsaslı və ağlabatandır. Cavabdeh borclu qalmasını mübahisələndirmir, sadəcə mübahisə məbləğlə bağlıdır. Çünki cavabdeh ona zərər vurulması və bu zərər səbəbindən iddiaçı ilə aralarında icarə müqaviləsinə dair razılıq əldə olunduğunu bildirmişdir. Bu səbəbdən də razılıq əldə olunan həmin aylar üzrə borc hesablanması dayandırılmalı idi. Iddiaçı tərəfindən irəli sürülmüş tələblər qeyridəqiq olmuş, lakin məhkəmə tərəfindən bu qeyri-dəqiqliyə münasibət bildirilməmişdir. Iddiaçı cərimə məbləğini mücərrəd formada yazmış, konkret məbləği qeyd etməmişdir. Belə olduğu təqdirdə məhkəmə iddia ərizəsini geri qaytarmalı idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

29. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 680. Kirayəçinin zəruri məsrəfləri 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.”

“Maddə 683. Kirayəyə götürülmüş əşyanın üçüncü şəxslərə verilməsi 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. ...” “Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.1. Ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ...”

“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ...”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

35. Cavabdeh kassasiya şikayətində də borcu mübahisələndirmədiklərini, mübahisənin məbləğlə bağlı olduğunu, ona zərər vurulması və bu zərər səbəbindən iddiaçı ilə aralarında icarə müqaviləsinə dair razılıq əldə olunduğunu bildirsə də, belə bir razılığı və ya zərər vurulması ilə bağlı hər hansı güzəşt olunmasına dair sübut nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya məhkəməsinə təqdim etməmişdir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

37. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar