Məhkəmə qərarları › İş №2-2(1-8)-297/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-297/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-297/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı İB-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh X13 qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı İB (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında ## ###### 2016-cı il tarixli ****-**-** saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya 2 dəfə məlumat təqdim etməldir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesaın paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 2.Cavabdeh məxsus (abonent kodu: 100322201600000) abonent saldosuna əsasən, cavabdeh tərəfindən 2021-ci ilin fevral ayında 24000, mart ayında isə 30000 manat ödəniş olmuşdur. 2022-ci il tarixə borc məbləği 136998,40 manat məbləğində müəyyən edilmişdir. 3.İddiaçı İB tərəfindən müxtəlif tarixli hesab fakturalar tərtib edilmişdir. 4.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə, iddiaçılar İsmayılova Nigar İsa qızı və X1 cavabdeh İddiaçı İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir. 5.İddiaçı İB ilə fiziki şəxs Cavabdeh nümayəndəsi Əli Osmanov (abonent kodu: 100322201600000) arasında bağlanan 2020-ci il ## ###### tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolu bağlanmışdır. Həmin protokolun 1.1-ci bəndinə əsasən, istehlakçı təbii qazdan istifadə görə İddiaçı İB-yə 120146,60 manat məbləğində borcun olmasını qəbul edir. 1.2-ci bəndinə əsasən, həmin borcdan ilkin olaraq 40000 manat ödədikdən sonra qalan 80146,60 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2020-ci ilin dekabr və 2021- ci ilin yanvar aylarında hər ayın 25-nə qədər 40073,30 manat olmaqla İddiaçı İB-yə ödəməyi öhdəsinə götürür. 6.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriyalı 1029765 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1.5 ha torpaq sahəsinə icarə hüququ Cavabdeh xeyrinə yüklü edilmişdir. 7.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsinə icarə hüququ Cavabdeh xeyrinə yüklü edilmişdir. 8.Cavabdeh nümayəndəsi X6 və X2 arasında bağlanan 2018-ci il # ####### tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsi ilə Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1.5 ha torpaq sahəsinin icarə hüquqları alıcı X3. 9.Cavabdeh nümayəndəsi X6 və X2 arasında bağlanan 2018-ci il # ####### tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsinin icarə hüquqları alıcı X3.

10. Satıcı X2 və alıcılar X1 və İsmayılova Nigar İsa qızı arasında bağlanan 2022-ci il ## ####### tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsinin icarə hüquqları alıcı X1 və İsmayılova Nigar İsa qızına satılmışdır.

11. Satıcı X2 və alıcılar X1 və İsmayılova Nigar İsa qızı arasında bağlanan 2022-ci il ## ####### tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1.5 ha torpaq sahəsinin icarə hüquqları alıcı X1 və İsmayılova Nigar İsa qızına satılmışdır.

İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı İddiaçı İB ( bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh ( bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2025-ci il # ###### tarixində məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 136998,40 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 427 manat pulun məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadla əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 136998,40 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi, müqavilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə 160 ünvanda yerləşən istixananı təbii qazla təchiz edilməsi üçün bağlanmışdır. Odur ki, müqavilənin icrası yeri Bakı şəhəri, Xəzər rayonunda yerləşir.

14. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2016-cı il ## ###### tarixli, ****-**-** saylı qaz alqı-satqısı müqaviləsi cavabdeh tərəfindən bağlanılmamışdır. Müqavilədəki imza ona məxsus deyil və saxtadır. Bu, iddiaçının tələbinin hüquqi əsasdan məhrum olduğunu göstərir. Cavabdeh 2010-cu il # ###### tarixində VÖEN almış və 2010-cu ildə Abşeron rayonunun Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 1.0 ha torpağın müvəqqəti istifadə hüquqlarını satın almışdır. Eyni zamanda, həmin ərazidə sahibkarlıq məqsədilə əlavə 1.5 ha torpağı 99 il müddətinə icarəyə götürmüşdür. Hər iki torpaq sahəsində istixana, emal, satış, anbar və ofis binaları inşa edərək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci il # ####### tarixində 1.5 ha və 1.0 ha torpaq sahələrinin icarə hüquqları saxta alqı-satqı müqavilələri ilə X2 adına keçirilmişdir. Bu müqavilələr məcburiyyət altında, heç bir ödəniş olmadan bağlanılmışdır. Təsərrüfat fəaliyyəti ilə bağlı torpaq sahələri sonradan X1 və İsmayılova Nigar İsa qızının adına keçirilmiş və bu barədə müvafiq dövlət reyestri arayışları mövcuddur. Göstərilən bütün dəlillər, iddiaçının iddia etdiyi borcun saxta və qeyriqanuni yollarla yaradıldığını sübut etmişdir. Belə ki, istinad olunan müqavilədəki imza cavabdehə məxsus deyil, əmlak isə 2018-ci ildə təzyiqlər nəticəsində əlindən alınmışdır. Bu əsaslarla, cavabdeh iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh tərəfindən eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş, ərizə onunla əsaslandırılmışdır ki, qaz təchizatı ilə təmin edilmiş əmlak kompleksi və torpaq sahəsi ## ####### 2018-ci il tarixdə Abşeron rayon * nömrəli Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında X2. Bundan əlavə, ## ####### 2022-ci il tarixdə Abşeron rayon * nömrəli Notariat Ofisində X2 ilə X1 və İsmayılova Nigar İsa qızı arasında Abşeron rayonu, Zirə Tərəvəzçilik və Südçülük sovxozu ərazisində yerləşən torpaq sahələrinin icarə hüquqlarına dair 3M 114 və 3M *** nömrəli reyestrlə alqı-satqı müqavilələri bağlanmış və həmin torpaq sahələri sonunculara satılmışdır. Göründüyü kimi, ## ####### 2018-ci il tarixindən sonra iddiaçının qazla təchiz etdiyi torpaq sahəsi və üzərində inşa edilmiş əmlak kompleksi faktiki və hüquqi cəhətdən cavabdehə məxsus olmamışdır və ora aidiyyəti olan şəxs deyil. Xüsusilə qeyd olunur ki, iddiaçının səlahiyyətli nümayəndəsi ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasına sübutlara dair izah verən zaman bildirmişdir ki, cavabdeh Cavabdeh qazdan istifadəyə görə borcu 2020 və 2021-ci illərdə yaranmışdır. Bundan başqa, iddiaçı tərəfindən işə əlavə edilmiş qəbzlərdən görünür ki, qazdan istifadəyə dair sayğac çıxarışları və qəbzlər 2020 və 2021-ci illəri əhatə edir. Göründüyü kimi, iddiaçı tərəf birinci növbədə tərəflər arasında bağlanılmış ##.##.2016cı il tarixli, ****-**-** saylı müqaviləyə istinadən iddia tələbinin əsasını formalaşdırır. Bundan başqa, iddiaçı tərəf bildirir ki, qazdan istifadəyə görə 136.998,40 manat məbləğində borc 2020-2021-ci illərdə yaranıb və onların hüquqları pozulub. Hətta debitor borcun ödənilməsi haqqında saxta Razılaşma Protokolu da 2020-ci il ## ###### tarixində tərtib edilib. Lakin iddiaçı tərəf məhkəməyə iddia ərizəsi ilə 2025-ci il 5 avust tarixində müraciət etmişdir. Bununla da müqavilə üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

16. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim İ.Əhmədov).

17. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət vermiş və göstərmişdir ki, tərəflər arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış və iddiaçının cavabdehdən istifadə olunmuş qazın dəyərini tələb etmək hüququ (subyektiv tələb hüququ) bu hüquq münasibətinə əsaslanmışdır. Şübhəsiz, iddiaçının subyektiv tələb hüququnun qarşılığını cavabdehin borcu ödəmək öhdəliyi təşkil etmişdir.

18. Məhkəmə cavabdehin icarə hüquqi əsasında ona mənsub olan torpağın başqa şəxslərə satıldığı, həmin sahənin 2018-ci ildən onun istifadəsində olmadığı barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin materiallarına 2016-cı il ## ###### tarixli qazın alqı-satqı müqaviləsinə xitam verilməsinə dair sübut əlavə edilməmiş, həmçinin məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili vəkil2 İsfəniyar oğlu istixana təhvil verildikdən sonra iddiaçı ilə cavabdeh arasında müqaviləyə xitam verilmədiyini təsdiq etmişdir. Beləliklə cavabdeh yuxarıda qeyd olunan şərtlərə əməl etməyərək abonent kodunu üzrə yeni istehlakçını qaz paylayıcı təşkilatda qeydiyyata aldırmamışdır. Nəticədə tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, belə qənaətə gəlmişdir ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, işin materialları və iddiaçının izahatı ilə hazırda tələb olunan borc məbləğinin 2021-ci ilə aid olması təsdiq edilmişdir. Lakin iddiaçı 2025-ci il ## ### tarixdə borcun ödənilməsinə dair pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, 2025-ci il # ###### tarixdə isə hazırkı iddianı qaldırmışdır. Beləliklə, iddiaçı qanunvericilikdə müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Bununla yanaşı iddia müddətinin dayandırılmasına və ya kəsilməsinə əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməsi əsası kimi, tərəflər arasında yekunlaşmamış başqa mübahisənin olması və cavabdehə məxsus VÖEN-in aktiv olmamasının iddiaçıya çətinliklər yaratması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, qeyd edilənlər MM-in 379-cu maddəsində sadalanmış iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallara aid olmamaqla, müddətin dayandırılmasına əsas verməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən, cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim olunduğundan məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 14.2.1, 372.2, 373.2, 375.2, 377.1, 385.1, 386.1, 398.1, 399.1, 425.1, 442 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2, 5.5 və 6.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2013-cü il tarixli, 2020-ci il ## #### tarixli və 2007-ci il # #### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşaraq əlavə olaraq göstərmişdir ki, iddiaçının tələb etdiyi borc məbləği 2021-ci ilə aiddir, iddiaçı isə hazırkı iddia ərizəsi ilə 2025-ci il # ###### tarixində məhkəməyə müraciət etməklə, mülki qanunvericiliklə müəyyən edilən iddia müddətini ötürmüşdür.

25. Apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilmişdir ki, iddia müddətinin axımının kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur və mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur. Hazırkı iş üzrə iddia müddətinin kəsilməsinə əsas verən hallar da mövcud deyildir. Belə ki, X1 və İsmayılova Nigar İsa qızının Azəriqaz İB-yə qarşı borcun silinməsi tələbi ilə iddia qaldırmış və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli *-*(***)- ****/**** saylı qətnaməsi ilə subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir. Lakin MM-in 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsi müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi ilə şərtləndirilmişdir. Odur ki, subyektiv hüququ olmayan şəxsin məhkəməyə müraciət etməsi MM-in 380.1-ci maddəsinin mənasına görə “müəyyənləşdirilmiş qaydada iddia irəli sürülmə” kimi qiymətləndirilə bilməz.

26. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

27. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə ## ###### 2000-ci il tarixli qərarında göstərmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. ## #### 2009-cu il tarixli digər bir işdə (“Stanyo Belçikaya qarşı”) Avropa Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.

30. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. “Qazdan İstifadə Qaydaları”nın 5.2-ci bəndi üzrə - qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olanistehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin materiallarına əlavə edilmiş abonent saldolarından göründüyü kimi, iddiaçıya bugünədək hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Lakin cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borcu vaxtında və tam ödəməmişdir.

32. MM-in 380.1 və 380.2-ci maddələri üzrə- iddiaçı tərəfindən tələb edilən borc məbləği 2021-ci ilin iyun ayınadək yaranmış borcdur. 2024-cü (3 illik iddia müddəti keçməmiş) il 25 yanvar tarixdən 2025-ci il ## ### tarixədək həmin borc məhkəmədə mübahisələndirilərək məhkəmədən silinməsi xahiş edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi iddia məhkəmə tərəfindən baxılmamış saxlanmayıb məhz mahiyyəti üzrə qərar qəbul edilmişdir. Belə olan halda iddia müddətinin yenidən başlama müddəti ən tezi 2025-ci il ## ### tarixindən hesablanmalı idi.

33. MPM-in 77, 88-ci maddələri üzrə- iddiaçı tərəf olaraq iddia müddətinin keçməməsi ilə bağlı bütün sübutlar təqdim edilmiş, lakin məhkəmə tərəfindən bu sübutlar nəzərə alınmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

35.İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 372. İddia müddəti anlayışı

372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

“Maddə 373. İddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”

“Maddə 375. İddia müddətinin tətbiqi

... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

“Maddə 377. İddia müddətinin başlanması

377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. ..”

“Maddə 380. İddia müddəti axımının kəsilməsi

380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. …”

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: .... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. ... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” # #### 2013-cü il tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: ... İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. “...

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 81. Sübutların mümkünlüyü

Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.[ ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

43. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edimişdir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə MM-in 373-cü maddəsi (bax § 37) ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

44. İddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, hazırki iş üzrə iddia olunan borcun silinməsi tələbi üzrə məhkəmə aktı qəbul edildikdən sonra məhkəməyə müraciət edildiyindən, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 380-ci maddəsinin tələbləri pozulmuşdur.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və eyni dəlil üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq qeyd edir ki, müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsi üçün əsasdır. Lakin iddiaçının istinad etdiyi işdə iddia (bax § 4, 25) X1 və İsmayılova Nigar İsa qızı tərəfindən qaldırılmış və məhkəmə tərəfindən subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir.

46. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən subyektiv hüququ olmayan şəxsin məhkəməyə müraciət etməsinin “müəyyənləşdirilmiş qaydada iddia irəli sürülmə” kimi qiymətləndirilməməsi MM-in 380.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmənin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə də uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

48. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar